Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9734/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “10000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “10000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq, cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən 10000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 120 manat xeyrinə dövlət rüsumunun idddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13- cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. (SS8********) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək, qanunvericiliyin müvafiq tələbləri təkrar izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nüməyəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan, Bakı Şəhər Yasamal Rayon polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətinizlə bağlı toplanılmış material araşdırmanın davam etdirilməsi üçün DİN-in Baş Narkokitlə Mübarizə İdarəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər Yasamal Rayon polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə müraciət edərək, ünvan 2 ünvanında yaşayan İddiaçı Yasamal RPl-yə müraciətində xx.xx.2022-ci il tarixdə özünü DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən 5 nəfər mülki geyimli şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə anonim müraciəti əsas gətirib həmin ünvanda axtarış apardıqlarını, ona qarşı kobudluq etdiklərinə narazılığını bildirmişdir. Vətəndaş İddiaçı müraciəti əsasında Yasamal Rayon Polis İdarəsində toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz hərəkətləri barədə vətəndaş İddiaçı müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi haqqında məlumat verilməməsi barədə Baş idarəyə ünvanladığınız müraciətə tərəfimizdən baxılmışdır. Baş idarə əməkdaşları tərəfindən qeyd olunan ünvanda heç bir əməliyyat-axtarış tədbiri keçirilmədiyi üçün Yasamal RPİ tərəfindən göndərilmiş material geri qaytarılmışdır. İş materiallarından görünür ki, bakı Şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Yasamal RPİ-də aparılan araşdırma zamanı alınmış izahatlarda həmin şəxslərin hüquqları və qanuni mənafelərinə toxuna biləcək hallar müəyyən edildiyindən “Daxili işlər orqanlarında və daxili qoşunlarda vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” DİN-in müvafiq Təlimatının tələblərinə əsasən qeyd etdiyiniz sənədlərin təqdim olunması məqsədəmüvafiq hesab olunmamışdır. İş materiallarından görünür ki, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq qeyd edilmişdir ki, vətəndaş İddiaçı müraciəti əsasında Yasamal RPİ-də araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Yasamal RPİ-nın 27-ci PB-nin CA üzrə sabiq baş məliyyat müvəkkili, polis kapitanı Faiq Manafov bildirmişdir ki, daxıl olmuş məlumatın yoxlanması məqsədilə tərəfimizdən Yasamai rayonu C.Qaryağaıoğiu 47 ünvanın ətrafında zəruri tədbirlər keçirilmiş vətəndaş E Dadaşova ilə proflaktik söhbətlər aparılmış, lakin onun narkotik vasitələrdən istifadə etməsi .ə ya alqı-satqısı ilə məşğul olma faktı təsdiqini tapmamışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı vətəndaş İddiaçı yaşadığı mənzildə hər hansı bır axtarış tədbiri aparılmamışdır. Araşdırma zamanı vətəndaş İddiaçı müraciətində qeyd etdiyi digər şəxlərı muəyən etmək mümkün olmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona 10000 (on min ) manat dəyərində mənəvi ziyan dəymişdir. Lakin iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən əvvəl birbaşa məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı olmamışdır. Məhkəmə qeyd edir ki, kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanla bağlı olmalı;
3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Məhkəmə, iddiaçının dəymiş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi ilə bağlı qeyd edir ki, iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Bu baxımdan hazırkı iddianın mümkünlük şərtləri öz təsdiqini tapmır. İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Odur ki, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı X1 iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev