Məhkəmə qərarları › İş №2-1(112)-9686/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9686/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9686/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı baş redaktoru X1 və vəkili X4, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “informasiya sorğusunun cavablandırılması" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı T-203/03-036 saylı, xx.xx.2023-cü il tarixli informasiya sorğusuna cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən qanunla müəyyənn olunmuş qaydada və müddətdə cavab verilməməsinin qanunsuz hesab edilməsi və Təzadlar” qəzetinin T-203/03-036 saylı, xx.xx.2023-cü il tarixli informasiya sorğusunun cavablandırılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh-Azərbaycan Respublikası, Bakı şəhəri, Cavabdehnə (İcra Hakimiyyətinin başçısı X7) T-2023//03-05, xx.xx.2023-cü il tarixli İnformasiya sorğusu göndərilmişdir. X5 27 mart 2023-cü il tarixdə İcra Hakimiyyətinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilərək poçt qəbzinə imza atılmışdır. İnformasiya sorğusunda aşağıdakılar göstərilmişdir: «Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci kvartal. ev 19, mənzil 31-də yaşayan X3 İddiaçı redaksiyasına rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, "Sirr' şirniyyat evinin sahibi ona məxsus 31 saylı mənzilin (2-ci mərtəbə) birinci mərtəbəsindəki 29- cu mənzildə aparılmış qanunsuz tikinti və genişləndirmə işlərindən sonra onun yaşadığı mənzildə çatlar yaranmışdır. Redaksiya əməkdaşları qeyd olunan ünvanda olarkən foto və videoçəkilişlərlə bu çatları qeydə almışlar. Şikayətçinin əsas tələbi və iddiası ondan ibarətdir ki, “Sirr” şirniyyat evinin sahibi adı çəkilən 29 saylı mənzilin əsas dayaq (yükgötürmə) divarını və konstruktiv arakəsmələri sökərək heç bir bərkitmə işləri aparmamışdır. Hansı ki, bu tarixi binada təmir-bərpa və s. tikinti işləri həyata keçirilərkən Mədəniyyət Nazirliyi ilə müqavilə bağlanmalı və icazə alınmalı idi. Şikayətçi iddia edir ki, onun və bina sakinlərinin şikayətlərindən sonra «Sirr» Şirniyyat evinin sahibi Əmlak Komitəsinin aidiyyəti bölgə idarəsindən 29-cu mənzilə 2019cu ildən sonrakı dövrə (yəni, təmir-tikinti işləri aparılan dövrdən sonraya) texniki pasport almışdır. Beləliklə, redaksiya qeyd olunan şikayətlə bağlı araşdırma yazı hazırlayır. Bunun üçün cavabdehə yönəlmiş sorğuların cavablandırılması və müvafiq sənədlərin redaksiyaya təqdim olunması tələb edilir.

3. Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “Sizin Cavabdehnə “Sirr” şirniyyat evinin sahibi tərəfindən mənzildə aparılmış qanunsuz tikinti və genişləndirmə işləri barədə müraciətinizə 3 saylı XT MKTB tərəfindən baxılmışdır. Müraciətiniz araşdırılan zaman məlum olmuşdur ki, 520-ci məhəllə, Hüseyn Cavid prospekti ev 19 ünvanda xx.xx.2018-ci il tarixli, RX seriyalı 139233 saylı çıxarışa əsasən 13,9 kv.m qeyri-yaşayış sahəsi və xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ümumi sahəsi 36,3 kv.m olan 30 nömrəli mənzil vətəndaş X8ma məxsusdur. Texniki pasporta əsasən ümumi sahəsi 41,7 kv.m olan mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, mənzil qeyri- yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmış və kdçid-qapısı ilə vətəndaşın özünə məxsus qeyriyaşayış sahəsi ilə biriəşdirilmişdir. Nəticədə mənzilin və qeyri-yaşayış sahəsinin birlikdə faktiki ümumi sahəsi 59,34 kv.m olmuşdur. İki sahəni birləşdirən qapının açılmasının mümkünlüyünə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xx.xx.2019-cu il tarixli texniki baxış rəyi verilmiş, Azərbaycan Respublikasının Mədəniyyət- Nazirliyi yanında X10, İnkişafi və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2018-ci il tarixli, 104- 0İ/TN-R-4 saylı məktubu ilə etiraz edilmədiyi bildirilmişdir”.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli mümlünlük iclasında tərəflər iştirak edirlər. İddiaçının vəkili və baş redaktoru ərizə təqdim edərək, Yasamal RİH-nə ünvanlanmış sorğuya 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən qismən cavab verildiyini bildirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi işin baxılmadan geri götürülməsinə etiraz etmir.

II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar