Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-970/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 176 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-005H saylı şəhadətnaməyə əsasən Abşeron rayonu, tərəvəz südçülük sovxozunda yerləşən 0.10 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyətində olduğunu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, XDS İK-nin xx.xx.1991-ci il tarixli, 176 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.10 ha torpaq sahəsi ayırılması ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair JN-005H saylı şəhadətnaməyə verilmişdir. İddiaçının həyat yoldaşı X5 xx.xx.2012-ci il tarixində vəfat etmişdir və mirası üzrə Bakı Şəhər 25 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bakı Şəhər 25 saylı Notariat Ofisin notarisusu tərəfindən cavabdeh orqana müraciət edərək qeyd olunan torpaq sahəsinin mərhum X2 məxsus olmasını təsdiq edən arayışı verilməsini xahiş edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli imtina məktubu verərək bildirmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-005H saylı şəhadətnamə ilə bağlı baza məlumatları aşkar edilməmişdir. Bundan əlavə olaraq cavabdeh orqan bildirmişdir ki, cizgidə istinad və istinad məsəfələri peremetrik ölçü qeyd edilmədiyindən və konfiqurasiya tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmaması müyyən etmək mümkün olmamışdır. Cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi əsaslar qanunsuzdur. Faktiki olaraq Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 176 nömrəli qərarı ilə İddiaçı Səfixan oğluna və ailə üzvlərinə 0.10 ha torpaq sahəsi ayırılması ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair JN-005H saylı şəhadətnaməyə verilmişdir və artıq 30 ildən çoxdur ki, qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Onun qeydiyyatında qeyd olunan torpaq sahəsinin üzərində tikilmiş fərdi evədir. Bundan əlavə olaraq, cavabdeh orqanın bazasına qeyd olunan şəhadətnamə üzrə məlumatların əlavə edilib-edilməməsi vətəndaşın hüquqlarına təsir göstərə bilməz. Belə ki, qeyd olunan məlumatları faktiki olaraq cavabdeh orqanı özü qeydiyyatını aparır. Əlavə olaraq, şəhadətnamədə qeyd oluna çızgilərə uyğun olaraq torpaq sahəsinin hasarlanmasını İddiaçı Səfixan oğlu tərəfindən aparılmışdır. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi yer üzrə qonşuları artıq çıxarış əldə etmişdilər. Bundan əlavə olaraq, Bakı Şəhər 25 saylı Notariat Ofisində şəhadətnamədə qeyd olunan ailə üzvləri vərəsəlik işi üzrə notarial qaydada ərizə ilə müraciət edərək, torpaq sahəsinin onun adına qeydiyyata alınmasına etiraz etməməklərini bildirmişdilər. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya **********2 saylı, xx.xx.2023-cü il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 005H nömrəli şəhadətnaməyə dair baza məlumatı aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşməsinə dair ilkin cizgidə istinad və istinad məsafəsi perimetrik ölçü qeyd edilmədiyindən və kofiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı tərəfindən göstərilən ərazi Zirə X9nun ərazisidir. Təqdim edilən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-005H nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi İddiaçı Səfixan oğlunun, X1, X6, Eyvazov kan Gülxan oğlunun və X4 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz makın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət restrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X9 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********941 nömrəli ərizədə X11 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, qəbul etmək niyyəti yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etmir, mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər miras paydan imtina edirsə bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olundu ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********750 nömrəli ərizədə X12 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, qəbul etmək niyyəti yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etmir, mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər miras paydan imtina edirsə bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olundu ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********749 nömrəli ərizədə X20 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, qəbul etmək niyyəti yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etmir, mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər miras paydan imtina edirsə bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olundu ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********742 nömrəli ərizədə X15 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X1 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, qəbul etmək niyyəti yoxdur, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etmir, mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər miras paydan imtina edirsə bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olundu ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********860 saylı ərizədə X12 tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Zirə qəsəbəsi, Tərəvəzçiliksüdçülük sovxozu ünvanında yerləşə 0.10ha torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə özünə məxsus olan hissəsinin atası İddiaçı Səfixan oğlunun adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********861 saylı ərizədə X20 tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Zirə qəsəbəsi, Tərəvəzçiliksüdçülük sovxozu ünvanında yerləşə 0.10ha torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə özünə məxsus olan hissəsinin atası İddiaçı Səfixan oğlunun adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********429 saylı ərizədə X15 tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Zirə qəsəbəsi, Tərəvəzçiliksüdçülük sovxozu ünvanında yerləşə 0.10ha torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə özünə məxsus olan hissəsinin atası İddiaçı Səfixan oğlunun adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli JN- 0054 seriyalı KOD 00303016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmişdir ki, Abşeron rayonu, keçmiş Tərəvəz Südçülük sovxozunun ərazisində yerləşən 0.10hektar torpaq sahəsi Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 176 nömrəli qərarı ilə İddiaçı Səfixan oğlu, Eyvazova Zenfira Ə. qızı, X16, X20, X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 757/23 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubda göstərilmişdir ki, ünvan əsi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X9 ünvanında qeydiyyatda olan İddiaçı (ŞV, AZE******** FİN:xxxxxxx) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2012-cı il tarixdə vəfat etmiş X1 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X9 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq etmiş X3 məxsus göstərilən əmlaka çıxarış verilməsi Sizdən xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın kadastrı və Resyestri Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-5713/2024 saylı məktubunda göstərilmişdir ki, arxivdə JN-0054 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -Abeşron rayon DXS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 176 nömrəli qərarından çıxarışa əsasən vətəndaş İddiaçı Səfixan oğluna həyətyanı 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə Tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının 6 iyul 1991-ci il tarixli 5 nömrəli qərarı və Zirə tərəvəzçilik sovxozunun 17 iyul 1991-ci il tarixli 42 nömrəli əmrinin nəzərə alınması, vətəndaşa həyətyanı torpaqda fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli 303 nömrəli rəyinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 176 saylı sərəncamı əsasında rayonun Zirə tərəvəzçilik südçülük sovxozunun ərazisindən İddiaçı Səfixan oğlunun, (...._ istifadəsinə ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahələrinə mülkiyyət hüququna dair Şəhadətnamənin verilməsini qanuna müvafiq sayır. -X23 yerquruluşu planından çıxarışa əsasən ayrılmış torpaq sahəsi 0.10 ha olmaqla (25x40 m) ölçüdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin müdirinin imzası və Komitəyə aid möhürlə təsdiq edilmişdir. -xx.xx.2005-ci il tarixli 193 nömrəli arayışda göstərilmişdir ki, Eyvazov X8 təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsində yaşayır və qeydiyyatdadır. - xx.xx.2006-cı il tarixli JN-005H 00303016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən bu şəhadətnamə Abşeron rayon Zirə kənd sakini İddiaçı Səfixan oğlu, Eyvazova Zenfira Ə.qızı, X16, X20, X7, ona görə ki, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 176 nömrəki qərarı ilə verilmiş 0.10 hektar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi mülkiyyətinə verilmiş, şəhadətnamə 6245 nömrə ilə kitabda qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli T-302 nömrəli məktubunda göstərilmişdir ki, Abşeron RİK-in 16 fevral 1991-ci il tarixli 40 nömrəli qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə, sovxozun ferma şəhərciyindən 80 ailəlik hər ailaya 0.10 hektar hesabı ilə həyətyanı torpaq fondu ayrılmışdır. Abşeron RİK-in əvvəlki qərarı ilə həmin torpaqdan 41 ailəyə sahə verilmişdir. Sovxoz yenidən 11 ailəyə torpaq sahəsi verilməsi haqqında toplanmış sənədləri təqdim etmişdir. Aşağıdakılara həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının 6 iyul 1991-ci il tarixli, 5 №-li qərarı və Zirə tərəvəzçilik sovxozunun 17 iyul 1991-ci il tarixli, 42№-li əmri nəzərə alınsın: 12... İddiaçı Səfixan oğlu- həmin vətəndaşlara həyətyanı torpaqlarında fərdi yaşayış evlərinin icazə verilsin. Qərara nəzarət sovxozun direktoru Ş. Həsənov yoldaşa tapşırılsın. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-5240/24 saylı məktubunda göstərilmişdir ki, JN-005H “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər "xxxx" MMC-nin arxivində saxlanılır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-22505/2024 saylı məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin qonşuluğunda və yaxınlığında qeydiyyatdan keçmiş sahəyə dair məlumat aşkar edilməmişdir. Həmin məktubla Xəzər rayonu, Zirə qəsəbəsi ünvaında yerləşən torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********82 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən təqdim edilən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-005H nömrəli şəhadətnaməyə dair baza məlumatı aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşməsinə dair ilkin cizgidə istinad və istinad məsafəsi perimetrik ölçü qeyd edilmədiyindən və kofiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Eyvazov X14 rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 176 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.10 ha torpaq sahəsinin ayrıldığını əsas götürərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin imtina əsaslarə aşağıdakılardan ibarət olmuşdur: - inzibati orqan sözügedən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-005H nömrəli şəhadətnaməyə dair baza məlumatlarının aşkar edilməmiş, -həmçinin torpaq sahəsinin yerləşməsinə dair ilkin cizgidə istinad və istinad məsafəsi perimetrik ölçü qeyd edilmədiyindən və kofiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin qeyd edilən imtina dəlillərini əsassız hesab edir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı işin hallarından müəyyən olunur ki, Abşeron RİK-in 16 fevral 1991-ci il tarixli 40 nömrəli qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə, sovxozun ferma şəhərciyindən 80 ailəlik hər ailaya 0.10 hektar hesabı ilə həyətyanı torpaq fondu ayrılmış, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının 6 iyul 1991-ci il tarixli, 5 №-li qərarı və Zirə tərəvəzçilik sovxozunun 17 iyul 1991-ci il tarixli, 42№-li əmri nəzərə alınaraq Abşeron XDS İK-nin xx.xx.1991-ci il tarixli 176 nömrəli qərarı ilə İddiaçı Səfixan oğluna sovxoz ərazisindən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Məhkəmə sorğularına əsasən qeyd edilən Abşeron XDS İK-nin xx.xx.1991-ci il tarixli 176 nömrəli qərarı X24 Filialında, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-də saxlanılan arxiv sənədlərində arxiv nüsxəsinin saxlanıldığı müəyyən olunur. Eyni zamanda müəyyən olunur ki, Abşeron XDS İK-nin xx.xx.1991-ci il tarixli 176 nömrəli qərarı əsasında ayrılmış 0.10 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş, daha sonra həmin sahəyə dair xx.xx.2006-cı il tarixdə JN-005H 00303016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Beləliklə, Zirə tərəvəzçilik sovxozunun 17 iyul 1991-ci il tarixli, 42№-li əmri, Abşeron XDS İK-nin xx.xx.1991-ci il tarixli 176 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, eləcə də JN-005H 00303016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Qanunun 8.0.5-ci maddəsinə əsasən torpaq shaəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənəd sayılır. Şəhadətnamənin və onun verilməsinə əsas verən sənədlərin arxiv surətləri saxlanıldığı halda cavabdehin qeyd etdiyi sözügedən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-005H nömrəli şəhadətnaməyə dair baza məlumatlarının aşkar edilməməsi iddiaçı tərəfin məsuliyyət dairəsinə aid məsələ olmayıb, hüququn qeydiyyata alınmasından imtinaya əsas vermir. Cavabdehin əsaslandığı digər əsas- torpaq sahəsinin yerləşməsinə dair ilkin cizgidə istinad və istinad məsafəsi perimetrik ölçünün qeyd edilməməsi və kofiqurasiyasının tamamilə fərqli olmasının sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmaması dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Arxiv sənədlərindən müəyyən olunur ki, torpaq sahəsi məhz X27 ayrılmış torpaq sahələrindən ayrılmış və cavabdeh orqanın mütəxəssisləri tərəfindən əraziyə baxş keçirilmiş, sahənin koordinatları müəyyən olunmuş, iddiaçı tərəfindən göstərilən ərazi Zirə X9nun ərazisinə aid olmasını cavabdeh bilavasitə öz etirazında da bildirmişdir. Qeyd edilməlidir ki, torpağa dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər arasında DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən yerquruluşu planının hazırlanmış, həmin planda sahənin yerləşdiyi ərazi göstərilmiş, sahənin ölçüləri 40mx25m olaraq öz əksini tapmışdır. Yerli müayinə aktında da göstərilən torpaq sahəsi ilə hər hansı fiziki şəxsin mübahisəsinin olduğu barədə qeydlər edilməmiş, hazırkı iş üzrə də belə hal müəyyən olunmamışdır. Cavabdeh həmin torpaq sahəsinin sovxozun ərazisində yerləşməməsi, başqasına aid torpaq sahəsi ilə üst-üstə düşməsi, naturada göstərilən torpaq sahəsinin əmrlə ayrılmış torpaq sahəsi olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı dəlil irəli sürməmişdir. Torpaq sahəsinə dair şəhadətnamədə iddiaçı ilə yanaşı iddiaçının əlavə 4 ailə üzvünün adları qeyd edilsə də şəhadətnamədə adıçəkilən iddiaçının 3 övladı- X16, X20, X13 şəhadətnamə ilə onlara aid olan paydan, eləcə də anaları mərhum Eyvazova Zenfira Ə. qızından miras olaraq keçən hissəsindən İddiaçı Səfixan oğlunun xeyrinə imtina etmiş və bütövlükdə torpaq sahəsinin İddiaçı Səfixan oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına etiraz etmədiklərinə dair notarial təsdiqli ərizələr təqdim etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-970/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-970/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver