Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-974/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "əlilliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, orqanizmin funksiyalarının 100 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “hər iki diz oynağının deformasiyaedici artrozu İİİ mərhələ. Varus deformasiyası. Hər iki bud-çanaq oynağının artrozu (sağ ikinci, sol birinci dərəcə). Hər iki diz oynağının kontrakturası. Daimi ağrı sindromu, XBT. Ml7.0, М21.1, Ml6.0, M24.5, M52.2” xəstəliklərindən əziyyət çəkdiyi üçün uzun müddətli müalicələr almışdır. Lakin səhhətindəki ağırlaşmalar aradan qalxmamışdır. Bununla bağlı əlilliyin müəyyən olunması üçün göndəriş verilmiş TSEK məlumatları düzgün qiymətləndirməyərək xx.xx.2023-cü il tarixdə əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul etmişdir. Orqanizminin funksiyalarının pozulması faizi ümumiyyətlə qeyd olunmayan həmin qərarı qanunsuz sayır.
3. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin G00124806İHC nömrəli göndərişinə əsasən xx.xx.2023cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Göndərişdə ağırlaşmalar dəqiqləşdirilməyib. Ətraflı müayinə olunaraq hazırki vəziyyəti dəqiqləşdirilsin. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin G00124806İHC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (E23 Hipofizin hipofunksiyası və digər pozğunluqları, Hipofizin endoseliyar qanamış adenoması (Boş türk yəhərinin sindromu)) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE)” qərarı verilmişdir.
4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əyani müayinə aktında qeyd olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (FİN xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin G00124806İHC nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Göndərişdə ağırlaşmalar dəqiqləşdirilməyib. Ətraflı müayinə olunaraq hazırki vəziyyəti dəqiqləşdirilsin." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin G00124806İHC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Göndərişin natamam doldurulması" səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (E23 Hipofizin hipofunksiyası və digər pozğunluqları, Hipofizin endoseliyar qanamış adenoması (Boş türk yəhərinin sindromu)) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı İlə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE)” qərarı verilmişdir.
5. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilərək İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
6. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X6 A00149082JXY nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-1- 12891/2024 nömrəli 21 may 2024-cü il tarixli qərarına əsasən aşağıda adı göstərilən 1 nəfər vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
1. Bakı şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı M. Nurməmmədovaya əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “ilkin” əlillik təyin edilmiş, **********1 nömrəli məktuba əsasən təkrar qiymətləndirmə müayinələrinin nəticəsi əsasında, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.38 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına dair qərar qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında, Bakı Xəzər Tibb Mərkəzi tərəfindən “Hipofizin hipofunksiyası və digər pozğunluqları. Hipofizin endoseliyar panamış adenoması (Boş türk yəhəri sindromu). Akromeqaliya və hipofizar giqantizm. Akromeqaliyaş hipotireozun digər formaları, İİİ dərəcəli hipotirez kompensasiya mərhələsi.” diaqnozu ilə xx.xx.2023-cü il tarixli G00124806İHC nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, ANK-82 3-17/3-9-19362/2023 nömrəli məktuba əsasən, təkrar qiymətləndirilmə müayinələrinin nəticələri əsasında şəxsin vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmadığından, barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri boğulma, baş ağrısı, baş gicəllənməsi, əsəbilik, dəri quruluğu, əllərdə əsmə, yerişin çətinləşməsindən, ümumi zəiflik və halsızlıqdan olmuş, mütəmadi olaraq həkim nəzarətində olduğunu, 2000-ci il tarixində ona “Zobun ləğvi” cərrahi əməliyyatının icra edildiyini, dəfələrlə stasionar müayinə və müalicə aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X4 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli **********/1326 nömrəli arayışına əsasən diaqnoz “Hər iki diz oynağının deformasiyaedici artrozu İİİ mərhələ. Varus deformasiyası. Hər iki bud-çanaq oynağının artrozu (sağ ikinci, sol birinci dərəcə). Hər iki diz oynağının kontrakturası. Daimi ağrı sindromu.”şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri quru, görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, ürək tonları bir qədər karlaşmış, AT 160/100 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili quru, ərplidir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim-travmatoloq müayinəsinin nəticəsi “Rentgenoloji olaraq hər iki diz oynağında İV dərəcə qonartroz izlənilir.”kimi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış Transtorakal exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=56% (əlli altı faiz)) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, AS D, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min-MÇ qeyd edilir." kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu aşkar edilməmişdir. Əyani müayinə zamanı, M. Nurməmmədovaya ətraflı müayinə edilməsi üçün həkimekspertlər tərəfindən X4 və Ortopediya İnstitutuna və Respublika Endokrinoloji Mərkəzə göndərişlər verilmişdir. xx.xx.2024-cü il tarixində X4 və Ortopediya İnstitutunda vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Hər iki diz oynağının qonartrozu, İV mərhələ. Hər iki bud-çanaq oynağının koksartrozu. Bel fəqərələrinin osteoxondrozu. Daimi ağrı sindromu ilə.” şəklində göstərilmiş, Respublika Endokrinoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 2690004ABNİW nömrəli Tibbi rəyinə əsasən isə diaqnoz “Tireoidektomiyadan sonrakı vəziyyət” kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və intrumental müayinələrin ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli A00149082JXY nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında yenidən qiymətləndirilərək, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.41 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilsin.
7. Tibbi-sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarına əsasən təkrar müayinə nəticəsində iddiaçıya ümumi xəstəlik səbəbindən bir il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması qərara alınmışdır. Əlilliyin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən olunmuşdur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. İddia tələbi iddiaçının orqanizmin funksiyalarının 100 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
12. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz;.. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
14. Hazırkı iddia məcburetməyə dair iddiadır.
15. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən:
20. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
21. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
22. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
23. Məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyətinə Bakı X6 xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina olunmuşdur. Daha sonra həmin qərarla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək ona əlillik təyin edilməsini xahiş etmişdir.
24. Məhkəmə icraatı zamanı iddiaçının əyani müayinə olunması barədə qərardad qəbul olunmuş, həmin qərardada əsasən cavabdehin Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar müayinə olunan iddiaçıya Bakı X6 xx.xx.2023-cü il tarixli A00149082JXY nömrəli göndərişi əsasında qərar qəbul edilərək ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması qərara alınmışdır.
25. Göründüyü kimi iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə bitmiş, inzibati aktdan qanunvericiliklə müəyyən olunmuş müddətdə (6 ay müddətində) şikayət verilməmiş və qeyd olunan müddətdə iddiaçı tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına müəyinədə olmamış, nəticədə xəstəliyi barədə yeni göndəriş tərtib edilməmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi (xx.xx.2023-cü il tarixli A00149082JXY nömrəli) artıq qüvvədən düşmüş hesab edilmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
27. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva