Məhkəmə qərarları › İş №2-1(112)-9669/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9669/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9669/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Ağdam rayonunun Güllücə kəndində qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X5 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı əlillik dərəcəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Komissiyasının 2006-cı il tarixli qərarı ilə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Dəfələrlə növbəti tibbi komisiya zamanı TSEK-nın rəyləri ilə əlilliyi müvafiq müddətlərə uzadılmışdır. Sonuncu dəfə X7 Komissiyasının 11.07.2021-ci il tarixli Bildirişlə ÜİX.Gərginlik stenokardiyası İİ Fs tez-tez tutmalarla Postinfarkt kardioskleroz AŞK-dan sonrakı vəziyyət arterial hipertoniya İİ mərhələ,QDÇ.İİ dərəcə ürək çatışmaszlığı İİ fs diaqnozu ilə sənədləri ona əlillik dərəcəsi verilməsi üçün Azərbaican Respublikası Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspert komissiyasına göndərilmiş və bu barədə olan “Reyestrə” daxil edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası 30.07.2021-ci il tarixli Qiymətləndirmə rəyi ilə ona əllik dərəcəsinin verilməsindən imtina edilmiş imtinaya əsas kimi əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. İmtinada habelə göstərilir ki, E.T.Kardiologiya İnstutunda ətraflı müayinə və müalicə olunmalıdır. Halbuki, həmin ərizəyə əlavə edilmiş tibbi sənədlər bu imtinanın əsassız olduğunu sübut edir. Göründüyü kimi cavabdeh təşkilatın ona əllik dərəcəsindən verilməsinə dair imtinasında göstərilən dəlilləri məhkəməyə təqdim edilən sənədlərlə tam təkzib olunur. O faktiki olaraq 2 kilo yük götümək iqtidarında deyildir.Belə olann halda əlavə müəalicə və müayinədən söhbət gedə bilməz. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının bu imtinasını əsassız hesab edir və bildirir ki, ona ciddi “Ürək çatışmazlığı" xəstəliyi bağlı müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiası əsassızdır. Belə ki, iddiaçının əlillik vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının 30.06.2006-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J30-J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J39 - Yuxarı tənəffüs yollarının digər xəstəlikləri => J39.3 - Yuxarı tənəffüs yollarının yüksək ... Diaqnozun mətni: Bronxial astma İAF tez- tez boğulma tutmaları ilə Xr bronxit Xr TÇ İİ dər Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının 29.04.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.8 - Mitral qapağın digər xəstəlikləri; Diaqnozun mətni: Revatizim q/f faza revamakardit xr.xolosistit Revamakardit poliartirit Mitiral qapaq çatmamazlığı ürək forması QDÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasının 16.06.2015-ci il tarixli, 0217003AACG8 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Rematizim a/f faza revamakardit xr xolosistit Revamakardit poliartirit Mitiral qapaq çatmamazlığı ürək forması QDÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 16.06.2016-ci il tarixli, göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı Diaqnozun mətni: Rematizim a/f faza revamakardit xr xolosistit Revamakardit poliartirit Mitiral qapaq çatmamazlığı ürək forması QDÇ İİ dər Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının 01.07.2021-ci il tarixli, 0217003AAKK7 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər Diaqnozun mətni: Ü, i, X-yi.Gərginlik stenokardiyasi.il FS tez-tez tutmalarla., Postinfarkt kardioskleroz AORTAL.KORONAR ŞUNTLAMA əməliyyatından sonrakı vəziyyət. QDÇ-ğı İİ dərəcə., Ürək çatmamazlığı İİ FS., Arterial hipertenziya İİ mərhələ.A/T 190-100mmcs, PS-95 vurğu. Sol dirsək oynağının sınıqları., Sol yuxarı ətrafın funksiyasının kəskin pozulması Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETKİ-da ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının 22.07.2021-ci il tarixli, 0217003AAKVQ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları Diaqnozun mətni: Stenokardiyanın digər formaları, Ü.İ.X.yi Gərginlik stenokardiyasi.il FS.Tez-tez tutmalarla.Ürəyin aterosklerotik xəstəliyi, Postinfarkt kardioskleroz.AORTAL KORONAR ŞUNTLAMA əməliyyatından sonrakı vəziyyət Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər 5(beş) ildə stasionar müalicə yetərli deyil. E.T. Kardialogiya İnistutundan ixtisaslaşmiş müayinə və son müalicə məsləhət görülür səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli Tibbi Rəydən görünür ki, İddiaçı müayinə edilərək, ÜİX.Stabil gərginlik stenokardiyası Aorta İİ Fs, müalicədən sonrakı Aorta koronar şuntlama diaqnozu ilə əlilliyin sonrakı vəziyyəti arteral hipertoniya diaqnozu barədə rəy verilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında 30 iyul 2021-ci il tarixə olan imtina cavabından görünür ki, 0217003AAKVQ №li Forma 88 əsasında rəsmiləşdirilmiş qiymətləndirilmə nəticələrinə əsasən, əlavə müalicəyə ehtiyacın olması sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar 5 ildə stasionar müalicənin yetərli olmadığı, E.T.kardiologiya İnstitutundan ixtisaslaşdırılmış müayinə və son müalicə məsləhət göürüldüyü qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı barəsində Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 22.07.2021-ci il tarixli 0217003AAKVQ saylı göndəriş 30.07.2021-cı il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması, diaqnozun mətni: Stenokardiyanın digər formaları, Ü.İ.X.yi Gərginlik stenokardiyası. İl FS.Tez-tez tutmalarla. Ürəyin aterosklerotik xəstəliyi, Postinfarkt kardioskleroz. aortal koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Qeyd olunmaqla sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər 5 (beş) ildə stasionar müalicənin yetərli olmadığı, E.T. Kardialogiya İnistutundan ixtisaslaşmiş müayinə və son müalicənin məsləhət görülməsi barədə qərar qəbul edilərək, imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının 0217003AAKVQ nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 30.07.2021-ci il tarixdə qiymətləndirilmə aparılarkən, əlavə müalicəyə ehtiyacın olması səbəbilə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsasdır. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş əsasında iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni diaqnozu təsdiqləyən müayinələrin tam aparılmadığı, ixtisaslaşdırılmış müayinə və müalicəyə ehtiyacın olması qeyd olunmaqla Mərkəzə geri göndərmişdir. Lakin bundan sonra İddiaçı ətraflı müayinə olunub, ixtisaslaşdırılmış müalicə almasını və bundan sonra sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Odur ki, Məhkəmə iddiaçıya diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə sonuncu müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyindən, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 0217003AAKVQ nömrəli göndərişi əsasında ona əlilliyin təyin edilməsi mümkün olmadığından, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar