Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9664/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır o, ümumi sahəsi 1450 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin tam və tək payçısıdır. O, pay haqqını tam ödəmişdir və MTK-ya borcu yoxdur. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi də MTK-nın qanuni istifadə və sahibliyindədir. Həmin binanın istismarına icazə də verilmişdir. Cavabdeh iddiaçıya məxsus sahənin istismara icazə sənədində göstərilən sahəyə aid olmadığını qeyd etsə də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binalarına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş istismara icazə sənədində qeyri-yaşayış sahələr kimi nəzərdə tutulmuş ümumi sahəyə daxil deyil. Bundan əlavə həmin qeyri-yaşayış sahəsi 16 mərtəbəli yaşayış binasının arasında yerləşən və onlara bitişik 1 mərtəbəli yarımzirzəmili, zirzəmi tikilinin 1-ci mərtəbəsini və yarımzirzəmi mərtəbəsinin bir hissəsini əhatə edir və faktiki qeyri-yaşayış sahəsi 1411, 1 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi qeyriyaşayış sahəsi çoxmərtəbəli yaşayış binalarına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş istismara icazə sənədində qeyri-yaşayış sahələr kimi nəzərdə tutulmuş ümumi sahəyə daxil deyil. Çıxarışın surətindən görünür ki, “D” yaşayış sahəsi 13 saylı binanın qərb hissəsi, yəni iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,4044 ha torpaq sahəsi "xxxx" MTK-nın istifadəsindədir. Protokoldan çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsi, ev 373-də yerləşən ümumi sahəsi 1450 kv.m olan qeyri-yaşayış sahəsinin payçısı olması iddiaçıya münasibətdə təsdiq edilmişdir. Maliyyə arayışından görünür ki, həmin qeyri-yaşayış sahəsinə münasibətdə pay haqqı iddiaçı tərəfindən ödənilmiş, MTK-ya hər hansı borc mövcud olmamışdır. İddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsinin mərtəbəlik planı da həm MTK, həmçinin də Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edilmişdir. Tikinti obyektinin istismara icazə sənədindən görünür ki, bina istismara qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. O, cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Qanunvericiliyin tələblərindən də göründüyü kimi mənzil-tikinti kooperativi binasında qeyri-yaşayış sahəsi və ya yaşayış sahəsinə münasibətdə protokoldan çıxarış pay haqqı tam ödənildiyi təqdirdə hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Şəxs yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsi üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən daşınmaz əmlakın payçısı hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının y binanın inşası üçün pul şəklində kapital qoyması müvafiq k maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh həmin qeyri-yaşayış sahəsinin istismara icazə sənədində olmadığını halı təsdiq edə biləcək heç bir sənəd, mötəbər sübut təqdim etməmişdir. Halbuki AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü cavabdeh tərəf də olmuşdur ki, həmin halları sübut edə biləcək hər hansı hal mövcud deyildir. İddiaçı isə qeyd olunan sənədlərdən əlavə istismara icazə verən orqan tərəfindən əlavə mərtəbəlilik planının təsdiqini göstərən layihə sənədlərini də məhkəməyə təqdim etmişdir ki, ümumiyyətlə istismara icazə ilə bağlı qeyd olunan imtina əsası məhkəmə hesab edir ki, cavabdehin sübut etməni həyata keçirməməsindən əlavə həmin layihə sənədinin mövcudluğu ilə də öz formal xüsusiyyətini təsdiq etmiş olur. Məhkəmə, həmçinin nəzərə alınmasını zəruri bilir ki, iddiaçı vicdanlı alıcıdır. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirsək məlum olur ki, -181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. -181.2-ci maddəsində əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın sahibliyə verilməsinin qanuni əsaslarından biri kimi göstərilmişdir. -182.1-ci maddəsinə əsasən «Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır». -182.2-ci maddəsinin birinci cümləsinə əsasən «Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur». Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində Mülki Məcəllənin 182.2-ci maddəsinin mənasını şərh edərək qeyd olunmuşdur ki, şəxsin öz iradəsinə əsasən mülkiyyətindən çıxarılmış əmlakı heç bir qanun pozuntusuna yol vermədən, müvafiq əqdə əsasən əldə etmiş, bununla da həmin əmlaka qanunda nəzərdə tutulmuş qaydada mülkiyyət hüquq qazanmış şəxs vicdanlı alıcı hesab edilir. (“Cinayətin törədilməsi zamanı əmlak zərər çəkmiş şəxsin iradəsinə zidd olmayaraq onun mülkiyyətindən çıxarıldıqdan sonra həmin əmlakı əldə etmiş şəxsin vicdanlı alıcı statutsuna malik olması sübuta yetirildikdə, o, mülkiyyətindən məhrum edilə bilməz ) Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. Eyni zamanda, qeyri-yaşayış sahəsinin ölçüsünün 1450 kv.m yox, faktiki olaraq 1411,1 kv.m olması dəlilinə münasibətdə də məhkəmə hesab edir ki, həmin dəlil də formaldır. Belə ki, istər protokoldan çıxarış və maliyyə arayışından görünür ki, əmlakın ölçüsü 1450 kv.m ölçüdə olmuşdur. O, cümlədən Şəhərsalma və Arxitektura Komitəsi və MKT-nin özü tərəfindən təsdiq edilmiş layihə sənədində də 1-mərtəbənin ölçüsü 725 kv.m göstərilmişdir ki, 2 mərtəbə üçün 1450 kv.m olacağı sadə məntiqi nəticədir. Cavabdeh isə 1411 kv.m ölçüyə istinad edir ki, məhkəmə hesab edir ki, həmin halı təsdiq edən sənəd təqdim edilə bilməmişdir. Bundan əlavə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, faktiki ölçülərin 1450 kv.m ölçüdən artıq olmadığı, əksinə az olması dəlili də qeydiyyat hərəkətlərinin həyata keçirilməsinə mane olmamalıdır. Belə ki, real ölçülərin həqiqətən aşağı olması müəyyən ediləcəyi təqdirdə müvafiq azalma ərizəsi və digər yollarla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmanın həyata keçirilməsi mümkündür ki, həmin texniki məsələ, yəni faktiki ölçülər 1450 kv.m ölçüdən kənara çıxmadığı halda olan hallar hüququn qeydiyyatının imtinasına əsas ola bilməz. Bununla bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin 2-1(102)-1446/2020 saylı iş üzrə xx.xx.2020 saylı qərarında qeyd edilmişdir ki, cavabdehin kasasiya şikayətindəki ikinci və sonuncu dəlili isə ondan ibarətdir ki, «bundan əlavə göstərilən ərazi 57 nömrəli X1 aid deyildir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kvadrat metr olsa da, faktiki olaraq göstərilən ərazidə torpaq sahəsinin ölçüsü 1121,0 kvadrat metr təşkil edir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, əvvəla cavabdeh özü yazır ki, sözügedən bağ torpaq sahəsi sənəddəkindən çox deyil, əksinə 79 kvadrat metrdir, digər tərəfdən İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının nnn saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. hkəməsinə müraciət etmişdir. Sözügedən iddia tələbinin əsasında adıçəkilən order durur ki, orderdə də bağ torpaq sahəsinin ərazisi 0,12 hektar qeyd edilmişdir. Eyni zamanda, Ali Məhkəmə 2-1(102)-1030/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarında iddianın təmin edilməsi barədə qərara dair aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmışdır. Doğrudur həmin işlər üzrə torpaq sahəsinin ölçüləri ilə bağlı hüquqmüəyyənedici sənəd və faktiki vəziyyət arasında fərqliliklə bağlı qiymətləndirmə aparılmışdır, lakin məhkəmə hesab edir ki, həmin ölçülərdə fərqliliyin torpaq sahəsi yox, tikili ilə bağlı olmasına münasibətdə həmin mövqedən fərqli mövqeyin tətbiqinə hər hansı zərurət mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, ümumi sahəsi 1450 kv.m olan qeyri-yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9664/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9664/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver