Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9648/2023 26.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “valideynlərdən miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “valideynlərdən miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 may 1988 tarixli, 30/1283 nömrəli Qeydiyyat Şəhadətnaməsinə əsasən qeydiyyatda olduqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, 77 saylı ev atamız Seyidağa Seyidmurtuza oğlunun, 18 iyul 2008 tarixli, MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,107007 ha olan 194 saylı bağ sahəsi isə anaları X2 xüsusi mülkiyyətindədir. Ataları 30 avqust 2011-ci ildə, anaları isə 11 yanvar 2022-ci ildə vəfat edib. İddiaçıların valideynləri qanun üzrə birinci növbə vərəsələri iddiaçılar qardaşıları X1r. Valideynlərinin iddiaçılardan başqa övladları yoxdur. Onlara iddiaçılar baxıb qulluq etmişlər. Qardaşları valideynləri ilə heç maraqlanmayıb da. Onun iddiaçılarla da münasibətləri soyuqdur. Valideynləri vəfat edən tarixdən etibarən onlardan miras qalmış əmlakları - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, 77 saylı ev və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,107007 ha olan 194 saylı bağ sahəsini faktiki qəbul etmişlər. Valideynləri vəfat edən tarixdən evdən və bağ sahəsindən iddiaçılar istifadə edirlər, həm evin, həm də bağın kommunal və digər xərclərini ödəyirlər. Valideynlərinin birinci dərəcəli vərəsəsi kimi düşəcək miras payını faktiki qəbul etdiyləri üçün öncə analarından miras qalmış bağ sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Cavabdeh1na müraciət etmişlər. Lakin miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü bildirilərək müraciətə imtina cavabı verilib Daha sonra Bakı Şəhəri 25 saylı Notariat Ofisinə müraciət edərək atalarından miras qalmış əmlakla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini istəmişlər. Lakin bu müraciətə də eyni əsasla imtina cavabı verilib. İddiaçılar göstərilənlərə əsasən iddai tələblərinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçıların tələbi- vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehlər –notariusun və notariat ofisinin üzərinə qoyulmasından idarətdir. Məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddialarının inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir:” Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıların hazırkı iddialarının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçıların iddia tələbi inzibati icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Məhkəmə yuxarıda göstərilən hallara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “valideynlərdən miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddası mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəlləsinin 35.3.-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “valideynlərdən miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9648/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9648/2023
26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver