Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-974/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin uçotdan çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, yol nəqliyyat hadisəsindən sonra satılmış “Volkswagen Passat” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının həmin şəxsdə olmasına baxmayaraq çıxdaş edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli, 016-146381T-3222 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qanunvericilikdə etibarnamə əsasında nəqliyyat vasitəsinin başqa şəxsə verilməsi onun satılması hesab edilmir və onu satarkən adından qeydiyyatdan çıxarılmasını təmin etməli idi. Nəqliyyat vasitəsinin çıxdaş edilərək, adından qeydiyyatdan çıxarılması üçün şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları qeydiyyat şəhadətnaməsi ilə birlikdə olduğu əraziyə xidmət edən DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə təqdim edilməlidir.
3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Volkswagen Passat minik markalı, 2007-ci il buraxılışlı, WVWAK73CX8E014161 ban nömrəli ** FV *** qeydiyyat nişanlı avtomobilin onun adından çıxdaş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2016-cı ildə oğlu X3 ona məxsus 99FV799 Dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı minik avtomobilini etibarnamə əsasında idarə etdiyi vaxt qəza törətmişdir. Nəticədə avtomobil yararsız hala düşmüşdür. Təmiri mümkün olmadığına görə avtomobili Babək prospektində maşın bazarı kimi tanınan ərazidə ölüxanaya satmışdır. Şifahi razılaşmalarına əsasən alan şəxs avtomobili onun adından çıxdaş etdirməli idi. Ona görə də avtomobilin texniki pasportunu və Dövlət qeydiyyat nişanını və həmin vaxt avtomobilin zədələnməsi barədə Xətai rayonu DYP-dan alınan arayışı həmin adama vermişdir. Onun əlində yalnız oğluna verdiyi etibarnamə qalmışdır. Həmin adam avtomobili onun adından çıxdaş etdirməmişdir. Sonradan o, həmin adamı axtarsa da, tapa bilməmişdir. O, yuxarıda qeyd etdikləri barədə 2016-cı il və 2022-ci ilin əvvəlində Baş X8 idarəsinə iki dəfə məktub yazıb qeyd etdiyi avtomobilin adından çıxdaş edilməsini xahiş etmişdir. O isə ona standart cavab verməklə kifayətlənmişdir.
5. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "Volkswagen Passat" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, mənzil 43də qeydiyyatda olan İddiaçı adına qeydiyyata alınmışdır. Avtomobilin üzərində məhdudiyyət yoxdur.
10. ƏN-İİİ Seriyalı, 090927 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2014-cü il tarixli Etibarnamədən görünür ki, İddiaçı 2007-ci il buraxılışlı, "Volkswagen Passat" markalı WVWAK73CX8E014161 ban nömrəli **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixədək X2 idarə etmək hüququnu vermişdir. 11.İşdə olan cavabdehin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı adında qeydiyyatda olan və etibarnamə əsasında oğluna verdiyi **-FV-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtomobilin oğlu tərəfindən satılması, lakin avtomobilin adından qeydiyyatdan çıxarmaq üçün həmin şəxsi tapa bilməməyinə görə avtomobilin çıxdaş edilməsində köməklik göstərilməsi barədə DİN Baş X8 İdarəsinə müraciət ünvanlamış, cavabdeh müraciətə cavab olaraq bildirmişdir ki, DİN Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasına görə **-FV-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtomobil hazırda da iddiaçının adında qeydiyyatdadır və etibarnamə əsasında oğlu Fədail Tomayevə verilmişdir. Həmin avomobilin istismar edilməsi, avtomobillə yol hərəkəti qaydalarının pozulması texniki vasitələrlə qeydiyyata alınmamışdır və hazırda avtomobilin yeri, kimdə olması barədə DİN Baş X8 İdarəsində məlumat yoxdur. Qeyd olunan **-FV-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtomobilin çıxdaş edilərək iddiaçının adından qeydiyyatdan çıxarılması üçün şəxsiyyət vəsiqəsi, avtomobil, qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanları ilə birlikdə DİN-in Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. 12.İş materialarında olan xx.xx.2015-ci il tarixli elektron protokolun surətindən görünür ki, "Volkswagen Passat" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 hərəkəti haqqında Qanununun 42-ci maddəsinin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/-2-118189/2023 nömrəli məktubuna əsasən DİN-in Baş X8 İdarəsinin mərkəzi informasiya sistemində "Volkswagen Passat" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün təqsiri üzündən yol-nəqliyyat hadisəsinin törədilməsinə dair məlumat qeydə alınmamışdır. 14.İddiaçı hazırda mülkiyyətində olan "Volkswagen Passat" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin çıxdaş edildiyi üçün uçotdan çıxarılmasını xahiş edir. 15.Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 9-cu hissəsinə əsasən həminmaddənin İİ və İİİ hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda; 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 5.1-ci bəndinə əsasən həmin Əsasnamənin 1.2ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda: 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasınqa verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə dövlət qeydiyyat nişanlarının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və "tranzit" nişanlarının verilməsi (5.1-ci bəndin 3-cü hissəsi istisna olmaqla) barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir. Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir. Mülkiyyətçilərin istəyindən asılı olaraq, onlara 4.6-cı bəndin 5-ci hissəsində nəzərdə tutulmuş formada arayış verilə bilər. 17.Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin çıxdaş edilməsi onun istismardan çıxarılmasını ehtiva edir. Buna görə də şəxs həmin əsasla nəqliyyat vasitəsinin uçotdan çıxarılması üçün müraciət etdikdə, qanunverici qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının da qeydiyyat məntəqəsinə təhvil verilməsini təsbit etmişdir. 18.İşdən görünür ki, iddiaçı mübahisəli nəqliyyat vasitəsinin çıxdaş edilməsi əsası ilə uçotdan çıxarılması üçün cavabdehə müraciət etsə də, qanunvericilikdə göstərilən həmin şəhadətnamə və nişanları cavabdehə təqdim etməmişdir. 19.İddiaçı məhkəmə iclasında bu halı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində yarasız hala düşməsi və həmin vaxt müvafiq şəhadətnamə və nişanların polis əməkdaşlarına təhvil verilməsi ilə izah etsə də, məhkəmə tərəfindən verilmiş sorğulara təqdim olunmuş cavab məktubları ilə göstərilən hal öz təsdiqini tapmamışdır. 20.Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı öz tələbinin əsaslarını sübuta yetirə bilmədiyindən cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquq və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmamışdır. Bu səbəbdən iddia təmin edilməməlidir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova