Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9757/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi X20 katibliyi ilə, İddiaçının nümayəndəsi X16, Cavabdeh iştirakları ilə, İddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kreslo-arabanın dəyərinin, 1945,12 (min doqquz yüz qırx beş manat 12 qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq dövlət büdcəsinə qaytarılması üçün Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin bank hesabına köçürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşamış birinci dərəcə əlil X10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza Xidməti tərəfindən pasiyentin kreslo-araba ilə təmin olunması üçün 13 dekabr 2017-ci il tarixdə tibbi göstəriş verilmişdir. X4, Cavabdeh 05 iyun 2018-ci il tarixdə anasına verilmiş tibbi göstəriş əsasında kreslo-arabanı götürmək üçün tələb olunan sənədlərlə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə (keçmiş X6) müraciət etmişdir. Pasiyent üçün nəzərdə tutulmuş araba təqdim edilmiş sənədlər əsasında Cavabdeh həmin tarixdə təqdim olunmuşdur. Sənədləri təqdim edərkən Cavabdeh anasının 24 may 2018-ci il tarixdə vəfat etdiyi barədə X6 məlumat verməmişdir. X1 şəxsiyyət vəsiqəsi kresloarabanın verildiyi vaxt 05 iyun 2018-ci il tarixdə aktiv olduğundan onun vəfat etdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi qaydalarfnın 1.2-ci bəndinə əsasən (“əmək zədəsi” səbəbindən əlil olmuş şəxslər istisna olmaqla), əlilliyi olan hər bir şəxsə əlil kreslovelo arabaları dövlət büdcəsi vəsaiti hesabına verilir. Cavabdeh vəfat etmiş əlilliyi olan şəxsin adına kreslo-araba götürməklə dövlət büdcəsinə ƏDV daxil olmaqla 1945,12 (min doqquz yüz qırx beş manat 12 qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: - bənd 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. - bənd 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. - bənd 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X9 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X11 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -bənd 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X9 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. - bənd 3.15. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.20217-ci il tarixli bildirişindən görünür ki, X8 ürək-qan dövranının üçüncü dərəcə xroniki çatışmazlığı səbəbindən onun əlil arabası alması üçün tibbi göstəriş verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qaimənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X5 anası X13 üçün 1 ədəd kreslo-araba (əlil arabası) götürmüşdür. İddiaçı hazırda əlil C.Abdullayevin xx.xx.2018-ci ildə ölməsinə baxmayaraq cavabdehin müraciətinə əsasən ona xx.xx.2018-ci ildə kreslo-araba verildiyini iddia edərək həmin əmlakın dəyərinin cavabdeh tərəfindən geri ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Adı çəkilən Plenum Qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Qeyd olunan Plenum Qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq məhkəmə iddiaçının inzibati məhkəmə icraatı qaydasında qaldırdığı pul tələbi ilə bağlı hazırki iddiasının mümkünlüyünə iddiaçının məhkəmə müdafiəsi hüququnun mövcud olubolmaması baxımından qiymət verməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır.(maddə 2.0.10) İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (maddə 67.4). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (maddə 67.5). Səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz (maddə 67.6.2). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. (maddə 67.7). Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, tibbi göstəriş olduqda şəxs Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında reabilitasiya vasitələri ilə təmin edilir ki, bu qərar əlverişli inzibati aktdır. Əgər X2 dəfə reabilitasiya vasitəsi ilə təmin edilməsi düzgün olmamışdırsa, onda həmin qərarı qəbul edən inzibati orqan özü öz təşəbbüsü ilə həmin əliverişli inzibati aktı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri çərçivəsində ləğv etmək səlahiyyətindədir. Digər tərəfdən, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 82ci maddəsinə görə də pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. (82.1); İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. (82.2). «İcra haqqında» Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Eyni Qanunun 43-cü maddəsində icra məmurlarının icra sənədlərinin icrası ilə bağlı tətbiq etdikləri məcburi icra tədbirləri sadalanmış, 44-cü maddəsində isə həmin tədbirlərin tətbiqi əsasları öz əksini tapmışdır. Göründüyü kimi, inzibati orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və pul tutulması ilə bağlı qəbul edilən bu qərar məhkəmə mübahisəsi açmadan (məhkəmədənkənar) inzibati orqanın özü tərəfindən icraya yönəldilə bilər. Qanunvericilik isə icra sənədlərinin icrası qaydasını fərqləndirməmiş, bütün icra sənədlərinin “İcra haqqında qanuna uyğun olaraq həyata keçirilməli olmasını təsbit etmişdir. Bu isə o deməkdir ki, icra məmurları inzibati orqanın da qanuna müvafiq qaydada icraya yönəltdiyi icra sənədinin icrasını həmin qanun əsasında həyata keçirir və buna əsaslar olduğu halda məcburi icra tədbirlərini tətbiq edirlər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılmasıüçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə pul tələbinin ödənilməsi ilə bağlı iddia üzrə inzibati məhkəmə icraatında məhkəmə müdafiəsinə zərurət olmadığından iddia mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9757/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9757/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver