Məhkəmə qərarları › İş №2-1(112)-965/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-965/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-965/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müraciət edilən tarixdən əvvəlki üç ildə ödənilməklə güzəştli şərtlərlə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilir ki, “İdarəyə təqdim etdiyiniz sənədlərdə xx.xx.1988- xx.xx.2006-cı illər arasındakı dövr ərzində “Siyəzənneft” NQÇİ-nin NKH və N sahəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli, 40 saylı arayışında qeyd edilir ki, İddiaçı, nasos qurğularının maşinisti peşəsində işləməklə, güzəştli şərtlərlə ümumi əmək stajı 36 il, 04 ay, 13 gün (otuz altı il, dörd ay, on üç gün) təşkil edir. Qeyd olunanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. Bundan başqa SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli, AB-04/282 saylı arayışında qeyd edilir ki, İddiaçı “Siyəzənneft” Neft və X4-tədqiqat və istehsalat işləri sahəsində 3-cü dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir və iş yerlərinin attestasiyasının nəticələrinə əsasən zərərli əmək şəraitinə görə onun vəzifə (tarif) maaşına 1.04 artım əmsalı təyin edilmişdir.Bundan başqa, SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli. AB-04/341 saylı arayışında qeyd edilir ki, İddiaçı hal-hazırda “Siyəzənneft” Neft və X4-tədqiqat və istehsalat işləri sahəsində nasos qurğularının maşinisti peşəsində çalışmaqla işlədiyi növbə ərzində təzyiq və məhsuldarlığı eyni olan 2 (iki) NB-125 və 9MQR markalı porşenli texnoloji nasoslara xidmət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu hissəsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) 2-ci bəndinə (Neft, qaz və qaz kondensatının hasilatı) əsasən - “texnoloji nasosların maşinistləri” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil edilmişdir.Hazırda İddiaçı 57 yaşı vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Vətəndaşların pensiya təminatı haqqında" qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz.Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır:1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması;2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması;3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşə olan “nasos qurğuları maşinisti" peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyildir.Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır.“Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayını tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.Həmçinin, İddiaçının işləmiş olduğu SOCAR “Azneft” İB “Siyəzənneft" neft və qazçıxarma idarəsi tərəfindən təqdim edilmiş Arayışda qeyd edilir ki,İddiaçının işlədiyi peşə olan “nasos qurğularının maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın təsdiq edilməsi haqqında" xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarının 10-cu bölməsində mövcuddur. Halbuki, həmin Qərara nəzər salsaq görərik ki, 10-cu bölmədə (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) "nasos qurğularının maşinisti” peşəsi mövcud deyildir.Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda qeyd olunur: idarəyə təqdim etdiyiniz sənədlərdə xx.xx.1988-xx.xx.2006-ci illər arasındakı dövr ərzində “Siyəzənneft” NQÇİ-nin NKH və N sahəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il taxirli 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli 40 saylı arayışdan görünür ki, İddiaçı - 827 saylı xx.xx.1980-cı il tarixli əmrə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 01 ay, 15 gün (bir ay on beş gün) təşkil edir;- 108 saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin ET və İ İ sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 05 il, 07 ay, 23 gün (beş il, yeddi ay, iyirmi üç gün) təşkil edir;- 746 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Siyəzənneft” NQÇİ-nin NKH və N sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 26 il, 02 ay, 14 gün (iyirmi altı il, iki ay, on dörd gün) təşkil edir; -72/k saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən xx.xx.2014-cü il tarixdən halhazıradək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində nasos qurğularının maşinisti peşəsində işləməklə iş stajı 04 il, 04 ay, 21 gün (dörd il, dörd ay, iyirmi bir gün) təşkil edir.Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 36 il, 04 ay, 13 gün (otuz altı il,dörd ay, on üç gün) təşkil edir.Qeyd olunanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li qərarınınn "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. İş materiallarında olan SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli AB-04/282 saylı arayışından görünür ki, İddiaçı “Siyəzənneft” Neft və X4-tədqiqat və istehsalat işləri sahəsində 3-cü dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir və iş yerlərinin attestasiyasının nəticələrinə əsasən zərərli əmək şəraitinə görə onun vəzifə (tarif) maaşına 1.04 artım əmsalı təyin edilmişdir. İş materiallarında olan SOCAR“Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli AB-04/341 saylı arayışından görünür ki,İddiaçı halhazırda “Siyəzənneft” Neft və X4-tədqiqat və istehsalat işləri sahəsində nasos qurğularının maşinisti peşəsində çalışmaqla işlədiyi nöbvə ərzində təzyiq və məhsuldarlığı eyni olan 2 (iki) NB-125 və 9MQR markalı porşenli texnoloji nasoslara xidmət göstərir. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ciildən xx.xx.1978-ci ilədək “Siyəzənneft” Neft və X2-quraşdarma idarəsində bənna, xx.xx.1978-ciildən xx.xx.1980-ci ilədək “Siyəzənneft” Neft və X2-quraşdarma idarəsində dülgər, xx.xx.1980-ciildən xx.xx.1980-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək “Siyəzənneft” NQÇİ-nin elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, xx.xx.1988-ci ildən xx.xx.2014-cü ilədək “Siyəzənneft” NQÇİ-nin neftinkompleks hazırlanması sahəsində maşinist peşəsində işləmişdir, xx.xx.2014-cü ildən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinə su təchizatı və utilizasiya xidməti sahəsinə 5-ci dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək “Siyəzənneft” Neft və X2-quraşdarma idarəsində bənna, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək “Siyəzənneft” Neft və X2-quraşdarma idarəsində dülgər, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, xx.xx.1983cü ildən xx.xx.1988-ci ilədək “Siyəzənneft” NQÇİ-nin elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, xx.xx.1988-ci ildən xx.xx.2014-cü ilədək “Siyəzənneft” NQÇİ-nin neftin kompleks hazırlanması sahəsində maşinist peşəsində işləmişdir, xx.xx.2014-cü ildən halhazıradək “Siyəzənneft” NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinə su təchizatı və utilizasiya xidməti sahəsinə 5-ci dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur (eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na) və qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar