Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-968/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan N ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, iddiaçı xx xxxx N969-cu il təvəllüdlüdür, Birinci Qarabağ müharibəsi başlayanda iddiaçı da digər azərbaycanlılar kimi vətənin müdafiəsi üçün könüllü olaraq N992-ci ilin oktyabr ayında Abşeron rayon Hərbi Komissarlığına getmiş, ərizə ilə müraciət edərək N8NN0 saylı ( indiki N saylı) hərbi hissənin tərkibində Şuşada, Kərkicahanda, Qaybalı, Nəbilər, Zarıstı, Salatın, Daşaltı kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N993-cü ildə Könüllülər batalyonu ləğv edildikdən sonra o Bakı şəhərinə qayıdaraq yenidən 2-ci dəfə Abşeron rayon Hərbi Komissarlığına ərizə ilə müraciət edərək N saylı hərbi hissənin tərkibində Beyləqan rayonunun Haramı düzü deyilən istiqamətdə gedən döyüşlərdə iştirak etmiş, N994-cü ilin mart ayında isə hərbi hissədə olan piyadermiya ilə əsaslanmış qoturluq xəstəliyi ilə əaqədar Beyləqan rayon Xəstəxanasında ( o vaxt hərbi xəstəxana) müalicə almış, sonradan evə buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2-7845 nömrəli xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 8 saylı əmri ilə ( əsas N-ci paraqraf sıra 37, səhifə 20) xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına,bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 84 saylı əmri ilə ( əsas 6-cı paraqraf səhifə 37) İddiaçı ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə buraxılmış, xx.xx.N994-cü il tarixli N68 saylı əmri ilə ( əsas7-ci paraqraf səhifə 30, sıra N2) İddiaçı şəxsi heyətin siyahısından çıxarılması bildirilmişdir. N8NN0 saylı ( indiki N saylı) hərbi hissənin tərkibində Şuşada, Kərkicahanda, Qaybalı, Nəbilər, Zarıstı, Salatın, Daşaltı kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyimə, Beyləqan rayon xəstəxanasında qoturluq xəstəliyi ilə müalicə almağına baxmayaraq, dəfələrlə sorğu yazılmasına baxmayaraq arxivdə məlumatın olmaması göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin l/Ə-N52N3 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda veteran adının və vəsiqəsinin verilməsi barədə imtina yazılmış və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-7845 nömrəli arayışına əsasən İddiaçı barəsində döyüş əməliyyatları aparılan zaman N0 aprel N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı" statusu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N996-cı ıl tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən cavab hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -iddiaçıya məxsus HZ№**********4 saylı hərbi biletin kserosurətindən İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxiv tərəfindən verilən 23 iyul 2020-ci il tarixli Arxiv Arayışından görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, İddiaçı ondan ötrü ki, Abşeron RHK-nın çağırışçısı, N969-cu il təvəllüdlü baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 8 №-li əmrilə (əsas: §N, sıra-37, səh-20) N0 dekabr N993-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N0 aprel N994-cü il tarixli 84 №-li əmrilə (əsas:§6, səh-37, hərbi rütbəsi sıravi yazılmışdır)" sıravi İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilmişdir. N sutkadan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə Abşeron RHK-nın çağırışçısı İddiaçı N8N №-lı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N68 №-li əmrilə (əsas: §7, səh-30, sıra-N2, hərbi rütbəsi yazılmamışdır).xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edilir ki, N8NN0 (70N) №-li hərbi hissə komandirinin oktyabr N992-ci il tarixli və N8N Nq-İi hərbi hissə komandirinin mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildirilir ki, Beyləqan rayon xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən idiaçıya ünvanlanan 08 yanvar 2020-ci il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, iddiaçıya Müharibə veteranı və vəsiqəsinin verilməsi üçun döyüşlərdə iştirakını təsdiq edən sənədlərin (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, xəstəlik vərəqələri, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyi qeyd olunmaqla ətraflı ərizənin Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna biləcəyi bildirilmişdir. -iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş iddiaçının müraciətinə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılaraq, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-7845 nömrəli arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədə xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığı və barəsinə müsbət qərar qəbul edilmədiyi bildirilərək təqdim olunan sənədlər iddiaçıya geri qaytarılmışdır. Beləliklə inzibati orqan tərəfindən yuxarıda qeyd olunan əsaslara istinadən iddiaçıya “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi”ndən imtina edilmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında İddiaçı məhkumluğunun olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Abşeron rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Abşeron Rayon Polis İdarəsi tərəfindən 2N may 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçının xidmət etdiyi N8N və 70N saylı hərbi hissələrin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olub-olmaması barədə məlumatın, xidmət etdiyi hərbi hissələr üzrə barəsində verilmiş əmrlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsi tərəfindən verilən 2N avqust 202N-ci il tarixli məktuba əsasən iddiaçının xx.xx.N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək keçmiş Sovet ordu sıralarında hərbi xidmət etdiyi bildirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən 04 noyabr 202N-ci il tarixli məktubdan görünür ki, Abşeron RHK-nın çağırışçısı, N969-cu il təvəllüdlü baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 8 №-li əmrilə (əsas: §N, sıra-37, səh-20, əmrdə hərbi rütbəsi baş leytenant yazılmışdır) xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N0 aprel N994-cü il tarixli 84 №-li əmrilə (əsas: §6, səh-37, hərbi rütbəsi sıravi yazılmışdır) sıravi İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərilmişdir. N sutkadan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə Abşeron RHK-nın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N68 №-li əmrilə (əsas: §7, səh-30, sıra-N2, hərbi rütbəsi yazılmamışdır) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Məktubda həmçinin qeyd edilir ki, araşdırmalar İddiaçı barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş sorğu əsasında aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 9/2-3397 nömrəli arxiv arayışının məzmunundan müəyyən edilir ki, N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında N nömrəli hərbi hissədən gəlmiş R.D.Tanrıverdiyev komandirin xx.xx.N994-cü il tarixli N8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə məlumat olmuş, lakin həmin əmr Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə araşdırması dövründə həmçinin iddiaçının xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixədək xidmət etdiyi 888 saylı və xx.xx.N994-cü il tarixdən xx.xx.N996cı il tarixədək xidmət etdiyi N saylı hərbi hissələrin döyüşlərdə iştirak edən hərbi hissələr olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsi tərəfindən verilən N5 mart 2022-ci il tarixli məktuba əsasən iddiaçının xx.xx.N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək keçmiş Sovet ordu sıralarında hərbi xidmət etdiyi, lakin Azərbaycan Respublikasının Silahlı Qüvələrində xidməti barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göründüyü kimi məhkəmə araşdırması dövründə İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlər, o cümlədən iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə araşdırma aparılaraq müvafiq qaydada sorğular göndərilmiş, lakin məhkəməyə təqdim olunan həm arxiv arayışlaında, həm də sorğulara cavab mətublarında iddiaçının xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salındığı, sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərildiyi, N sutkadan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin müvafiq əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığı, o cümlədən iddaçının yalnız xx.xx.N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək keçmiş Sovet ordu sıralarında hərbi xidmət etdiyi, lakin Azərbaycan Respublikasının Silahlı Qüvələrində xidməti barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsində heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya verilmiş AO ******* nömrəli hərbi biletə baxış keçirilərkən müəyyən edilmişdir ki, hərbi biletin yalnız ilk səhifəsinin notarial qaydada təsdiq edildiyi, digər qalan hissələrin kserosurət olduğu və həmin səhifələrdə iddiaçının istinad etdiyi hərbi hissələrdə xidmət keçməsi barədə məlumatlar əks etdirilməmiş, müharibə dövründə iştirakı ilə bağlı müvafiq qeydlər aparılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının şəxsi heyətin siyahısına salınması barədə müvafiq əmrin Mərkəzi Arxivinə daxil olmadığı, həmçinin iddiaçının xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salındığı müəyyən edilsə də, lakin sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq qısamüddətli məzuniyyətə göndərildiyi və N sutkadan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin müvafiq əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığı müəyyən edildiyindən və belə olan halda iddiaçının qeyd olunan dövrlər ərzində döyüş əməliyyatlarında iştirakı əsaslı sübutlarla təsdiq edilmədiyindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Yuxarıda qeyd əsaslarla yanaşı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-968/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-968/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver