Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9674/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2025- ci il tarixli 569 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi; mərhum X5 miras əmlak olan Bakı şəhəri, Nərimanov rayonu, İnqlab küç, 88 saylı evin 39 nömrəli mənzilə dair İddiaçı vərəsəlik hüququnun tanınması; iddiaçının mərhum anası X5 adına miras əmlak olan Bakı şəhəri, Nərimanov rayonu, İnqlab küç, 88 saylı evin 39 nömrəli mənzilə dair İddiaçı adına vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının anası X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, 120 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İddiaçının mərhum anasından miras olaraq Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küç., 88 saylı evin 39 nömrəli mənzil qalmışdır. İddiaçı qanuni vərəsəsi olaraq anasından qalmış mirası qəbul etmək üçün 1 saylı Bakı Asan Xidmət mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Müraciətlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, lakin notarius iddiaçıya xx.xx.2025-ci il tarixli 569 nömrəli məktub ünvanlayaraq təqdim olunan qanuni və hüquqi əsaslara malik sənədlərdəki bəzi texniki/hərf uyğunsuzluqları səbəb göstərilərək vərəsəlik hüququnun rəsmiləşdirilməsindən əsassız və qanunsuz şəkildə imtina etmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyimi tövsiyə etmişdir. Notarius tərəfindən əsas gətirilən sənədlərdəki fərqliliklər aşağıdakılardan ibarətdir: İddiaçının mərhum anasına Muğanlı kənd soveti tərəfindən xx.xx.1948-ci il tarixli, 23 saylı doğum haqqında akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamədə onun A.S.A X8 qeyd edilmiş olsa da, ona məxsus Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2003-cü il verilmiş AZE 01568590 seriya və nömrəli şəxsiyyəti təsdiq edən sənəddə, habelə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ № 402539 nömrəli ölüm haqqında şəhadətnamədə onun A.S.A X7 olaraq qeyd olunmuşdur. İddiaçının mərhum anasının doğum haqqında şəhadətnaməsinin ata qrafasında A.S.A. X9 qeyd edilsə də, X4 X1 Sistemində ölüm haqqında akt qeydi məlumatlarında X10 olaraq qeyd olunmuşdur. Ana qrafasında isə A.S.A. Sadıxova Xanpəri M-əli qızı qeyd edilsə də, onun AZ-İİ 249082 seriyalı və nömrəli ölüm haqqında şəhadətnaməsində A.S.A.X2 olaraq qeyd edilmişdir. Qeyd olunan “səhvlər” sənədlərdəki şəxsi adların yazılışmdakı fərqlər, bəzi hallarda isə orfoqrafik uyğunsuzluqlardan ibarət olmuşdur. Bu isə heç bir halda sənədlərin hüquqi qüvvəsini şübhə altına almaq üçün əsas ola bilməz. Təqdim olunan sənədlər Azərbaycan SSR-i və daha sonra Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanları tərəfindən, müvafiq dövrün qanunvericiliyinə uyğun olaraq tərtib edilmişdir. Əgər bu sənədlərdə hər hansı texniki uyğunsuzluq və ya yazı xətası olmuşdursa, bu hallar vətəndaşın iradəsindən kənar baş vermiş və həmin dövrün idarəçilik, dil siyasəti və sənəd dövriyyəsinin xüsusiyyətləri ilə şərtlənmişdir. Azərbaycan Respublikasında bir neçə dəfə əlifba dəyişiklikləri baş vermiş (ərəb qrafikasından latın qrafikasına, sonra kiril, daha sonra yenidən latın qrafikasına keçid), bu da arxiv sənədlərində və şəxsi adların transliterasiyasmda müxtəlif formalı yazılışlara səbəb olmuşdur. Həmçinin, SSRİ-nin dağılması dövründəki hüquqi və inzibati xaos zamanı tərtib olunan bir çox sənəddə texniki qeyri-dəqiqliklərə rast gəlinmişdir. Notariusa təqdim olunan sənədlərin bütövlükdə məzmun və kontekstdə bir-birini təsdiq etməsinə, şəxsin kimliyinin və vərəsəlik hüququnun açıq şəkildə sübuta yetirilməsinə baxmayaraq, notarius formal və əsassız “hərf səhvləri”nə əsaslanaraq müraciətimdən imtina etmiş, vərəsəlik hüququmu tanımamış və mənə vərəsəlik şəhadətnaməsi verməmişdir. Bu yanaşma hüququn mahiyyətinə ziddir və vətəndaşın konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən notariusun faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi, vərəsəlik hüququmun tanınmaqla mənə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilən hallar iddiamın tam əsaslı olmasını sübut və təsdiq edir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş iddiaçının mərhum anası X6 adına xx.xx.2024-cü il tarixdə açılmış vərəsəlik işi əlaqədar bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə və ölüm haqqında şəhadətnamədə qeydiyyat vəsiqəsində qeyd edilmiş məlumatlar ilə elektron notariat informasiya sistemindən əldə olunmuş sənədlərdə olan məlumatlar arasında (mərhumun doğum haqqında şəhadətnaməsi,, valideynlərinin ölüm haqqında şəhadətnaməsi məlumatlarında soyadında, ata adında) uyğunsuzluq aşkar olunduğu üçün eynilik faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunur.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
II. İddianın mümkünlüyü
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı Qərarından:
8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
8. Məhkəmə qeyd edir ki, iddiaçının valideynlərinin X4na düzəliş edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq tələblə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir. Belə ki, məhz notarius təqdim edilən sənədlərdəki mümkün ola bilən texniki xarakterli hesab edilə biləcək uyğunsuzluğa qiymət verməklə miras kütləsini və vərəsələrin dairəsini müəyyən etməli, notariat hərəkətlərinin aparılmasından imtina edildikdə isə səlahiyyətli ümumi məhkəmə tərəfindən həmin hərəkətə qitmət verilməlidir.
9. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva