Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9646/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Füzuli rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, mütəxəssis vəzifəsində işləyir), cavabdehin nümayəndəsi X3 (Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatdadır, ixtisası – hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1953-cü il tarixində anadan olmuşdur. Əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.2010-cu il tarixinə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ümumilikdə 34 ildən çox stajı vardır. Eyni zamanda İV mərhələ onkoloji xəstədir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixindən iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəb göstərilərək əmək pensiyanın ödənişi dayandırılmışdır.İddiaçı isə bu məsələdən 9 aprel 2021-ci il tarixdə xəbər tutmuşdur. Bundan sonra təyin edilmiş əmək pensiyanın bərpası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müraciətə əsasən, əlilliyi təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci ildə əmək pensiyası yenidən bərpa edilmişdir. Qanunvericiliyin tələbini nəzərə alaraq, xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə iddiaçı tərəfindən ərizə ilə müraciət olunmuş və aprel-may aylarının ödənişlərinin bərpa edilərək ödənilməsini xahiş etmişdir. Lakin, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli ərizəyə rədd cavabı verilmişdir. Cavab məktubunda göstərilmişdir ki, əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ödənilməyən pensiya aylarının məbləği ötən dövr olaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq ötən dövrün verilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2010-cu il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbilə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı əmək pensiyasının bərpası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, əlilliyi təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci ildə əmək pensiyası bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzində müraciət edərək aprel-may aylarının ödənişlərinin bərpa edilərək ödənilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə rədd cavabı verilmişdir. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı İİ dərəcə əlilliyin müddəti xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2021-ci il tarixində) qüvvəyə mindiyi üçün xx.xx.2021-ci il tarixindən 11.06.202-ci il tarixinədək olan dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd olunan dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən, X1 Sisteminin Əlillik altsistemində iddiaçının İİ dərəcə əlillik müddəti xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2021-ci il tarixində) qüvvəyə mündiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixindən iddiaçının İİ dərəcə əlillik dərəcəsi müəyyən olunmuş və buna müvafiq olaraq əlilliyə görə əmək pensiyası ödənişi qeyd olunan tarixdən 317,59 manat olmaqla bərpa edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 328,39 manata çatdırılmışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçı sübut qismində şəxsiyyət vəsiqəsinin surətini, Azərbaycan Respublikası Milli X2 Məsələləri və X4 Təşkili Sektorunun xx.xx.2022-ci il tarixli elektron məktubunu, USM və KT müayinələrin nəticələrini, epikrizləri, Milli Onkologiya Mərkəzinin Ambulator Kartdan və ambulator-poliklinik şöbənin arayışları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciət vərəqələri, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın, cavabdehin imtina məktubunun, 346 nömrəli Ambulator kitabçadan çıxarışın, və əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq olunmuş surəti məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya aid olan ətraflı qiymətləndirmə məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2010-cu il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbilə pensiyanın ödənişi dayandırılmış, iddiaçı xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə əmək pensiyasının bərpası üçün müraciət etmiş, onun əlilliyi təkrar qiymətləndirilmiş, və xx.xx.2021-ci ildə əmək pensiyası bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək aprel-may ayları üçün pensiya məbləğinin ödənilməsini xahiş etmiş, lakin cavabdeh rədd cavabı vermişdir. Halbuki “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1 –ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh öz imtinasını yuxarıda göstərilən qanun normasının iddiaçının İİ dərəcə əlilliyinin yenidən müəyyən edildikdən (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə minməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. İşin hazırkı halında iddiaçıya ilkin olaraq xx.xx.2010-cu il tarixdə bədxassəli yenitörəsi diaqnozla İİ dərəcə əlilliyi müəyyən edilmiş, sonradan əlilliyi yeni müddətlərə təyin edilməsi davam edilmiş, xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı əlilliyi iə bağlı müalicə və müayinələr aparmış, və xx.xx.2021-ci ildə əvvəlki diaqnoz əsasında müddətsiz İİ dərəcə əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir və həmin siyasətin davam olaraq qanunvericilik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxsin ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsini nəzərdə tutulması barədə normanı qanuna daxil etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı əlillik müddəti dayandırıldıqdan sonra iki ay müddətində pensiyanın bərpa edilməsi üçün müraciət etmiş, əlilliyi yenidən xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olması təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək dövr üçün (2021-ci ilin aprel, may ayları üçün ), lakin 6 aydan çox olmayan bir müddətdə ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdımadan, iddiaçının əlilliyinin iddiaçıdan asılı olmayan səbəbdən 2 aydan sonra bərpa edilməsinə qiymət vermədən iddiaçının müracitinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyası onun yeganə gəlir mənbəyidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9646/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9646/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver