Məhkəmə qərarları › İş №2-1(112)-9712/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9712/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9712/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı məhdudiyyətin aradan qaldırılması və 1-ci sinifə getmənin təmin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən X2 yaşının 14 gün çatmaması ilə bağlı tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasının və X2 XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2022-2023-cü il tədris ilində 1-ci sinifə getməsinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş qızı Bahar İsgəndərova XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2021-2022-ci tədris ilində “Kipina” proqramı üzrə məktəbəqədər hazırlıq bölməsində təhsil alır. xx.xx.2022-ci il tarixdə hazırlıq kursunu bitirəcəkdir. Qeyd olunan hazırlıq kursundan sonrakı mərhələdə XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2022-2023-cü il tədris ilində 1-ci sinifə qəbul edilməlidir. Lakin, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qızları Bahar İsgəndərovanın yaşının 14 gün çatmadığı qeyd olunaraq məktəbə qəbuldan imtina edilmişdir. Belə ki, məktəbə qəbulla bağlı elektron imtinada uşağın doğum tarixi xx.xx.2007-xx.xx.2016-cı illər arası olması göstərilmişdir və problem kimi 14 gün göstərilmişdir. Qeyd olunan imtinanı hüquqi cəhətdən əsaslandırılmadığı üçün düzgün hesab etmirlər və Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqlarının məhdudlaşdırılması kimi qəbul edirlər. X6 istedadlı uşaqlardandır və hazırlıq bölməsində təhsilini əla qiymətlərlə başa vurmaqdadır. Baharın sağlamlığı tam yerindədir, yaşıdlarından fərqli olaraq tez təhsilə başlaması ona hər-hansı bir narahatlıq yaratmır. Buna görə də, təhsil alması ilə bağlı yaşının 14 gün az olması Baharın təhsil alması üçün maneə ola bilməz. Qeyd olunanları nəzərə alaraq, Bahar İsgəndərovanın XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2022-2023-cü il tədris ilində 1-ci sinifə getməsini zəruri hesab edirlər. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, təhsil alması ilə bağlı yaşının 14 gün az olması Baharın təhsil almasına manə ola bilməz. Qeyd olunanları nəzərə alaraq, Bahar İsgəndərovanın XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 2022-2023-cü illər tədris ilində 1-ci sinifə getməsi təmin edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddia tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valeynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq məhrələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraicəti ilə hər təqdim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Umumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”-nin 2.5-ci bəndinə əsasən ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Yuxarıda sadalanan müvafiq normativ hüquqi aktların tələbindən də aydın olur ki, Azərbaycan Respublikasında ibtidai təhsil 6 yaşdan başlayır və bu səbəbdən (mektebeqebul.edu.az) portalı həmin yaş tələbi nəzərə alınmaqla qeydiyyatın həyat keçirilməsini mümkün edir. Bahar İsgəndərovanın xx.xx.2017-ci il tarixdə anadan olması və hazırda 5 yaşında olması onu sistem üzərindən qeydiyyatdan keçirməyə imkan vermir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Göyçay şəhərində anadan olmuş, evli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA2847903 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X1 rayonunda anadan olmuş, evli, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 64 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 mart 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 081837 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin mart ayının 15-i günündə, 48 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, uşağın doğum tarixi xx.xx.2007-xx.xx.2016-cı il arasında olmalıdır. xx.xx.2017-ci il doğum tarixi, problem 14 gündür. İşdə olan XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən verilmiş 324 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 həqiqətən XXİ Əsr Beynəlxalq Təhsil və X5 proqramı üzrə məktəbəqədər hazırlıq bölməsinin şagirdidir və onun 2021- 2022-ci il tədris ilində təlim və təhsilinə görə 8.000 (səkkiz min) AZN Mərkəzin (VÖEN **********) hesabına ödənilmişdir. İşdə olan XXİ Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən verilmiş 319 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 həqiqətən XXİ Əsr Beynəlxalq Təhsil və X5 proqramı üzrə məktəbəqədər hazırlıq bölməsində təhsil alır və xx.xx.2022-ci il tarixində hazırlıq kursunu bitirəcəkdir. İşdə olan xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar İsgəndərova barəsində tərtib edilmiş “Kipina uşaq bağçası və məktəbəqər uşaq bağçası Dövrün sonuna olan Hesabat”-dan görünür ki, Bahar sinfin ən istedadlı, intizamlı və çalışqan şagirdlərindən biridir. İşində həmişə punktual və məsuliyyətlidir. Dərslər zamanı o, təkcə özünü deyil, digər qrup yoldaşlarını da motivasiya edir. O, böyük yumor hissi ilə sinifdə fəal çıxış edir. Müəllimləri onun böyük həvəs və maraqla dərsləri necə öyrəndiyini görmüşlər. Onun şən təbiəti və fikirlərə açıq olması o deməkdir ki, o, hər zaman öyrənir və öyrənən kimi inkişaf edir və təsiredici gücə malik bir insan kimi, bu ona bundan sonra da, xidmət etməyə davam edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə övladının 1-ci sinifə qəbul edilməsi üçün mektebeqebul.edu.az internet portalından qeydiyyatdan keçmiş, lakin iddiaçının müraciətindən cavabdeh tərəfindən imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlət maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. “Təhsil haqqında” Qanun: Maddə 5.1. dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Maddə 19.1. ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Maddə 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraicəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdaş, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.5-ci bəndinə əsasən ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən ümumtəhsil məktəbinin İ sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Qanunvericiliyin yuxarıda sadalanan normalarından və işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasında ibtidai təhsil 6 yaşdan başlayır, mektebeqebul.edu.az portalı həmin yaş tələbi nəzərə alınmaqla qeydiyyatın həyata keçirilməsini mümkün edir. İddiaçının xx.xx.2017-ci il təvəllüdlü qızı Bahar İsgəndərovanın hazırda 5 yaşında olması onun sistem üzərindən qeydiyyatdan keçirilməsinə imkan verməmişdir. Məhkəmə qüvvədə olan qanunvericiliyin normalarına əsaslanaraq hesab edir ki, İddiaçı övladı xx.xx.2017-ci il təvəllüdlü olmaqla 2021-2022-ci il tədris ili üzrə təqvim ilinin sonunadək 6 yaşı tamam olmadığından onun 2022-2023-cü tədris ili üzrə İ sinifə qəbul olunması ilə bağlı müraciətinin təmin edilməməsinə dair cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar