Məhkəmə qərarları › İş №2-1(112)-965/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-965/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-965/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 38 nömrəli Şəhər Poliklinikasına qarşı “Forma 88 arayışın tərtib edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən onun əlillik dərəcəsinin verilməsinin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əsl cavabdeh 38 nömrəli Şəhər Poliklinikası ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci ildən 2019-cu ilə qədər Dövlət Sərhəd Xidmətinin Akademiyasında gizir kimi əmək fəaliyyətinə başlamışdır. Xidmət dövründə bir hərbçi kimi həmişə daxili nizam-intizama, qanunlara daim riayət etmişdir. Lakin taleyin qisməti ilə xidmət dövründə xəstələnmişdir, yəni mədəaltı vəzində problem yarandığından həzm funksiyasının pozulması ilə bağlı xəstəliyi olduğu üçün əmrə əsasən işdən təxris olunmuşdur. İşdən çıxdıqdan sonra xəstəliyi daha da ağırlaşdığından respublika ərazisində özəl klinikalarda ambulator müalicələri olmaqla eləcə də, Bakı şəhərində fəaliyyət göstərən 5 saylı Klinik Xəstəxanada stasionar müalicə almışdır, lakin müayinə və müalicələri səhhətində heç bir köməkliyi olmaqla yanaşı müsbət nəticəsi də olmamışdır. Hazırda şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. O xəstəliyi ilə bağlı Tibbi Sığorta Agentliyinə və cavabdeh orqana əlilliyin təyin olunması ilə bağlı rəsmi müraciətləri olsa da inzibati orqan ona əlilliyin verilməsində heç bir qanuni əsası olmadan imtina etmişdir. O bu hərəkət və hərəkətsizlikdən narazıdır bu səbəbdən də qanunvericiliyin tələbinə müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir.

4. Məhkəmə sorğusu əsasında əldə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixdə həkim məsləhət komissiyası tərəfindən əlilliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina aktında qeyd edilmişdir ki, İddiaçı əlilliyin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin həkim məsləhət komissiyasına müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə keçirilən həkim məsləhət komissiyasının iclası zamanı onun diaqnozunun AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarının 3.6.2. bəndində uyğun olaraq tibbi göstəriş olmadığı üçün TQS-088 rəsmiləşdiirlməsindən imtina edilmişdir.

5. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-ci il tarixli 3-17-4/2-14071/2024 nömrəlinin vətəndaşa dair mütəxəssis rəyinin təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-7582/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Nəzərinizə çatdırırıq ki, Vətəndaşlara Tibbi-Sosial Ekspert Komissiyasına göndərişin (Forma 88) verilməsi, tərtibi, elektron sistemə daxil edilməsi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin səlahiyyətinə daxildir və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə tənzimlənir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə İddiaçı dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar olaraq, hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-16190/2025 nömrəlinin vətəndaşa dair mütəxəssis rəyinin təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı dair mütəxəssis rəyinin təqdim edilməsi barədə xx.xx.2024-ci il tarixli, 2-1(112)-7582/2024 nömrəli qərardadınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 1302 nömrəli xəstəlik haqqında Şəhadətnaməsində “Keçirilmiş kəskin ödemli pankreatitdən sonrakı naməlum mənşəli qarışıq tipli hiperlipidemiya, funksiyaların mülayim dərəcədə pozulması ilə. Funksiyaların pozulması olmadan C2-C3-C4-C5-C6 fəqərəarası disklərin cüzi qabarması. Soltərəfli orxiektomiya (2009) əməliyyatından sonrakı sağtərəfli tək xaya. Qaraciyərin piy 24 iyun 2025-ci il 3-17-4/2-16190/2025 distrofiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı vətəndaş 2019, 2023 və 2025-ci illərə dair epikrizlə (X2) təqdim etmişdir. Şikayətləri qarnında ağrıdan, əsasən ishalın, bəzən qəbzliyin olmasından, defekasiya aktın gündə 2-3 dəfə olmasındandır. Aparılan müalicə: pəhriz və dərman prepaparatları (adlarını bilmir). Obyektiv müayinə: Boyu-170 sm, çəkisi- 77, bədən bəkisi indeksi 26,7 (norma). Dəri və görünən selikli qişaları-təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi normal inkişaf etmiş, sümük-əzələ sistemində patologiya müşahidə edilməmişdir. Dili-nəm, təmizdir. Agentikdə aparılan müayinələr: 1. Qarın boşluğu üzvlərinin ulturasəs müayinəsi-Sərbəst maye izlənmir, qaraciyər piy hesabına cüzi böyümüşdür. Hepatosteatoz 16,5 sm, hamardır, homogendir. Pankreas-norma daxilindədir. Dalaq- 13,4x4,6 sm (norma daxilindədir). 2. Qanın biokimyəvi müayinəsi – Xolesterin-5.3 (norma ≤5,0 mmol/l), Triqliserid – 8,4 (norma 0,39-1,69 mmol/l), Amilaza- 109 (norma 20-104 m/l). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.6.2ci bəndində: 1. Zülal-enerji çatışmazlığı (boy çəki indeksinin 16,0-17,5 olması); 2. İldə 4-5 dəfəyə qədər kəskinləşmələr; 3. Anemiya kimi dəyişikliklər tələb olunur; Bütün bunlar vətəndaşda müşahidə olunmamış və sənədlərlə təsdiq edilməmişdir. Yuxarıdakıları nəzərə alaraq, vətəndaşa dair “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir.

7. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X3 "Bakı Baş Səhiyyə Mərkəzi" X3 38 Nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli 18-1-1-44/2-120/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının NK-nin qərarı ilə 38 nömrəli ŞP-nın HMK-sı 2022-ci ilin mart ayından 2024-cü ilin sentyabr ayına qədər Xətai rayonu üzrə mərkəzi HMK-sı kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə Xətai rayonunun digər poliklinikalarının HMK-nın göndərişlərinə son rəy 38 nömrəli şəhər poliklinikasının HMK-sı tərəfindən verilirdi. Xətai rayonu, X4, ev 5, mənzil 2 ünvanda yaşayan İddiaçı 6 nömrəli Şəhər Poliklinikasının xidmət ərazisində yaşayır və orada dispanser qeydiyyatındadır. Xəstə 6 nömrəli poliklinikasının göndərişi əsasında 38 nömrəli ŞP-nın Həkim Məsləhət Komissiyasında müayinə edilmiş AR Nazirlər kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarının 3.6.2 bəndinə uyğun olaraq tibbi göstəriş olmadığına görə xx.xx.2023-cü il tarixində TQS-088 rəsmiləşdirilməsindən imtina edilmişdir. Dz: К 86.1 Xr. Pankreatit. К 76.0 Qaraciyərin piy distrofiyası. E 78.5 Dəqiqləşməmiş hiperlipikemiya E 11.4 Şəkərli diabet İİ tip. Z 90.7 Sol tərəfli orxidektomiya. Həkim Məsləhət Komissiyasının sədri may ayında məhkəmə iclasında iştirak etmiş öz mövqeyini bildirmişdir. 2024-cü ilin sentyabr ayında AR Nazirlər kabinetinin qərarı ilə Bakı şəhəri üzrə TSEK-na göndəriş vermə hüququ olan polilnikaların sayı azadılmış Xətai rayonunun mərkəzi HMK-sı X1 verilmişdir. Bu səbəbdən Xətai rayonu 6 nömrəli ŞP-da qeydiyyatda olan İddiaçı işi ilə əlaqədar qərarların icrası 38 nömrəli poliklinikanın səlahiyyətləri xaricindədir.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi əlillik dərəcəsinin təyin edilməsi üçün Forma 88 - göndərişin tərtib edilməsidir.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

16. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı əlilliyin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin həkim məsləhət komissiyasına müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə keçirilən həkim məsləhət komissiyasının iclası zamanı onun diaqnozunun AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarının 3.6.2 bəndində uyğun olaraq tibbi göstəriş olmadığı üçün TQS-088 rəsmiləşdirilməsindən imtina edilmişdir.

17. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

18. Belə ki, həmin xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində mütəxəssis rəyinin alınması təyin edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

19. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-16190/2025 nömrəli vətəndaşa dair mütəxəssis rəyinin təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 1302 nömrəli xəstəlik haqqında Şəhadətnaməsində “Keçirilmiş kəskin ödemli pankreatitdən sonrakı naməlum mənşəli qarışıq tipli hiperlipidemiya, funksiyaların mülayim dərəcədə pozulması ilə. Funksiyaların pozulması olmadan C2-C3-C4-C5-C6 fəqərəarası disklərin cüzi qabarması. Soltərəfli orxiektomiya (2009) əməliyyatından sonrakı sağtərəfli tək xaya. Qaraciyərin piy 24 iyun 2025-ci il 3-17-4/2-16190/2025 distrofiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı vətəndaş 2019, 2023 və 2025-ci illərə dair epikrizlər (X2) təqdim etmişdir. Şikayətləri qarnında ağrıdan, əsasən ishalın, bəzən qəbzliyin olmasından, defekasiya aktın gündə 2-3 dəfə olmasındandır. Aparılan müalicə: pəhriz və dərman prepaparatları (adlarını bilmir). Obyektiv müayinə: Boyu-170 sm, çəkisi-77, bədən bəkisi indeksi 26,7 (norma). Dəri və görünən selikli qişaları-təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi normal inkişaf etmiş, sümük-əzələ sistemində patologiya müşahidə edilməmişdir. Dili-nəm, təmizdir. Agentikdə aparılan müayinələr: 1. Qarın boşluğu üzvlərinin ulturasəs müayinəsi- Sərbəst maye izlənmir, qaraciyər piy hesabına cüzi böyümüşdür. Hepatosteatoz 16,5 sm, hamardır, homogendir. Pankreas-norma daxilindədir. Dalaq- 13,4x4,6 sm (norma daxilindədir). 2. Qanın biokimyəvi müayinəsi – Xolesterin-5.3 (norma ≤5,0 mmol/l), Triqliserid – 8,4 (norma 0,39-1,69 mmol/l), Amilaza-109 (norma 20-104 m/l). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.6.2-ci bəndində: 1. Zülal-enerji çatışmazlığı (boy çəki indeksinin 16,0-17,5 olması); 2. İldə 4-5 dəfəyə qədər kəskinləşmələr; 3. Anemiya kimi dəyişikliklər tələb olunur; Bütün bunlar vətəndaşda müşahidə olunmamış və sənədlərlə təsdiq edilməmişdir. Yuxarıdakıları nəzərə alaraq, vətəndaşa dair “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir.

20. Beləliklə, məhkəmənin qərardadı ilə təyin olunmuş mütəxəsis rəyi nəticəsində verilən mütəxəsis rəyi ilə təsdiq edilir ki, İddiaçı hazırda əlillik təyinatına əsas verə biləcək heç bir patologiya aşkarlanmamışdır.

21. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

22. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı kimi qiymətləndirilməlidir.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar