Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-973/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 6 ünvanında yerləşən evinə dair mərhum qaynatası xx.xx.1972-ci ildə vəfat etmiş X4 mülkiyyət hüququnun qeydə alınaraq, ona məxsusluğunu təsdiq arayışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı və həyətyanı sahə ilə birlikdə mərhum qaynatası (xx.xx.1972-ci il tarixdə vəfat etmiş) X4 mülkiyyət hüququnun qeydə alınaraq (ilkin qeydiyyatdan keçirilərək) ona məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 4-6 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 1466 kv. m. torpaq sahəsi ilə birlikdə mərhum qaynatası (xx.xx.1972-ci il tarixdə vəfat etmiş) X5 məxsus olmasını təsdiq edən arayışın verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 096 nömrəli, 20 avqust 1999-cü il tarixli “Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 nömrəli Sərəncamına əsasən Buzovna tərəvəzçilik- südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu 1,5 hektar küçə altında, cəmi 6,6 hektar torpaq sahəsi ayrılması və ona 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999cu il tarixli 27/K nömrəli əmri nəzərə alınaraq vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli “Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” əmrdən çıxarış ilədə müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq, Baş plana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş ərazidən X8 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ərazisində yerləşən sözügedən torpaq sahəsinin yerləşmə cizgisi də təsdiq edilərək ona verilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ərazisində yerləşən müvafiq torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq əvəzsiz olaraq onun qanuni mülkiyyətinə verilmişdir, həmin vaxtdan indiyədək müvafiq torpaq sahəsi təyinatına uyğun olaraq onun tərəfindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər qanunamüvafıq qaydada vaxtlı-vaxtında onun tərəfindən ödənilir və həmin torpaq sahəsi onun qanuni istifadəsində və faktiki sahibliyindədir. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ərazisində yerləşən sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı tərəfimdən xx.xx.2024-cü il tarixdə ********** nömrəli ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilsə də, müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə əsassız və qanunsuzdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə iddia tələbinə dair yazılı münasibət (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi mərhum qaynatası xx.xx.1972-ci ildə vəfat etmiş X4 mülkiyyət hüququnun qeydə alınaraq ona məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və **********58 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı ərazidə iki fərdi yaşayış evinin mövcud olması və evlərə bitişik sahədə yaşayış və köməkçi otaqlar inşa edildiyi müəyyən edilmişdir. Ərazinin bir hissəsi və “V” tikilisi daş hasarla ayrılmış və ərazinin bir hissəsinin digər fiziki şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilmiş və həmin hissədə inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, faktiki göstərilən torpaq sahəsi 1961-ci il tarixli SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportdakı torpaq sahəsinin (texniki pasportda göstərilən sahə ortofotoda yaşıl rənglə göstərilmişdir) bir hissəsidir (faktiki göstərilən sahə ortofotoda göy rənglə göstərilmişdir). Texniki pasportda göstərilən torpaq sahəsinin digər hissələri **********04-10301 reyestr nömrəsi ilə (V tikilisi olan hissə) və **********18-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. (sarı və çəhrayı rənglə göstərilmişdir). Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 3665 kv. metr qeyd edilsə də, faktiki 1466 kv. metr təşkil edir. Bundan əlavə, idarənin arxivində mövcud olan texniki pasportda adı qeyd edilən digər hüquq sahibinin ata adı pasportun üz qabığında “Aslan”, iç vərəqlərində isə “Miri” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və məhkəmə iclasında gəlmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 4- 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair dekabr 1961-ci ildə SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş texniki pasportda ev mülkiyyətçiləri kimi, X18 və X2 adları qeyd olunmuşdur. Texniki pasportda fərdi yaşayış evinin “A”, “B” və “V” tikililərindən ibarət olduğu və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 3665,65 kv. metr qeyd edildiyi müəyyən olunur. xx.xx.2023-cü il tarixdə verilmiş (təkrar) ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur k, X7 xx.xx.1972-ci ildə ölmüşdür. ünvan 3 ünvanlanmış 08 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı notariat ofisinə müraciət edərək, xx.xx.1972-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka (ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məktubda miras əmlak üzərində miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsilə verilməsi xahiş olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli **********58 №li “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş”də müraciətçiyə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı ərazinin bir hissəsinin digər fiziki şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilmiş və həmin hissədə inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 3665 kv. metr qeyd edilsə də, faktiki 1466 kv. metr təşkil edir. Bundan əlavə, idarənin arxivində mövcud olan texniki pasportda adı qeyd edilən digər hüquq sahibinin ata adı pasportun üz qabığında “Aslan”, iç vərəqlərində isə “Miri” kimi qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğuları əsasında: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 4-6 ünvanında yerləşən fərdi yaşayış evinə dair dekabr 1961-ci ildə SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş texniki pasportun arxiv nüsxəsi təqdim olunmuşdur. Məktuba əlavə edilmiş İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 6 ünvanına dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, “A” tikilisi adlanan fərdi yaşayış evi həm hüquq müəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 2 otaqdan ibarət olmaqla 54 kv. metr; “V” tikilisi adlanan fərdi yaşayış evi həm hüquq müəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 1 otaqdan ibarət olmaqla 31,07 kv. metr; torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,366565 ha, faktiki olaraq isə 0,1466 ha təşkil edir. Bir tərəfdən yol üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Müayinə nəticəsində belə nəticəyə gəlinmişdir ki, ərazidəki hər iki fərdi yaşayış evləri mövcuddur evlərə bitişik sahədə yaşayış və köməkçi otaqlar inşa edilərək sahəsi genişləndirilmişdir. Ərazinin bir hissəsi və “V” tikilisi daş hasarla ayrılmışdır və digər vətəndaşların istifadəsindədir. Həmin ərazilərdə müayinə işləri aparmaq mümkün olmamışdır. Ərazidə sonradan müxtəlif ölçülü həyət tikililəri və təsərrüfat damları inşa edilmişdir. Təqdim olunmuş ərazinin ortofoto görüntülərindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi **********04- 10301 reyestr nömrəsi ilə (V tikilisi olan hissə) və **********18-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş Texniki pasportda göstərilən torpaq sahəsinin digər hissələri ilə qonşuluqda yerləşməklə, bir - birindən təcrid olunmuş (daş hasarla ayrılmış vəziyyətdədir). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1928-ci il təvəllüdlü Mirfazil Miri oğlunun xx.xx.1955-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində 1931-ci il təvəllüdlü X6 (xx.xx.2000-ci ildə vəfat etmişdir) ilə nikah bağladığı və bu nikahdan xx.xx.1956-cı il təvəllüdlü Seidov Mirvahab, xx.xx.1958-ci il təvəllüdlü Seidov Nizami, xx.xx.1960-cı il təvəllüdlü Seidov Fəxrəddin, xx.xx.1962-ci il təvəllüdlü Seidov Füzuli, xx.xx.1967-ci il təvəllüdlü Seyidova Sədaqət adlı övladlarının doğulduğu müəyyən edilmişdir. xx.xx.2006-cı ildə vəfat etmiş X16 ölümü xx.xx.2006-cı ildə Sabunçu rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Həmçinin, informasiya sistemində X16 doğumu, X13 isə vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinə dair məlumat müəyyən edilmədi. X16 doğumu haqqında akt qeydi aşkarlanmadığından onun bacı və qardaşları barədə araşdırma aparmaq mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə. 22. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”.
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 4-6 ünvanında yerləşən fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 1466 kv. m. torpaq sahəsi ilə birlikdə mərhum qaynatası (xx.xx.1972-ci il tarixdə vəfat etmiş) X5 məxsus olmasını təsdiq edən arayışın verilməsiə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıda qeyd olunan əsaslara istinad etmişdir: Ərazinin bir hissəsi və “V” tikilisi daş hasarla ayrılmış və ərazinin bir hissəsinin digər fiziki şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilmiş və həmin hissədə inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, faktiki göstərilən torpaq sahəsi 1961-ci il tarixli SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportdakı torpaq sahəsinin (texniki pasportda göstərilən sahə ortofotoda yaşıl rənglə göstərilmişdir) bir hissəsidir (faktiki göstərilən sahə ortofotoda göy rənglə göstərilmişdir). Texniki pasportda göstərilən torpaq sahəsinin digər hissələri **********04- 10301 reyestr nömrəsi ilə (V tikilisi olan hissə) və **********18-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. (sarı və çəhrayı rənglə göstərilmişdir). Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 3665 kv. metr qeyd edilsə də, faktiki 1466 kv. metr təşkil edir. Bundan əlavə, idarənin arxivində mövcud olan texniki pasportda adı qeyd edilən digər hüquq sahibinin ata adı pasportun üz qabığında “Aslan”, iç vərəqlərində isə “Miri” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçının mərhum qaynatasına məxsus mübahisəli fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi ilə birgə) hazırda onun faktiki istifadəsindədir və iddiaçı məhz texniki pasportda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki istifadəsində olan ölçüdə hissəsinə məxsusluq barədə arayışın verilməsini tələb edir ki, bu da üçüncü şəxslərin hər hansı hüquqlarını pozmur. Texniki pasportda adı qeyd edilən digər hüquq sahibinin ata adının pasportun üz qabığında “Aslan”, iç vərəqlərində isə “Miri” kimi qeyd edilməsinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin müvafiq sorğusuna verilmiş cavaba əsasən müəyyən olunmuşdur ki, X20 xx.xx.2006-cı ildə vəfat etmiş, ölümü xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. X18 barəsində isə vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinə dair məlumat müəyyən edilməmişdir. X16 vərəsəsi kimi X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, o, məhkəmə iclasına gəlməmiş və hazırki iddiaya heç bir münasibət bildirməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında, mübahisəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin qalan hissəsinin (3665 kv. metr - 1466 kv. metr) X16 vərəsələri kimi X3 və onun ailə üzvlərinin istifadlərində olduğunu bildirmişdir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 1, ev 4- 6 ünvanında yerləşən fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 1466 kv. metr torpaq sahəsi ilə birlikdə mərhum (xx.xx.1972-ci il tarixdə vəfat etmiş) X5 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev