Məhkəmə qərarları › İş №2-1(112)-9732/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9732/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9732/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir), cavabdehin nümayəndəsi X1 (Lənkəran rayonunda qeydiyyatdadır, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ilin 01 iyul ayında anadan olmuşdur. İş stajı xx.xx.1975-ci ildən başlamışdır. Axırıncı iş yeri xx.xx.2000-ci il tarixdən başlayaraq xx.xx.2005-ci ilədək davam etmişdir. Yəni illər üzrə hesablandıqda 30 (otuz) il iş stajım vardır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci il tarixdən yaranmışdır, yəni bu tarixdə onun 65 yaşı tamam olmuşdur. Yaşı və iş stajı yaşa görə əmək pensiyasına çıxmağına imkan verdiyi üçün sənədlərini hazırlayıb Bakı şəhəri Xətai rayon Sosial Müdafiə fonduna vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, tələb olunan bütün sənədləri və əmək kitabçasının əslini “Dost” Mərkəzinə təqdim etmişdir. Cavabdeh pensiyanı təyin edilməsindən imtina etmişdir. Bu təşkilat iddiaçının işlədiyi yerlərin həqiqiliyini yoxlamaq üçün verdiyi sorğularda onun xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərcinstərəvəztoxumçuluq” birliyi və sonradan müxtəlif adlarda fəailiyyət göstərən təşkilatda işləməyi barədə Arxiv arayışı əldə edə bilməmişdir. Belə ki, hüquq məsləhətçisi və kadrlar üzrə inspektor vəzifəsində çalışdığı “Azərcinstərəvəztoxumçuluq” birliyi, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 288№-li qərarı ilə adı dəyişdirilərək X3 Assosasiyası və sonradan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 iyul 1997-ci il 426 saylı sərəncamı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 avqust 1997-ci il D-2247 saylı qeydiyyatına əsasən "xxxx" X7 Cəmiyyətinə çevrilmişdir. xx.xx.1999-cu il tarixdə öz xahişinə əsasən işdən çıxmışdır. "xxxx" QSC-dən orada işlədiyi barədə arayış almaq üçün çox çətinliklə bu təşkilatı tapmışdır, müəyyən olunmuşdur ki, QSC müəyyən sənədləri Dövlət Arxiv İdarəsinə verməmişdən 2 il qabaq sənədlərin saxlandığı zirzəmidə su borusu partlamış və sənədlər 4 gün suyun içərisində qalaraq məhv olmuşdur. Lakin DSMF-nin əməkdaşları QSC-nin direktoru ilə görüşmüş və öyrənmişlər ki, o, həqiqətən orada işləmişdir. Lakin buna baxmayaraq ona pensiya təyin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Ş.H. Fərmanov Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı 15 il 05 ay olmaqla qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. İstər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. "xxxx" QSC-də xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək aid əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə saxlanılmadığından, İddiaçı həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli 22/**********600 nömrəli məktubundan aydın olur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə 44 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 avqust 2022-ci il tarixli **********84 nömrəli məktubundan aydın olur ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 426 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X2 Assosiasiyasının bazasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi İddiaçı işlədiyini iddia etdiyi dövrlərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyini iddia etdiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamış, bu halda onun 25 il sosial sığorta stajı mövcud olmamışdır. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cаvаbdеhin nümayəndəsi iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli sığorta stajının araşdırılması haqqında məktubunda əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilən əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Cavabdehin iddiaçıya ünvanladığı “pensiya təminatı haqqında” tarixsiz, nömrəsiz, imzasız məktubunda bildirilir ki, araşdırma məlumatına əsasən müvafiq göstəriciləriniz qanunvericiliyin qeyd olunan tələbinə uyğun gəlmədiyindən sizə yaşa görə əmək pensiyası təyin olunmamışdır. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.1988-ci tarixdən xx.xx.1999-cu il tarixədək əvvəlki adı, “Azərcinstərəvəztoxumçuluq” birliyi, sonrakı adı Azərbaycan Respublikasının Nazirlər Sovetinin qərarı ilə dəyişdirilərək “Azərcinstərəvəztoxumçuluq” Assosasiyası və sonradan "xxxx" QSC-də hüquqşünas kadrlar üzrə inspektor vəzifəsində işləmişdir. Məlumat üçün bildirilmişdir ki, QSC-yə və onun işçilərinə aid olan sənədlər toplusu Arxivə verilməmişdən bir müddət əvvəl su borularının partlaması nəticəsində tamamilə məhv olmuş və heç bir sənəd istifadə üçün saxlanılmamışdır.Bu faktın nəzərə alınması xahiş edilir. Arayış Bakı şəhəri Xətai rayon Məhkəməsinə tədim etmək üçün verilir. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı V.İ. Lenin adına Toxuculuq kombinatına işə düzəlməzdən əvvəl xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək kolxozda işləmiş, xx.xx.1980-ci ildən 1 №-li Əyirmə istehsalatında lent sexinə 2-ci dərəcəli nəqledici, xx.xx.1980-ci ildən 2 №-li Əyirmə istehsalatında 3-cü dərəcəli baraban daraqçısı, xx.xx.1981-ci ildən 3-ci dərəcəli mil tökücüsü, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər 2-ci dərəcəli iplik nəqledici, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər 2 No-li sahəyə 3-cü dərəcəli fəhlə, xx.xx.1984cü ildən xx.xx.1985-ci ilə qədər 3-cü dərəcəli rəngsaz, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər 3-cü dərəcəli fəhlə, xx.xx.1985-ci ildən Qazan sexində 9-11 nömrəli qazanların maşınisti vəzifəsində işləmiş, xx.xx.1986-cı ildən müstəqil işləməyə icazə verilmiş, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Qazanturbin sexində eyni vəzifədə, xx.xx.1986cı ildən xx.xx.1987-ci ilə qədər Erməni sahəsi üzrə 4-cü dərəcəli boyayıcı, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər 2-ci dərəcəli fəhlə işləmiş, “Azərcinstərəvəz toxumçuluq” Birliyində xx.xx.1988-ci ildə hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildən 1-ci dərəcəli hüquq məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə AR Nazirlər Kabinetini xx.xx.1992-ci il tarixli 228 nömrəli qərarı ilə “Azərcinstərəvəztoxumçuluq” birliyi X3 assosasiyası adlandırıldığı üçün həmin assosasiyanın kadrlar üzrə inspektorhüquqşünas vəzifəsində çalışmış, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilə qədər AR Dövlət Əmlak Komitəsinin 15 iyun 1997-ci il tarixli 426 saylı sərəncamı və AR Ədliyyə Nazirliyinin 12 avqust 1997-ci il tarixli D-2247 saylı qeydiyyatına əsasən X3 Assosasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyi üçün həmin cəmiyyətin kadrlar üzrə inspektorhüquqşünas vəzifəsində çalışmış, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Dövlət idarəçiliyi və ictimai xidmət işçiləri həmkarlar ittifaqının Mərkəzi Komitəsində baş hüquq müfəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixıi 4/1485 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" QSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Arxiv və Sosial Ödəniş işlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filialının 12 sentyabr 2022-ci il tarixli **********5 nömrəli məktubuna baxılaraq bildirilmişdir ki, “Cinstərəvəztoxumçuluq” birliyinin (sonrakı adı X3 Assosasiyası) hesabat məlumatları Mərkəzi Filiala təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən, 4 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixli **********147400 nömrəli məktubu ilə bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə hüquqi ünvanı ünvan 1əqdim etdiyi ərizəyə əsasən, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi fəaliyyətinin dayandırılması, xx.xx.2011-ci il tarixdə təqdim etdiyi bəyannaməyə əsasən fəaliyyətinin aktivləşməsi, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi fəaliyyətinin dayandırılması, xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi fəaliyyətinin dayandırılması, xx.xx.2022-ci il tarixdə fəaliyyətinin aktivləşməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixə kimi fəaliyyətinin dayandırılması müəyyən edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) ləğv olunma və ya yenidən təşkil olunması barədə müraciəti vergi orqanına daxil olmamışdır. Faktiki olaraq uçot-baza məlumatlarına əsasən, cəmiyyətin fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhər X5 üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixdə **********629400 nömrəli məktubu ilə bildirmişdir ki, xx.xx.2022-ci ıl tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi ödəyicisi kimi xx.xx.1998-ci il tarixindən (Əvvəlki VÖEN: 100033144, 10 rəqəmli VÖEN:**********) hüquqi ünvanı ünvan 2 xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək dayandırılması, xx.xx.2011-ci il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2012ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-cı il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. “Səma" MMC-nin (VÖEN: **********) ləğv olunma və ya yenidən təşkil olunması barədə müraciəti vergi orqanına daxil olmamışdır. Faktiki olaraq uçot-baza məlumatlarına əsasən, cəmiyyətin fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.-ci il bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. İddiaçının kolxozda, V.İ.Lenin adına Toxuculuq kombinatında, “Azərtikinti” trestinin Gidrosantexmontaj İdarəsində, Bakı şəhəri 4 nömrəli şöbə üzrə xüsusiləşdirilmiş mobil idarədə, Azərbaycan xüsusiləşdirilmiş tikinti trestinin 2 nöməli Mexanikləşdirmə İdarəsində, Azərbaycan Baş Enerji “Qırmzı Ulduz” Bakı İEİ-2-də, X4 Kəşfiyyat İnstitutunda, BŞTM trestinin 13 saylı Quraşdırma İdarəsi Baş Bakı Tikintidə və sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti adlandırılan “Azərcinstərəvəztoxumçuluq” birliyində xx.xx.1975xx.xx.2005-ci illərdə işlədiyi iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçası və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1988-xx.xx.1999-cu ilədək) əmək kitabçasında və "xxxx" QSC-nin arayışında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək müddətdə işləməməsi, əmək haqqı almaması, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar