Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9732/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “R+N Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5,6 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması, ona çıxarış və texniki- pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “R+N Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, əmlak üzərində “R+N Kompani” MMCnin mülkiyyət hüququ qeydə alınmamışdır, həmin MMC-nin hüququ əvvəllər 2005-ci ildə qeydə alınsa da, 2016-cı iləd ləğv edilmişdir, bundan sonra həmin MMC-nin hüququ qeydə alınmayıb. X7 hüququ isə vərəsəlik yolu ilə məhkəmə qərarı əsasında yaranmışdır, həmin qərar hüquqi qüvvəsini almışdır. Belə ki, 2017-ci ildə İddiaçı vərəsəlik yolu ilə atası X2 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, 2944-cü məhəllə, “Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağı ünvanında yerləşən ümumi sahəsi 5,6 kv.m olan qeyri-yaşayış binası verilmişdir. İddiaçının atası X4 ilə anası X8 ilə 1966-cı ildə nikaha daxil olub. Atakişi İsmayılov 2003-cü ildə Rəhimə İsmayılova ilə formal olaraq nikah akt qeydlərini pozsa da, faktiki olaraq vəfat etdiyi günədək onunla birlikdə yaşayıb. 2007-ci ilin yanvar ayında Atakişi İsmayılov vəfat edib. 2017-ci ildə isə iddiaçının anası Rəhimə İsmayılova vəfat edib. 2017-ci ildə İddiaçı vərəsəlik qaydasında əmlakı qəbul etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, 2944-cü məhəllə, “Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağı ünvanında yerləşən ümumi sahəsi 5,6 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ qeydə alınmış və ona çıxarış verilmişdir. Lakin İddiaçı Qarabağ qazisi olan Zayəddin Abbasovun təklifi ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, 2944-cü məhəllə, “Avtoservis və ticarət" müəssisəsinin 7 nömrəli dayanacağı ünvanında yerləşən ümumi sahəsi 5,6 kv.m olan qeyri-yaşayış binası ilə bağlı mərhum X18 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin, Zayəddin Abbasov alqı-satqı müqaviləsi bağlasa da öz adına çıxarış ala bilməmışdır. 2018-ci ilin oktybarında Z.Abbasov vəfat etmiş, 2023-cü ildə Zayəddin Abbasovun həyat yoldaşı və hüquqi varisi X23 İsmayılova qarşı iddia tələbilə X21 İsmayılov arasında həmin 5,6 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulun qaytarılmasına dair iddia tələbi tərəflərin barışıq sazişi ilə yekunlaşmışdır. Müqavilə ləğv edilmiş, bundan sonra, İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mülkiyyət hüququnun qeydə alınması və yeni çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8779/2017 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5602/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi qərara alınmış və qeyd olunan ünvanda yerləşən əmlak “R+N Kompani” MMC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan və məhkəmə iclasının tədqiq olunan: - xx.xx.2000-ci il tarixli 19 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, bir tərəfdən Əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi, nazir X11 şəxsində bundan sonra "Satıcı" adlandırılacaq, digər tərəfdən X5 tərəfindən bundan sonra "Alıcı" adlandırılacaq, arasında müqavilə bağlanmışdır. Müqavilənin pedmetini "Alıcı"nın Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə Dövlət Əmlakı Nazirliyinin Respublika Auksion Mərkəzində keçirilən auksionda 02 nömrəli protokola əsasən satın aldığı Xətai rayonu, «Avtomotoservis və Ticarət» müəssisəsinin 7 saylı avtodayanacağının avadanlığı təşkil etmiş, “Satıcı" müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1723-cü keçid, 2944-cü məhəllədə yerləşən «Avtomotoservis və Ticarət» müəssisəsinin 7 saylı avtodayanacağnın avadanlığını auksiondan satış qiyməti ilə - 1348000- bir milyon üç yüz qırx səkkiz min manata “Alıcı”ya satmışdır. - Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 000179 nömrəli,xx.xx.2000-ci il tarixli şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1723cü keçid, 2944-cü məhəllədə yerləşən «Avtomotoservis və ticarət» müəssisəsinin 7 saylı avtodayanacağını X5 və X1. - AN-İ №0042689 nömrəli xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 və X12 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1723-cü keçid, 2944-cü məhəllədə yerləşən «Avtoservis və ticarət» müəssisəsinin 7 saylı avtodayanacağını alıcı “R+N Kompani” MMC-yə satmışdır. - xx.xx.2009-cu il tarixli, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qadir Məmmədov küçəsi (1723-cü keçid), 2944-cü məhəllədə istifadədə olan 0.0074 ha torpaq sahəsində yerləşən 5.6 kv.m ümumi, 5.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ("Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağı) tam mülkiyyət hüququ üzrə ”R+N Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinin adma daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1964 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Xətai Rayon məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1723-cü keçid, 2944-cü məhəllədə yerləşən “Avtoservis və ticarət” müəssisəsinin 7 saylı avtodayanacağına dair X5 və X13 ilə “R+N Kompani” MMC arasında 17 may 2005-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qadir Məmmədov "küçəsi- (1723-cü keçid), 2944-cü məhəllədə istifadədə olan 0,0074 ha torpaq sahəsində yerləşən 5,6 kv.metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağının) tam mülkiyyət hüququ üzrə “R+N Kompani” MMC-nin adına qeydiyyata alınmasına dair Azərbaycan Respubİikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1964 nömrəli vərəqində 10 aprel 2009-cu il tarixdə aparılmış qeydiyyat ləğv edilmiş, həmin əmlaka dair “R+N Kompani” MMC-nin adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. - 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1423/2017 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qadir Məmmədov küçəsi (1723-cü keçid), 2944-cü məhəllədə istifadədə olan 0.0074 ha torpaq sahəsində yerləşən 5.6 kv.m. ümumi, 5.6 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (Avtoservis və ticarət müəssisəsinin 7 nömrəli dayanacağı) üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - ********** qeydiyyat nömrəli hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qadir Məmmədov küçəsi, 2944-cü məhəllə, “Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağı ünvanında yerləşən 5.6 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2017-ci il tarixdə çıxarış verilmişdir. - AN-İ №0624178 saylı xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, 2944-cü məhəllə “Avtoservis və ticarət” müəsisənin 7 nömrəli dayanacağı ünvanında yerləşən ümümi sahəsi 5.6 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət üzrə X6 mülkiyətinə vermişdir. -Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-8779/2017 saylı qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon məhkəməsinin 11 avqust 2016-cı il tarixili qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, ərizə təmin olunmuş, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5602/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1723-cü keçid, 2944-cü məhəllədə yerləşən “Avtoservis və ticarət” müəssisəsinin saylı avtodayanacağına dair X5 və X12 ilə “R+N Kompani” MMC arasında 17 may 2005-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qadir Məmmədov küçəsi (1723-cü keçid), 2944-cü məhəllədə istifadədə olan 0,0074 ha torpaq sahəsində yerləşən 5,6 kv.metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağının) tam mülkiyyət hüququ üzrə “R+N Kompani” MMC-nin adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1964 nömrəli vərəqində 10 aprel 2009-cu il tarixdə aparılmış qeydiyyat; Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1723-cü keçid, 2944-cü məhəllədə yerləşən “Avtoservis və ticarət” müəssisəsinin 7 saylı avtodayanacağına dair “R+N Kompani” MMC-nə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10 aprel 2009-cu il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışı həmin qətnamədən əvvəlki hüquqi vəziyyətlərinə qaytarılmışdır (qətnamədən əvvəlki vəziyyətinə bərpa edilmişdir). - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4376/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə iddiaçı X19 və cavabdeh İddiaçı arasında aşağıdakı şərtlərlə bağlanılmış 09 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir:
1. Tərəflər - iddiaçı X19 və cavabdeh İddiaçı razılaşırlar ki, Bakı şəhəri 6 saylı notariat kontorunda Səidə Abbasovanın vərəsəsi olduğu mərhum əri X14 ilə İddiaçı arasında ünvan 1, “Avtoserviz və Ticarət” müəssisəsinin 7 nömrəli dayanacağına dair bağlanmış 19 iyul 2017-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsi ləğv edilsin.
2. Tərəflər - iddiaçı X19 və cavabdeh İddiaçı razılaşırlar ki, 19 iyul 2017-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsi əsasında ünvan 1, “Avtoserviz və Ticarət” müəssisəsinin 7 nömrəli dayanacağının alınması ilə bağlı Səidə Abbasova ilə birgə nikah dövründə Zayəddin Abbasov tərəfindən İddiaçı ödənilmiş 30000 manat pul vəsaiti mərhum Zayəddin Abbasovun vərəsəsi, iddiaçı X28 İsmayılov tərəfindən ödənilir.
3. İddiaçı öhdəsinə götürür ki, alqı-satqı müqaviləsi əsasında ona ödənilmiş 30000 manat pul vəsaitinin ödənişini Barışıq sazişi təsdiq edildiyi gündən 2 (iki) ay müddətində icra edəcəkdir”. Qətnamə ilə iddiaçı X9 cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. - 13.11.2023-cü il tarixli Müqavilənin ləğvinə dair müqavilənin surətindən görünür ki, müqavilə imzalandığı tarixdən İddiaçı ilə X14 (arvadı X19) arasında Bakı şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-254 reyestrli alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixli iş 2(010)-4376/2023 saylı Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərardadına əsasən ləğv edilmişdir. İddiaçı hazırda onunla X14 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə istinad edərək, ünvan 1, “Avtoserviz və Ticarət” müəssisəsinin 7 nömrəli dayanacağına dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli əmlak xx.xx.2005ci il tarixli alqı-satqı müqaviləsi əsasında “R+N Kompani” MMC-yə satılmış, həmin alqısatqı müqaviləsi Bakı şəhəri Xətai Rayon məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab olunsa da, sonradan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-8779/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə qətnamənin icrasında dönüş edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Qadir Məmmədov küçəsi (1723-cü keçid), 2944-cü məhəllədə istifadədə olan 0,0074 ha torpaq sahəsində yerləşən 5,6 kv.metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Avtoservis və ticarət” müəssisəsinin 7 nömrəli dayanacağının) tam mülkiyyət hüququ üzrə “R+N Kompani” MMC-nin adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1964 nömrəli vərəqində 10 aprel 2009-cu il tarixdə aparılmış qeydiyyat və “R+N Kompani” MMC-nə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10 aprel 2009-cu il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışı həmin qətnamədən əvvəlki hüquqi vəziyyətlərinə qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(103)-8779/2017 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5602/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi qərara alınmış və qeyd olunan ünvanda yerləşən əmlak “R+N Kompani” MMC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, “R+N Kompani” MMC-nin mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququ barədə qeyd qüvvədədir, həmin əmlaka iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkünsüzdür. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, bu səbəbdən iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova