Məhkəmə qərarları › İş №2-1(112)-966/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-966/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-966/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və 60 yaşı tamam olduğu gündən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. 08.09.1981-ci ildən əmək fəaliyətinə başlamışdır. 12.04.1979-23.04.1981-ci il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir. ИТ-İ nömrəli əmək kitabçasına əsasən 08.09.1981-ci il (əmr № 198k/5 08.09.1981) tarixindən 26.11.1996-cı il (əmr № 121k 26.11.1996) tarixinədək Azərbaycan Respublikası "xxxx" ASC-də tökməçi vəzifəsində işləmişdir. 29.11.1996-cı il tarixində (əmr № 320/k 28.11.1996) 28.01.1997-ci il tarixinədək (əmr № 23/k 28.01.1997) ARDNŞ-nin Quruda Neft və X3 H.Z.Tağıyev adına neft qazçıxarma zavodunda, çilingər vəzifəsində işləmişdir. 31.01.1997-ci il tarixində (əmr № 56k 31.01.1997) "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun MVHH-nın 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. 01.06.2000-ci il tarixində (əmr № 93k 01.06.2000) MVHH-nın təmir sexinə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. 26.02.2002-ci il tarixində (əmr № 60k 25.02.2002) MVHH-nın maşinist-köməkçisinin əvəzedicisi keçirilmişdir. 04.03.2002-ci il tarixində (əmr № 73k 04.03.2002) MVHH-nın maşinist-köməkçisi vəzifəsinə keçirilmişdir. 09.04.2009-cu il tarixində (əmr № 74/k 09.04.2009) təkər cütlərinin əsaslı təmiri sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. 01.06.2009-cu il tarixində (əmr № 169/k 25.05.2009) hazırlıq sexinə 5-ci dərəcəli dəmirçi vəzifəsinə keçirilmişdir. 14.08.2010-cu il tarixindən (əmr № 122/k 10.08.2010) bu günə kimi MVHH-nın maşinist köməkçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 10.07.2020-ci il tarixli arayışa əsasən 08.09.1981-26.11.1996-cı il tarixlərində tökməçi peşəsində işləmişdir, bu da 15 il 2 ay 18 gün təşkil edir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə zərərli əmək şəraiti hesab edilir. Həmçinin "xxxx" QSC Bakı Lokomotiv Deposu 01.04.2021-ci il tarixli arayışa əsasən 26.02.2002- 09.04.2009-cu illərdə və 14.08.2010-cu ildən bu günə kimi elektrik qatarlarının maşinisti köməkçisi vəzifəsində işləməyi qeyd edilmiş və Bakı Lokomotiv Deposu üzrə güzəştli iş stajının maşinist köməkçisi kimi 19 il təşkil etdiyi arayışda qeyd edilmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaların fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsinin 21.4-cü maddəsinə əsasən onun əmək fəaliyyəti zərərli əmək şəraiti hesab edilir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də 09.04.2021-ci il tarixində cavabdeh müraciətinə rəsmi qaydada imtina etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 01.04.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) fəhlələr yarımbəndində - qazanxana və gəmi gövdəsi işləri istehsalında isti metal əyilməsi ilə məşğul olan yaymaçılar; - metalın isti vəziyyətdə plazma-qövs kəsməsi ilə məşğul olan qaz kəsiciləri; - metalın isti vəziyyətdə plazma-qövs kəsməsi ilə məşğul olan qaz kəsiciləri; - təhlükəliliyi 1-ci və 2-ci sinif zərərli maddələrlə daim işləyən gəmi yapışqanlayıcıları; - rezervuarlarda, gəmilərin bölmələrində, qapalı kameralarda məşğul olan rəngsazlar; - isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları); - aparatların daxilində və xaricində metalı isitməklə və əllə hava qövs tətbiq etməklə, yonma işləri görən təmizləyicilər; - titan ərintilərindən dişli vintlərin kəsilməsi ilə məşğul olan gəmi kəsiciləri; - isti sahələrdəki işlərdə məşğul olan stropçular; - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları); - qurğuşunlu, qalaylı ərinti tökücüləri; - qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər; - qapalı kameralarda və rezervuarlarda məşğul olan metallaşdırıcılar; - isitmə üsulu ilə sinkləyicilər; - qurğuşun tərkibli babbit və başqa ərintilərin əridilməsi ilə məşğul olan metal ərinti əridiciləri; - isti çuqun aparatlarına və iri ölçülü məmulatlara (tutumu 0,4 kub metr və daha yüksək) əl titrətmə ələyi və tozlama metodu ilə emal çəkilməsi işlərində məşğul olan emalçılar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 yanvar 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 10.07.2020-ci il tarixli 16 nömrəli arayışında 08.09.1981-26.11.1996-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə tökməçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Mərkəzi Filiala təqdim edilən 11 yanvar 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında onun 26.02.2002- 09.04.2009-cu il tarixləri arasındakı dövr ərzində 14.08.2010-cu il tarixindən bugünədək "xxxx" QSC-də motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi işlədiyi qeyd edildiyi halda, həmin müəssisənin ona dair 07.07.2020-ci il tarixli 351 nömrəli arayışında həmin dövr ərzində elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi onun təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar vardır. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan 26.02.2002-09.04.2009cu il tarixləri arasındakı dövr ərzində Bakı Lokomotiv Deposunda işlədiyi motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40046,52 manat təşkil edir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 12.04.1979-cu ildə hərbi xidmətə qəbul edilmiş, 23.04.1981-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarında olan AB 028672 nömrəli, 01.07.1998-cı il tarixli diplomun surətinə əsasən İddiaçı 01.11.1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu litseyinə daxil olmuş və 30.06.1998-ci ildə elektrovozun maşinist köməkçisi peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 11.01.1982ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 08.09.1981-ci ildə Az. SSR "xxxx" Dövlət Şirkətinin “Yoltexnika” X4 baş korpusa 3-cü dərəcəli çilingər qismində işə qəbul olunmuş, 10.01.1983-cü ildə eyni yerdə 4-cü dərəcəli çilingər peşəsi verilmiş, 01.06.1983cü ildə eyni yerdə 5-ci dərəcəli çilingər peşəsi verilmiş, 15.11.1983-cü ildə tökmə istehsalatı və metalkonstruksiyalar sahəsinə 5-ci dərəcəli çilingər keçirilmiş, 20.03.1985-ci ildə tökmə peşəsinə yiyələndiyi üçün həmin sahəyə 3-cü dərəcəli tökməçi vəzifəsinə keçirilmiş, 26.11.1996-cı ildə işdən azad edilmişdir. 29.11.1996-cı ildə Neftqazçıxarma idarəsinə 4-cü dərəcəli kompresar qurğuları üzrə maşinist qəbul edilmiş, 28.01.1997-ci ildə işdən azad edilmişdir. 31.01.1997-ci ildə Az. Dəmir Yolu Bakı Lokomotiv Deposuna qaldırıcı sexə 4-cü dərəcəli çilingər keçirilmiş, 01.06.2000-ci ildə MVHH KR-1, TR 3 təmir sexinə 4-cü dərəcəli çilingər keçirilmiş, 26.02.2002-ci ildə MVHH-nin maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, 04.03.2002-ci ildə MVHH-nin maşinist köməkçisi keçirilmiş, 09.04.2009-cu ildə təkər cütlərinin əsaslı təmiri sexinə 5-ci dərəcəli çilingər keçirilmiş, 01.06.2009-cu ildə hazırlıq sexinə 5-ci dərəcəli dəmirçi keçirilmiş, 14.08.2010-cu ildə MVHH-nin maşinist köməkçisi keçirilmiş, 29.06.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 30.06.2021-ci il tarixdən "xxxx" QSC-nin X1 Xidməti Lokomotiv Briqadalarına elektrik qatar maşinist köməkçisi vəzifəsinə işə qəbul olunmuş və hazırda həmin vəzifədə işləyir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 01.04.2021-ci il tarixli, 23 nömrəli arayışından görünür ki, verilir xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, o, aşağıda qeyd olunan illərdə Bakı Lokomotiv deposunda göstərilən peşədə işləmişdir: 26.02.2002-09.04.2009-cu illərdə və 14.08.2010-cu ildən bu günə kimi elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyətini davam edir. İddiaçı əmək kitabçası üzrə Bakı Lokomotiv deposunda güzəştli iş stajı - maşinist köməkçisi kimi - 19 il təşkil edir. Yuxarıda qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4 maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC-nin 16.06.2021-ci il tarixli, 76082 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 31.01.1997-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Lokomotiv deposunda çilingər, dəmirçi, maşinist köməkçisi peşələrində çalışıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli, 12 saylı Qərarının 21.4-cü bəndinə əsasən dəmiryol nəqliyyatında elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri və elektrik qatarlarının (seksiyalarının) maşinistləri güzəştli kateqoriyaya aid peşə növləri hesab edilmişdir. İddiaçı Bakı lokomotiv deposunda elektrik qatarlarında maşinist köməkçisi işlədiyi dövrlər aşağıdakı kimidir: - 26.02.2002 - 03.03.2002; Bakı Lokomotiv deposunda motor-vaqon hərəkət heyətinin (MVHH) əvəzedici maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi peşəsində 5 (beş) gün; - 04.03.2002 - 08.04.2009; Bakı Lokomotiv deposunda motor-vaqon hərəkət heyətinin (MVHH) maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinistləri köməkçisi 07 il, 01 ay, 04 gün (yeddi il, bir ay, dörd gün); - 09.04.2009 - 01.06.2009; 01 ay, 22 gün (bir ay, iyirmi iki gün) müddətinə müvəqqəti olaraq Hazırlıq sexində dəmirçi kimi çalışmışdır. - 14.08.2010-cu ildən bugünədək Elektrik qatarlarının maşinist köməkçisi kimi çalışır. İddiaçı maşinist köməkçisi işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün qısaldılmış iş rejimi tətbiq edilmiş, həmçinin bununla əlaqədar əmək haqqına və məzuniyyət günlərinə müvafiq əlavələr edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 31.05.2021-ci il tarixli, 40 nömrəli arayışında göstərilmişdir ki, Bakı Lokomotiv deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları eynilik təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin 30.12.2021-ci il tarixli, 132307 nömrəli məktubunda bildirilmişdir ki, 26.02.2002-09.04.2009-cu illər və 14.08.2010-29.06.2021-ci illər tarixləri arası, Bakı lokomotiv deposunda motor-vaqon hərəkət heyətlərinin maşinist köməkçisi vəzifəsində işləmiş İddiaçı işlədiyi müvafiq peşə üzrə (motor-vaqon hərəkət heyətlərinin maşinist köməkçisi) Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsinin əvvəlki adıdır. Diqqətinizə çatdırılır ki, işçinin çalışdığı peşəsi (motor-vaqon hərəkət heyətlərinin maşinist köməkçisi) işlədiyi dövrdə R2 tipli elektrik qatarının maşinist köməkçisi olmuşdur və R2 tipli elektrik qatarı motor-vaqon hərəkəti heyəti hesab edilir. İstənilən tələbi yerinə yetirmək məqsədilə Lokomotiv briqadalarının vəzifə təlimatı əlavədə sizə təqdim olunur. Həmin məktuba əlavə olunmuş 388-H saylı 08.12.1999-cu il tarixli Lokomotiv briqadalarının vəzifə təlimatından çıxarışa əsasən: 2.5. Lokomotivin (MVHH) maşinist köməkçisinin vəzifəsi: 2.5.1. Lokomotivə (MVHH) qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, həmçinin lokomotivin (MVHH) detal və aqreqatlarının, xidmət etdiyi və qarşıladığı qatarların vəziyyətlərinə, lokomotivin (qatarın) özbaşına hərəkətə gəlməsinə qarşı bərkidilməsinə nəzarət etmək. 2.5.2. Svetoforun qadağanedici işarəsinə doğru hərəkət edərkən ayaq üstə maşinistə işarənin göstərişini kontrollerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək. Qatarın (lokomotivin) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək. 2.5.3. Maşinist lokomotivi idarə etmək qabiliyyətini qəflətən itirdikdə-qatarı (lokomotivi) dayandırmaq, onu özbaşına hərəkət gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə, stansiyaların növbətçilərinə məlumat vermək. Belə hadisələrdə sonrakı fəaliyyət, konkret şərait nəzərə alınmaqla qatar dispetçeri tərəfindən müəyyən olunur. 2.5.4. Texniki istismar qaydalarının, qüvvədə olan təlimatların, əmrlərin və göstərişlərin tələblərini ciddi riayət etməklə yerinə yetirmək, hərəkətin təhlükəsizliyini təmin etmək. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti İstismar Xidmətinin 22.11.2021-ci il tarixli, 01 nömrəli güzəştli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" QSC-nin Lokomotiv deposunda çilingər, maşinist köməkçisi, Sərnişin daşımaları departamentinin istismar xidmətində elektrik qatarının maşinist köməkçisi peşələrində çalışıb. Onun "xxxx" QSC-də güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 31.01.1997-26.02.2002-ci illərdə Lokomotiv deposunda çilingər peşəsində 5 il, 26 gün çalışmış, 26.02.2002-09.04.2009-cu illərdə Lokomotiv deposunda maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi peşəsində 07 il, 01 ay, 14 gün çalışmış, 09.04.2009-14.08.2010-cu illərdə Lokomotiv deposunda çilingər, dəmirçi peşələrində 1 il, 04 ay, 05 gün çalışmış, 14.08.2010-29.06.2021-ci illərdə Lokomotiv deposunda maşinist köməkçisi peşəsində 10 il, 10 ay, 15 gün çalışmış, 30.06.2021-ci ildən bu günədək İstismar xidmətində elektrik qatar maşinist köməkçisi peşəsində 4 ay, 24 gün çalışır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21.4-cü maddəsində “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş elektrik qatar maşinisti bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 10.07.2020-ci il tarixli, 16 nömrəli arayışında göstərilmişdir ki, verilir xx xxxx 1961-ci ildə anadan olan İddiaçı ondan ötəri ki, o həqiqətən 08.09.1981-ci ildən (əmr № 198k $5 08.09.1981-ci il) 26.11.1996-cı ilə qədər (əmr № 121k 26.11.1996-cı il) tökməçi vəzifəsində işləmişdir. İddiaçı hər gün saat 8-00 - 17-00-dək əli ilə tam iş günü ərzində tökməçi xüsusi zərərli əmək şəraiti ilə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə 1 bölmə Metal emalı 11.5. Metal emalı üzrə sair peşələr 1. a) fəhlələr zərərli metalların isti halda tökməsi peşəsi üzrə güzəştli təqaüdə çıxmağa hüquq verir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 26.05.2021-ci il tarixli, 18 nömrəli arayışında göstərilmişdir ki, verilir xx xxxx 1961-ci ildə anadan olan İddiaçı ondan ötəri ki, o həqiqətən 08.09.1981-ci ildən (əmr № 198k $5 08.09.1981-ci il) 26.11.1996-cı ilə qədər (əmr № 121k 26.11.1996-cı il) çilingər və tökməçi vəzifəsində işləmişdir. Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə əlaqədar olaraq “Yoltexnika” X8 01 yanvar 2001-ci il tarixindən "xxxx" ASC-yə çevrilmişdir. Ona görə də xahiş edilir möhürü və ştampı həqiqi hesab edəsiniz. İddiaçı hər gün saat 8-00 - 17-00-dək əli ilə tam iş günü ərzində tökməçi xüsusi zərərli əmək şəraiti ilə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə 11. Metal emalı 11.1.Tökmə istehsalı, a) fəhlələr: metal tökücüləri. Zərərli metalların isti halda tökməçi peşəsi üzrə güzəştli təqaüdə çıxmağa hüquq verir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş 14.09.2021-ci il tarixli, 22 nömrəli arayış-açıqlamada göstərilmişdir ki, bu arayış xx xxxx 1961-ci ildə anadan olan İddiaçı ona görə verilir ki, o həqiqətən “Yoltexnika” X4 güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququna malik peşədə işləmişdir. 15.11.1983cü ildə - “Yoltexnika” X4 Metallkonctruksiya istehsalatın tökmə sahəsinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (işəmuzd-xüsusi zərərli əmək şəraiti ilə), 04.01.1985-ci ildən Tökmə peşəsinə yiyələndiyi üçün həmin sahədə 3-cü (üçüncü) dərəcəli tökməçi vəzifəsinə keçirilmişdir (işəmuzd-xüsusi zərərli əmək şəraiti ilə), 26.11.1996-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı hər gün saat 8-00 - 17-00-dək əli ilə tam iş günü ərzində tökməçi xüsusi zərərli əmək şəraiti ilə işləmişdir və əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş sənədə əsasən 1 №li siyahı 11100000 Xİ bölmə Metal emalı 11101000 1.Tökmə istehsalı, 1110100a-12176 a) fəhlələr metal tökücüləri işlərdə kodu ilə müəyyənləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" ASC-nin 15.11.2021-ci il tarixli, 25 nömrəli arayışında göstərilmişdir ki, verilir xx xxxx 1961-ci ildə anadan olan İddiaçı ondan ötəri ki, o həqiqətən 08.09.1981-ci ildən (əmr № 198k $5 08.09.1981-ci il) 26.11.1996-cı ilə qədər (əmr № 121k 26.11.1996-cı il) çilingər və tökməçi vəzifəsində işləmişdir. Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə əlaqədar olaraq “Yoltexnika” X8 01 yanvar 2001-ci il tarixindən "xxxx" ASC-yə çevrilmişdir. Ona görə də xahiş edilir möhürü və ştampı həqiqi hesab edəsiniz. İddiaçı hər gün saat 8-00 - 17-00-dək əli ilə tam iş günü ərzində tökməçi xüsusi zərərli əmək şəraiti ilə işləmişdir. Xüsusi geyimlə və südlə təyin olunmuşdur. Əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Çuqunun əritmə dərəcəsi - 1100 qradus, alüminium isə - 850 qradusdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş sənədə əsasən 1 №li siyahı 11100000 Xİ bölmə Metal emalı 11101000 1.Tökmə istehsalı, 1110100a-12176 a) fəhlələr metal tökücüləri işlərdə kodu ilə müəyyənləşdirilmişdir. Zərərli metalların isti halda tökməçi peşəsi üzrə güzəştli təqaüdə çıxmağa hüquq verir. Həmin məktuba əlavə edilmiş məlumata əsasən tökmə sexində tökməçilərin texnologiyası. Alüminium. Alüminium çuşkaları tiqilə salmaq və onları əritmək. Alüminium əritmə dərəcəsi - 850 qradusdur. Sonra uzun çömçəylə ərimiş metalı formaya tökmək və təzyiq altında detalları vurmaq və isti halda detalları çıxartmaq. Əsas işlər yol nişanalərini düzəltmək. Çuqun. Çuqun balvankalar peçə salınır və əridilir. Çuqunun əritmə dərəcəsi - 1100 qradusdur. Sonra ərinmiş metal opokalara tökülür və sonradan opokalardan çıxarılır. Əsas "xxxx" yol texnikaların təmiri ilə məşğul idi və ona görə yolların nişanların və yol texnikasının təmirinə lazım olan detallarını hazırlayırdı. İş materiallarına əlavə edilmiş “Yoltexnika” X5 03.07.1995-ci il tarixli, D-518 nömrəli qeydiyyat haqqında şəhadətnaməsinə əsasən "xxxx" Dövlət Şirkətinin “Yoltexnika” X8 03.07.1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış, əsas fəaliyyət növü və yönümü - yol tikinti maşınlarının və avtomaşınlarının ehtiyat hissələrinin hazırlanması və onların cari və əsaslı təmiri yol avadanlıqlarının hazırlanması, əhaliyə pullu xidmət, kommersiya fəaliyyəti, qanuna zidd olmayan fəaliyyət və xidmətlərin göstərilməsi və s. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 18.02.2022-ci il tarixli, **********68 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Azəravtoyol Dövlət Şirkətinin “Yoltexnika” X5 bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin 29.12.2000-ci il tarixli, 400 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. Cəmiyyətin fəaliyyət növü səhmdar cəmiyyətə çevrilərkən yol tikinti maşınları və avtomaşınlar üçün ehtiyat hissələrinin hazırlanmasından, onların cari və əsaslı təmirindən və yol avadanlıqlarının hazırlanmasından ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olduğundan cəmiyyətin fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Eyni zamanda nəzərinizə çatdırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus hüquqmüəyyənedici sənədlər özəlləşdirmə zamanı cəmiyyətin idarəetmə orqanlarına təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20.08.2021-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 01.01.2006-cı il tarixinədək hesablanmış əmək stajı 12.04.1979-03.05.1981-ci il tarixləri arasındakı dövr hərbi xidmət dövrü olmaqla, 08.09.1981-26.11.1996-cı il, 29.11.1996-28.01.1997-ci il, 31.01.1997- 01.01.2006-cı il (təhsil aldığı müddət 01.11.1997-30.06.1998-ci il tarixləri arasındakı dövr ərzində olmaqla) tarixləri arasındakı dövr ərzində olmaqla cəmi 26 il 4 ay 8 gün təşkil edir. Eyni zamanda bildirilir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20083,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 20089,79 manat olmaqla cəmi pensiya kapitalı 40173,26 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 22.03.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40000,00 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 09.04.2021-ci il tarixli, **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) fəhlələr yarımbəndində - qazanxana və gəmi gövdəsi işləri istehsalında isti metal əyilməsi ilə məşğul olan yaymaçılar; - metalın isti vəziyyətdə plazma-qövs kəsməsi ilə məşğul olan qaz kəsiciləri; - metalın isti vəziyyətdə plazma-qövs kəsməsi ilə məşğul olan qaz kəsiciləri; - təhlükəliliyi 1-ci və 2-ci sinif zərərli maddələrlə daim işləyən gəmi yapışqanlayıcıları; - rezervuarlarda, gəmilərin bölmələrində, qapalı kameralarda məşğul olan rəngsazlar; - isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları); - aparatların daxilində və xaricində metalı isitməklə və əllə hava qövs tətbiq etməklə, yonma işləri görən təmizləyicilər; - titan ərintilərindən dişli vintlərin kəsilməsi ilə məşğul olan gəmi kəsiciləri; - isti sahələrdəki işlərdə məşğul olan stropçular; - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları); - qurğuşunlu, qalaylı ərinti tökücüləri; - qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər; - qapalı kameralarda və rezervuarlarda məşğul olan metallaşdırıcılar; - isitmə üsulu ilə sinkləyicilər; - qurğuşun tərkibli babbit və başqa ərintilərin əridilməsi ilə məşğul olan metal və ərinti əridiciləri; - isti çuqun aparatlarına və iri ölçülü məmulatlara (tutumu 0,4 kub metr və daha yüksək) əl titrətmə ələyi və tozlama metodu ilə emal çəkilməsi işlərində məşğul olan emalçılar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 11 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair 10.07.2020-ci il tarixli 16 nömrəli arayışında 08.09.1981-26.11.1996-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə tökməçi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Mərkəzi Filiala təqdim etdiyiniz 11 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda 26.02.2002-09.04.2009cu il tarixləri arasındakı dövr ərzində və 14.08.2010-cu il tarixindən bugünədək "xxxx" QSC-də motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi işlədiyiniz qeyd edildiyi halda, həmin müəssisənin sizə dair 07.07.2020-ci il tarixli 351 nömrəli arayışında həmin dövr ərzində elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz göstərilmişdir. Göründüyü kimi təqdim etdiyiniz sənədlərdə uyğunsuzluqlar vardır. Bundan başqa əmək kitabçanızda qeyd olunan 26.02.2002-09.04.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Lokomotiv Deposunda işlədiyiniz motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39790,32 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsas vermədiyini, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona 22.03.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşını 22.03.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, təhsil barədə sənəd və əmək kitabçasına əsasən 12.04.1979-23.04.1981-ci il hərbi xidmət dövrü 02 il 12 gün, 01.11.1997-30.06.1998-ci ilədək təhsil dövrü 08 ay, 08.09.1981-26.11.1996-cı ilədək 15 il 02 ay 19 gün, 29.11.1996-28.01.1997-ci ilədək 02 ay, 31.01.1997-22.03.2021-ci il tarixədək (60 yaşı tamam olanadək) 24 il 01 ay 22 gün təşkil edir. İş materiallarından görünür ki, iddiaçının 01.11.1997-30.06.1998-ci ilədək təhsil dövrü onun 31.01.1997-22.03.2021-ci il tarixədək olan iş dövrü ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır Yuxarıda qeyd edilən iddiaçının ümumi iş stajına aid olan təhsil dövrü əmək fəaliyyəti dövrü ilə bütövlükdə əhatə olunduğundan həmin dövrü ümumi iş stajına hesablamır. Belə olduqda iddiaçının 60 yaşının tamam olduğu 22.03.2021-ci il tarixədək olan ümumi iş stajı 41 il 06 ay 23 gün təşkil etdiyi müəyyən olunur. Qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlıdır ki, məhkəmə qeyd edilən dəlillə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. İş üzrə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iki iş yerindən arayış təqdim edilmişdir.

1. “Yoltexnika” X4 15.11.1983-cü ildən 26.11.1996-ci ilədək tökməçi vəzifəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1110100a-12176 metal tökücüləri peşəsinə uyğundur.

2. 26.02.2002-09.04.2009-cu illər və 14.08.2010-29.06.2021-ci illər tarixlərində Bakı Lokomotiv deposunda işlədiyi motor-vaqon hərəkət heyətlərinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ilin tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri peşəsinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda 11100000 Xİ. Metal emalı bölməsində Tökmə istehsalı yarımbölməsində a) fəhlələr - 1110100a—12176 metal tökücüləri kodu altında zərərli peşə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə aid olduğu sahə, icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının “Yoltexnika” X4 işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci - Metal emalı bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil etmir. Belə ki, metal emalı dedikdə metalların metallurgiya istehsalatında xammal kimi istifadə üçün hazırlanması başa düşülür. “Yoltexnika” X5 əsas fəaliyyət sahəsi - yol tikinti maşınlarının və avtomaşınlarının ehtiyat hissələrinin hazırlanması və onların cari və əsaslı təmiri yol avadanlıqlarının hazırlanması ilə bağlı olmuşdur. Göründüyü kimi zavodda metal bilavasitə xammal kimi istehsal olunmamış, hazır metal xammalından yol tikinti maşınlarının və avtomaşınlarının ehtiyat hissələrinin hazırlanması və təmiri fəaliyyəti həyata keçirilmişdir. Başqa sözlə, iddiaçının qeyd edilən 15.11.1983-cü ildən 26.11.1996-ci ilədək olan tökməçi vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ilin tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunda 26.02.2002-09.04.2009-cu illərdə və 14.08.2010-cu ildən 22.03.2021-ci ilədək motor-vaqon hərəkət heyətinin (MVHH) maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi vəzifəsində işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi motor-vaqon hərəkət heyətinin maşinist köməkçisi vəzifəsinin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. Halbuki, iş yerindən əldə edilmiş arayışlardan da müəyyən olunur ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmış, motor-vaqon hərəkət heyətlərinin maşinist köməkçisi siyahıda qeyd edilmiş elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsinin əvvəlki adıdır. İddiaçının işlədiyi R2 tipli elektrik qatarının maşinist köməkçisi olmuşdur və R2 tipli elektrik qatarı motor-vaqon hərəkəti heyəti hesab edilir. 388-H saylı 08.12.1999-cu il tarixli Lokomotiv briqadalarının vəzifə təlimatının 1-ci bəndindən də görünür ki, lokomotivlərin, motor-vaqon hərəkət heyətlərinin (MVHH) maşinsitləri və maşinist köməkçiləri, həmçinin ocaqçılar (paravozda) lokomotiv briqadası sayılır. İşəgötürənin təqdim etdiyi iddiaçının işlədiyi motor vaqon hərəkət heyətində maşinist köməkçisi peşəsinin əmək funksiyaları 388-H saylı 08.12.1999-cu il tarixli Lokomotiv briqadalarının vəzifə təlimatının 2.5.1-2.5.4-cü bəndlərində nəzərdə tutulmuş vəzifə funksiyaları ilə eynilik təşkil edir. Beləliklə, iddiaçının işlədiyi vəzifə Lokomotiv briqadasında MVHH - motor vaqon hərəkət heyətinə aid olan elektrik qatarlarının maşinist köməkçisi vəzifəsi olmaqla “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsi ilə eynidir. İddiaçının 26.02.2002-09.04.2009-cu illərdə və 14.08.2010-cu ildən 22.03.2021-ci ilədək Bakı Lokomotiv Deposunda motor-vaqon hərəkət heyətinin (MVHH) əvəzedici maşinist köməkçisi vəzifəsində güzəştli iş stajı 17 il 08 ay 23 gün təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40000,00 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı və 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 40173,26 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 şərt - yaş, ümumi və güzəştli staj, pensiya kapitalı mövcud olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni 22 mart 2021-ci il tarixdən güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni 22 mart 2021-ci il tarixdən güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar