Məhkəmə qərarları › İş №2-1(112)-9648/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9648/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9648/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X3 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X3 Konsaltinq” MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehin May 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli, **********182900 saylı, Dekabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********175300 saylı, Aprel 2023cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********236900 saylı, İyun 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********268400 saylı, Aprel 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********523200 saylı, Noyabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********512800 saylı, İyul 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********518000 saylı, Avqust 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********864100 saylı, Noyabr 2023-cü il ƏDV dövrü üzrə **********876200 saylı 14 may 2024 tarixli, Sentyabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********510400 saylı, Yanvar 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********193300 saylı, May 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********195700 saylı, Avqust 2022-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********032700 saylı, İyul 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********033400 saylı, Fevral 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli**********030300 saylı, Oktyabr 2022-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********031000 saylı, Mart 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********189800 saylı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş May 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********182900 saylı, Dekabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********175300 saylı, Aprel 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********236900 saylı, İyun 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********268400 saylı, Aprel 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********523200 saylı, Noyabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********512800 saylı, İyul 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********518000 saylı, Avqust 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********864100 saylı, Sentyabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********510400 saylı, Yanvar 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********193300 saylı, May 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********195700 saylı, Avqust 2022-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********032700 saylı, İyul 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********033400 saylı, Fevral 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********030300 saylı, Oktyabr 2022-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********031000 saylı, Mart 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********189800 saylı, Mart 2024-cü il ƏDV dövrü üzrə 04 iyun 2024 tarixli **********931200 saylı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBBX seriyalı 040423 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə quot "xxxx" MMC (990002272 l)-a 42,46 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCL seriyalı, 839884 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə quot "xxxx" MMC (990002272l)-a 26.45 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Belə ki, cavabdeh tərəfindən bizə ünvanlanmış uyğunsuzluq məktublarına aşağıdakı kimi cavablar təqdim edilmişdir: "xxxx" MMC-yə (**********) sentyabr və noyabr 2022 dövrü üzrə əvəzlədiriləcək ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddələrinə əsaslanaraq nağdsız qaydada ödənilmişdir. "xxxx" "xxxx" MMC-yə (**********) sentyabr və noyabr 2022 dövrü üzrə əvəzlədiriləcək ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176 - cı maddələrinə əsaslanaraq nağdsız qaydada ödənilmişdir. "xxxx" "xxxx" MMC-yə (**********) ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176 cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmiş və müvafiq olaraq 2022 İyul ayı üzrə Ədv vergi bəyannaməsində əvəzləşdirilmişdir. "xxxx" MMC-yə (**********) ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176 - cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmiş və müvafiq olaraq 2022 Sentyabr və 2022 Noyabr ayı üzrə Ədv vergi bəyannaməsində əvəzləşdirilmişdir . "xxxx" MMC-yə (**********) ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176 cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmiş və müvafiq olaraq 2022 İyul ayı üzrə Ədv vergi bəyannaməsində əvəzləşdirilmişdir. "xxxx" MMC-yə (**********) ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176 - cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmişdir. "xxxx" MMC-yə (**********) ədv ödənişi Vergi Məcəlləsinin 175 və 176 - cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmişdir. "xxxx" MMC-yə (**********) ədv ödənişi Vergi cavabdeh müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il aprel-dekabr ayları, 2023-cü il yanvar-iyul ayları və 2024-cü il mart ayı üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. 2022-ci il aprel ayı üçün təqdim edilmiş bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 160,54 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaiməfakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. 2022-ci il may ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBBX seriyalı, 040423 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" MMC-yə 42.46 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il avqust ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCC seriyalı, 552089 nömrəli elektron qaimə-fakturası üzrə 40.21 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il oktyabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCH seriyalı, 897816 nömrəli elektron qaimə-fakturası üzrə 33.82 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il dekabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCL seriyalı, 839884 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 26.45 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il yanvar ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCN seriyalı, 614757 nömrəli elektron qaimə- fakturası üzrə 54,22 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il fevral ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDA seriyalı, 603921 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 29.26 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il mart ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDC seriyalı 181368 nömrəli elektron qaiməfakturası (VHF-si) 31.33 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il aprel ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDE seriyalı 209359 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 27.59 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il may ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDG seriyalı 461892 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 18.83 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il iyun ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDİ seriyalı 782171 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 25.38 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il iyul ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDK seriyalı 623217 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (9********) 7.82 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturaları (VHF-ları) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********545200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 1062 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********523200 nömrəli, 2022-ci il may ayı üçün ƏDV bəyannaməsi üzrə 336.42 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024- cü il tarixli **********182900 nömrəli, 2022-ci il avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 401 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********032700 nömrəli, 2022-ci il oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 360 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********031000 nömrəli, 2022-ci il dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 396 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024cü il tarixli **********175300 nömrəli, 2023-cü il yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********193300 nömrəli, 2023-cü il fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********030300 nömrəli, 2023-cü il mart ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********189800 nömrəli, 2023-cü il aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********236900 nömrəli, 2023-cü il may ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024cü il tarixli, **********195700 nömrəli, 2023-cü il iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********268400 nömrəli, 2023-cü il iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 540 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********033400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2022-ci il iyul ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCA seriyalı 737001 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" MMC-yə 43.01 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********054000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 1062 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********033400 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2022-ci il sentyabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCE seriyalı 592631 nömrəli elektron qaiməfakturası "xxxx" MMC-yə 32.38 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il noyabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 915243 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" MMCyə 48.06 manat ƏDV məbləği ödənilmədiyi üçün bu elektron qaimə-fakturaları (VHF-ları) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli, **********918400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 30.96 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********510400 nömrəli, 2022-ci il noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 270 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********512800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 74434,71 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1. 2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 43991,69 manat olması təqdim edilmiş üzrə ümumilikdə 30443.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********480800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il mart ayı üçün ƏDV bəyannaməsi üzrə 103 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********931200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun "xxxx" MMC-yə olan borcu ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə həmin məbləğlərin "xxxx" MMC-yə ödənildiyi göstərilsə də, həmin nağdsız ödənişlərin ödənilməsi barədə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilməmişdir. İddiaçı ödəniş qəbzləri təqdim etsə də, bu həmin ödənişlər barədə sənədlər kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublarda müvafiq dövrlət üzrə zəruri məlumat və sənədlərin təqdim edilməsi tələb edilmişdir. İşdə olan cavabdeh tərəfindən qəbul edilmiş kameral vergi yoxlamasına dair 14 may 2024 tarixli, **********182900 saylı qərarla iddiaçıya may 2022-ci il üzrə 42,63 manat, 14 may 2024 tarixli, **********175300 saylı qərarla dekabr 2022-ci il üzrə 25,03 manat, 14 may 2024 tarixli, **********236900 saylı qərarla apreı 2023-cü il dövrü üçün 29,91 manat, 14 may 2024 tarixli, **********268400 saylı saylı qərarla iyun 2023-cü il üçün 23,96 manat, 14 may 2024 tarixli, **********523200 saylı qərarla aprel 2022-ci il üçün 28,90 manat, 14 may 2024 tarixli, **********512800 saylı qərarla noyabr 2022-ci il üçün 46,64 manat, 14 may 2024 tarixli, **********518000 saylı qərarla iyul 2022-ci il üçün 41,59 manat, 14 may 2024 tarixli, **********864100 saylı qərarla avqust 2023-cü il üçün 3,03 manat, **********876200 saylı, 14 may 2024 tarixli qərarla noyabr 2023-cü il üçün 30371,02 manat, 14 may 2024 tarixli, **********510400 saylı qərarla sentyabr 2022-ci il üçün 30,96 manat, 14 may 2024 tarixli, **********193300 saylı qərarla yanvar 2023-cü il üzrə 52,80 manat, 14 may 2024 tarixli, **********195700 saylı qərarla may 2023-cü il üzrə 17,41 manat, 14 may 2024 tarixli, **********032700 saylı qərarla avqust 2022-ci üzrə 38,79 manat, 14 may 2024 tarixli, **********033400 saylı qərarla iyul 2023-cü il üzrə 28,80 manat, 14 may 2024 tarixli, **********030300 saylı qərarla fevral 2023-cü il üzrə 27,84 manat, 14 may 2024 tarixli, **********031000 saylı qərarla oktyabr 2022-ci il üzrə 32,40 manat, 14 may 2024 tarixli, **********189800 saylı qərarla mart 2023-cü il üzrə 29,91 manat əlavə vergi borcu hesablanmışdır. İddiaçının nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş müxtəlif ödəniş terminalları vasitəsilə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı həmin qəbzlərə əsasən müxtəlif vaxtlarda "xxxx" MMC-yə ödənişlər etmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı bununla bağlı subyektiv hüquqa malikdir və 30 günlük iddia müddətini öterməmişdir. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 16.1-ci maddəsinə əsasən 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.4-3. bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək vergi orqanının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllədə həmçinin göstərilmişdir ki, vergi ödəyicisi olan hər hansı şəxs: həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur (71.1.). Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar (71.2.). Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71- 1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün (71-1.1.). Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir (72.1.). Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər (72.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022ci ilin iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il aprel-dekabr ayları, 2023-cü il yanvar-iyul ayları və 2024-cü il mart ayı üçün ƏDV bəyannamələri üzrə cavabdeh tərəfindən kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin yoxlamalar əsasında müəyyən edilmişdir ki, bəyannamələrdə iddiaçının "xxxx" MMC-yə ödənilmiş xərcləri kimi nəzərdə tutulmuş bir sıra ödənişlər onun tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçının xərclərində kənarlaşma yaranmışdır. İddiaçıya bununla bağlı “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar” göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdime dilmədiyi üçün cavabdeh tərəfindən hazırkı iş üzrə mübahisələndirilən qərarlar qəbul edilmişdir. Vergi Məcəlləsində göstərilmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4). İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, həmin ödənişlər "xxxx" MMC-yə ödənilmişdir və iddiaçının hər hansı borcu yoxdur. Bununla bağlı iddiaçı tərəfindən iddia ərizəsinə "xxxx" MMC ilə birlikdə tərtib edilmiş üzləşmə aktları əlavə etmişdir. Lakin, üzləşmə aktları iddiaçının direktoru tərəfindən imzalansa da, "xxxx" MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə həmin üzləşmə aktlarını sübut kimi qəbul etmir. Həmçinin Vergi Məcəlləsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDVsiz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir (175.1.). İddiaçı həmin ödənişlərin həyata keçirilməsinin sübutu kimi müxtəlif ödəniş terminalları vasitəsilə, müxtəlif vaxtlarda edilmiş ödənişlərə əsaslanmışdır. Qeyd edilməlidir ki, ödəmə terminal vasitəsilə ödənişlər tərəflər arasında nağdsız ödəniş kimi qəbul edilə bilməz. Eyni zamanda iş materiallarına əlavə edilmiş həmin qəbzlərlə ödənişin məhz bəyannamədə göstərilmiş məqsədlərlə edildiyi müəyyən edilmir. Belə ki, həmin ödənişlər müxtəlif şəxslərin telefon danışıq haqqına görə ödənilə bilər ki, iddiaçının xərc sənədi kimi nəzərə alına bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X3 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar