Məhkəmə qərarları › İş №2-1(112)-9675/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9675/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9675/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli sonuncu müayinəyə dair verilmiş imtinaya əsas olmuş həmin tarixli qərarının ləğv edilməsi və iddiaçıya əliliyə görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona xx.xx.2019-ci il tarixdən xəstəliyə görə əlillik pensiyası təyin edilmişdir. Həmin dövrdə xəstəliyə görə pensiyası təyin edilməsinə dair bütün sənədlər poliklinika tərəfindən Agentliyə təqdim olunmuş və onun əsasında pensiya təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı xx.xx.2024cü il tarixə qədər beş il ərzində təyin olunmuş pensiyanı almışdır. xx.xx.2024-cü il tarixdə beş il müddət tamam olduğundan xəstəliyi ilə bağlı sənədləri yenidən komissiyadan keçmək üçün ərazi üzrə poliklinikaya təqdim etmişdir ki, müayinədən keçsin və iddiaçıya pensiya verilməsi davam etdirilsin. Poliklinikadan ona xəstəxanada yatmağı məsləhət görmüşlər və nəticədə iddiaçı xəstəxanada müalicə almışdır, sonradan komissiyaya göndərilməsi üçün forma 88 deyilən sənədi hazırlayıb sistemə vurmuşlar. Həmin sənəd sistemdə qeydə alındıqdan sonra iddiaçını hərbi komissiyaya dəvət etmişlər, sənədlərinə baxılmamış, özünü müayinə etməmişlər, halbuki həmin vaxt təziqi 100-170 olmuşdur. Lakin xx.xx.2024-cü il tarixli sonuncu müayinəyə dair iddiaçıya əlillik pensiyasının verilməsindən imtina edildiyini bildirmişlər. İmtinada pensiyanın təyin edilməməsinin səbəbi olaraq “diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsidir, lakin həmin qərarı tələb etməyinə baxmayaraq bu günə kimi ona təqdim edilməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Agentlikdən pensiya ödənişinin dayandırılması ilə əlaqədar SMS gəldikdən sonra səbəbini aydınlaşdırmaq məqsədi ilə ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubu almışdır. Məsələnin belə olmasını nəzərə alaraq müxtəlif ünvanlara, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciət etmiş, müraciət aidiyyəti üzrə göndərilsə də, heç bir nəticə əldə olunmamışdır. Şikayət müddətinin ötürülməsi ilə əlaqədar yenidən Tibbi Sosial Ekspertiziya və Reabilitasıya Agentliyindən müraciət etmiş və 18 fevral 2025-ci il tarixli imtina məktubu almişdır, lakin xəstəliyinin ağırlaşması ilə əlaqədar stasionar müalicə aldığından və vəkillə müqavilə bağlamaq üçün maddi imkanı olmadığından yenidən şikayət müddətini ötürmüş və vaxtında məhkəməyə müraciət etmək imkanı olmamış, nəticədə yenidən şikayət verilməsi müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi ərizəni müdafiə edərək, buraxılmış prosessual müddətin bərpa olunması və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Belə ki, işdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə ilkin olaraq 5 il müddətinə “Sinir kanalının fəqərəarası disk stenozu, L4-L5 fəqərəarası diskin yirtığı. Aşağı ətraflann monoplegiyası. Hipertenziv Diaqnozun mətni: ensefalopatiya. Yuxarı atıaflaıın diplegiyası. Qalxarıabənzər vəzinin digər lubıikalaıda təsnif olunan xəstəliklər zamanı müşayiət olunan pozğunluqları. Skleroz yaddaşın kəskin pisləşməsi” diaqnozu üzrə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikici dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2024cü il müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində Bakı Baş Səahiyyə İdarəsi tərəfindən yenidən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-8142/2024 nömrəli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.1973cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb İdarəsinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 337 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə diaqnoz “Davaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, kökçük ağrı sindromu ilə müşayiət olunan, tez-tez kəskinləşən onurğanın boyun və bel-oma hissələrinin osteoxondrozu. C3-C4 fəqərəarası diskin protruzivası, L4-L5 fəqərəarası disklin yırtığı, sinir köklərinin kompressiyası ilə. Hipertoniva xəstəliyi birinci mərhələ. Dəmir defesitli anemiva. Funksiya pozğunluğu olmadan autoimmun tireoidit. Uşaqlığın miomaları. İkinci dərəcəli alimentar pivlənmə (bov- 164sm, çəki-95kq)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirən zaman alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, başgicəllənmədən şikayətlənmişdir. Anamnezində Şəkərli diabet xəstəsi olduğunu, 2 damarında tutulma, Arterial təzyiqinin yüksək olduğunu, Yanvar ayında yüngül formalı insult keçirdiyini bildirmişdir. Medikamentoz preparatlardan Basomax, Metforix, Siofor, Prestans qəbul etdiyini bildirmişdir. Müayinə zamanı arterial təzyiqi 170/100 mm.c.s. müəyyən edilmişdir. Nevroloji statusu: parez əlamətləri aşkar olunmamış, hipotrofiya qeyd olunmamışdır. Sol yuxarı ətrafda reflekslər bir qədər zəif alınmış S<D, aşağı ətraflarda reflekslər D=S orta canlı, bütün ətraflarda əzələ tonusu normal, əzələ gücü 5 bal olmuşdur. Patoloji reflekslər (Hoffman, Babinski, Klonus) qeyd olunmamışdır. Yerişi sərbəst olmuş, hərəkət məhdudluğu qeyd olunmamışdır. Avrasiya klinikasının xx.xx.2024-cü il tarixli Baş beyin MR müayinəsində nəticə “Baş beyində minimal atrofik dəyişikliklər. Sağ beyin yarımkürəsində parietal nahivvədə, kənarları qlioz dəyişikliyə uğramış 10x15 mm ölçüdə postişemik ensefalomalyasiya sahəsi’ kimi qeyd edilmiş, klinik əlamətlərlə öz təsdiqini tapmamışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin xx.xx.2024-xx.xx.2024-cü il tarixli Epikrizində diaqnoz “Bel-oma kələfinin zədələnməsi, oturaq sinirn zədələnməsi, bel oma f/a disk yırtığı sinir kökü kompressiva ilə, davamlı kökcük ağrı sindromu ilə. Boyun f/a disk protruziyası sinir kökü kompressiva ilə, davamlı kökcük ağrı sindromu ilə. Davaqhərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu. Sol aşağı ətrafın monoparezi (motor və hissiyatın pozulması ilə) onurğanın yayılmış osteoxondrozu. Sol aşağı ətrafın monoparezi (motor və hissiyyatın pozulması ilə). Hipertoniva xəstəlivi 2 mərhələ, şəkərli diabet 2 tip. Diffuz düvülü zob, bevinin məhdud atrofiyyası. İnsult”kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda bu qərarı mübahisələndirərək, ona əliliyə görə pensiyasının təyin edilməsini, daha doğrusu, əlilliyinin müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının ona əlillik təyin edilməsindən ibarət hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndərişlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə əyani müayinə aparılmaqla əlilliyi qiymətləndirilərək “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşdən görünür ki, cavabdeh xx.xx.2024-cü ildə iddiaçıya məxsus **********40 nömrəli mobil telefonla SMS vasitəsilə məlumat verərək, qərarla razilaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşmaq ve ya 30 gun muddətində müvafiq İnzibati məhkəməyə müraciət ettmək hüququ izah edilmişdir. İddiaçı isə bu imtinadan sonra yeni göndərişlə cavabdehə müraciət etməmiş, 5 aydan sonra, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona əlillik təyin edilməsində imtina edilməsindən məlumatlı olsa da, həmin imtinanı 5 aydan sonra, xx.xx.2025-ci il tarixdə mübahisələndirməklə, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Buraxılmış prosessual müddətin bərpası barədə ərizədən görünür ki, iddiaçı müddətin ötürüldüyünü qəbul etmiş, bunu müxtəlif ünvanlara müraciət etməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. - 24.6-cı mddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Göründüyü kimi, qanunverici buraxılmış prosessual müddətin bərpa edilməsini müddətə əməl olunmasına mane olan hallar olduqda təmin edilməsini nəzərdə tutur, hansı ki, bu barədə ərizə məhz bu hallar aradan qalxdıqdan 15 gün ərzində verilməlidir. Burada müddətə əməl olunmasına mane olan hallar dedikdə, yalnız elə üzürlü səbəblər başa düşülür ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmur, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxır, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törədir və ya məhdudiyyət yaradır (məsələn şəxsin xəstəliyi, cəzaçəkmə müəssisəsində olması və sair). Lakin hazırkı iş üzrə belə hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Prosessual müddətin bərpa edilməsinin əksinə müddətin bərpa edilməməsi barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçı, əliliyinin qiymətləndirilməsi üçün yenidən göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət edə, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qəbul edilən qərarla razılaşmadıqda qərarı aldığı tarixdən 30 gün müddətində müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar