Məhkəmə qərarları › İş №2-1(112)-9685/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9685/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9685/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yayaış sahəsi, ev 11-də yerləşən 115 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, RX seriyalı, ******* nömrəli, 21.04.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yayaış sahəsi, ev 11-də yerləşən 115 saylı mənzilin tam mülkiyyətçisidir. Sözügedən mənzili o, alqı-satqı müqaviləsi əsasında satın almışdır. Yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilin 5 ildən çox onun mülkiyyətində olmasına baxmayaraq, mənzilin keçmiş sakini X4 hələ də həmin mənzildə pasport qeydiyyatında qalmışdır. Hazırda həmin şəxsin onun mülkiyyətində olan mənzildə yaşamadığı halda qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, qanunla ona məxsus əmlaka dair istifadə, sahiblik və sərəncamvermə hüquqlarını məhdudlaşdırır. Habelə qeyd olunan mənzillə bağlı onu əlavə xərclərə məruz qoyur. Bir mülkiyyətçi kimi o, ona məxsus olan əmlaka dair istədiyi kimi sərəncam verə, əmlakını özgəninkiləşdirə, onunla bağlı sənədləşmə işləri apara bilmir. Hesab edir ki, həmin şəxs qeyd olunan mənzildən pasport qeydiyyatından çıxmalıdır. O, həmin şəxsin ona məxsus ünvandan pasport qeydiyyatından çıxarılması xahişi ilə Suraxanı Rayon Polis İdarəsinə müraciət etsə də cavabdeh orqan həmin şəxsi onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarmaqdan imtina etmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yayaış sahəsi, ev 11-də yerləşən 115 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.07.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Suraxanı RPİ-nə ünvanladığınız müraciətinizə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Sizin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 07.06.2021-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, X4 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.10.2021-ci il tarixli məktubunda qeyd olunur: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 11, 115 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb-alınmaması və sözügedən mənzilin mülkiyyətçisi haqqında məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 11, 115 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 11, 115 saylı mənzil 52 saylı DNK-nın 4ə-994 reyestr nömrəli 11.06.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, İddiaçı üçüncü şəxs X1 ünvan 6 ünvanında qeydiyyatdan çıxarılmasını tələb edir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.10.2021-ci il tarixli məktubundan görünür ki, həmin mənzil 11.06.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının X3 qeydiyyatdan çıxarmaq istədiyi mənzil ona məxsus deyildir, həmin mənzil başqa şəxsin - X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvan ona məxsus olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar