Məhkəmə qərarları › İş №2-1(112)-9751/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9751/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9751/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/457 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/457 saylı sahədə yerləşən torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti Başçısının 29 iyul 1998-ci il tarixli 637 saylı sərəncamı ilə fərdi ev tikmək üçün onun istifadəsinə verilmişdir. Torpaq sahəsi istifadəsinə verildikdən sonra həmin ərazini təmizlətdirərək orada abadlıq işləri aparmışdır. Bundan sonra həmin sahəyə daş hasar çəkilmiş və torpaq sahəsindən bağ-bostan kimi istifadə etmişdir. Həmin torpaq sahəsi 1998-ci ildən etibarən onun istifadəsindədir. xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə dair arxiv arayışının alınması üçün Dövlət Arxivinin Bakı filialına müraciət etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki RİH) arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli 637 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncamda İddiaçı ev növbəsinə dayanması ilə bağlı hər hansı bir məlumat yoxdur. xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda isə bildirilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki RİH) arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli 637 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. 29 iyul 1998-ci il tarixli 637 saylı sərəncam saxlama vahidində “vət.İddiaçı məxsus torpaq sahəsinin ayrılması haqqında olsa da, sərəncamların qeydiyyatı kitabının 36-cı səhifəsində 1998-ci il üçün müəssisə, idarə və təşkilatlar üçün mənzil növbəsi siyahılarının təsdiq edilməsi haqqında” məzmunu ilə qeydiyyata alınmışdır. Eyni zamanda, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/457 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ərizəyə cavab olaraq təqdim edilmiş xx.xx.2021ci il tarixli **********64 nömrəli məktubda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH-nin xx.xx.1998-ci il tarixli 637 saylı torpaq sahəsinin ayrılması haqqında sərəncam ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan sərəncamın həqiqiliyinə şübhə vardır. Həmçinin ərizəyə əlavə edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məktubu ilə sərəncamın arxiv arayışı arasında uyğunsuzluq vardır. Belə ki, Dövlət Arxivinin Bakı filialının BA-00720-2021 saylı xx.xx.2021-ci il tarixli məktubuna, Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş 2644 saylı arxiv arayışı əlavə edilmişdir. İddiaçı sözügedən torpaq sahəsinə dair bütün vergi və digər ödənişləri bügünədək vaxtında ödəmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsinin üzərində onun xüsusi mülkiyyət hüququ mövcuddur. Digər tərəfdən, bundan öncə iddiaçı hazırkı iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və yekun məhkəmə qərarı qəbul edilmişdir. Lakin hazırkı mülki işlə əlaqədar yeni hallar meydana çıxmışdır. Belə ki, yuxarıda qeyd olunan Dövlət Arxivinin Bakı filialının iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlar arasında uyğunsuzluq vardır. xx.xx.2021-ci il tarixli arayışda onun ev növbəsinə dayanması ilə bağlı hər hansı bir məlumat olmadığı qeyd edilsə də, 637 saylı sərəncamın sərəncamların qeydiyyatı kitabının 36-cı səhifəsində “1998-ci il üçün müəssisə, idarə və təşkilatlar üçün mənzil növbəsi siyahılarının təsdiq edilməsi haqqında” məzmunu ilə qeydiyyata alındığı göstərilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1302/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/457 saylı sahədə yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/457 saylı sahədə yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1750/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1302/2019 saylı, 02 may 2019-cu il tarixli qərarı ləğv edilməklə, iddia təmin edilməmişdir. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “İşdə olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının «vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında» 29iyul 1998-ci il tarixli, 637 saylı sərəncamından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 17 aprel2019-cu il tarixli, 891 saylı məktubunda göstərilmişdir ki, 29 iyul1998-ci il tarixli, 637 saylı sərəncamı, həmin sərəmcamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1998-ci il tarixli, 637 saylı sərəncam saxlama vahidində “vət. İddiaçı fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 36-cı (otuz altıncı) səhifəsində “1998-ci il üçün müəssisə, idarə və təşkilatlar üzrə mənzil növbəsi siyahılarının təsdiq edilməsi haqqında” məzmunu ilə qeydə alınmışdır... İşin materiallarına torpaq qanunvericiliyinin qeyd olunan normasının tələblərinə müvafiq olaraq, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 29 iyul 1998-ci il tarixli, 637 saylı sərəncamının verildiyi vaxt torpaq ayırma işlərinin aparıldığı, həmin sərəncamda nəzərdə tutulan torpaq sahəsinin iddiaçıya təhkim olunmasına dair hər hansı sənəd əlavə olunmamışdır... Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına istinad olunan maddi hüquq normalarına müvafiq qiymət verərək, iddiaçının istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 29 iyul 1998-ci il tarixli, 637 saylı sərəncamın kargüzarlıq qaydalarına müvafiq qaydada onu verən inzibati orqanın sərəncamların qeydiyyatı kitabında qeydə alınmamasını nəzərə alaraq hesab edir ki, həmin sərəncam, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tələb olunan mötəbər sənəd kimi qəbul edilə bilməz. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur”. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)- 514/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış, bununla da Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- 1(103)-1750/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəsini almışdır. Görünüdüyü kimi, iddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/457 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, yuxarıda sadalananlardan görünür ki, iddiaçı daha əvvəl bu tələblə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin olunmamışdır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. İddiaçı iddia ərizəsində hazırkı işlə əlaqədar yeni halların meydana çıxdığını, Dövlət Arxivinin Bakı filialının iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlar arasında uyğunsuzluq olduğunu, xx.xx.2021-ci il tarixli arayışda onun ev növbəsinə dayanması ilə bağlı hər hansı bir məlumatın olmadığı qeyd edilsə də, dha sonra 637 saylı sərəncamın sərəncamların qeydiyyatı kitabının 36-cı səhifəsində “1998-ci il üçün müəssisə, idarə və təşkilatlar üçün mənzil növbəsi siyahılarının təsdiq edilməsi haqqında” məzmunu ilə qeydiyyata alındığının göstərildiyini bildirmiş, bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. İddiaçının bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birincisi, yuxarıda istinad edilən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1750/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, məhkəmə məhz iddiaçının istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 29 iyul 1998-ci il tarixli, 637 saylı sərəncamın kargüzarlıq qaydalarına müvafiq qaydada onu verən inzibati orqanın sərəncamların qeydiyyatı kitabında qeydə alınmamasını nəzərə alaraq həmin sərəncamı iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tələb olunan mötəbər sənəd kimi qəbul etməmişdir. Yəni iddiaçının ərizəsində göstərdiyi hal, həmin iş üzrə məhkəmələrə məlum olmuşdur. İkincisi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü madəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, qanunverici ilkin icraat zamanı məlum olmayan sübutlar sonradan aşkar olunduqda, yeni iddia ərizəsi deyil, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilməsini nəzərdə tutmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında da göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar