Məhkəmə qərarları › İş №2-1(112)-9753/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9753/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9753/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı onun X5 vərəsəsi kimi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 4/143 nömrəli, xx.xx.1990-cı il traixli qərarına uyğun olaraq 187 saylı X1 nəzdində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1006 kv.m təşkil edən 2518 v saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 4/143 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə əmək veteranı olan mərhum atası X7 Ləhiş bağlar sahəsində 187 nömrəli Ləhiş Bağ Tikinti Kooperativinin nəzdində sahəsi 0.12 hektar olan torpaq 2815V nömrəli bağ sahəsi ayrılmışdır. Torpaq sahəsi hasarlamışdır, heç bir tikinti işi aparılmamışdır və uzun müddətdir ki, istifadəsizdir. Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X13 bağlar sahəsindəki 187 nömrəli kooperativ tərəfindən mərhum atası X7 8 nömrəli order verilmişdir. Hazırda orderin əsli itdiyindən tərəflərindən arxiv arayışı alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 21,07.2022-ci il tarixli, BA-04433- 2022 nömrəli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarından arxiv çıxarışı təqdim edilmişdir. Çıxarışdan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 4/143 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 187 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında 8-ci nömrədə X5 adı göstərilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 1421 nömrəli, 18 iyun 2022-ci il tarixli məktubundan görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həqiqətən İddiaçı 1937-ci ildə Bakı şəhərində doğulmuş, FİN: 2UNB9US olan X5 vərəsəsidir. O, zəruri olan sənədləri toplayıb cavabdehə müraciət edərək bağ sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Lakin, cavabdehə elədiyi haqlı müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh İdarə xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 4/143 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 187 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında (8 nömrəli əlavə) X5 adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan sonra əlavə sənədlər təqdim edərək cavabdehə müraciət etdikdə, cavabdeh tərəfin nümayəndələri tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, lakin, yenidən imtina məktubu verilmişdir. Bu dəfə xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin idarənin arxivində 187 nömrəli X3 nəzdində eyni tarixli və eyni nömrəli qərar əsasında ayrılmış 2815 v saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına orderin nüsxəsi mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki 1006 kv.m təşkil edir. Cavabdehin əməkdaşları tərəfindən qəbul olunarkən ona bildirilmişdir ki, əgər faktiki əksik olan torpaq sahəsindən imtina edilərsə müraciətinə yenidən baxıla bilər. O, bildirmişdir ki, nə o, nə də ki, mərhum atası torpaq sahəsini heç vaxt ölçməmişlər, ola bilsin ki, ya qəsəbə daxili yol çəkilərkən, ya da qonşular tərəfindən bilinmədən onların torpaq sahəsi zəbt olunub. Buna baxmayaraq qonşularının respublikada tanınmış elm və mədəniyyət xadimləri olmalarını, habelə münasibətlərinin yaxşı olması səbəbindən qeyd etmişdir ki, 194 kv.m torpaqa görə mübahisə etməyə dəyməz. Ona görə həmin hissədən imtina etmiş və yenidən sənədlərini təqdim etmişdir. Cavabdeh xx.xx.2022ci il tarixli məktubla bu dəfə də, eyni məzmunlu imtina məktubunu verərək müraciətini təmin etməmişdir. Bundan sonra o, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşin faktiki halları ondan ibarətdir ki, həqiqətən də, 187 nömrəli BTK Bakı şəhəri, Ləhiş bağlar sahəsində 2815v nömrəli bağ sahəsi mərhum atası X7 ayrılmışdır, o, atasının yeganə vərəsəsidir. Atasına bu barədə xx.xx.1990-cı il tarixli qərara əsasən 8 nömrəli order vermişdir. Orderin əsli olmasa da, arxiv arayışı mövcuddur. Həmin orderin surəti və arayışla həqiqətən də, qeyd edilən bağ sahəsinin atasına ayrılmasını o hal da, təsdiq edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarında Ləhiş bağ massivi 187 №li bağ tikinti kooperativi üzvlərinin siyahısında onun adı da, qeyd edilmişdir, həmin qərar cavabdehin arxivində də, mövcuddur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cavabdehin imtina məktubunda göstərilən uyğunsuzluq (bağ sahəsinin ölçüsünün) mövcud olduğu halda həmin uyğunsuzluğun aradan qaldırılması iddiaçının deyil, cavabdehin özünün vəzifəsidir. Bağ sahəsinə dair digər fiziki şəxsin adına orderin olmasına gəldikdə isə qeyd edir ki, ora yalnız atasının adına verilmiş order vardır. Təəssüf ki, orderin əsli itmişdir. Həmin sahədə hal-hazıra kimi heç bir tikinti işi aparılmayıb, heç bir kənar şəxsin istifadəsində olmayıb, son zamanlar özü tikinti işi aparmaq qərarına gəlmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 4/143 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına uyğun olaraq 187 saylı X1 nəzdində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1006 kv.m təşkil edən 2815 v saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X7) məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin İdarənin arxivində 187 saylı X3 nəzdində eyni tarixli və eyni nömrəli qərar əsasında ayrılmış 2815 v saylı torpaq sahəsinə dair digər fiziki şəxsin (X9) adına orderin nüsxəsi mövcuddur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən orderdə torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki 1000 kv.m təşkil edir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, digər iki qonşu bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********89 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən təqdim edilmiş X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin İdarənin arxivində 187 saylı X6 nəzdində eyn itarilxi və eyni nömrəli qərar əsasında ayrılmış 2815 v saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına orderin nüsxəsi mövcuddur. Eyni zamanda tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki 1006 kv.m təşkil etmişdir. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçınn müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********95 nömrəli məktuba əsasən bildirilmişdir ki, təqdim edilmiş X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin İdarənin arxivində 187 saylı X3 nəzdində eyni tarixli və eyni nömrəli qərar əsasında ayrılmış 2815 v saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına orderin nüsxəsi mövcuddur. Eyni zamanda təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır.

10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 21 iyul 2022-ci il tarixli BA-04433-2022 nömrəli məktubla iddaçıya verilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən 187 nömrəli Ləiş bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X5 adı 8ci sırada qeyd edilmişdir.

11. ünvan 2 ünvanlanmış 1421 nömrəli 18 iyun 2022-ci il tarixli məktuba əsasən X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 43 saylı notariat ofsinə oğlu – İddiaçı tərəfindən müraciət olunmuşdur. X5 xx.xx.2016cı il tarixdə vəfat etməsi ilə əlaqədar İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həqiqətən İddiaçı 1937-ci ildə Bakı şəhərində doğulmuş, FİN № 2UNB9US olan X5 vərəsəsidir.

12. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X13 Bağlar Sahəsində 187 nömrəli kooperativ tərəfindən verilmiş 8 nömrəli orderə əsasən X7 Bakı şəhər İcraiyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 187 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2815 v nömrəli bağ ayrılmışdır.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-20291/2023 **********91 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2815 v saylı bağ sahəsinə dair verilmiş 18 nömrəli orderin və 187 saylı Bağ Tikinti Kooperativinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. 18 nömrəli Orderdə 2815 v saylı bağ sahəsinin X11 ayrılması göstərilmişdir. 187 saylı Bağlar Tikinti Kooperativinin üzvlərinin siyahısında X5 adı 8-ci sırada qeyd olunmuşdur.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-30591/2023 **********41 nömrəli cavab məktubuna əsasən X5 adına 187 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair order idarənin arxivində aşkar olunmamışdır.

15. X9 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 187 saylı bağ tikinti kooperativi tərəfindən ona 2657 A saylı torpaq sahəsi ayrılmışdır. Orderin təsdiq olunmuş surətini təqdim etmişdir. 2815 v saylı torpaq sahəsi mərhum X7 ayrılmışdır. Onun 2515 V saylı torpaq sahəsinə dair heç bir iddiası yoxdur.

16. Notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X13 bağlar sahəsindəki 187 nömrəli kooperativ tərəfindən verilmiş 18 nömrəli orderə əsasən X11 Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı iltarixli 4/143 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 187 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2657 a saylı bağ sahəsi ayrılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İşin hallarından göründüyü kimi, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarına və həmin qərar əsasında verilmiş 8 nömrəli orderə əsasən Ləhiş bağlar ərazisində 187 nömrəli BTK-nın nəzdində iddiaçının mərhum atası X7 0.12 ha ölçüdə 2815 v saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə dair hüquqların qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.

25. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə order mübahisələndirilmişdir.

26. Belə ki, cavabdehin iddiaçının mərhum atasına məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası sözügedən bağ sahəsinə dair verilmiş orderin İdarənin arxivində aşkar olunmaması, mübahisəli bağ sahəsinin İdarənin arxivində olan başqa nömrəli (18 nömrəli) orderə əsasən digər fiziki şəxsin, X9 adına ayrılmasına, arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsinin qeyd olunmamasına, təqdim edilmiş orderdə torpaq sahəsinin ölçüsünün sənəd üzrə 1200 kv.m qeyd edilməsinə baxmayaraq, faktiki 1000 kv.m təşkil etməsinə, həmçinin digər iki qonşu bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsinə istinad edilmişdir.

27. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atasına həqiqətən Bakı şəhər XDS İK-nin 13 .06.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən 187 nömrəli Ləiş bağ-tikinti kooperativinin nəzdində 8 nömrəli order əsasında 2815 v nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı tərəfindən sözügedən orderin əsli itirilsə də, mərhum atasının adı cavabdeh İdarənin arxivində olan 187 nömrəli BTK-nın üzvlərinin siyahısında və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcud olan Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əlavə olunmuş 187 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında mövcuddur. Cavabdeh İdarənin arxivində mübahisəli bağ sahəsinin 18 nömrəli orderə əsasən X11 ayrılması barədə order olsa da, orderin X10 olan notarial qaydada təsdiq olunmuş nüsxəsində X11 ayrılmış bağ sahəsinin nömrəsi 2657 a qeyd edilmişdir. Bununla bağlı, X12 tərəfindən məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edilərək bildirilmişdir ki, Bakı şəhri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 187 saylı bağ tikinti kooperativi tərəfindən ona 2657 a saylı torpaq sahəsi ayrılmışdır. 2815 v saylı torpaq sahəsi mərhum X7 ayrılmışdır. Onun 2815 v saylı torpaq sahəsinə dair heç bir iddiası yoxdur. Cavabdehin digər bir iddiası iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsünün faktiki olaraq 1006 kv.m təşkil etməsi və digər qonşu bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsidir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı elə 1006 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qediyyatına alınmasını tələb edir. Onun 1200 kv.m torpaq sahəsinə bir iddiası yoxdur. Bağ sahəsinin digər qonşu bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsi isə ümumiyyətlə bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz.

29. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının mərhum atasına məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

33. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X5 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

35. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

36. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

37. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər X14 İcraiyyə Komitəsinin 4/143 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına əsasən 187 saylı X1 nəzdində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1006 kv.m təşkil edən 2815 v saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X7) məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar