Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-965/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri H.Məmmədov küçəsi 9), üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon M.Cəlal küçəsi ev 9, mənzil 44; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili) iştirakı ilə, iddiaçı - İddiaçıMTK-nın cavabdeh - Bakı Şəhər İcra Hakimiyyətinə üçüncü şəxs - "xxxx" QSC qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı İddiaçınə yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1736 nömrəli, 29 dekabr 1995-ci il tarixli Sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının vermiş olduğu Sərəncamının əsassız hesab edərək ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4090/2019 saylı 18.12.2019-cu il tarixli qərardadı ilə İddiaçıMTK-nın iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)574/2020 saylı 14.02.2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4090/2019 saylı 18.12.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlər edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə növbəti məhkəmə iclası 08.09.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 20.10.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, "xxxx" MTK-nın 10 nömrəli, 25 iyul 1995-ci il tanxTi məktubuna əsasən Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 1736 nömrəli, 20 dekabr 1995-ci il tarixli Sərəncamı ilə Bakı Şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün "xxxx" 11 K- ya ayrılmışdır. Bundan sonra, "xxxx" Mənzil Tikinti Kooperativi mövcud olan hüquq müəyyənedici sənədlər ilə birlikdə Bakı Şəhəri, Yasamal rayonu, İ.Əbilov ilə M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırmasının razılaşdırılması üçün iki dəfə eyni məzmunlu məktub ilə yəni 07 iyun 2019-cu il tarixdə və 15 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "xxxx" MTK-ya ünvanlanmış olduğu 02/285 nömrəli, 04 iyul 2019-cu il tarixli və 02/511 nömrəli, 22 iyul 2019-cu il tarixli məktublara əsasən qeyd olunmuşdur ki, "xxxx" Mənzil t ikinti Kooperativinə torpaq sahəsinin ayrılması haqqında Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1736 nömrəli, 29 dekabr 1995-ci il tarixli Sərəncamı ləğv edilmişdir. Bu səbəbdən yaranmış mübahisənin aradan qaldırılması məqsədi ilə "xxxx" MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra İ lakimiyyəlinin Başçısının Aparatının "xxxx" MTK-ya ünvanlanmış olduğu 7-2427/17 nömrəli, 06 avqust 2019-cu il tarixli məktubuna əsasən sözügedən Sərəncamın Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hüquqi qüvvəsinin itirildiyi üçün arxiv arayışının "xxxx" MTKya verilməsi qeyri-mümkün olmuşdur. "xxxx" MTK-ya yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Bakı Şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 1736 nömrəli, 29 dekabr 1995-ci il tarixli Sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamını əsassız hesab edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İddiaçı sədri Tural Hüseynova ünvanlanmış 04.07.2019-cu il tarixli 02/285 nömrəli məktubundan görünür ki, iddiaçının 07.06.2019-cu il tarixli müraciətinə cavab olaraq İddiaçınə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29.12.1995-ci il tarixli 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İddiaçı sədri Tural Hüseynova ünvanlanmış 22.07.2019-cu il tarixli 02/511 nömrəli məktubundan görünür ki, iddiaçının 15.07.2019-cu il tarixli təkrar müraciətinə cavab olaraq İddiaçınə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29.12.1995-ci il tarixli 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin 06.08.2019-cu il tarixli 7- 2427/17 nömrəli məktubu ilə bildirilmişdir ki, sözügedən sərəncam Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə əsasında hüquqi qüvvəsini itirdiyi üçün, arxiv arayışının verilməsi icra edilə bilməz. İş materiallarından görünür ki, "xxxx" QSC-nin 29.12.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29.12.1995-ci il tarixli 1736 nömrəli qərarı ilə çoxmərtəbəli binanın inşası üçün İddiaçı kooperativinə həmin ərazidən 0.26 ha. Torpaq sahəsi ayrılmış, bina tikintisinə başlamaq üçün çala qazılmış, lakin Bakı Metropolteni tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına olunan müraciətlərdən sonra başlanılmış tikinti işləri dayandırılmışdır. Son zamanlar “Nizami” stansiyasınna daxil olmuş qrunt sularının həcminin artdığı müşahidə olunduğundan "xxxx" QSC tərəfindən 07.06.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.06..2017-ci il tarixli TŞ-292 nömrəli tapşırığını və "xxxx" QSC-nin 07.06.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubunu nəzərə alaraq 60 nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə 13.06.201-ci il tarixli 11-M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla 12.10.1994-cü il tarixli 1415 nömrəli və 29.12.1995-ci il tarixli 1736 nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini "xxxx" QSCnin sərəncamına qaytarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normaların və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" QSC) İddiaçınə yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1736 nömrəli, 29 dekabr 1995-ci il tarixli Sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının vermiş olduğu Sərəncamının əsassız hesab edərək ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-965/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-965/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver