Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9683/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində uzun müddət istifadədə olan 1,81 ha torpaq sahəsi ilə əlaqədar İddiaçı MMC ilə icarə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati iş üzrə icraata xitam verilməsi barədə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində uzun müddət istifadədə olan 1,81 ha torpaq sahəsi ilə əlaqədar İddiaçı MMC ilə icarə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 04 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iş materiallarını və iddiadan imtina barədə ərizəsini nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qanunvericiliyə zidd omadığından, iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində uzun müddət istifadədə olan 1,81 ha torpaq sahəsi ilə əlaqədar İddiaçı MMC ilə icarə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində uzun müddət istifadədə olan 1,81 ha torpaq sahəsi ilə əlaqədar İddiaçı MMC ilə icarə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9683/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9683/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver