Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-967/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (özünü belə təqdim edən şəxsdir, özünün bildirdiyinə görə qeydiyyatı yoxdur və işləmir) cаvаbdеhin nümаyəndəsi X8 оğlunun (Bаkı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində inspektor vəzifəsində işləyir) iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 15.06.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuşdur. Anası X7 öldükdən sonra iddiaçının atası X1 Nadejda Mübarizovnanı Bakıya əmisi X4 yanına göndərmişdir. İddiaçı 2004-cü ildən etibarən Azərbaycan Respublikasında yaşamışdır. Sənədləri topladığı zaman Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə iddiaçının Rusiya Federasiyasının vətəndaşı olubolmaması barədə məktubla müraciət edilmişdir. Həmin müraciətin əsasında 01.08.2009-cu il tarixli arayış verilmişdir. Arayışda qeyd edilmişdir ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı deyildir. İddiaçı hal-hazırda nə Azərbaycan Respublikasının, nə də Rusiya Federasiyasının vətəndaşı deyildır. İddiaçı 2004-cü ildə dogum şəhadətnaməsi ilə Azərbaycana gəlmişdir və burada daimi olaraq yaşamış və ölkəni tərk etməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə əsasən "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiаçı, özünü İddiaçı kimi təqdim edən şəxs iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 оğlu iddia tələbinə etiraz edərək göstərmişdir ki, 2002-ci ildən hazırki dövrə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi üçün Dövət Miqrasiya Xidmətinə müraciət edə bilər. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə cavabdehin 06.11.2019-cu il tarixli, 12/M-4310 nömrəli məktubu, cavabdehin 24.01.2019-cu il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli arayışının surəti, Rusiya Federasiyası Səfirliyinin Azərbaycan Respublikasında konsulluq şöbəsinin 01.08.2019-cu il tarixli, 2556/ko nömrəli arayışı, 654829 nömrəli “Doğum haqqında şəhadətnamə” təqdim edilmişdir. Bundan başqa inzibati işə baxılmasının gedişində “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün İddiaçı Mübarizovnanın cavabdehə təqdim etdiyi ərizə-anketi təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Mübarizovna 19.06.1990-cı il tarixdə, Rusiya Federasiyasında doğulmuşdur, 654829 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notariat qaydasında təsdiq edilmiş azərbaycan dilində olan surətindən görünür ki, İddiaçı atası X6 və anası X7 Rusiya Federasiyasının vətəndaşıdırlar, İddiaçı Rusiya Federasiyasının vətəndaşlığını almamışdır və hazırda oranın vətəndaşı deyildir, İddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı hesab edilməsinin əsasları 30 sentyabr 1998-ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur. Həmin qanunun “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanan 5-ci maddəsinin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər...Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.” İşin faktiki hallarına əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən şəxslər kateqoriyasının heç birinə uyğun gəlmir. Belə ki, o, 19.06.1990-cı il tarixdə, Rusiya Federasiyasında doğulmuşdur. Hər iki valideyni Rusiya Federasiyasının vətəndaşıdırlar, bundan başqa o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməmişdir. Eyni zamanda iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası qanunun 6-cı maddəsində göstərilən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə yəni, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və Azərbaycan Respublikası vətəndaşının pasportuna malik deyildir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Аzərbаycаn Rеspublikаsı İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin еdilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İPM-nin 2-ci, 68-ci, 69-cu, 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-967/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-967/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver