Məhkəmə qərarları › İş №2-1(112)-9685/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9685/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9685/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndələri X9 və X7 iştirakı ilə, İddiaçı Namvarfargi Mostafanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı qərarın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Namvarfargi Mostafa cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İran İslam Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1975-ci ildə İran İslam Respublikasında anadan olmuşdur və həmin ölkənin vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün MYİ 0****** icazə vəsiqəsi verilmişdir. Vəsiqənin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət olunaraq Yaxın qohumluq münasibəti əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli, №9856648 saylı qərar qəbul olunaraq müraciəti təmin edilməmişdir. Qərarda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərlə aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Həmçinin həmin qərar ilə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi də üzərimə qoyulmuşdur. Cavabdeh orqan düzgün nəticəyə gəlməyərək əsassız qərar qəbul etmişdir ki, bu da onun hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, qərarda qeyd olunduğu kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmamışdır. Azərbaycan Respublikasında olduğu zaman Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1980-cı il təvəllüdlü X11 qızı ilə tanışlığı olmuş, sonradan bir-birini bəyənmiş və evlənmək qərarına gəlmişdir. 31,08.2024-cü ildə X11 qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və faktiki olaraq hazırda ər-arvad münasibətlərindədir. arvadı ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasıın ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(112)-280/2025 nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı Mohammadalı cavabdeh Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - DMX) qarşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsinə və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizəyə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, İddiaçı Mohammadalı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin (bundan sonra- MYİ) müddətinin uzadılması barədə xx.xx.2025-ci il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciətlə əlaqəli təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduğu müəyyən edildiyindən şəxsin MYİ müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda sözügedən qərarda onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(112)-280/2025 nömrəli qərardadı ilə şəxsin müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi mümkün sayılmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,2.1,27, 31,48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında idiaçı iştirak etməmiş, məhkəmə işə iddiiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə nümayəndənin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Y62925837 nömrəli İran İslam Respublikaı Pasportundan görünür ki, X3 xx.xx.1975-ci il tarixdə İran İslam Respublikasının Kasmar şəhərində doğulmuşdur. İran İslam Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş MYİ seriyalı 0****** nömrəli Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəsindən görünür ki, X10 İslam Respublikasının vətəndaşıdır. İcazə xx.xx.2024cü il tarixdə verilmişdir, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixə qədərdir. İcazə verilmənin əsası yaxın qohumluq münasibətidir. Yaşayış yeri Sumqayıt şəhəri, Qaladərəsi küçəsi, ev 153-dür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında” Qərarda göstərilmişdir ki, Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri İşjrıayıl Abdullayev xx xxxx 1975-ci il təvəllüdlü, İran İslam Respublikası vətəndaşı Y62925837 nömrəli Pasporta malik olan Namvarfarqi Mostafanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılması barədə 12 mart 2025-ci il tarixli 74975/m nömrəli müraciətə baxaraq müəyyən etdi: 12 mart 2025-ci il tarixli müraciətdə X8 qohumluq mühasibəti(nikah) əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılması xahiş olunmuşdur, Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi almaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsini rəhbər tutaraq qərara aldi: İran İslam Respublikası vətəndaşı Namvarfargi Mostafanın müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılması barədə 12 mart 2025-ci il tarixli 74975/m nömrəli müraciət təmin edilməsin. İran İslam Respublikası vətəndaşı Namvarfargi Mostafanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulsun və bəndin icrasına nəzarət edilməsi məqsədilə Miqrasiya nəzarəti baş idarəsinə məlumat verilsin. Qərar barədə maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verilsin. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət (inzibati iddia) verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sərhədkeçmə məlumatlarından görünür ki: xx.xx.2025-Çıxış-H.X6 DSBM-İran xx.xx.2025-Giriş-Astara DSBM-İran xx.xx.2025-Çıxış-H.X6 DSBM-İran xx.xx.2025-Çıxış- Astara DSBM-İran xx.xx.2025-Giriş- H.X6 DSBM-İran xx.xx.2025-Çıxış- Astara DSBM-İran İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci il təvəllüdlü X10 İslam Respublikasının vətəndaşı olmaqla, xx.xx.2024-cü il tarixdən ona yaxın qohumluq münasibəti əsasında müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ilə icazənin müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək imtina qərarının ləğv edilməsi, müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılmasını mübahisələndirir. Eyni zamanda iş üzrə sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə könüllü olaraq Azərbaycan Respublikasını tərk edərək İran İslam Respublikasına çıxış etmişdir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə yenidən Azərbaycan Respublikasına giriş etmiş, xx.xx.2025-ci il tarixdə ölkəni yenidən tərk etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. -28.2-ci maddəsinə görə bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbində iddiaçı İran İslam Respublikasının vətəndaşı Namvarfargi Mostafa cavabdehdən onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün üçün icazə müdddətinin uzadılmasını tələb etsə də lakin hazırkı halda ölkə ərazisini tərk edərək İran İslam Respublikasına könüllü olaraq getmişdir. Bu halda iddiaçının ölkə ərazisində olmadığı, ölkəyə giriş etmədiyi halda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı müraciətinə dair hüquqi marağı da müəyyən olunmur. Belə ki, müvəqqəti yaşamaq üçün icazə cari vaxtda ölkə ərazisində yaşayan əcnəbilərə münasibətdə tətbiq oluna biliir ki, hazırkı halda iddiaçı ölkə sərhədləri daxilində deyil, ölkəyə ümumiyyətlə giriş edib-etməyəcəyi bəlli deyil, bu halda icrasının mümkünlüyü barədə konkret məlumat olmayan inzibati aktn qəbulunun da tələb edilməsi mümkünsüzdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar