Məhkəmə qərarları › İş №2-1(112)-973/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-973/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-973/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv olunması və pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il il tarixli 253 nömrəli Qərarı ilə prokurorluq işçilərinə verilən əlavənin (prokurorluq işçilərinə bu əlavənin verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.2-1-ci maddəsində də nəzərdə tutulmuşdur) “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci və 9.4.2-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq, yaş həddinə çatdığına görə prokurorluqda qulluğuna xitam verilənədək işlədiyi son 24 ayın (fevral 2019 - fevral 2021) bütün dövrünə, bu dövrdə ona verilmiş, əmək haqqının ibarət olduğu və qanunvericiliklə nəzərdə tutulmuş bütün ödənişlərə (əmək haqqı, məzuniyyətə görə müavinət, maddi yardım, xəstəliyə görə müalicə pulu) şamil edilməklə və həmin ödənişlər (üzərinə əlavə hesablanmaqla) də nəzərə alınmaqla əmək haqqının orta aylıq məbləği müəyyən edilərək, onun əsasında pensiyanın təyin olunması barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulması və bu vəzifənin icrası qaydasında cavabdeh tərəfindən qəbul edilən qərarla təyin olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən (müvafiq yaş həddinə çatdığına görə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarında qulluğuna xitam verilməklə yaşa görə əmək hüququ yarandığı gündən (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanmasının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən; Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən qulluq stajına görə 2015-ci ilin aprel ayında təyin olunaraq, prokurorluqda işləməkdə davam etdiyinə görə 50%-nin ödənişi həyata keçirilmiş, sonrakı illərdə qüvvədə olan qanunvericiliyə əsasən məbləği artaraq 2018-ci ildə 50%-i 2118 man. 54 qəp. (100%-i 4237 man. 08 qəp.) məbləğində müəyyən edilmiş (pensiyanın bu məbləği xx.xx.2020-ci tarixli qərarla yenidən yoxlanılaraq təsdiq edilmişdir) ömürlük təyin edilmiş pensiyasının xx.xx.2021-ci il tarixdə yaşa görə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən (xx.xx.2021-ci ildən) etibarən 100 % (4237 man. 08 qəp.) ödənişin həyata keçirilməsini, bu zaman pensiyanın həmin məbləğinin (50%-i 2118 man.54 qəp.) müəyyən olunduğu gündən sonrakı dövrdə qazanılmış pensiya kapitalının sığorta hissəsi üzrə və xx.xx.2019-cu il tarixdə ona verilmiş daha yüksək xüsusi rütbəyə görə əmək haqqındakı artım hesablanaraq, pensiyanın 100 % (4237 man. 08 qəp.) məbləğinin üzərinə əlavə edilməsini, bu qaydada müəyyən edilmiş pensiya məbləğinin üzərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3173 №-li Sərəncamına əsasən 2022-ci il yanvarın 1- dən etibarən həmin məbləğin 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməsini, maddi yardım əlavə edildikdən sonra yaranan pensiya məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 1- dən etibarən həmin məbləğin 14.7 faizi miqdarında indeksləşdirilməklə artırılmasını,xx.xx.2021-ci il tarixdən indiyədək olan dövrdə 4237 manat 08 qəpik, üstə gəl pensiya kapitalının sığorta hissəsi üzrə və xüsusi rütbəyə görə əmək haqqındakı artım (xx.xx.2019-cu il tarixdən etibarən), bu məbləğin üstünə xx.xx.2022-ci il tarixdən etibarən onun 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə cəm şəkildə hesablanmış pensiya məbləğindən bu dövrdə indiyədək faktiki ödənilmiş pensiya məbləğinin çıxılmasını, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin olunması; DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiya məsələsi ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının qanunsuz və əsassız olduqları üçün ləğv edilməsi; xx.xx.2021-ci il tarixdə onun yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiya məbləğinin qanuni və vicdanlı hesablanmasının təmin edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsini; İki pensiyadan daha yüksək olanın seçilməsi prosesinin icrası qaydasında qəbul edilən qərarla müəyyən olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanması müəyyən edilməklə həmin vaxtdan etibarən yaranmış fərqin hesablanıb birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, üç bənddən ibarət tələbinin aşağıdakı kimi müəyyən edilməsini: “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən qulluq stajına görə 2015-ci ilin aprel ayında təyin olunaraq, prokurorluqda işləməkdə davam etdiyinə görə 50%-nin ödənişi həyata keçirilmiş, sonrakı illərdə qüvvədə olan qanunvericiliyə əsasən məbləği artaraq 2018-ci ildə 50%-i 2118 manat 54 qəpik (100%-i 4237 man. 08 qəp.) məbləğində müəyyən edilmiş (pensiyanın bu məbləği audit qaydasında yenidən yoxlanılaraq xx.xx.2020-ci tarixli qərarla təsdiq edilmişdir) ömürlük təyin edilmiş pensiyasının xx.xx.2021- ci il tarixdə yaşa görə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən (xx.xx.2021-ci ildən) etibarən 100 % (4237 man. 08 qəp.) ödənişinin həyata keçirilməsini; Bu zaman həmin pensiya təyin olunduqdan sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xx.xx.2019cu il tarixdə ona verilmiş daha yüksək xüsusi rütbəyə görə əmək haqqındakı artım hesablanaraq, pensiyasının 100 % (4237 man. 08 qəp.) məbləğinin üzərinə əlavə edilməsini, bu qaydada müəyyən edilmiş pensiya məbləğinin üzərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3173 №-li Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən etibarən həmin məbləğin 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməsini, 2022-ci il dekabrın 1- dən əmək haqqının artırılması nəzərə alınaraq həmin tarixdən etibarən pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarının əmək haqqının artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım əlavə edilməsini, bundan sonra yaranan pensiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən həmin məbləğin 14.7 faizi miqdarında indeksləşdirilməklə artırılmasını; Yuxarıda göstərilən qaydada hesablama aparılaraq xx.xx.2021-ci il tarixdən indiyədək olan dövrdə 4237 man. 08 qəpik üstə gəl fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xüsusi rütbəyə görə əmək haqqındakı artım (xx.xx.2019-cu il tarixdən etibarən), bu məbləğin üstünə xx.xx.2022-ci il tarixdən etibarən onun 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022- ci il tarixdən etibarən isə pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım hesablanaraq və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə cəm şəkildə hesablanmış pensiya məbləğindən xx.xx.2021-ci il tarixdən indiyədək faktiki ödənilmiş pensiya məbləği çıxılmaqla, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin olunması; iddia tələblərinin 2-ci bəndinin olduğu redaksiyada dəyişdirilmədən saxlanılması; DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiya məsələsi ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qərarların qanunsuz və əsassız olduqları üçün ləğv edilməsi; iddia tələblərinin 3-cü bəndinin aşağıdakı redaksiyada müəyyən edilməsini: xx.xx.2021-ci il tarixdə onun yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiyasının məbləğinin qanuni və vicdanlı (etimad hüququna riayyət edilməklə) xx.xx.2021-ci il tarixə hesablanılmasnın təmin edilməsini, onun üstünə xx.xx.2022-ci il tarixdən etibarən 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə həmin pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10 faiz miqdarında maddi yardım hesablanaraq və sonra alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə pensiya məbləğinin müəyyən edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın eyni dövr üzrə məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı ilin aprel ayından prokurorluq orqanlarında əməlliyyat işində fasiləsiz işləyərək, 2021-ci ilin fevral ayında qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığına görə prokurorluqda qulluğuna xitam verilərək, pensiyaya çıxmışdır. Prokurorluq işçisi müvafiq yaş həddinə çatdığına görə pensiyaya çıxdıqda onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə görə, prokurorluq orqanlarında qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinə əsasən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilməli olduğundan və “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq oqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ olduğundan, o pensiyanın təyinatı üçün xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, pensiyanın müəyyən edilməsi üçün Baş prokurorluq tərəfindən verilmiş, son 24 ayın əmək haqqlarına və digər qanuni ödənişlərə dair müvafiq sənədləri də ərizəyə əlavə etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli ərizəsinə əlavə edilmiş sənədlər içərisində Baş prokurorluq tərəfindən təqdim edilmiş xx.xx.2021 -ci il tarixli 20/231 nömrəli, gerbli möhürlə təsdiq olunmuş arayış da olmuşdur. Prokurorluq işçisinin əmək pensiyası onun əmək haqqısının orta aylıq məbləğinə görə müəyyən edildiyindən və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.1-ci maddəsinə görə, prokurorluq işçilərinin əmək haqqısı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarət olduğundan, həmin arayışda göstərilmişdir ki, ona hər ay ödənilən əmək haqqından başqa 2019-cu ilin fevral-dekabr aylarında dörd 200 faizli və üç 100 faizli, 2020-ci ilin mart-dekabr aylarında isə doqquz 200 faizli və səkkiz 100 faizli əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu, maddi yardım və məzuniyyətə görə müavinət (cəmi 24 əmək haqqı + 37 müalicə pulu, maddi yardım və müavinət= cəmi 61) verilmiş, bu məbləğlərdən dövlət məcburi sosial sığorta ödənişləri həyata keçirilmişdir. Baş prokurorluğun bu arayışında həmçinin, rəsmi olaraq qeyd edilmişdir ki, Baş prokurorluğun idarəsinin böyük prokuroru kimi ona ayda 1225,00 manat aylıq vəzifə maaşı, üstə gəl 1225,00 manat bir aylıq vəzifə maaşı həcmində əlavə, 551,25 manat xidmət illərinə görə 45% əlavə, 183,75 manat elmi dərəcəyə görə əlavə və 138 manat rütbəyə görə əlavə (baş ədliyyə müşaviri) olmaqla 3323,00 manat ödənilmişdir. Prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə bir aylıq vəzifə maaşı həcmində əlavənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il il tarixli 253 nömrəli Qərarına əsasən xx.xx.2020-ci il tarixdən həyata keçirilmişdir. Həmin əlavə qeyd olunan tarixdən etibarən 2021-ci ilin fevral ayında prokurorluqda qulluğuna xitam verilənədək ona da verilmişdir. Lakin, bu əlavə ona son 6-7 ay ərzində verilməsinə baxmayaraq, prokurorluqda qullğuna xitam verilməsi ilə əlaqədar pensiya təyinatı aparılarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq prokurorluqda işlədiyi son 24 ayın bütün dövrünə, bu dövrdə əmək haqqının ibarət olduğu və qanunvericiliklə nəzərdə tutulmaqla ona verilmiş bütün qanuni ödənişlərə şamil edilməklə əmək haqqının orta aylıq məbləği müəyyən edilərək, onun əsasında pensiya təyin edilməlidir. Yəni, ona təyin edilən pensiyanın miqdarı qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir aylıq vəzifə maaşı həcmində əlavə verilməyə başlandıqdan sonra nəzərdə tutulmuş aylıq məbləğ (3323 manat) son 24 ay ərzində verilmiş bütün əmək haqqı, müalicə pulu, maddi yardım və məzuniyyətə görə müavinətlərin ümumi sayına-61-ə (24+37) vurulmaqla 24-ə (ayların sayına) bölünərək əmək haqqının orta aylıq məbləği hesablanaraq onun əsasında müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsində prokurorluq işçisinə pensya təyin edilərkən pensiyanın onun prokurorluq orqanlarında qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinə əsasən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi əzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında rəsmi şərh vermişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil edilmiş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Qeyd edilməlidir ki, “sonrakı artımlar” müddəasının şamil edilməsi o deməkdir ki, pensiyaya çıxan prokurorluq işçisi prokurorluqda işləyərkən cəmi bir-neçə ay bu artımla birlikdə əmək haqqı (dövlət məvacibi) almışdırsa, həmin artım yalnız faktiki verilən aylara deyil, həmçinin pensiyanın hesablanması üçün əsas götürülən son 24 ayın hamısına (bütün dövrünə) şamil edilməklə bu dövrdə əmək haqqının ibarət olduğu və qanunvericiliklə nəzərdə tutulmaqla verilmiş bütün qanuni ödənişlərə şamil edilməklə əmək haqqının orta aylıq məbləği müəyyən edilərək, onun əsasında pensiya təyin edilməlidir. Əks halda “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası tamamilə əhəmiyyətsiz olardı.Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yüksək vəzifəli rəsmiləri də “sonrakı artımlar” müddəasını məhz bu cür qəbul edərək, Nazirlər Kabinetinin prokurorluq işçilərinə bir aylıq vəzifə maaşı həcmində əlavənin verilməsini nəzərdə tutan xx.xx.2020-ci il il tarixli 253 nömrəli Qərarının layihəsi ilə bağlı Baş Prokurorluq ilə aparılan müzakirələr zamanı dəfələrlə qeyd etmişlər ki, pensiyaya çıxan prokurorluq işçiləri hətta bir-neçə ay belə həmin əlavəni aldıqları halda, bu əlavə pensiyanın hesablanması üçün əsas götürülmüş müddətin hamısına, eyni qaydada şamil edilməklə əmək haqqının orta aylıq məbləği müəyyən edilərək, təyin edilən pensiyanın onun əsasında hesablanılması aparılacaqdır. Məhkəmə praktikasının öyrənilməsi göstərir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özü də pensiya ilə bağlı məhkəmə proseslərində eyni mövqedən çıxış edir. Qanunun əmək haqqındakı sonrakı artımların nəzərə alınmasına dair tələbi və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən rəsmi izahı əsas götürülməklə, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə müvafiq olaraq onun prokurorluqda 31 ilə yaxın iş stajı olduğuna görə ona orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməli olduğu nəzərə alınaraq, o 2021-ci ilin fevral ayında müvafiq yaş həddinə çatdığına görə həmin qanunun 9.4.2-ci maddəsinə əsasən pensiyaya çıxarkən təyin olunacaq yeni pensiyanın məbləği bu sahənin mütəxəssisləri tərəfindən hesablanarkən aydın olmuşdur ki, onun prokurorluqda işlədiyi son 24 ayda (fevral 2019 - fevral 2021) əmək haqqının ibarət olduğu ödənişlərin əsasında müəyyən edilmiş orta aylıq əmək haqqına əsasən təyin ediləcək yeni pensiya 2015-ci ildə prokurorluqda qulluq stajına görə təyin edilmiş əvvəlki pensiyasından xeyli yüksək alınır. Belə ki, 2021-ci ilin fevral ayında müvafiq yaş həddinə çatdığına görə prokurorluqda qulluğuna xitam verilənədək o prokurorluqda işləməkdə davam etdiyinə görə ona əvvəl təyin edilmiş pensiyanın yarısı (50 faizi) miqdarında-2118 manat pensiya ödənilmişdir. onun prokurorluqda işlədiyi son 24 ayda (fevral 2019 - fevral 2021) əmək haqqının ibarət olduğu ödənişlərin isə yeni pensiyasının müəyyən edilməsi üçün xx.xx.2020-ci ildən başlayaraq verilən 1225,00 manat bir aylıq vəzifə maaşı həcmində əlavə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən prokurorluqda fevral 2019-dan fevral 2021-dək işlədiyi son 24 ay ərzində ödənilməklə sosial sığortaya cəlb olunmuş bütün müvafiq ödənişlərə şamil edilməklə onların ümumi sayına (61-ə) vurularaq alınmış yekun rəqəm 24-ə bölünməklə orta aylıq əmək haqqı müəyyən edilərək onun 80 faizi miqdarında pensiya müəyyən edilməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən, qulluq stajına görə əvvəlcədən 50 faiz miqdarında pensiya alaraq prokurorluqda işləməkdə davam edən prokurorluq işçisi sonradan müvafiq yaş həddinə çatdığına görə onun prokurorluqda qulluğuna xitam verilməklə pensiyaya çıxarkən əvvəlki və yeni pensiya arasında seçim edilərkən daha yüksək olan pensiyaya üstünlük verilməlidir. Lakin, o, prokurorluqda qulluğun müəyyən edilmiş yaş həddinə çatdığına görə 2021-ci ilin fevral ayında pensiyaya çıxdıqdan sonra son 24 ayın (fevral 2019 - fevral 2021) əmək haqqının ibarət olduğu ödənişlərin göstəricilərinə əsasən (əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) ona əvvəl aldığından daha yüksək yeni pensiyanın təyin edilməsi üçün DSMF-nun XŞTMF-na xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, məsələnin həlli üçün zəruri olan bütün sənədləri təqdim etməyinə baxmayaraq, qanunvericiliyin tələbi yerinə yetirilməmişdir. 2021-ci ilin mart ayında ona pensiya verilməmiş, aprel ayından başlayaraq iki ay 4380 manat, iyun ayından başlayaraq dörd ay 4033 manat, oktyabr ayından başlayaraq isə ayda 3774 manat pensiya ödənilmişdir. Pensiyanın ödənişi mart ayında aparılmadığından, ödənişə başlandığı aprel ayından isə verilən pensiyanın məbləğinin ödənilməmiş mart ayı da nəzərə alınmaqla ona daha yüksək pensiyanın təyin edilməsinə əsas verən fevral 2019-dan-fevral 2021-dək olan dövr üzrə əmək haqqının orta aylıq məbləğinə, sonrakı artım da nəzərə alınmaqla uyğun gəlmədiyindən, hətta prokurorluq orqanlarında qulluğuna xitam verilənədək ona verilən əmək pensiyasından da az olduğundan, o 2021-ci ilin aprel ayından başlayaraq dəfələrlə DSMF-nun XŞTMF-na DOST vasitəsilə, poçt vasitəsilə sifarişli məktubla və elektron qaydada müraciət edərək, ona verilən pensiyanın təyinatı barədə qərarın surətinin və onun rəsmi açıqlamasının ona verilməsini xahiş etmişdir ki, ona təyin olunan pensiya barədə məlumatı olsun ki, pozulmuş sosial hüquqlarını qanuni yollarla müdafiə edə bilsin. Lakin uzun müddət ərzində müraciətlərinə heç bir reaksiya olmamış onlara heç bir cavab verilməmişdir. Buna görə də o xx.xx.2022-ci ildə növbəti dəfə müraciət hazırlayaraq, həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsinə təqdim etmiş, ərizəsi xx.xx.2022-ci il tarixdə DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (XŞTMF) göndərilmiş, xx.xx.2022-ci il tarixdə poçtdan onun yaşadığı ünvana XŞTMF-nın xx.xx.2022-ci il tarixli **********2 nömrəli cavab məktubu çatdırılmışdır. XŞTMF-nin həmin cavab məktubundan aydın olmuşdur ki, 2021-ci ilin fevral ayında müvafiq yaş həddinə çatdığına görə prokurorluqda qulluğuna xitam verilməsi ilə əlaqədar bu quruma təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə əhəmiyyət verilməyərək, qanunun tələbinə görə onun pensiyası prokurorluqda xidmət etdiyi son 24 ayın orta aylıq əmək haqqı məbləği əsasında əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla hesablandıqda əvvəl aldığı pensiyadan daha yüksək məbləğ alınmasına baxmayaraq, həmin yeni pensiya təyin edilməmiş, əvvəlki pensiyası qüvvədə saxlanılmış, üstəlik o da azaldılmışdır. Bu zaman qüvvədə olan qanunvericiliyin daha yüksək pensiyanın müəyyən edilib seçilməsinə dair tələbinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına da əhəmiyyət verilməmişdir. Belə çıxır ki, 2015-ci ilin may ayında qulluq stajına görə ona pensiya təyin edildikdən sonra o prokurorluqda əlavə olaraq 6 ilə yaxın bir müddət ərzində işləyərək DSMF-ya ödənişlər aparmışdır ki, onun tam qanuni əsaslarla təyin edilmiş pensiyasını azaltsınlar. Halbu ki, qüvvədə olan belə hallarda pensiyanın azalmasını deyil, artırılmasını nəzərdə tutur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********6 №-li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8ci maddəsinə əsasən prokurorluq orqanları əməkdaşlarının pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Baş prokurorluğunun iddiaçıya dair 23 aprel 2015-ci il tarixli 15/195 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən prokurorluq orqanlarında 25 il xidmət müddətinə görə ona Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 16 aprel 2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, onun pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tələbləri (“sonrakı artımlar” müddəası) nəzərə alınmaqla qanunla müəyyən edilmiş qaydada düzgün müəyyən edilməsini, əgər yeni təyin olunan pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tələblərinə əməl edilməməsi (“sonrakı artımlar” müddəasının qanunsuz və əsassız olaraq tətbiq edilməməsi) ilə müəyyən olunursa və nəticədə, o, prokurorluqdan işdən çıxana kimi aldığı pensiyadan aşağı məbləğ çıxarılırsa, qanunvericiliyin tələblərinə müvafiq olaraq onun prokurorluqdan işdən çıxana kimi aldığı daha yüksək olan əvvəlki pensiyasının saxlanılmasını xahiş etmişdir. İddiaçı həmçinin Mərkəzi Filiala Baş prokurorluğun xx.xx.2021-ci il tarixli 20/232 nömrəli 2019-2021-ci illər üzrə əmək haqqının aylar üzrə məbləği və iddiaçının işlədiyi həmin illər üzrə aldığı maddi yardımlar və müavinətlər barədə arayışı təqdim etmişdir. İddiaçının təqdim etdiyi arayışdan müəyyən olunur ki, 2019-2021-ci illər üçün əmək haqqının aylar üzrə məbləği 99909,57 manat təşkil edir. Əgər iddiaçıya qeyd olunan məlumatlara əsasən pensiyasını yenidən hesabladıqda onun pensiyasının məbləği əvvəlki təqdim etdiyi 2013-2014-cü illər üzrə əmək haqqından daha az, yəni 3330,32 manat (99909,57/24 ay = 4162,89*80%=3330,32) olacaqdır. Hazırda isə iddiaçının əmək pensiyası vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1225,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 551,25 manat, rütbəyə görə əlavəsi 134,00 manat, məzuniyyətə görə əlavəsi 42,86 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 183,75 manat, digər növ əlavələri 2581,29 manat olmaqla orta aylıq əmək haqqının 4718,15 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (4718,15 manat) 80 faizi-3774,52 manat təşkil edir. Bu səbəbdən də onun 2019-2021-ci illər üzrə pensiyasının məbləği hazırkı pensiya məbləğindən aşağı olduğu üçün onun ərizəsinə əsasən 2019-2021-ci illər üzrə əmək haqqının aylar üzrə məbləği nəzərə alınmamış və daha yuxarı olan əvvəlki pensiyası saxlanılmışdır. İddiaçının ərizəsində göstərilən prokurorluq işçilərinin vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə haqq əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr) iddiaçıya ödənilmədiyindən həmin pul təminatının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. prokurorluq işçilərinin vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə haqq əmək pensiyanın hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2013xx.xx.2015-ci il tarixləri arasındakı dövr) iddiaçıya ödənilmədiyindən həmin pul təminatının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş yazlı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya məsələsi ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının ləğv edilməsi hissəsində ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş hazırki iş üzrə iddia tələbləri qalan hissədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İşin halları. İş materiallarında olan: - İT-İ seriyalı ******* №li əmək kitabçasında (surəti) olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı ildə prokurorluq orqanlarına işə daxil olmuş və xx.xx.2021ci il tarixdən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. - İddiaçıya aid Pensiya işinin materiallarından görünür ki, prokurorluq orqanlarında 25 il xidmət müddətinə görə İddiaçı DSMF Nizami rayon şöbəsi tərəfindən 16 aprel 2015ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 15/195 №-li xx.xx.2015-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2015-ci il tarixə kimi Azərbaycan Respublikasının Baş prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin böyük inspektoru vəzifəsində işləmiş, illər üzrə 2013-cü il iyul ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət, iyul ayı 200 faiz əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu, avqust ayı 100 faiz əmək haqqı həcmində maddi yardım, sentyabr ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, dekabr ayı 200 faiz əmək haqqı həcmində maddi yardım; 2014-cü il yanvar ayı 100 faiz əmək haqqı həcmində maddi yardım, fevral ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət, fevral ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, mart ayı 100 faiz əmək haqqı həcmində maddi yardım, aprel ayı 200 faiz əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu, avqust ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət, sentyabr ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, noyabr ayı 200 faiz əmək haqqı həcmində maddi yardım; 2015-ci il mart ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, mart ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım, mart ayı 200 faiz əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu, aprel ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət almışdır. Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən verilmiş 20/231 №-li xx.xx.2021-ci il tarixli arayışda olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2019cu ildən xx.xx.2021-ci il tarixə kimi Azərbaycan Respublikası Baş prokurorluğunun Hüquqi Təminat və İnformasiya idarəsinin böyük prokuroru vəzifəsində işləmiş, illər üzrə maddi yardımlar və müavinatlar almışdır: 2019-cu il fevral ayı 200 faiz əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu, mart ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım, mart ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, iyun ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, avqust ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət, sentyabr ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım, dekabr ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım; 2020-ci il üzrə mart ayı 100 faiz əmək haqqı həcmində maddi yardım, aprel ayı 200 faiz əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu, may ayı 200 faiz əmək haqqı həcmində maddi yardım, avqust ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım, sentyabr ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım, sentyabr ayı 100 faiz vəzifə maaşı həcmində əlavə, sentyabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət (2001-ci ilə görə), sentyabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət (2002-ci ilə görə), sentyabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət (2003-cü ilə görə), sentyabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət (2004-cü ilə görə), sentyabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət (2005-ci ilə görə), sentyabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət (2006-cı ilə görə), oktyabr ayı 100 faiz vəzifə həcmində əlavə, noyabr ayı 100 faiz vəzifə maaşı həcmində əlavə, dekabr ayı 100 faiz vəzifə maaşı həcmində əlavə, dekabr ayı 200 faiz əmək haqqı həcmində məzuniyyətə görə müavinət, dekabr ayı 100 faiz vəzifə maaşı həcmində maddi yardım; bundan əlavə böyük prokurorun aylıq vəzifə maaşı 1225,00 manat, 100 faiz vəzifə maaşı həcmində 1225,00 manat, xidmət illərinə əlavə 45 faiz 551,25 manat, rütbəyə görə əlavə (baş ədliyyə müşaviri) 139,00 manat, elmi dərəcəli əlavə 15 faiz 183,75 manat, cəmi 3323 manat. Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 20/793 №-li xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 2001-2006-cı illər üçün istifadə olunmuş məzuniyyətlərə görə həmin dövrdəki əmək haqqına əsasən 3367 (üç min üç yüz altmış yeddi) manat məbləğində 07 sentyabr 2020-ci il tarixində ikiqat əmək haqqı həcmində məzuniyyət üçün müavinət ödənilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq məhkəməyə təqdim olunmuş: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsi tərəfindən açılmış İddiaçı aid 153310 №-li pensiyaçının uçot vərəqindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yaşa görə (prokurorluq işçisi kimi) əmək pensiyası təyin olunmuşdur. 001867 №-li pensiya işinə əlavə olunmuş DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə (prokuror) pensiya təyin olunmuşdur, xx.xx.2020-ci il tarixdən müddətsiz 2118,54 manat, yenidən hesablanmış pensiya məbləği 2118 manat, 54 qəpik təşkil etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********2 №-li xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: vəzifə maaşı 1225 manat, elmi dərəcəsinə görə əlavə 183,75 manat, qulluq stajına görə 45 faiz 551,25 manat, müalicə pulu və müavinət 1821,6 manat, cəmi 4332 manat 73 qəpik hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği 3466 manat 18 qəpik qeyd olunmuşdur. Ötən dövrlər üzrə təqdim olunmuş pensiya məbləğixx.xx.2021-ci il tarixə müddətsiz 3466.18 manat qeyd olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********5 №li xx.xx.2021-ci il tarixli qərarından görünür ki, prokurorluq işçisi kimi İddiaçı xx.xx.2021-ci il tarixdən qulluq stajına görə əlavə 45 % hesablanmaqla, 4718 manat 15 qəpik dövlət məvacibinin 80 % miqqdarında - 3774,52 manat məbləğində müddətsiz pensiya təyin olunmuşdur. Azərbaycan Respublikasının Baş prokurorluğunun 20/968 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış ödənişlər haqqında arayışdan müəyyən olunur ki, 2019-cu il üzrə vəzifə maaşı 12125,83 manat, xidmət ili üçün 5456,63 manat, elmi dərəcə 1818,87 manat, rütbə üçün əlavə 1314,35 manat, 200 faiz ə/h həcmində məzuniyyətə görə (avqust) 4188,00 manat, məzuniyyət pulu 2479,68 manat, 200 faiz ə/h həcmində xəstəliyə görə müalicə pulu 4188,00 manat, maddi yardım (mart, sentyabr, dekabr) 3785,00 manat, maddi yardım (protokol) (mart, iyun) 8376,00 manat, cəmi 43732,36 manat; 2020-ci il üzrə (yanvar-dekabr ayları) vəzifə maaşı 13864, 77 manat; xidmət ili üçün 6239,15 manat; rütbə üçün əlavə 1561,91 manat; əlavə 100 faiz vəzifə maaşı (avqust-dekabr ayları üzrə) 5902,27 manat; 200 ə/h həcmində məzuniyyətə görə müavinət 10209,36 (sentyabr ayı 3563, dekabr ayı 6646 manat) manat; məzuniyyət pulu 3380,04 manat (dekabr); 200 faiz həcmində xəstəliyə görə müalicə pulu 4196,00 (aprel) manat; maddi yardım 4548 manat (mart -2098,00 manat, sentyabr -1225,00 manat, dekabr 1225 manat); cəmi 56177,21 manat; 2021-ci il üçün yanvar-dekabr ayları üzrə cəmi 0,00 manat. xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış ödənilər baradə 20/1166 saylı, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 2019-cu il üzrə cəmi 42013,96 manat; 2020-ci il üzrə 56177,21 manat; 2021-ci il yanvar-fevral ayalrı üzrə 9969,00 manat hesablanmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 №-li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 1 dekabr 2021-ci il tarixli **********2 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 26 yanvar 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2,1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayarirəlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, müraciətində göstərdiyi prokurorluq işçilərinin vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə haqq əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr) ona ödənilmədiyindən həmin pul təminatının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1225,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 551,25 manat, rütbəyə görə əlavə 134,00 manat, məzuniyyətə görə əlavə 42,86 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 183,75 manat, digər növ əlavələri2581,29 manat olmaqla orta aylıq əmək haqqı 4718,15 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay 2 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (4718,15 manat) 80 faizi-3774,52 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 20.8-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan mətninə görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan mətninə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.14-cü maddəsinin xx.xx.2007-ci il tarixinədək qüvvədə olan mətninə görə pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin maddənin xx.xx.2007-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 21.4-cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan mətninə görə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********2 №-li və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən qərarların qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda da “Pensiyanın yenidən hesablanması” adı ilə iddiaçının qanunla (hazırki qərarın “Tətbiq edilən hüquq” bəndində istinad olunan) müəyyən edilmiş pensiya hüquqlarını pozan əlverişsiz (yükləyici) inzibati akt (maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran) sayılan qərarlar qəbul edilmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********2 №-li və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının ləğv edilməsi hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********2 №-li və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarlarının ləğv edilməsi hissəsində təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********2 №-li və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №-li qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar