Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9760/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və diğərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” iddia tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı1 və diğərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 və diğərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Oqtay oğlunun hazırda yaşadıqları ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 488 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.mert torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində ev inşa edərək 2001-ci il tarixdən ailə üzvüləri ilə birlikdə həmin evdə yaşayır. Onların başqa yaşayış yeri yoxdur. Evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. Uzun müddətdir ki, iddiaçı ailəsi ilə birlikdə həmin ünvanda yaşasaqda qeydiyyata düşə bilmir. Bu barədə iddiaçı Qaradağ rayon Polis İdarəsinə rəsmi olaraq müraciət etsə də müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmii qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasıda iştirak etməmiş və iştirak etmədiyi barədə üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdeh inzibati orqan məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan keçirilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sizin və ailə üzvlərinizin qeyd olunan ünvanda qeydiyyatsız yaşamağınız müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, Sizin ailə üzvlərinizlə birlikdə qeydiyyatsız yaşadığınız Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, küçə 2, ev 18 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. - Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 104 nömrəli xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, X2 həqiqətən 2001-ci ildən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, küçə 2, ev 18 ünvanında beş nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 488 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Lökbatan qəsəbəsi, Massiv 2, keçid 5, ev 16 ünvanına yaşayan X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 488 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı Filalında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Oqtay oğlu barələrində heç bir məlumat yoxdur. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 488 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi Allahverdi Nəzərova və Elman Cavadova ayrılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır və təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən və iddia ərizəsindən görünür ki, iddiaçıya Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 488 saylı sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.mert torpaq sahəsi ayrılmışdır. iddiaçı həmin torpaq sahəsində ev inşa edərək 2001-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır. Uzun müddət həmin evdə yaşamasına baxmayaraq, iddiaçı həmin ünvan üzrə qeydiyyata qeydiyyata düşə bilmir. Bununla bağlı olaraq iddiaçı cavabdeh inzibati otqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sizin və ailə üzvlərinizin qeyd olunan ünvanda qeydiyyatsız yaşamağınız müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, Sizin ailə üzvlərinizlə birlikdə qeydiyyatsız yaşadığınız Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, küçə 2, ev 18 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçılar Bakı İnzibati Məhkəməsinə həmin iddia tələbi ilə müraciət etmişdirlər. Hazırkı iddianın predmetini iddiaçıların ünvan 8 ünvanına qeydiyyata alınması barədədir. İş materiallarında olan, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 104 nömrəli xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, X2 həqiqətən 2001-ci ildən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, küçə 2, ev 18 ünvanında beş nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 488 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Lökbatan qəsəbəsi, Massiv 2, keçid 5, ev 16 ünvanına yaşayan X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə tərəfindən Dövlət Arxivinin Bakı Filalına xx.xx.2023-cü il tarixli sorğu məktubu ünvanlanaraq, Bakı Şəhər Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 488 nömrəli sərəncamının və həmin sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəməyə ünvünlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 488 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı Filalında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Oqtay oğlu barələrində heç bir məlumat yoxdur. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 488 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi Allahverdi Nəzərova və Elman Cavadova ayrılmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Belə ki, iddiaçılar cavabdeh inzibati orqan tərəfindən faktiki yaşayış yeri üzrə qeydiyyata alınmalarını tələb edirlərsə, bu halda onların bu iddiası qanunvericiliyin tələblərinə eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 5-ci maddəsinin tələblərinə cavab verməsi mütləqdir. İddiaçılar Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir. - Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal da iş üzrə mövcud deyildir. İş materiallarına əlavə edilmiş iddiaçılara məxsus “Azərbaycan Respublikası Vətəndaşlarının Şəxsiyyət Vəsiqələri”dən görünür ki, iddiaçılar yaşayış yeri üzrə müxtəlif ünvanlarda (ünvan 11tan qəsəbəsi, S.Orucov küçəsi ev 1 ) qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli yaşayış sahəsinə qeydiyyata alınması üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun olmaması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır . Qeyd edilən qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək iddiaçıların qeydiyyata alınmasını tələb etdiyi ünvana dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqanın iddiaçıların Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, küçə 2, ev 18 ünvanına qeydiyyata alınmasından imtina olunması qanuni sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İ-ci hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Oqtay oğlunun hazırda yaşadıqları ünvan 1 ünvanına pasport qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev