Məhkəmə qərarları › İş №2-1(112)-9760/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9760/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9760/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqların doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 valideyninin soyadına uyğun olaraq “Əli Zadə” kimi yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. Belə ki, 1973-cü ildə Azərbaycan Respublikasında doğulmuş, SSRİ-nin pasportu ilə 1990-cı ildə Ukrayna Respublikasına getmiş və 1997-ci ildə Ukrayna vətəndaşlığını qəbul etmişdir. Onun heç vaxt Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi olmamışdır. O, doğularkən soyadı “Əlizadə” olsa da, Ukraynada vətəndaşlıq alarkən onun soyadı “Əli Zadə” kimi yazılmışdır. 2007-ci ildə Ukrayna vətəndaşı kimi “İddiaçı” olaraq Azərbaycana gəlmiş və Azərbaycanda Ukrayna vətəndaşı kimi yaşamışdır. 2009-cu ildə Əli adlı, 2011-ci ildə Aslan adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alarkən, o uşaqların atası olaraq şəxsiyyətini təsdiq edən sənəd kimi Ukrayna Respublikasının pasportunu təqdim etmişdir ki, hansı ki, orada onun soyadı “Əli Zadə” kimi qeyd olunmuşdur. Buna baxmayaraq, uşaqlarının doğum haqqında şəhadətnaməsində onların soyadları səhvən “Əlizadə” kimi yazılmışdır. Qeyd olunan səhvin aradan qaldırılması üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Yuxarıdakıları nəzərə alaraq, qeyd edilir ki, İddiaçı uşaqlarının soyadlarının dəyişdirilməsinə dair kifayət qədər əsas olmadığına görə iddiasını təmin etmək mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh 18 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən olundu ki, iddiaçının Cavabdeh tərəfindən tərtib edilmiş 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, Səbail RQŞ tərəfindən tərtib edilmiş X3 333 saylı, xx.xx.2013-cü il tarixli, X4 332 saylı, xx.xx.2013-cü il tarixli doğum və Bakı nikah evi tərəfindən tərtib edilmiş 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə”, Xətai RQŞ tərəfindən tərtib edilmiş 408 saylı, xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında akt qeydində soyadı “Əli zadə” yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində soyadı “Əli zadə” yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. X8 və X2 “Əlizadə”-dən “Əli Zadə”-yə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümkün deyil; İİ-ЖГ seriyalı 376373 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur; AZ-İİİ seriyalı 908398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Əlizadə Azər, anası Əlizadə Zarina) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur; AZ-İİİ seriyalı 908399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Əlizadə Azər, anası Əlizadə Zarina) xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Zarina Əlizadənin notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2009-cu il təvəllüdlü oğlu X4 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X3 “Əlizadə” soyadlarının “Əlizadə” soyadına dəyişdirilməsinə etiraz etmir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixli məktubla X4 və X3 doğum haqqında akt qeydlərindən çıxarışın təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir; Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X3 doğum haqqında akt qeydinin aparılmasına əsas olan doğum haqqında tibbi şəhadətnamənin saxlanılma müddəti bir il olduğuna görə həmin arayışlar məhv olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, iddiaçının 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, həmçinin 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə” yazılmışdır. Həmin sənədlər əsasında X3 333 saylı, xx.xx.2013-cü il tarixli, X4 332 saylı, xx.xx.2013-cü il tarixli doğum akt qeydində onların soyadı da “Əlizadə” yazılmışdır. İddiaçıya məxsus Ukrayna Respublikasının vətəndaşının pasportunda isə soyadı “Əli Zadə” qeyd edilmişdir. Hazırda iddiaçı doğum haqqında akt qeydlərində uşaqların soyadlarının səhv qeyd olunduğunu irəli sürərək “Əli Zadə” kimi yazılmaqla dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamə verilməsini istəyir. İddiaçı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. Məhkəmə qeyd edir ki, iddiaçının uşaqlarının doğum haqqında akt qeydi aparılarkən, onların soyadı iddiaçının özünün soyadının doğum haqqında akt qeydində, həmçinin nikah haqqında akt qeydində olduğu kimi və həmin sənədlər əsasında “Əlizadə” yazılmışdır. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının soyadının özünün doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) Ukrayna Respublikasının vətəndaşının pasportu uşaqlarının doğum haqqında akt qeydinin (soyad hissəsində) dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sənəd uşaqların doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqların doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbinə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar