Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9756/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı X14, X6, X10, X26 və X20 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla "yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma" iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X14, X6, X10, xx.xx.2004-cü il təvəllüdlü X32, X26, xx.xx.2014-cü il təvəllüdlü X36, xx.xx.2016-cı il təvəllüdlü X27, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəlüdlü X21, xx.xx.2009-cu il təvəllüdü X28, xx.xx.2015-ci il təvəllüdlü X33, xx.xx.2006-cı il təvəllüdlü X17 və X20, xx.xx.2004-cü il təvəllüdlü X11, Quliyeva Rəfiqə Hacı qızının iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və hazırda xüsusi mülkiyyətindədir. X14, X6, X10, X32, X26, X36, X27, X7, X21, X28, X33, X17, X20, X22 iddiaçının ailə üzvləri olsalar da, uzun illərdir ona məxsus evdə yaşamırlar. X10, X32, X26, X36 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasında yaşamır və hal-hazırda Almaniya Federativ Respublikasında daimi yaşayış yerləri vardır. X27, X7, X17 və X20, X14 iddiaçının oğlu və ailə üzvləri olsalar da, özlərinə məxsus Abşeron rayonu, Məhəmmədi qəsəbəsində daimi yaşayış yerləri və özünə məxsus evləri vardır, 10 ilə yaxın müddətdir ki, iddiaçıya məxsus evdə yaşamırlar. İddiaçının həyat yoldaşı X29 xx.xx.2021-ci il tarixdə vəfat etməsinə baxmayaraq, hal-hazırda həmin ünvanda qeydiyyatda qalmışdır. Qeyd olunan şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan evə dair hər hansı hüququ istifadə və ya sahiblik hüququ yaranmamışdır. İddiaçı mülkiyyətində olan evə dair forma 2 arayışı alan zaman həmin şəxslərin ona məxsus evdə qeydiyyatda olmalarını bilmişdir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə müraciət etsə də, həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9756/2022 nömrəli qərardadı ilə X14, X6, X10, X26 və X20 məhkəmə icraatına 3-cü şəxs qismində zəruir olaraq cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X14, X6, X10, X32, X36, X27, X7, X21, X28, X33, X17, X11 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, 9 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış 078-13847Q saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə sizin qeydiyyatdan çıxarılmasını istədiyiniz şəxslər tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. - Asan 5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.2004-cü il təvəllüdlü X22, xx.xx.1987-ci il təvəllüdlü X14, xx.xx.1982-ci il təvəllüdlü X6, xx.xx.1985-ci il təvəllüdlü X10, xx.xx.1952-ci il təvəllüdlü X29, xx.xx.1976-ci il təvəllüdlü X30, xx.xx.2004-cü il təvəllüdlü X32, xx.xx.1980-ci il təvəllüdlü X26, xx.xx.2006-cı il təvəllüdlü X36, xx.xx.2016-cı il təvəllüdlü X27, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.2009-cu il təvəllüdlü X28, xx.xx.2015-ci il təvəllüdlü X33, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.1972-ci il tarixli X20 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı 005578 qeydiyyat nömrəli, xx.xx.1996-cı il qeydiyyat tarixli Çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı evin 9-cu mənzili İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********16 saylı məktubundan görünür ki, X5, X2, X4, X15, X12 Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, 9 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar göndərilmiş sözügedən mənzilin İddiaçı mülkiyyətinə verilməsinə əsas olmuş sənədlərdə olan Bakı şəhər X19 İcrayyə Komitəsinin 183881 №-li orderinə əsasən xx.xx.1982-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, 1927-ci məhəllə, ev 2, mənzil 9, blok 1, 5-ci mərtəbə, 4 otaq, 63,33 kv.m yaşayış sahəsi İddiaçı verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 9 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən qonşulardan ünvan 4 ünvanda qeydiyyatda olan X8, Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, mənzil 1 ünvanda qeydiyyatda olan X3, ünvan 5 ünvanda qeydiyyatda olan X18 təsdiq edərək bildirmişlər ki, X16, X14 və X1 Əlifağa Müslüm oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsalar da, 2012-ci il tarixdən həmin ünvanda yaşamırlar. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəməyə ünvanlanmış 3/683 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən ərazi üzrə 38 saylı Mənzil-Kommunal İstismat Sahəsinin verdiyi arayışa əsasən qeyd olunan şəxslər ünvan 1 ünvanda qeydiyyatda olsalar da yaşamırlar. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı yaşayış evini istifadə edir, orada daimi yaşayır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı evdə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçı mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X14, X6, X10, X32, X36, X27, X7, X21, X28, X33, X17, X11 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, 9 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. X14, X6, X10, X32, X36, X27, X7, X21, X28, X33, X17, X11 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, 9 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 9 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9756/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9756/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver