Məhkəmə qərarları › İş №2-1(112)-9652/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9652/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9652/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər DİN Baş Əməliyyat Axtarş İdarəsi, Ədliyyə Naziriyi Baş İcra və Probasiya İdarəsinə qarşı “zərərin ödənməsi və cavabdehlərin əməlində cinayət tərkibinin olmasının müəyyənləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş İcra və Probasiya İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Axtarış İdarəsindən, Cavabdeh2 vərəsələrindən iddiaçının xeyrinə 9398 (doqquz min üç yüz doxsan səkkiz) manat əsas maddi zərərin, 30 000 manat mənəvi ziyanın, ümumilikdə 39398 (otuz doqquz min üç yüz doxsan səkkiz) manat pulun tutulması barədə qətnamə və cavabdehlərin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus VAZ 21214 VİVA markalı, ** RY *** dövlət qeydiyyatı nişanlı avtobili iki dəfə 11 sentyabr 2020-ci il tarixli X1 Müqaviləsi və 11 sentyabr 2020-ci il tarixli yol vərəqəsinə əsasən tam saz vəziyyətdə Cavabdeh2 və onunla gələn şəxsə (sonradan Fəxrədinin etirafına əsasən) Bakı şəhəri, Xəzər rayonu ərazisində istifadə edilməsi üçün rəsmi icarəyə vermişdir. Lakin sonradan məlum olduğu kimi (bacısının, qardaşının, oğlunun sözlər əsasən) qanunsuz, cinayətkar və s. əməllərlə məşğul olan, bu əməllərinə görə dəfələrlə məhkum olunan Cavabdeh2 Sexfulla oğlu və onun sponsoru müqavilənin və danışıqların bütün şərtlərini pozaraq, heç bir razılaşma olmadan, icazə almadan Bakı şəhərində istifadə etmək üçün götürdüyü həmin avtomobil nəzərdə tutulmuş razılaşdırılmış ərazidən kənarda Bakı-Qazax-Gürcüstan yolunda (trasında) istifadə idarə edərkən qəzaya uğramış, uğradılmış və həmin avtomobili yararsız hala salınaraq şirkətə, küllü miqdarda madi, mənəvi ziyan və zərər vurmuş və qaçıb ondan və istintaqdan gizlənmişdir. Yol nəqliyyat hadisəsi rəsmi qeydə alınaraq Azərbaycan Respublikası DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Mübariz Nəsirovun icraatına verilmiş, Əsədon Fəxrəddin barəsində (müstəntiqin sözlərinə əsasən) axtarış elan olunsa da, onu istintaqa cəlb etmək mümkün olmamışdır. Qeyd olunan avtomobili təmir etmək mümkün olmadığından bu günə qədər də şirkətə küllü miqdarda zərər və ziyan dəyməkdə davam edir. Hadisədən uzun müddət - dörd aya yaxın müddət keçməsinə baxmayaraq, hadisəni araşdıran Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Mübariz Nəsirov baş vermiş hadisə ilə əlaqədar zərərin ödənilməsinə, hadisə törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə dair heç bir lazımi tədbir görməmiş, əmlakı qəsdən məhv edərək özgəsinə küllü miqdarda ziyan və zərər vuran, cinayət əməlləri törədən, dəfələrlə məhkum olunan cinayəkkarı, onun sponsorlarını, hadisənin digər iştirakçılarını taparaq məsuliyyətə cəlb etməmişdir. O yalnız şablon formada cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar tərtib edərək və maddi zərərin ödənilməsi barədə işə məhkəmədə baxılmalı olduğunu qeyd etməklə işini bitmiş hesab etmişdir. İddiaçı öz tərəfindən hadisəni törətmiş Fəxrəddinlə əlaqə yaratmağa, ziyan və zərərin ödənilməsinə çalışsa da, bu mümkün olmamışdır. Onun oğlu, qardaşı, bacısı ilə əlaqə yaratsa da, onların bu məsələdə iddiaçıya köməklik etmələri, ailə üzvülərinin bu məsələni həll etmələri üçün Fəxrəddini başa salmalarını xahiş etsə də onlar fəxrəddinin sağlam əqidəli və s. insan olmadığını onları da bezdirdiyini və s. söyləyərək, bəhanə edərək, bu məsələni həll etmək güciiııdə olsalar da, heç nə etməmişdirlər. Baxmayaraq ki, iddiaçıda olan mötəbər məlumatlara əsasən, polisdən də, məhkəmədən də Fəxrəddinin xahişini edən onlar olmuşdur. Azərbaycan Respublikası DİM-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin arayışına, məktubuna əsasən Cavabdeh2 və onunla qəzaya uğramış digərləri tərəfindən qəzaya uğradılmış VAZ 21214 VİVA markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmişdir. Ekspertiza vasitəsilə müəyyən edilmişdir ki, avtomaşına külli miqdarda 7148 (yeddi min yüz qırx səkkiz) manat maddi zərər dəymişdir.

3. Məhkəmə iclasında tərəflər iştirak etmirlər.

II. İddianın mümkünlüyü

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

5. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

7. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbləri aydın deyil, tələb(lər) qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.

8. Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

9. Məhkəmənin yardım etmək vəzifəsi irəli sürülmüş tələbdə iddiaçının çatmaq istədiyi məqsəd aydın olduqda təmin edilə bilər. Hazırkı işdə tələblər qeyri-müəyyəndir, konkret olaraq hansı inzibati orqana qarşı yönəldiyi aydın deyil. Belə ki, iddiaçı hüquqi maralağının nədə ifadə olunduğunu dəqiqləşdirməmişdir.

10. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur.

11. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq hüquqlarının mövcudluğunu və pozulduğunu əsaslandırdığı halda, hüquqlarını pozan (pozduğunu ehtimal etdikləri) konkret müəyyən inzibati orqanlara qarşı kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

12. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar