Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-965/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 05.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonrdan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 60 yaşının tamam olduğu 05.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqan **********1 №-li 19.04.2021-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edərək sənədləri geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, iddiaçının işlədiyi su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı xx.xx.1958-cı il təvəllüddür. Orta məktəbi bitirdikdən sonra 01.09.1976-cı il tarixdə Bakı şəhər 74 №-li Texniki Peşə Məktəbinə daxil olmaqla tornaçı peşəsinə yiyələnmiş və əmək fəaliyyətinə 23.02.1977-ci il tarixdən Maşınqayırma zavodunda tornaçı kimi başlamışdır. Ordu sıralarına (22.11.1077 - 10.12.1979) həmin zavodddan getmiş və hərbi xidmətini başa vurduqdan sonra əvvəlki iş yerinə qayıdaraq işləməkdə davam etmişdir. Əmək fəaliyyətini təsdiq edən iki əmək kitabçası mövcuddur. Onlardan birincisi üzrə əmək fəliyyətinə 23.02.1977-ci ildən başlanmış və 20 ildən çox əmək stajı yaranmışdır. Əmək fəaliyyətinə dair ikinci əmək kitabçası 02.02.1990-ci ildə açılmış və hazırda da davam etməkdədir, elə zərərli işdə çalışmaqla bağlı güzəştli şərtlərlə əmək pensiya hüququnu həmin dövrdə qazanmışdır. Belə ki, 17.07.1995-ci ildən zərərli istehsalat sahəsi sayılan Bakı Kanalizasiya İB-də, sonradan Bakı Kanalizasiya Xidməti İdarəsində və daha sonra "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiya hüququ verən 60 yaşın 05.12.2018-ci il tarixdə tamam olmaqla, pensiya təyin olunması üçün əsas şərt 42 il (1-ci əmək kitabçası ilə 12 il +2-ci əmək kitabçası ilə 28 il) sosial sığorta stajına malik olma və bu müddətin azı 18 ilini Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə çalışmağıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanuna zidd olduğa görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının təqdim etdiyi 2 fevral 1990cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında onun 17.07.1995-ci il tarixindən bugünədək "xxxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər vəzfəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı oğlu xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasının Kürdəmir rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19.03.2021-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. 2 fevral 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında onun 17.07.1995-ci il tarixindən bugünədək "xxxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər vəzfəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin 22.01.2021-ci il tarixli RS-01/01-03-03 saylı məktubundan görünür ki, iddiaçı “Azərsu" ASC-nin Yasamal rayon Sukanal İdarəsində 01.04.2011-ci il tarixdən (Əmr 21/k, 01.04.2011-ci il) hal-hazıradək aşağıda göstərilən güzəştli peşələrdə işləyir. Onun güzəştli əmək stajı aşağıdakı kimidir: 17.07.1995 - 01.10.2004-cü il "xxxx" ASC-nin Bakı Kanalizasiya İstehsalat X1 qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 76/k, 17.07.1995) Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 9 il 2 ay 17 gün (doqquz il, 2 ay, on yeddi gün). 01.10.2004 - 30.10.2004-cü il ASC-nin Bakı Kanalizasiya Xidməti idarəsinin Sabunçu Sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 05/k 01.10.2004-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 29 gün ( iyirmi doqquz gün). 19.02.2007 - 09.11.2009-cu il Azərsu” ASC-nin Bakı Kanalizasiya Xidməti İdarəsinin Sabunçu Sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 12/k 19.02.2007- ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 2 il 8 ay 20 gün ( iki il, 8 ay, iyirmi gün). 02.03.2011 - 31.03.2011-ci il Azərsu” ASCnin Bakı Kanalizasiya Xidməti İdarəsinin Yasamal Sahəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 22/k 01.03.2011-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 29 gün (iyirmi doqquz gün). 01.04.2011 - hal hazıradək "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. (Əmr 21/k 01.04.2011-ci il). Bu ixtisas Azərbaycan respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 9 il 9 ay 15 gün (doqquz il, doqquz ay, on beş gün). Yuxarıda qeyd olunan bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. İddiaçı "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində bu işlərdə işləməsində 21 il 10 ay 3 gün (iyirmi bir il on ay üç gün) iş stajı var. Arayış əmək kitabçası əsasında verilmişdir. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 22.11.1977-ci il tarixdən 10.12.1979-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin 27.05.2021-ci il tarixli 01/01-02-418 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 17.07.1995-ci il - 01.10.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, 01.10.2004-cü il - 30.10.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, 19.02.2007-ci il - 09.11.2009-cu il tarixlərində həmin idarənin Sabunçu sahəsində, 02.03.2011-ci il - 31.03.2011-ci il tarixlərində Yasamal rayon Sukanal sahəsində, 01.04.2011-ci il tarixindən bu günə qədər "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışır. İddiaçı əsas peşə funksiyalarına binadaxili və məhəllədaxili kanalizasiya şəbəkələrində baş verən qəzaların, tutulmaların aradan qaldırılması, kanalizasiya şəbəkələrindən, yağış kollektorlarından və barmaqlıqlardan çirkabların və zibilin kənar edilərək təmizlənməsi daxil edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli, 137 saylı qərarına dair "xxxx" ASC-nin 14.10.2021-ci il tarixli 584 nömrəli əmri ilə əmək şəraiti üzrə iş yerlərinin attestasiyası aparılmış və 21.10.2019-cu il tarixli 608 nömrəli əmri ilə əmək şəraitinin ağır və zərərlilik dərəcəsinə görə artım əmsalları müəyyən edilmişdir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin 01.11.2021-ci il tarixli 01/03-03-127 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 17.07.1995-ci il - 01.10.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, 01.10.2004-cü il - 30.10.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti idarəsində, 19.02.2007-ci il - 09.11.2009-cu il tarixlərində həmin idarənin Sabunçu sahəsində, 02.03.2011-ci il - 31.03.2011-ci il tarixlərində Yasamal rayon Sukanal sahəsində, 01.04.2011-ci il tarixindən bu günə qədər "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışır. Məktuba müvafiq əmrlər əlavə edilmişdir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsi tərəfindən verilmiş 10 saylı 01.03.2022-ci il tarixli əmək haqqı arayışından görünür ki, iddiaçı 17.07.1995-ci il tarixdən 01.10.2004-cü il tarixədək, 19.02.2007-ci il tarixdən 09.11.2009-cu il tarixədək, 02.03.2011-ci il tarixdən 30.12.2011-ci il tarixədək Bakı Kanalizasiya İstehsalat Birliyinin Sabunçu rayon sahəsində qəza – bərpa çilingəri peşəsində çalışmışdır. Arxivdə 1995-1996-cı illər üzrə əmək haqqı cədvəli aşkar edilməmişdir. Məktuba müvafiq əmrlər əlavə edilmişdir. - İddiaçıya məxsus sosial arayışdan görünür ki, 2006-2021 illərdə iddiaçının şəxsi hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı 02.02.1990-cı il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 02.02.1990-cı il tarixdən 12.07.1995-ci il tarixədək (əmr №18, 02.02.1990-cı il) AYT təmiri və istismarı idarəsində çilingər, 17.07.1995-ci il tarixdən 01.10.2004-cü il tarixinədək (əmr №76/k, 17.07.1995-ci il) Kanalizasiya şəbəkələrinin istismarı idarəsinin Sabunçu sahəsində, 01.10.2004-cü il tarixdən 30.10.2004-cü il tarixinədək (əmr №05/k, 01.10.2004-cü il) Bakı Kanalizasiya Xidməti İdarəsində, 19.02.2007-ci il tarixinədək 09.11.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində (əmr №12/k, 19.02.2007-ci il), 02.03.2011-ci il tarixdən 31.03.2011-ci il tarixinədək (əmr №22/k 01.03.2011-ci il) Yasamal rayon Sukanal sahəsində, 01.04.2011-ci il tarixindən (əmr №21k 01.04.2011-ci il) "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəzabərpa işləri üzrə çilingər peşəsində işləmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı 19.11.1977-ci il tarixli əmək kitabçasından görünür ki, o, 01.09.1976-ci il tarixdən 19.07.1977-ci il tarixədək 74 nömrəli texniki peşə məktəbindən təhsil almış, 23.02.1977-ci il tarixdən 18.11.1977-ci il tarixədək (əmr №369 /k, 25.02.1977), 07.07.1980-ci il tarixdən 18.09.1980-ci il tarixədək (əmr №867/k 07.07.1980) tornaçı, 20.09.1980-cı il tarixdən 21.12.1983-cü il tarixədək mexanik, 23.07.1984-cü il tarixdən 1988-ci il tarixədək (əmr №471/ok, 20.07.1984) Bakı Elektrik Termik Avandanlıqların zavovunda tornaçı,15.07.1988-ci il tarixdən 03.08.1988-ci il tarixədək (əmr №65k, 15.07.1988-ci il) traktor sürücüsü, 11.08.1988-ci il tarixdən 01.11.1991-ci il tarixədək termist, 04.11.1991-ci il tarixdən 15.08.1994-cü il tarixədək (əmr OK №211, 11.11.1991-ci il) traktor sürücüsü, 16.08.1994-cü il tarixdən 01.01.1998-ci il tarixdək 71 №-li Mənzil İstismar Sahəsində çilingər (əmr №7, 15.08.1994-cü il), 03.01.1998-ci il tarixdən 01.01.2002-ci il tarixədək (əmr №1, 03.01.1988-ci il), 02.01.2002ci il tarixdən 01.03.2003-cü il tarixədək (əmr № 4, 27.02.2003) sürücü işləmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 05.12.2018-ci il tarixdə 60 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin iddiaçının güzəştli iş stajının olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, 05.12.2018-ci il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu 05.12.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 05.12.2018-ci il tarixdək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—18447 yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bölməsində yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi təsbit olunmuşdur. İddiaçı 17.07.1995-ci il tarixdən 01.10.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, 01.10.2004-cü il tarixdən 30.10.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, 19.02.2007-ci il tarixinədək 09.11.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində, 02.03.2011-ci il tarixdən 31.03.2011-ci il tarixinədək Yasamal rayon Sukanal sahəsində, 01.04.2011-ci il tarixindən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində ümumilikdə 19 il 09 ay 06 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və kapitalı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının xüsusi iş stajının guya olmamasını əsas gətirməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarında olan sənədlərə (hərbi bilet, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçı 17.07.1995-ci il tarixdən 01.10.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, 01.10.2004-cü il tarixdən 30.10.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, 19.02.2007-ci il tarixinədək 09.11.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində, 02.03.2011-ci il tarixdən 31.03.2011-ci il tarixinədək Yasamal rayon Sukanal sahəsində, 01.04.2011-ci il tarixindən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində 19 il 09 ay 06 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajını toplamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 05.12.2018-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 60 yaşının 05.12.2018-ci il tarixdə tamam olmasını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi, habelə iddiaçı işlədiyi kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu 05.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 05.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-965/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-965/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver