Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9649/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı1, İddiaçı2, X5, X3 və X2 ünvan 1 ünvanına qeydiyyata alınmaları” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 yaşlı uşağı, o cümlədən Mədinə, Almaz və Raul Ruhullayev ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində yerləşən 333 saylı evdə yaşayırlar. Həmin evi 2014-cü il tarixdə X1 etibarnamə əsasında almışlar. Evin dəyəri olaraq ona 29000 manat pul ödəmişlər. Evin ilkin sahibi isə X7 olmuşdur. xx.xx.2014-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sahibliyində olan fərdi yaşayış evinin daşınmaz əmlak kimi qiymətləndirilməsinə dair hesabat cədvəli tərtib edilmişdir. Həmin hesabata uyğun olaraq fədi ev daşınmaz əmlak kimi 26956 manat məbləğində dəyərləndirilmişdir. Tərəfindən faktiki sahibliyində və istifadəsində olan evin qaz, su, elektrik enerjisinin satışının təmin edilməsi üçün Suraxanı rayonunda fəaliyyət göstərən eyni adlı orqanları ilə müvafiq müqavilələr bağlamış və hazırda həmin təminatlardan istifadə edir. Qeyd edilən evi sahibliyinə alana qədər ailəliklə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin yerləşdiyi ünvanda qeydiyyatda olmuşlar. Bu ilin fevral ayında cavabdeh tərəfindən həmin inzibati orqanın yerləşdiyi ünvan üzrə qeydiyyatdan çıxarılmış və həmin orqan şəxsiyyət vəsiqələrinin istifadəsinə məhdudiyyət qoyduğundan həmin sənədlərdən istifadə edə bilmirlər. Yaşayış yeri üzrə qeydiyyatın olmaması xüsusi ilə uşaqların hüquq və maraqlarına ziddir. Belə ki, qeydiyyatsız olaraq onlar uşaqlara aid olan sosial, tibbi və digər təyinatlı obyektlərin xidmətlərindən istifadə edə bilmirlər. Artıq 5 ilə yaxın bir müddətdir ki, hazırda yaşadığı və qeyd etdiyi ünvan ailəsinin daimi yaşayış yeri hesab edilir. Beləliklə, yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə tərəfindən iddiaçılara Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək qeydiyyata alınmaq üçün müraciət etdikləri evə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2014-cü il tarixli hesabat cədvəlində tikintinin sahibi İddiaçı1, ünvanı isə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq sovxozu olaraq qeyd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı1 arasında bağlanmış 162114 saylı xx.xx.2018-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsindən görünür ki, Suraxanı rayonu Quşçuluq massivi 333 ünvanında (həyətdə) hesablaşma elektrik sayğacı quraşdırılaraq İddiaçı1 təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi (paylayıcı) və İddiaçı1 (istehlakçı) arasında bağlanmış AKX-00055xx/xx-2018 saylı xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı tərəfindən istehlakçının keyfiyyətli qazla təmin edilməsi və istehlakçı tərəfindən qazın dəyərinin müvafiq qaz sayğacına əsasən paylayıcıya ödənilməsi öhdəliyi götürülmüşdür. İstehlakçının ünvanı Hövsan qəsəbəsi Quşçuluq massivi qeyd edilmişdir. AZ-İİİ seriyalı 462149 saylı xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Xİ-JQ seriyalı 332924 saylı xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1985-ci il tarixdə Ucar rayonunda doğulmuşdur. AZ-İİ seriyalı 183068 saylı xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 nikaha daxil olmuşlar. AZ-İİİ seriyalı 887004 saylı xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur (anası: İddiaçı2; atası: İddiaçı1). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 30571/2023 **********71 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 333 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 3793 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı1 həqiqətən 2018-ci ildən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq sovxozu yaşayış sahəsi ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır (ailə tərkibi: arvadı – İddiaçı2, qızı – X5, qızı – X4, oğlu – X6). Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. III. Məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamaqla Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışda iddiaçıların 2018-ci ildən Bakı şəhəri ünvan 6 ünvanı göstərilməmiş, “Azəriqaz” İstehsalat Birliyi və İddiaçı1 arasında bağlanmış qazın alqı-satqısı müqaviləsində də iddiaçının ünvanı Hövsan qəsəbəsi Quşçuluq massivi kimi göstərilmişdir. İddiaçılar tərəfindən təqdim olunan tikiniyə dair hesabat cəvdəlinin kserosurəti məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməklə bərabər həmin sənəddə də ünvan kimi yalnız Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq sovxozu qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların ünvan 1 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova