Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9735/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2nın Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946-cı il tarixində tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində soyadının “Yusifova”, adının isə “Naibə” olaraq dəyişdirilərək təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946cı il tarixində tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində soyadının “Yusifova”, adının isə “Naibə” olaraq dəyişdirilərək təkrar doğum haqqında şəhadətnamənin İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1946-cı ildə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuşdur. X2 xx.xx.1963-cü ildə mərhum atası X4 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1963-cü ildə X5 və xx.xx.1966-cı ildə İddiaçı doğulmuşdur. X1 xx.xx.2004-ci ildə ölmüşdür. Anası mərhum X6 xx.xx.2023-cü il tarixində ürəyin kəskin işemik xəstəliyinin digər formalarından ölmüşdür. Bu barədə ölüm faktı Qaradağ rayon qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə 525 nömrə ilə qeyd edilmişdir. Hazırda anasının doğum haqqında akt qeydində, nikah haqqında akt qeydində, nikahın pozulması haqqında akt qeydində və ölüm haqqında akt qeydində soyadı müxtəlif cür yazılmışdır. Akt qeydlərində dəyişiklik edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində verilmiş məktubda bildirilmişdir ki, “Sənədlər nəzərdən keçirilərkən X3 Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 525 saylı ölüm haqqında akt qeydində soyadının “Yusifova”, xx.xx.1963-cü ildə tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadının evlənərək “Yusufova”, xx.xx.1968-ci ildə tərtib edilmiş 740 saylı nikahın pozulması haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadının “Yusupova” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, anasının Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946-cı ildə tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində soyadı “Yusufova”, adı “Naib” qeyd edilmişdir. Qeyd olunanların heç bir əsası yoxdur. Görünən odur ki, müxtəlif vaxtlarda və müxtəlif sənədlərdə soyad hər dəfə heç bir hüquqi əsas olmadan müxtəlif formalarda yazılmışdır. Lakin mərhum anasının şəxsiyyət vəsiqəsində adı “Naibə”, soyadı “Yusifova” olaraq qeyd edilmişdir. Mərhum anası nikaha daxil olduqdan sonra “Şirinova” soyadını qəbul etmişdir. Lakin nikah pozulduqdan sonra nikahın pozulması haqqında şəhadətnamədə “Yusupova” olaraq qeyd edilmişdir. Yuxarıda göstərilən sənədlərin hər birində olan problem nəticəsində mərhum anasının vəfatı ilə əlaqədar vərəsəlik işi açdıra və ondan qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi ala bilmir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən X3 Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 525 saylı ölüm haqqında akt qeydində soyadının “Yusifova”, xx.xx.1963-cü ildə tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadının evlənənədək “Yusufova”, xx.xx.1968-ci ildə tərtib edilmiş 740 saylı nikahın pozulması haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadının “Yusupova” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946-cı ildə tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində soyadı “Yusufova”, adı “Naib” qeyd edilmişdir. Müvafiq akt qeydi Milli Arxiv İdarəsində saxlanılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, X3 Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 525 saylı ölüm haqqında akt qeydində soyadı “Yusifova”, 02 saylı nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadı evlənənədək “Yusufova”, xx.xx.1968-ci ildə tərtib edilmiş 740 saylı nikahın pozulması haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadı “Yusupova”, xx.xx.1946-cı ildə tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində soyadı “Yusufova”, adı “Naib” qeyd edilmişdir. İddiaçı Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946cı il tarixində tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində anasının soyadının “Yusifova”, adının isə “Naibə” olaraq dəyişdirilərək tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının anasına məxsus ölüm haqqında akt qeydində və şəxsiyyət vəsiqəsində adı “X6” kimi qeyd edilsə də, xx.xx.1946-cı ildə tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində soyadı “Yusufova”, adı “Naib” qeyd edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda, iddiaçının adı və soyadı barədə məlumatların doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər, şəxsiyyət vəsiqəsi və ölüm haqqında akt qeydi doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydindəki mübahisə predmeti olan məlumatlar texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946-cı ildə tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Naib”dən “Naibə”yə, “soyadı” qrafasında “Yusufova”dan “Yusifova”ya dəyişiklik edilməsi öhdəliyi Qaradağ qayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1946-cı ildə tərtib edilmiş 101 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Naib”dən “Naibə”yə, “soyadı” qrafasında “Yusufova”dan “Yusifova”ya dəyişiklik edilməsi öhdəliyi Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov