Məhkəmə qərarları › İş №2-1(112)-9727/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9727/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9727/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X3 cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 30 ildən artıq Bakı şəhərində rəsmi qeydiyyatda olmağını, mənzil şəhraitinin həddindən artıq ağır və acınacaqlı olmasını və himayəsidə 1 qrup gözdən əlil olan övladının olmasını nəzərə alaraq iddiaçının mənzil növbəsinə götürülməyi vəzifəsinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Faktiki nikahdan xx.xx.1993-cii ildə İddiaçı adlı bir övladı anadan olmuşdur. İddiaçı qeyd edir ki, oğlu anadangəlmə göz qüsürlu olduğu üçün ona sonradan ona 1 qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı qeyd edir ki, 30 ildən artq bir müddətdir ki, Bakı şəhərində yaşayır. Rəsmi qeydiyyatı Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi 51 saylı evdir. Belə ki, oğlu 1 qrup gözdən əlil olduğu üçün 2023-cü ildə mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Xətai rayon İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etmişdir. Xətai rayon İH-nin xx.xx.2023-cü il tarixli rəsmi məktubu ilə bundan imtina olunmuşdur. İmtinaya isə əsas səbəb ki, rəsmi qeydiyyatda olduğu mənzildə başqabaşqa şəxslərin də qeydiyyatda olması göstərilmişdir.(mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi) İddiaçı qeyd edir ki, mənzil növbəsinə götürülməsi barədə cavabdeh orqana rəsmi müraciət etməyinə baxmayaraq bundan əsassız olaraq imtina edilmişdir. Nəticədə iddiaçı məcburiyyət qarşısında qalaraq aidiyyalı üzrə məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərardadı ilə “İddiaçı gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9727/2023 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X3 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək , iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçı X1 1-ci dərəcə gözdən əlil övladı İddiaçı xx.xx.2023-cü il tarixli, 5-11/1-A-60- 068/2023 saylı ərizə ilə Xətai Rayon icra Hakimiyyətinə müraciət edərək 1-ci dərəcə gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki o, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş X4 məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraiti süni şəkildə pisləşdirmişdir. Belə ki, imtiyazlı vətəndaşlar respublikanın digər rayonlarından qeydiyyatdan çıxaraq Bakı şəhərində mənzillə təmin olunmaları məqsədilə Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş X4 məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraitlərini süni şəkildə pisləşdirirlər. Bildiririk ki, imtiyazlı vətəndaşlar qeyd edilən ünvana formal olaraq qeydiyyata alınır, lakin ünvanda faktiki olaraq yaşamırlar və həmin fərdi yaşayış evinə dair hüquqları yaransada mövcüd qanunvericilikdə nəzərdə tutulmuş mənzil normasının pozulmasına səbəb olurlar. Bu da həmin ünvanda hazırda minlərlə vətəndaşın daimi qeydiyyata alınmasına şərait yaradır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı məlum olmuşdur ki, Siz xx.xx.2023-cü il tarixdən Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evə daimi qeydiyyata düşməklə mənzil şəraitinizi süni sürətdə pisləşdirmisiniz. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər.  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinəyə dair məlumatda İddiaçı Məmmədqulu oğluna Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik => 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); Əmək zəmanəti barədə : Kənar şəxsin daimi qulluğuna və yardımına ehtiyacı var. Təyinatın tarixi: xx.xx.2016-ci il tarixdə Qeyri kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya qüsuru diaqnozu ilə müddətsiz olaraq 2-ci əlillik təyin edilmişdir.  İddiaçı Məmmədqulu oğluna DSMF-nin Xətai rayon şöbəsi tərəfindən 1-ci dərəcə əlil kimi, əlillər Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək üçün xx.xx.2016-cı il tarixdə 001467 nömrəli Vəsiqə verimişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli Arayışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 7ında, 20.0.2019-cu il tarixdən ünvan 4ır. X3 xx.xx.2000-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Cavanşir küçəsi, ev 8, mənzil 32 ünvanında, xx.xx.2009-cu il tarixdən ünvan 7ında, xx.xx.2022-ci il tarixdən tarixdən ünvan 4ır.  İş materiallarına əlavə edilmiş, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış əmlak məlumatlarına əsasən, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir.  İddiaçı Məmmədləi oğluna məxsus SLUSBZV (fin nömrəli), xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində iddiaçının qeydiyyatda olduğu ünvan ünvan 8 HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından əsaslı iddiadır və iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddianın predmeti iddiaçının ailə mənzil şəraitinin və xəstəliyi nəzərə alınmaqla gözdən əlil kimi mənzil növbəsinə götürülməsi ilə bağlıdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, işin halları və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün aidiyyəti üzrə Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı məlum olmuşdur ki, Siz xx.xx.2023-cü il tarixdən Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evə daimi qeydiyyata düşməklə mənzil şəraitinizi süni sürətdə pisləşdirmisiniz. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Cavabdehin imtinasından narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış yeri üzrə birinci dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı işin məhkəmə qeyd edir ki, İddiaçı (xx.xx.1993-cü il təvəllüdlü) müddətsiz olaraq gözdən əlil kimi birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil şəraitini süni sürətdə pisləşdirməsini qeyd edərək, formal olaraq qanunvericiliyin tələblərini (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52ci maddəsi) qeyd etməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı birinci dərəcə gözdən əlil olmaqla yanaşı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinəyə dair məlumatda İddiaçı Məmmədqulu oğluna Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik => 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); Əmək zəmanəti barədə : Kənar şəxsin daimi qulluğuna və yardımına ehtiyacı var. Təyinatın tarixi: xx.xx.2016-ci il tarixdə Qeyri kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya qüsuru diaqnozu ilə müddətsiz olaraq 2-ci əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məmmədqulu oğluna DSMF-nin Xətai rayon şöbəsi tərəfindən 1-ci dərəcə əlil kimi, əlillər Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək üçün xx.xx.2016-cı il tarixdə 001467 nömrəli Vəsiqə verimişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli Arayışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materialarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 7ında, 20.0.2019-cu il tarixdən ünvan 4ır. X3 xx.xx.2000-ci il tarixdən ünvan 5 ünvanında, xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Cavanşir küçəsi, ev 8, mənzil 32 ünvanında, xx.xx.2009-cu il tarixdən ünvan 7ında, xx.xx.2022-ci il tarixdən tarixdən ünvan 4ır. İş materiallarına əlavə edilmiş, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış əmlak məlumatlarına əsasən, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdəndə görünür ki, iddiaçının adına daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh qanunvericiliyin tələblərinə əsasən müraciətin təmin edilməsindən imtina edərək yuxarıda qeyd edilən normaların tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının adına daşınmaz əmlak qeydə alınmadığından və qanunvericiliyin qeyd edilən tələbləri baxımından iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi gözdən əlil olan şəxslərin sırasında mənzil növbəsinə götürülməsindən imtina barədə cavabdehin hərəkəti qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, mənzillə təmin olunma hüququnu məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına istinad etməmiş, belə bir halın mövcudluğu işə məhkəmə tərəfindən baxılarkən də müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verildiyi təsbit edilmişdir. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci maddəsində müəyyən edilmişdir. Bununla belə,məhkəmə cavabdehin “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gəlib qeydiyyata düşməsinin onun tərəfindən uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi” imtina dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Sözügedən normanın mənasına görə həmin normada nəzərdə tutulan hüquq subyekti yaşayış sahəsinin mülkiyyətçisidir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə özünün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə (ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından az olduğunu göstərmək üçün faktiki onunla yaşamayan ailə üzvlərini də həmin yaşayış sahəsinə qeydiyyata saldırmaq, yaşayış sahəsinin müəyyən edilmiş tələblərə cavab vermədiyini göstərmək üçün bu və ya digər hərəkətlər və s.) məhz yaşayış sahəsinin mülkiyyətçisi yol vermiş ola bilər. Qeyd edilən niyyətlə belə hərəkətlərə yol verdiyi müəyyən edildikdə də qanunverici yaşayış sahəsinin mülkiyyətçisinin həmin hərəkətlərə yol verdiyi gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyini təsbit etmişdir.(Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1877/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən) Göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsi iddiaçıya münasibətdə şamil edilə bilməz. Belə ki, hazırkı halda iddiaçının özgəsinin evinə qeydiyyata düşməsi onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət hesab edilə və mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 7ında, 20.0.2019-cu il tarixdən isə ünvan 4ır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı məxsus SLUSBZV (fin nömrəli), xx.xx.2009cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində iddiaçının qeydiyyatda olduğu ünvan ünvan 11əxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 32. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi 32.1. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi qaydası və şərtləri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 32.2. Əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrində olması onların öz hüquqlarını və azadlıqlarını həyata keçirmək imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; ... 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; Maddə 11. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətləri 11.0. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: ... 11.0.3. sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.

Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının adına hər hansı daşınmaz əmlak olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmçinin birinci qrup gözdən əlil olduğundan, iddiaçının özgəsinin evinə qeydiyyata düşməsi onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət hesab edilmədiyindən və bu hal mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirilmədiyindən cavabdeh Xətai RİH tərəfindən onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota götürülməsindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan olan Xətai Rayon İcra Hakimiyyəri tərəfindən Mənzil Məcəlləsinin 53.2-ci maddəsinidə qeyd edildiyi kimi uçota alınmaqdan imtina haqqında qərar iş materiallarında mövcud olmamış və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli İddiaçı gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar