Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-971/2021 19.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi Şükürov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Naziriyinə qarşı əqdin etibarsızlığı ilə bağlı restitusiyanın tətbiq edilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəqiqləşdirərək, əmlakın hərracdan əldə edilməsi üçün ödənilmiş 17.000 manat, məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş 1000 manat, əldən çıxmış faydaya görə 3140 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ümumilikdə 21170 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini açıq hərrac yolu ilə ƏMDK-dan xx xxxxxxx 2017-ci il tarixdə əldə etmişdir. Həmin tarixdə hərracın nəticələrinə dair protokol tərtib edilmiş, protokol əsasında xx.xx.2017-ci il tarixdə onunla 3643 nömrəli alqı-satqı müqaviləsi də bağlanmışdır. Lakin sonradan X2 iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(009)-579/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, hərrac etibarsız hesab edilmişdir. Həmin iş üzrə İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, iddiaçı tərəfindən hərracın qalibi olmağı üçün cavabdeh ödənilmiş 17000 manat pulun ona qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitutsiya) bərpa etməmişdir. Bundan sonra məcbur qalıb cavabdehə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməyi bildirilmiş, yalnız məhkəmə qərarı əsasında pulumun qaytarılacağı deyilmişdir. Həmin qeyri-yaşayış sahəsinin hərracda əldə edilməsinə görə 17000 manat, daha sonradan hərracın etibarsızlığı ilə bağlı iddia qaldırılmasına görə vəkil tutmuş və vəkilə 1000 manat ödəmişdir. Eyni zamanda pulun vaxtında ona qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi uçot-faiz dərəcəsinə görə əldən çıxmış fayda 3140 manat təşkil edir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən ona 21140 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul ödənilməlidir. Belə ki, o, hərracın qalibi olması üçün üzərimə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin cavabdeh hərracın nəticələri ilə bağlı öhdəlikləri yerinə yetirməmiş və əlavə olaraq pulunu vaxtında geri qaytarmamaqla əsassız olaraq özündə saxlamışdır. İddiaçı göstərilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 425.1 və 449-cu maddələrinə istinad edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti iddia tələbinə etirazında göstərmişdir ki, iddia X6 Xidmətinə aid hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. X6 Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 17.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. İddiaçının digər tələbləri də əsassızdır. X6 Xidməti iddiaçının pul vəsaitini qanunsuz olaraq saxlamamış və onu qaytarmaqdan boyun qaçırmamışdır. İddiaçı tərəfindən müvafiq pul vəsaiti öz iradəsinə uyğun olaraq dövlət büdcəsinə ödənilmişdir. X6 Xidməti onu dövlət büdcəsindən iddiaçıya qaytarmaq imkanına malik olmadığından, iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Yuxarıda qeyd edilən tələblər X6 Xidmətinə aid hissədə əsassız olduğuna görə vəkilə ödənilmiş pul vəsaitinin Xidmətdən tutulması barədə tələb də təmin edilə bilməz. İddiaçı tərəfindən özəlləşdirilmiş əmlaka görə ödənilmiş pul vəsaiti dövlət büdcəsindən ona qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın X6 Xidmətinə adi hissədə rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia tələbinə etirazında göstərmişdir ki, iddia tələbi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və dövlət büdcəsinə aid olmadığından, eyni zamanda həmin iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyindən, habelə tələbdə qeyd olunan hərracda Maliyyə Nazirliyi heç bir tərəf olmadığından həmin iddia tələbi təmin edilmədən rədd edilməlidir. İddia ərizəsindən də göründüyü kimi işin mahiyyəti X6 Komitəsinin xx xxxxxxx 2017-ci il tarixdə keçirdiyi hərracın etibarsız hesab edilməsi ilə əlaqədardır. Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş vəsait ilə bağlı bildirilir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Buna görə də iddiaçının məhkəmə prosessində iştirak üçün cəlb etdiyi hər hansı nümayəndə üçün ödənilən vəsait maddi zəzər kimi tanına bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iddiaya etiraz ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmsil etdiyi inzibati orqana aid hissədə rədd edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsə də, xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maliyyə Nazirliyinin nümayəndəsi X5 iddiaçı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında heç bir hüquq münasibəti mövcud olmadığına istinad edib, iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclаsındа verilmiş izahatları və təqdim edilmiş sənədləri nəzərə alaraq, işin faktiki hallarına və sübutlara qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-579/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 31,4 kv.m sahəli qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın qalibi olaraq 17.000 manat ödəməklə əldə etmişdir. X4 qeyd edilən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-579/2018 nömrəli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 31,4 kv.m sahəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilmişdir. Qeyd olunan iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9677/2018 nömrəli qətnaməsi ilə və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-721/2019 nömrəli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası X6 Komitəsinin İddiaçı müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********32 nömrəli məktubunda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünə və dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edildiyinə istinad edilərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 03/05- 01-142-1249 nömrəli məktubundan görünür ki, İddiaçı ödənilmiş vəsaitin qaytarılması barədə müraciəti aidiyyəti üzrə baxılması və cavablandırılması üçün Azərbaycan Respublikası X6 Komitəsinə göndərilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə X6 Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Beləliklə, məhkəmə inzibati işin materiallarından müəyyən etmişdir ki, Azərbaycan Respublikası X6 Komitəsinin xx.xx.2017-ci il tarixdə açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsini iddiaçı satın almış və həmin əmlaka görə 17.000 manat məbləğini ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həmin qeyri-yaşayış sahəsi üzrə keçirilmiş hərrac etibarsız hesab edilmişdir. Hazırda iddiaçı ödədiyi 17.000 manat məbləğinin cavabdehlər tərəfindən ona qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını X6 Komitəsi (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti) həyata keçirir. Həmin Qaydaların 9-cu bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası X6 Komitəsinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin) hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən iddiaçı tərəfindən ödənilmiş 17.000 manat məbləğinin 25 % hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin hesabına, qalan 75 % hissəsi isə dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliinin vəzifələrinə aiddir. İşin faktiki hallarına əsasən iddiaçının 17.000 manat məbləğində dəyərini ödədiyi əmlaka dair keçirilmiş hərrac iddiaçıdan asılı olmayan səbəblərdən və iddiaçının təqsiri olmadan etibarsız hesab edildiyi üçün həmin əmlak iddiaçının mülkiyyətinə verilməmişdir, bu səbəbdən də onun ödədiyi pul ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aiddir. Həmin Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi ödənilmiş məbləğin qaytarılması hissəsində əsaslı olduğu üçün iddiaçının ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracdan əldə etməyə görə ödədiyi 17000 manat pul vəsaitinin ona qaytarılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə isə 3140 manat pulun iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı 1.000 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş pulun tutulmasını tələb etsə də, iddiaçı tərəfindən həmin məbləğ Səbail Rayon Məhkəməsində qaldırılan hərracın etibarsız hesab edilməsi barədə iddiaya dair iş üzrə vəkilin hüquqi xidmətinə görə xx.xx.2017-ci il tarixdə ödənilmişdir. Hazırkı işlə bağlı iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquqi xidmətə görə çəkdiyi xərclər müəyyən edilmədiyindən, iddia tələbi qeyd olunan hissədə əsassız hesab edilməklə, təmin edilməməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Müvafiq olaraq hazırkı məhkəmə mübahisəsi ilə bağlı iddiaçı tərəfindən rüsum ödənilmədiyindən, iddia ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutulması hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34cü, 68- ci, 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracdan əldə edilməsinə görə ödədiyi 17.000 (on yeddi min) manat pul vəsaitinin qaytarılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-971/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-971/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver