Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9674/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin 28 mart 2005-ci il tarixli 6/22 nömrəli qərarı ilə 600 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Sonuncu ilə hazırkı iddiaçı arasında bağlanmış 9 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini iddiaçı satın almışdır. İddiaçının istifadəsində olan 600 kv.m ölçüdə torpaq sahəsini 9 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən vətəndaş İddiaçı qanunvericiliklə ona verilmiş subyektiv hüququndan istifadə edərək bütün rüsumları və zəruri sənədləri təqdim etməklə xüsusi mülkiyyət hüququ ilə bağlı dövlət reyestrindən çıxarış almaq niyyətindədir. İddiaçı 22 fevral 2023-cü il tarixdə müvafiq sənədlərlə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, bu günədək ona cavab verilməmişdir. Əldə olunan məlumatlara əsasən həmin ərazidə olan torpaq sahələrinə dair reyestrdən çıxarışlar verilmişdir. Göstərilənlərə və İPM-in 8, 12, 13, 33, 35.1, 45, 46-cı maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1, 8.0.4-cü maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, sözügedən torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən torpaq sahəsinə dair plan-ölçünün və reyestrdən çıxarışın verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə 25 fevral 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Həmçinin torpaq sahəsi ilkin olaraq, X1 hüquqları qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, onun bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Binəqədi Oyl). Cizgidə istinad və məsafələri, perimetrik ölçüləri qeyd edilmədiyindən, sənədin göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ünvana İdarənin mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 1.130 kv.m-dir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 6-cı maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə və digər qanunvericilik normalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarından görünür ki, X4 ilə İddiaçı arasında 9 avqust 2022-ci il tarixdə “ilkin alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin müddəalarına görə tərəflər 9 avqust 2072-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən 19/32 nömrəli 20 oktyabr 2006-cı il tarixli qərara əsasən “satıcı” X3 Binəqədi rayonu Xocasən ərazisində yerləşən fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 600 kv.m torpaq sahəsini və üzərindəki tikililərin özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 24.000 manata “alıcı” İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Binəqədi rayonu Xocasən bələdiyyəsinin 20 oktyabr 2010-cu il tarixli qərarına əsasən Xocasən ərazisində 600 kv.m fərdi yaşayış evi inşa etmək üçün alqı-satqı yolu ilə X5 oöluna ayrılmışdır. Adıçəkilən şəxslə hazırkı İddiaçı arasında bağlanmış 9 avqust 2022-ci il tarixli “ilkin alqı-satqı müqaviləsi”nə görə isə, X4 həmin torpaq sahəsini özəlləşdirdikdən (yəni, onun üzərində mülkiyyət hüququ reyestrdə qeydiyyata alındıqdan) sonra müqavilə tərəfləri aralarında alqı-satqı müqaviləsinin bağlamasını razılaşmışlar. Belə olan halda məhkəmənin qənaətinə görə X3 Xocasən qəsəbəsində ayrılmış həmin torpaq sahəsinə hazırkı vəziyyətdə İddiaçı hüququ yaranmış olmur. Odur ki, iddiaçı hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüquqa malik deyil. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Bu səbəbdən də iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9674/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9674/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver