Məhkəmə qərarları › İş №2-1(112)-9725/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9725/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9725/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı nikah akt qeydinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 06 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Xaliydə” adının “Xalidə” kimi, “xx.xx.1956” doğum tarixinin isə “xx.xx.1956” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 06 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Xaliydə” adının “Xalidə” kimi, “xx.xx.1956” doğum tarixinin isə “xx.xx.1956” kimi yazılması, X10 ilə arasında olan xx.xx.1978-ci il tarixli nikah haqqında akt qeydinin bərpası və həmin akt qeydində doğum tarixinin “xx.xx.1956-cı il” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Şəmkir şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində adı “Xalidə”, doğum tarixi isə “xx.xx.1956” kimi göstərilmişdir. Həmçinin ona məxsus olan digər sənədlərdə, o cümlədən nikahın bağlanılması haqqında 396253 nömrəli şəhadətnamədə, səkkiz illik təhsil haqqında A3 № 411176 şəhadətnamədə onun adı “Xalidə”, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitutunda Д-İ № 012490 diplomunda onun adı “Xalidə”, Əmək kitabçalarında adı “Xalidə” kimi göstərilmişdir. Lakin Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 06 nömrəli doğum haqqında akt qeydində adı “Xalidə” əvəzinə “Xaliydə”, doğum tarixi isə “xx.xx.1956” əvəzinə “xx.xx.1956” kimi göstərilmişdir. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 06 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də Cavabdeh tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q744/15 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, ona məxsus olan bütün sənədlərdə adı “Xalidə”, doğum tarixi isə “xx.xx.1956” kimi göstərilmişdir. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 06 nömrəli doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məktubla məhkəməyə müraciət edərək inzibati işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Şamxor rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 17 aprel 1958-ci il tarixli, İ-ИЕ 582452 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X21, anası X11 olan X13 xx.xx.1956-cı ildə Şamxor rayonu, Könüllü kəndində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1956cı ilin fevral ayının 15-də 06 № ilə lazımı qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - xx.xx.1970-ci il tarixli, AZ 411176 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1956-cı ildə anadan olmuş X2 rayon Könüllü kənd orta məktəbində oxumuş və 1970-ci ildə səkkizinci sinfi bitirmişdir. - Azərbaycan Dövlət Tibb İnistitutu tərəfindən verilmiş Д-İ 012490 №-li, xx.xx.1979-cu il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 1973-cu ildə Azərbaycan Dövlət Tibb İnistitutuna daxil olmuş və 1979-cu ildə həmin inistitutun pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. - Ermənistan Respublikası Masis rayonu, Kalinin adına qəsəbə sovetliyi tərəfindən verilmiş İ-СЛ 396253 №-li, xx.xx.1978-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X10 ilə xx.xx.1956-cı il təvəllüdlü X13 arasında xx.xx.1978-ci ildə nikah bağlanmış, nikahın qeydə alınması kitabında 1978-ci ilin oktyabr ayının 2-də 17 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. - xx.xx.1981-ci ildə doldurulmuş İT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmək kitabçası xx.xx.1956-cı ildə doğulmuş Cəfərova – İddiaçı məxsusdur. - Ermənistan SSR Masis rayonu Kalinin qəsəbə sovetliyi tərəfindən verilmiş İİİ-СЛ 251703 №-li, xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası İddiaçı olan X5 xx.xx.1979-cu ildə Ermənistan SSR Masis rayonu Kalinin kənddə doğulmuşdur. - Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQİ tərəfindən verilmiş Vİİ-ЖГ 400378 №-li, xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası İddiaçı olan X6 25 may 1981-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQİ tərəfindən verilmiş İX-ЖГ 418136 №-li, xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası İddiaçı olan X3 10 iyul 1983-cü ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQİ tərəfindən verilmiş XКЖГ 351395 №-li, xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası İddiaçı olan X7 15 dekabr 1985-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQİ tərəfindən verilmiş Xİİİ-ЖГ 289883 №-li, xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası İddiaçı olan X8 30 iyun 1988-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-16112- 1222 nömrəli məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/2-5069/13 nömrəli məktuba əlavə edilmiş doğum haqqında akt qeydlərinin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, atası X21, anası X11 olan Cəfərova Xaliydə 05 fevral 1956-cı ildə doğulmuş və doğum aktı qeydində 06 nömrə ilə xx.xx.1956-cı ildə qeydə alınmışdır. Atası xx.xx.1951-ci il təvəllüdlü X10, anası xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (xx.xx.1978-ci il tarixli, 17 nömrəli nikah şəhadətnaməsi) olan X6 xx.xx.1981-ci ildə doğulmuş və akt qeydində 1547 nömrə ilə xx.xx.1981-ci ildə qeydə alınmışdır. Atası xx.xx.1951-ci il təvəllüdlü X10, anası xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (xx.xx.1978-ci il tarixli, 17 nömrəli nikah şəhadətnaməsi) olan X4 xx.xx.1983-cü ildə doğulmuş və akt qeydində 1265 nömrə ilə xx.xx.1983-cü ildə qeydə alınmışdır. Atası xx.xx.1951-ci il təvəllüdlü X10, anası xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (xx.xx.1978-ci il tarixli, 17 nömrəli nikah şəhadətnaməsi) olan X7 xx.xx.1985-ci ildə doğulmuş və akt qeydində 75 nömrə ilə xx.xx.1985-ci ildə qeydə alınmışdır. Atası xx.xx.1951-ci il təvəllüdlü X10, anası xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (xx.xx.1978-ci il tarixli, 17 nömrəli nikah şəhadətnaməsi) olan X8 xx.xx.1988-ci ildə doğulmuş və akt qeydində 779 nömrə ilə xx.xx.1988-ci ildə qeydə alınmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 05/0815/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı Səbail rayon Qeydiyyat Şöbəsinə Ermənistan Respublikası Kalinin rayonunda qeydə alınmış nikahın bərpası ilə bağlı müraciət etmişdir. Nikah bərpa olunandan sonra doğum tarixində düzəliş olunması vətəndaşa izah olunmuş və bununla bağlı vətəndaşa nikahın bərpası üçün imtina verilmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20222-ci il tarixli, 05/Q563/15 №-li məktubdan görünür ki, təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, şəxsiyyət vəsiqəsində adı “Xalidə”, doğum tarixi “xx.xx.1956” göstərildiyi halda, Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 06 nömrəli xx.xx.1956-cı il tarixli doğum haqqında akt qeydində adın “Xaliydə”, doğum tarixi “xx.xx.1956-cı il”, Ermənistan, Masis rayonundan alınmış nikah şəhadətnaməsində doğum tarixi “xx.xx.1956”-cı il qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeidiyyat orqanı tərəfindən həyata keçirilir. Bildirilir ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilər. Doğum haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin oluna bilər. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/O-744/15 №-li, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Ermənistan Respublikasının Kalinin rayonun Masis k/s-də qeydə alınmış nikah haqqında akt qeydinin bərpası ilə əlaqədar ərizəsinə dair müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, atası X21, anası X11 olan X13 xx.xx.1956-cı ildə Şamxor rayonunun Könüllü kəndində doğulmuşdur. Doğum haqqında akt qeydində adı “Xaliydə”, doğum tarixi “xx.xx.1956-cı il” qeyd olunsa da ona Şamxor (hazırda Şəmkir rayon Qeydiyyat Şöbəsi) rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 17 aprel 1958-ci il tarixli, İ-ИЕ 582452 №-li doğum haqqında şəhadətnamədə adı “Xalidə”, doğum tarixi isə xx.xx.1956-cı il qeyd edilmişdir. Həmin şəhadətnamədə düzəlişlərin edilməsi aydın görünsə də həmin düzəlişlərin kim tərəfindən edilməsini müəyyən etmək mümkün olmamışdır. X1 Eyvaz Rəhim oğlu ilə xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuş, nikah Ermənistan Respublikası Masis rayonu, Kalinin adına qəsəbə sovetliyi tərəfindən nikahın qeydə alınması kitabında 1978-ci ilin oktyabr ayının 2-də 17 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. Həmin nikah haqqında şəhadətnamədə X9 təvəllüdü xx.xx.1956-cı il qeyd edilmişdir. İddiaçı Şamxor (hazırda Şəmkir rayon Qeydiyyat Şöbəsi) rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 17 aprel 1958-ci il tarixli, İ-ИЕ 582452 №-li doğum haqqında şəhadətnaməyə əsasən passport, şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçası almış, nikaha daxil olmuş, uşaqlarına doğum haqqında şəhadətnamələr verilmişdir. Hazırda İddiaçı akt qeydində dəyişikliklər edilməsi və nikah akt qeydinin bərpası barədə müraciəti cavabdeh tərəfindən əsaslı sənədlərin olmamasını əsas gətirərək müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. - 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, adı “Xaliydə”, doğum tarixi “05 fevral 1956-cı il” qeyd olunan xx.xx.1956-cı il tarixli, 06 nömrəli doğum aktı qeydi hazırki iş üzrə İddiaçı doğumu ilə bağlı aparılmış qeyd olmaqla ona verilmiş Şamxor (hazırda Şəmkir rayon Qeydiyyat Şöbəsi) rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 17 aprel 1958-ci il tarixli, İ-ИЕ 582452 №-li doğum haqqında şəhadətnamədəki məlumatlar faktiki qeydə uyğun olmamışdır. Bu hal iddiaçının iradəsindən asılı olmayan hal olmuşdur. Belə ki, iddiaçı ona verilmiş, lakin qeydləri səhv olan doğum haqqında şəhadətnamədən istifadə edərək hüquqmüəyyənedici sənədlər əldə etmişdir. Bundan əlavə iddiaçının X10 ilə xx.xx.1978-ci il tarixdə nikaha daxil olması işin mübahisəsiz halı olmaqla tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Həmin nikah Ermənistan Respublikası, Masis rayonu, Kalinin adına qəsəbə sovetliyi tərəfindən qeydə alındığından məlum hadisələrlə bağlı həmin qeyd itirilmiş hesab edilir və bərpa edilməsi üçün hər hansı qanunvericiliyə zidd olan hal hal-hazırda mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Şamxor rayonu VVAQ Şöbəsi (hazırda Şəmkir rayon Qeydiyyat Şöbəsi) tərəfindən tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 06 nömrəli doğum haqqında akt qeydində qeydə alınmış “Xaliydə” adının “Xalidə” adına, doğulduğu vaxt qrafasındakı “xx.xx.1956-cı il” tarixinin isə “xx.xx.1956-cı il” kimi düzəliş edilməsi, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi, həmçinin xx.xx.1951-ci il təvəllüdlü X10 ilə xx.xx.1956-cı il təvəllüdlü X13 arasında nikahın bağlanmasına dair Ermənistan Respublikası, Masis rayonu, Kalinin adına qəsəbə sovetliyi tərəfindən qeydə alınmış xx.xx.1978-ci il tarixli, 17 №-li nikah aktı qeydinin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamxor rayonu VVAQ Şöbəsi (hazırda Şəmkir rayon Qeydiyyat Şöbəsi) tərəfindən tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 06 nömrəli doğum haqqında akt qeydində qeydə alınmış “Xaliydə” adının “Xalidə” adına, doğulduğu vaxt qrafasındakı “xx.xx.1956-cı il” tarixinin isə “xx.xx.1956-cı il” kimi düzəliş edilməsi, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi, həmçinin xx.xx.1951-ci il təvəllüdlü X10 ilə xx.xx.1956-cı il təvəllüdlü X13 arasında nikahın bağlanmasına dair Ermənistan Respublikası, Masis rayonu, Kalinin adına qəsəbə sovetliyi tərəfindən qeydə alınmış xx.xx.1978-ci il tarixli, 17 №-li nikah aktı qeydinin bərpa edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar