Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-976/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya BM 000060 №-li Qeydiyyat Vəsiqədən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, yeddi otaqlı, 93,51 kv.metr olan 342 №-li bağ evi üzərində 29503 №-li müqaviləyə əsasən X4 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 (satıcı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 03/493 nömrəli arayışa əsasən ümumi sahəsi 157,2 kv.metr, yaşayış sahəsi 93,51 kv.metr, yardımçı sahəsi 63,69 kv.metr olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 342 ünvanında yerləşən 7 (yeddi) otaqlı bağ evini İddiaçı satmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya BM 004375 №-li Qeydiyyat Vəsiqədən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 (bir) yaşayış otağı 17,48 yaşayış sahəsi olan 342A saylı bağ üzərində X5 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 (satıcı) ünvan 2 ünvanında yerləşən 1 (bir) otaqlı bağ evini İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın sövlət reyestrindən” Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 342 saylı bağ evi və 0,11 hektar torpaq sahəsi daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********26 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın sövlət reyestrindən” Çıxarışa əsasən, İddiaçı ünvan 2 və 0,1042 ha torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı 1.02.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin müraciətin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmiş və xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 saylı bağ sahəsinin ölçüsünün 1193,5 kv.m, 342A bağ sahəsinin isə 1200 kv.m kimi qəbul edilərək, çıxarışlarda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə iddiaçının mərhum həyat yoldaşı X11 tərəfindən iddiaçının adına Bakı şəhəri, Buzovna qəsəbəsində 3 (üç) torpaq sahəsi alınmışdır: 1) X6 məxsus 342 saylı bağ sahəsi (Qoşmada 2), X7 məxsus 342A bağ sahəsi (Qoşmada 3) və Əzizbəyov rayon İcra Hakimiyyətinin 2770 saylı Sərəncamı ilə vətəndaş X12 ayrımış 600 kv.m torpaq sahəsi (Qoşmada 4), ümumilikdə 3000 kv.m. Hər üç sahə bir yerdə bir hasar daxilində yerləşirlər. 2019-cu ildə iddiaçının mərhum həyat yoldaşı, ona verdiyi etibarnamə əsasında, 342 və 342A torpaq sahələrini özəlləşdirmək məqsədi ilə arxiv arayışının alınması üçün müraciətinə müvafiq olaraq **********92 və **********93 saylı məktublarla (qoşmaları ilə birlikdə) cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xödmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarına əlavə edilmiş qoşmalarda 342 bağın sahəsi 1609 kv.m, 342A bağın sahəsi isə 800 kv.m göstərilmişdir. Qeyd edilən sənədlər əsasında Çıxarışların alınması üçün müraciət edilmiş, nəticədə 342 bağın sahəsi 1100 kv.m, 342A bağ sahəsi 1042 kv.m olmaqla iddiaçının adına Çıxarış verilmişdir. 342A bağ sahəsinin Çıxarışında sənəd üzrə torpaq sahəsi 1100 kv.m göstərilsə də, faktiki olaraq 1042 kv.m və ya 58 kv.m az qeyd edilmişdir. 2022-ci ildə bağ sahəsində yenidənqurma işlərinin aparılması üçün (torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi) iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xödmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və idarənin nümayəndələri ona verilmiş çıxarışlar əsasında olçü işlərini aparmışlar və nəticənin aşağıdakı sxemdə göstərilən kimi olduğunu ona bildirmişlər (Qoşmada 10). Sxemdən göründüyü kimi iddiaçıya məxsus hasarın içində onun mülkiyyətindən kənar iki sahə müəyyən edilmişdir. Birinci sahənin dövlət dəniz mühafizə zolağına aid olunduğu, ikinci sahənin isə sənədsiz olduğu bildirilmişdir. (61.27*3.8=233 kv.m). Birinci sahə üzrə iddiaçının sualının olmadığını, ikinci sahənin niyə burda, ümumi torpaq sahəsinin başlancığında yox müəyyələşdirilməsi sualına cavab verilməmişdir. X8 alınmış torpaq əvvəllər yol olub və buna görədə sənədsiz ərazi varsa da, o ərazidə olmalıdır. Bunu köhnə xəritələrdən və qonşuların çöl hasarı xəttindən müəyyən etmək olar. Göstərilən məsələdən narazı qaldığı üçün iddiaçı yenidən cavabdehə müraciət edərək iki sahə üzrə 2409 kv.m (1609+800) əvəzinə onun mülkiyyətimə 2142 kv.m (1042+1100) verildiyini sorğulamış, cavab olaraq ona bildirmişlər ki, mülkiyyət hüququ Bağlar idarəsi ilə bağlanmış müqavilə əsasında müəyyən edilir. Onda belə bir sual ortaya çıxır ki, niyə iddiaçının sorğusuna əsasən müqavilə əvəzinə arxivdən texpasportun surətlərinin verilməsi sualına cavab verilmədi və iddiaçıya yenidən müraciət edərək müqavilələrin istənilməsi tövsiyyə edildi. İddiaçının rəsmi ərizələri əsasında ona 342 və 342A torpaq sahələrinin icarə müqavilələri təqdim olunmuşdur. 342 saylı bağ sahəsi üzrə bağlanmış müqavilədə ayrılmış torpaq sahəsi 1100 kv.m göstərilmişdir. Müqavilənin şərtində qeyd edilmişdir ki, ayrılacaq sahə 1200 kv.m dən artıq olmamalıdır. Eyni zamanda müqavilənin 1-ci vərəqində “30 iyun 2003-cü il tarixli müqavilə əsasında yazılmış 93.5 kv.m yaşayış sahəsi qanuni hesab edilir” sözləri yazılmış və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi əvvəlki sahibi tərəfindən tikilmiş yaşayış yerinin altında olan torpaq sahəsi əlavə razılaşmaya əsasən ona verilmişdir. Müqavilədə hər hansı bir tikiləcək yaşayış sahəsinin müqavilədə qeydiyyatı barədə müddəa yoxdur və 342A bağ sahəsində olan əmlak barədə də müqavilədə heç bir qeyd olmamışdır. 342A saylı bağ sahəsi üzrə təqdim edilmiş müqavilədə torpağın ölçüsü 1200 kv.m göstərilsə də, cavabdehin əməkdaşları müqavilədə torpaq sahəsinin ölçüsü yazısına düzəlişin edildiyini birdirərək, bu ölçünün 1100 kv.m olduğunu iddia edirlər. Lakin təqdim etdiyi məktubda qeyd ediblər ki, ilk sahibinə verilmiş orderdə də düzəlişlər edilib, sonradan notarial qaydada X5 adına verilib. Məktubda edilmiş düzəlişlərin möhürlə təqdiq edilmədiyi də göstərilir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktibu ilə üzvlük kitabçasının və ya üzvlərin iclasının protokoldan çıxarışın təqdim olunmaması səbəbi ilə imtina olunmuşdur. Cavabdehin imtinası əsassız də qanunsuzdur. Belə ki, cavabdehin imtina məktubunda göstərilən əsasları ümumiyyətlə iddiaçının müraciətinə heç bir aidiyyəti yoxdur. İddiaçı qanunla tələb edilən sənədləri təqdim etsə də, cavabdeh heç bir hüquqi əsası olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. İddiaçının iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmi vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə və ya hər hansı uyğunsuzluq aşkar ediləmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin 342A bağ sahəsinin 1200 kv.m kimi qəbul edilməsi və bununla əlaqədar çıxarışlarda düzəlişlərin edilməsinə aid hissələrdə mümkün sayılmamasını, qalan hissələrdə isə təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda uyğunsuzluğun aradan qaldırılaraq, 93.5 kv.m sahəni çıxarışa əlavə edərək yeni çıxarış və texniki pasportun verilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, 342A bağ sahəsinin isə 1200 kv.m kimi qəbul edilməsi və bununla əlaqədar çıxarışlarda düzəlişlərin edilməsi tələbi ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bundan əlavə, ərazinin ümümi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1100 kv.m, faktiki isə 1698 kv.metrdir. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 342 saylı bağ evi ilkin olaraq keçmiş X2 və İstismarı Birliyi ilə X10 arasında bağlanılmış xx.xx.2000-ci il tarixli 29503 nömrəli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342a nömrəli bağ sahəsi ilkin olaraq keçmiş X2 və İstismarı Birliyi ilə X13 arasında xx.xx.2001-ci il tarixli, 30698 nömrəli müqavilə əsasında X5 adına qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı inzibati orqana müraciət edərkən 342 saylı bağ sahəsi ilə bağlı müraciət etmişdir. Lakin hazırkı tələbindən görünür ki, iddiaçı 342 A saylı bağ sahəsi ilə bağlı da iddia irəli sürür. Cavabdeh iddiaçının həmin bağ sahəsi ilə bağlı müraciəti olmaması əsası ilə iddianın mümkün sayılmamasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər iki bağ sahəsi eyni hasar daxilində olduğundan və cavabdeh 342A saylı bağ sahəsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə etiraz etdiyindən, hər iki bağ sahəsinə iddiaçının hüquqlarının faktiki və hüquqi əsasları eyni hala söykəndiyindən və prosessual qənaət prinsipinin tələbləri nəzərə alınaraq iddia tələbinə 342A saylı bağ sahəsinə dair hissədə də baxılması mümkün hesab edilməlidir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 ümumi sahəsi 157,2 kv.metr, yaşayış sahəsi 93,51 kv.metr, yardımçı sahəsi 63,69 kv.metr olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 342 ünvanında yerləşən 7 (yeddi) otaqlı bağ evini iddiaçıya satmışdır. Həmçinin xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X5 (satıcı) ünvan 2 ünvanında yerləşən 1 (bir) otaqlı bağ evini iddiaçıya satmışdır. Həmin bağ evləri və evlərin yerləşdiyi torpaq sahələrinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və çıxarış verilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 342 saylı bağ evi və 0,11 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********46 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən, ünvan 2 və 0,1042 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdən göründüyü kimi, iddiaçının adına həmin ünvanda yerləşən 2 bağ sahəsi və 600 kv.m torpaq sahəsi alınmışdır. 1) X6 məxsus 342 saylı bağ sahəsi 2) X7 məxsus 342A bağ sahəsi 3) Əzizbəyov rayon İcra Hakimiyyətinin 2770 saylı Sərəncamı ilə vətəndaş X12 ayrımış 600 kv.m torpaq sahəsi, ümumilikdə 3000 kv.m. Hər üç sahə bir yerdə bir hasar daxilində yerləşir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı mülkiyyətində olan 342 və 342 A saylı bağ sahələrinin ölçüləri ilə bağlı müvafiq dəyişiklik edilməsi və dəyişikliyə uyğun yeni çıxarış və plan və ölçü sənədinin verilməsinə yönəlmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək bildirir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabehin imtinası əsasızdır, iddia tələbi isə qismən əsaslı olmaqla qismən təmin olunmalıdır. Belə ki, cavabdeh iddiaçıdan əlavə torpaq sahəsi ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyən edici sənədlər tələb edir. Lakin qeyd olunmalıdır ki, hər iki bağ sahəsini iddiaçı alqı-satqı edərkən satıcıların yalnız bağ evlərinə dair hüquqmüəyyənedici sənədləri (Qeydiyyat Vəsiqələri) olmuşdur. Məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, hər iki bağ sahəsinin əvvəlki sahibləri Arif Məmmədov və Mətanət Məmmədovaya bağ sahələri Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən bağın icarəyə verilməsinə dair müqavilələr əsasında ayrılmışdır. İddiaçı yeni çıxarış alarkən bağ sahələrinin ilkin sahiblərinə məxsi olan həmin müqavilərələrə istinad etmiş və 342 saylı bağ sahəsi və 0,11 ha torpaq sahəsi, 342A saylı bağ sahəsi və 0,1042 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı hesab edir ki, həmin çıxarışlar verilərkən yanlışlığam yol verilmiş və torpaq sahəsinin ölçüləri düzgün göstərilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan hüquqmüəyyənedici sənədlər tələb etməsi əsassızdır. Çünki iddiaçı yeni torpaq sahəsinə iddia etmir. İddiaçının tələbinin əsasını faktiki istifadəsində olan, alqı-satqı müqavilələrinə əsasən əldə etdiyi və ilkin sahiblərinə ilkin hüquqmüəyyənedici sənədlər (icarəı müqavilələri) əsasında məxsus olan torpaq sahələrinə verilmiş mülkiyyət hüququna dair çıxarışlarda torpağın ölçülərində dəyişiklik edilməsidir. Məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, 342 saylı bağ sahəsinin ölçüsü 0,11 ha göstərilmiş, sonradan artıq istifadə edilən 93,5 kv.metr sahə həmin müqaviləyə əlavə edilmiş və müvafiq qeydlə təsdiqlənmişdir. Qeyd edilən müqavilə və ona əlavə edilən qeyd cavabdeh tərəfindən təqdim edilən sənədlərin arxiv nüsxəsində əksini tapmışdır. İddiaçı da məhz həmin qeydə istinad edərək 93.5 kv.m sahənin çıxarışa əlavə eidlməsini xahiş edir. Lakin cavabdeh həmin müqaviləyə edilmiş əlavəyə, hansıki həmin əlavələr imza edilməklə təsdiqlənmiş və cavabdehin arxiv sənədlərində olan sənədlərdə əksini tapmışdır, əhəmiyyət verməyərək iddiaçıdan hüquqmüəyyənedici sənəd tələb edir. Ona görə də, iddia tələbin 342 saylı bağ sahəsinin ölçüsünün 0,11 ha-dan 1193.5 kv.m artırılması hissədə əsaslıdır Həmçinin məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, 342A saylı bağ sahəsinə dair müqavilədə bağın sahəsi 0,12 ha-dır. Lakin cavabdeh tərəfindən həmin bağa çıxarış verilərkən torpağın ölçüsü 0,1042 ha (müqavilədə göstərilən ölüdən 158 kv.m az) göstərilmişdir. Ona görə də, ididia tələbi 342A bağ sahəsinin 1200 kv.m kimi göstərilməsi hissədə də əsaslıdır. Məhkəməyə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, təqdim edilən arxiv sənədlərində bağın icarəyə verilməsinə dair müqavilələrlə bağların texniki göstəricilərini əks etdirən sənədlər də əlavə edilmişdir. Həmin sənədlərə əsasən də torpaq sahələrinin həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sahələrinin cavabdeh tərəfindən verilən çıxarışlarda qeyd edilmiş ölçülərdən çox olması müəyyən edilir. Bu hal, yəni torpaq sahələrinin ölçülərinin çıxarışda göstəriləndən çox olması həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilir. Həmin rəyə əsasən göstərilən 342 və 342A saylı torpaq sahələri (bağ sahəsi) bir hasar daxilindədir, ərazinin ümumi torpaq sahəsi faktiki olaraq 2740,0 kv.m təşkil edir. Göründüyü kimi, hər iki bağ sahəsi həm faktiki olaraq, həm də ilkin hüquqmüəyyənedici sənədlər üzrə hazırda cavabdeh tərəfindən verilmiş çıxarışlarda olan ölüçlərdən çoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Lakin məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində bildirilmişdir ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahələrinin 396,0 kv.m hissəsi Xəzər dənizinin mühafizə zolağına düşür. Mütəxəssis rəyində, iddiaçının mülkiyyətində olan hər üç torpaq sahəsi ilə bağlçı sorğu edilmiş, lakin rəydə hansı torpaq sahəsinin mühafizə zolağına düşməsi göstərilmişdir. Məhkəmə iclasında tərəflərin izahatına əsasən Xəzər dənizinin mühafizə zolağına hazırda iddia tələbinin predmeti olan torpaq sahələri deyil, İcra Hakimiyyətinin qərarı əsasında ayrılmış 600 kv.metr torpaq sahəsinin düşdüyü bildirilmişdir. Lakin məhkəmə hesab edir ki, torpaq sahələri ümumi hasar daxilində yerləşdiyindən, eyni zamanda İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyindən, iddianın təmin edilən hissəsi ilə bağlı qərarın icrası zamanı Xəzər dənizinin mühafizə zolağına düşən hissəsi olarsa həmin hissədə idda təmin edilə bilməz. Ona görə də, iddia tələbi Xəzər dənizinin mühafizə zolağına düşən hissədə təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Xəzər dənizinin mühafizə zolağına düşən hissə istisna olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 saylı bağ sahəsinin ölçüsünün 1193,5 kv., 342A bağ sahəsinin isə 1200 kv.m kimi qəbul edilərək, İddiaçı verilmiş çıxarışlarda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Xəzər dənizinin mühafizə zolağına düşən hissəsi istisna olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 342 saylı bağ sahəsinin ölçüsünün 1193,5 kv.m, 342A bağ sahəsinin isə 1200 kv.m kimi qəbul edilərək, İddiaçı verilmiş çıxarışlarda düzəlişlərin edilməsi və buna dair plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-976/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-976/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver