Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9701/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X5nə qarşı Bakı 21 nömrəli Şəhər Poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlillik dərəcəsinin bərpa edilməsi”tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun insulindən asılı şəkərli diabet xəstəsi olduğu üçün ona təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması və 2021-ci il tarixdən hazırkı vaxta kimi ona ödənilməyən əlillik pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona yəni, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən 2-ci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur. 2-ci qrup əlildir. Ağır şəkər xəstəsidir. Belə ki, hazırda insulindən istifadə edir. Yəni insulindən asılı şəkərli diabet xəstəsidir. O, 2000-ci il tarixdən xəstə olmağına baxmayaraq ona bildirilmişdir ki, guya onun ambulator və stasionar müalicələri haqqında məlumat yoxdur. Bu doğru deyil. Ona görə ki, o, müalicələrdə olmuşdur. Belə ki, ağır şəkərdir o, müalicə almasa yaşaya bilməz. Onun müayinədən keçməsi barədə sənədləri vardır. Həmçinin onun xəstəlik çıxarışları vardır. O, xəstə ola-ola ona 2-ci qrup əlilliyə görə verilən pensiya da kəsilmişdir. Onun əlillik pensiyası 2021-ci il tarixdən kəsilmişdir. Həmin əlillik pensiyasının da təmin olunaraq, onun verilməsini istəyir. Ona görə də o, məcbur olub, hüqüqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış,məhkəmənin 2-1(112)-9701/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı 21 nömrəli Şəhər Poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehə və üçüncü şəxsə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 21 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla., Şəkərli diabet İİ tip, ağır forma, insulindən aslı, nəzarət olunmayan. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü, 3 işarəsi ilə), OU proliferativ diabetik retinopatiya, Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstəyə əlavə müalicə təyin edilir, 2000 ildən xəstə olmasına baxmayaraq, ambulator və stasionar müalicələr haqqında məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2023-ci ilin may ayında, yəni təxminən 2 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxs Bakı 21 nömrəli Şəhər Poliklinikasının iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs Bakı 21 nömrəli şəhər poliklinikası səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı və onun vəkili Vəkil ayrı ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaqla təmin olunmasını xahiş etdilər. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iddianı qəbul etməyərək və yazılı etirazına uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Gədəbəy rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0003 №-li, xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə ümumi xəstəliklə (şəkərli diabet diaqnozu ilə) ikinci dərəcə əlillik təyin olunmuşdur. Növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Bakı 21 nömrəli şəhər poliklinikasının Həkim məsləhət komissiyasının 0038003AAB76 №li xx.xx.2021-ci il tarixli bildirişindən müəyyən olunur ki, İddiaçı 21 nömrəli şəhər poliklinikasının Həkim məsləhət komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göstəriş Tibbi-Sosial Ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. İddiaçı aid aşağıdakı: xx.xx.2014-cü il tarixli xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E10- İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır insulin tələbi...Meyar: 2.2.İkinci dərəcə əlillik=>2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə... xx.xx.2015-ci il tarixli xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E10- İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: Şəkərli diabet...Meyar: 2.2.İkinci dərəcə əlillik=>DİGƏR: digər xx.xx.2016-ci il tarixli xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E10- İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: Şəkərli diabet...Meyar: 2.2.İkinci dərəcə əlillik=>DİGƏR: digər xx.xx.2021-ci il tarixli xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E10- İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, inusilindən asılı, nəzarət olunmayan..Ağırlaşma G63.2*Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə)., Ağırlaşma H36.0*Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə) OU proliferativ diabetik retinopatiya. Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya...Meyar: İmtina edilir....İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: xəstəyə əlavə müalicə təyin edilir, 2000-ci ildən xəstə olmasına baxmayaraq, ambulator və stasionar müalicələr haqqında məlumat yoxdur. Dövlət Tibbi-Sosial Ekspet Komissiyasının xxxxxxx0004 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı əlavə müalicyə ehtiyacın olması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X5 21 nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 602- №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2021-ci ildə xəstənin təklikdə stasionar müalicəsi olmadığı halda xəstəyə “insulindən asılı olmayan şəkərli diabet İİ tip, ağır forma, insulindən asılı, nəzarət olunmayan. Diabetik polinevropatiya. OU.Proliferativ diabetik retinopatiya.Diabetik angiopatiya.. Diabtuik nefropatiya.. Dayaq hərəkət pozulması.Xroniki pankreatit.Xroniki xolesistit.Qaraciyərin piinfiltrasiyası.Qaraciyər 2 sm böyüyüb.ÜİX.Stabil gərginlik stenokardiyası" diaqnozu ilə Forma 088 yazılmış TSEK-ə göndərilmişdir. Lakin əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina edilmişdir. Xəstə yenidən polilinikaya dəvət olundu stasionar müalicə üçün xəstəxanaya göndəriş təklif olundu, lakin xəstə stasionar müalicədən imtina edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 tərəfindən verilmiş T 571/2023 saylı (ekspertizanın başlanma tarixi 02 avqust 2023-cü il, başa çatma tarixi 24 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:
1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş 088 saylı göndərişində qeyd edilmiş “Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, inusilindən asılı, nəzarət olunmayan. Ağırlaşma G63.2*Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü.4 işarəsi ilə)., Ağırlaşma H36.0*Diabetik retinopatiya (ElO-El4 ümumi dördüncü.3 işarəsi ilə) OU proliferativ diabetik retinopatiya. Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya...” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnozda olan xəstəliklə əlaqədar onun hazırda əlavə ixtisaslaşdırılmış müalicəsinə ehtiyacı yoxdur, belə ki, belə xəstələr dipanser qeydiyyata götürülürlər və müalicə həkimləri tərəfindən təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. 2.3. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, №-li 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, №-li 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının bəndlərindən birini aid etmək mümkün olmadı.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydası”.
1. Ümumi müddəalar. 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydası”.
1. Ümumi müddəalar. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Məhkəmənin mövqeyi.
Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarındanmüəyyən olunur ki, Agentliyin Tibbi-sosial ekspert komissiyası tərfindən İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı qərardan narazı şəxs kimi xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli qərarla bağlı narazı şəxs kimi müayinə edilmiş, əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev