Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9762/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X27 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlə Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, **********5110 saylı qərarın tam, xx.xx.2024-cü il tarixli, **********5096 saylı qərarının X5 münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təqdim edilən sənədlərə hüquqi qiymət verilərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının bərpasına dair qətnamə qəbul edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, İddiaçı (VÖEN **********), ünvan 1 ünvanında yerləşən vaxtı ilə kiçik sahibkar kimi fəaliyyət göstərdiyi “Bufet №7” adlı biznes obyektini xx.xx.2023-cü il tarixdə şifahi razılaşma yolu ilə X8 təhvil vermişdir. Həmin tarixdən xx.xx.2024-cü il tarixədək Yeni il bayramı tətil günlərinə təsadüf etdiyi üçün fəaliyyətini dayandırmaq prosesinə xx.xx.2024-cü il tarixdə saat 09:30-dan başlamışdır. Həmçinin onun adında vergi yoxlaması olduğu üçün ləğv prosesini həyata keçirə bilmədiyindən AZ Smart servisə müraciət etsə də, nəzarət-kassa aparatını qeydiyyatdan çıxara bilməmişdir. X12 xx.xx.2023-cü il tarixdən, ondan bu obyekti təhvil aldığı zamandan işlətməyə başladığını və xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X2 aşbaz vəzifəsində çalışdığına dair izahat vermişdir. Lakin onun vergi orqanına verilən izahatları və araşdırmaya təqdim etdiyi dəlil sübutları əsassız hesab etmişdir. Eyni zamanda o, X3 2-ci işçi olaraq iddiaçının obyektində əmək müqaviləsi olmadan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydalarına riayət etmədiyinə görə 2000 (iki min) manat iddiaçıya qarşı maliyyə sanksiyası tətbiq olunmasına etiraz edir. Belə ki, həmin şəxs iddiaçının işçisi olmamışdır və obyekti ondan təhvil alıb işlədən şəxsdir. X1 birinci izahatında da, müfəttişlərə verdiyi yazılarda da öz əksini tapmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********150700 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyekti xx.xx.2023-cü il tarixdə Orxan Əskərov adlı şəxsə təhvil verdiyini, nəzarət-kassa aparatını qeydiyyatdan çıxarmaq üçün xx.xx.2024-cü il tarixdə saat 09:30-10:00 radələrində AZ SMART Servisə yaxınlaşdığını, onun adına qərar olduğu üçün nəzarət-kassa aparatını qeydiyyatdan çıxarmağın mumkun olmadığını, X3 onun işçisi olmadığını, obyekti təhvil alan şəxs olduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı İddiaçı xx.xx.2008-ci il tarixdə əsas fəaliyyət növünün “Yeməkxanaların fəaliyyəti” olmaqla vergi ödəyicisi kimi vergi uçotuna alındığı və ünvan 2 ünvanda yerləşən 26,1 kv.m sahəsi olan obyektin **********-17001 kod ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında qeydiyyata alındığı və xx.xx.2024-cü il tarixdə sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında vergi orqanına arayış təqdim edildiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7083 nömrəli qərarı əsasında xx.xx.2024-cü il tarixdə saat 15:45-də İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən “Bufet N7” adlı obyektdə alınmış yeməyə görə ödənilmiş 3,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi və nəzarət-kassa aparatı çekinin təqdim edilmədiyi, nəzarət-kassa aparatının obyektdə olmadığı, bununla da Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarının 8.3.16-cı bəndinin tələblərinin pozulması faktı aşkar edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 033341 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın tərtib edildiyi, İddiaçı obyekti təhvil verdiyini bildirərək aktı imza etməkdən imtina etdiyi, lakin aktın bir nüsxəsini imza etməklə qəbul etdiyi, həmçinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla imza etməklə tanış olduğu müəyyən edilişdir. Bundan əlavə qeyd edilən qərar əsasında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 000941 nömrəli aktın tərtib edildiyi, İddiaçı aktın doğruluğunu təsdiq etmək üçün imza etməkdən imtina etdiyi, lakin aktın bir nüsxəsini imza etməklə qəbul etdiyi, eyni zamanda İddiaçı izahat verərək obyektdə xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərdiyini, xx.xx.2024-cü il tarixdən etibarən biznes kimi obyekti X6 təhvil verdiyini, nəzarət-kassa aparatını qeydiyyatdan çıxarmaq üçün AZ Smart servisə müraciət etdiyini, lakin adında vergi yoxlaması olduğu üçün ləğv prosesini həyata keçirə bilmədiyini bildirmişdir. Bundan əlavə X13 izahat verərək xx.xx.2024-cü il tarixdən bu obyekti İddiaçı təhvil alaraq işlətməyə başladığını, hazırda obyektdə olan bir nəfər fiziki şəxs X2 aşbaz olaraq işlədiyini, özünün isə obyektdə həm rəhbər, həm də işçi kimi işlədiyini, qısa müddət ərzində obyekti vergi orqanında uçota qoymaqla nəzarət-kassa aparatını quraşdıracağını, əmək müqaviləsinin bağlanmasını təmin edəcəyini bildirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X7 xx.xx.2024-cü il tarixdə izahat verərək İddiaçı tərəfindən 2023-cü ilin noyabr ayından aşbaz vəzifəsinə işə qəbul edildiyini, əmək haqqının gündəlik olaraq 25,0 manat İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, izahatda ona verilmiş suala cavab olaraq: - “Obyektdə ondan başqa Orxan Əsgərovu tanıdığını (müdir)” qeyd etdiyi müəyyən edilmişdir. Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, tərtib edilmiş akt əsasında Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5110 nömrəli qərarı ilə 1000,0 manat, xx.xx.2024-cü il tarixli **********5096 nömrəli qərarı ilə 4000,0 manat olmaqla, ümumilikdə 5000,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2024-cü il tarixli **********352700 və **********343700 nömrəli məktublarla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktublar poçtdan geri qayıtmamış, xx.xx.2024-cü il tarixli **********352700 nömrəli məktub elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 19:10-da oxunmuşdur. Vergi ödəyicisi tərəfidən vergi orqanının qərarlarından xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********239400 nömrəli və xx.xx.2024-cü il tarixli **********239401 nömrəli) inzibati qaydada şikayət verilmiş və vergi orqanının 22 aprel 2024-cü il tarixli **********036500 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Vergi ödəyicisinin inzibati şikayətinin araşdırılması zamanı müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə İddiaçı xx.xx.2024-cü il tarixli **********005800 nömrəli məktubla Dövlət Vergi Xidmətinə dəvət edilmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında müraciətində göstərilənlərlə əlaqədar məhkəməyə müraciət edilmədiyini, təxminən 2023-cü ilin noyabr ayından etibarən obyekti tərk etmək fikri yarandığını, belə ki, obyektdə olan dövriyyə icarə haqqını və digər xərcləri ödəmək üçün kifayət etmədiyini, bu səbəbdən obyekti sahibinə təhvil vermək fikirinin olduğunu tanışlarına söylədiyini, 2023-cü ilin dekabr ayının ortalarında Orxan adlı şəxslə danışığı zamanı obyekti icarəyə götürmək istədiyini ona dediyini, onun xahişi əsasında obyektin sahibinə Orxan adlı şəxsin o çıxdıqdan sonra obyekti icarəyə götürmək istədiyini söylədiyini, bu zaman obyektin sahibi olan Elay xanımın buna etiraz etmədiyini və obyekti Orxana təhvil verməyini bildirdiyini, xx.xx.2023cü il tarixdə obyekti tərk etdiyini və xx.xx.2024-cü il tarixdə obyekti O.Əskərova təhvil verdiyini, lakin obyekti O.Əsgərova təhvil verməyini təsdiq edən heç bir hüquqi sənəd, icarə müqaviləsi və ya digər sənədinin olmadığını, bunu yalnız O.Əsgərovun operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatla təsdiq edə biləcəyini, obyekti yeni icarəyə götürmüş X21 adlı şəxsi tanımadığını bildirmişdir. Bundan əlavə izahatında hələki həmin obyektin sahibi ilə onun arasında bağlanmış icarə müqaviləsini ləğv etmədiklərini, çünki, hazırkı şikayətinin nəticəsinə uyğun olaraq onun barəsində tətbiq edilən maliyyə sanksiyası ləğv edilmədiyi halda ona tətbiq edilən maliyyə sanksiyasının məsuliyyətini O.Əskərovdan tələb edəcəyini bildirmişdir. İzahatında həmçinin operativ vergi nəzarətinin həyata keçirildiyi xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində nəzarət-kassa aparatını qeydiyyatdan çıxarmaq üçün "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin ünvan 3 ünvanında yerləşən ofisinə getdiyini, orada onun adına qərar olduğu üçün nəzarət-kassa aparatını qeydiyyatdan çıxarmağın mümkün olmadığını ona bildirdiklərini, həmin yeri tərk etdikdən sonra O.Əskərovun ona zəng edərək obyektə vergi işçilərinin gəldiyini və onu obyektə dəvət etdiklərini söylədiyini, obyektə gedərək vergi işçilərinə ümumi vəziyyəti izah etdiyini və nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması üçün "xxxx" MMC-nin ofisində olduğunu onlara bildirdiyini, bunu təsdiq edən sübut təqdim etməsini ona bildirdiklərini, buna görə də bu faktı sübut etmək üçün həmin gün təxminən saat 15-16 radələrində yenidən "xxxx" MMC-nin ofisinə qayıtdığını və ofisdə telefon aparatı vasitəsi ilə həmin gün səhər çağlarında orada olmasını təsdiq edən video çəkilişləri həyata keçirdiyini, həmin video görüntüləri CD disklə araşdırmaya təqdim etdiyini, bundan əlavə qeyd edilən faktı təsdiq etmək üçün xx.xx.2024-cü il tarixdə onlayn kargüzarlıq vasitəsi ilə "xxxx" MMC-yə müraciət etdiyini və müraciətə xx.xx.2024-cü il tarixdə cavab verildiyini bildirmiş, müraciəti və cavab məktubunu izahatına əlavə edərək onun barəsində tətbiq edilmiş 5000,0 manat maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Bundan əlavə izahatında ona verilmiş suala cavab olaraq xx.xx.2024-cü il tarixdə Kapitalbank ASC vasitəsi ilə "xxxx" MMC-dən onun bank hesabına ödənilən 176,75 manat vəsaitin 2023-cü ilin dekabr ayında "xxxx" MMC vasitəsi ilə ünvanlara çatdırılmış olan yeməklərin pulu kimi xx.xx.2024-cü il tarixdə onun Kapitalbank ASC-də olan bank hesabına ödənildiyini, lakin xx.xx.2024-cü il tarixli EBDY seriyalı 508213 nömrəli elektron qaimə-fakturanın tərtib edilməsi barədə hazırda məlumat verə bilmədiyi, lakin xx.xx.2024cü il tarixdə bu barədə araşdırmaya ətraflı məlumat verəcəyini bildirmiş, həmçinin həmin elektron qaimə-fakturanın surətini də araşdırmaya təqdim edəcəyini bildirmişdir. Lakin qeyd edilən elektron qaimə-fakturanın surəti araşdırmaya təqdim edilməmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə obyektin sahibi X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 və fiziki şəxs X13 xx.xx.2024-cü il tarixli **********182500 nömrəli və xx.xx.2024-cü il tarixli **********653600 nömrəli məktublarla Dövlət Vergi Xidmətinə dəvət edilmişlər. Obyektin sahibi X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında ünvan 4 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə X14 məxsus olan “Bufet N7” adlı obyekti xx.xx.2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən bacısı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu X4 adından çıxış edərək İddiaçı aylıq icarə haqqı 300,0 manat təşkil etməklə icarəyə verdiyini, İddiaçı son zamanlar, yəni 2024-cü ilin yanvar, fevral və mart aylarında icarə haqqını vaxtında ödəmədiyi üçün onunla aralarında olan razılaşmanın pozulduğunu və xx.xx.2023-cü il tarixli icarə müqaviləsini xx.xx.2024-cü il tarixdə notarial qaydada ləğv etdiklərini, 2023-cü ilin yanvar ayından 2024-cü ilin mart ayınadək aylıq icarə haqqını həmişə İddiaçı aldığını, icarə müqaviləsinin ləğv edilməsi barədə notarial qeydin surətini izahatına əlavə etdiyini, bundan sonra İddiaçı obyekti tərk etdiyini və həmin obyekti xx.xx.2024-cü il tarixdə X17 aylıq icarə haqqı 300,0 manat olmaqla icarəyə verdiklərini bildirmişdir. İzahatında həmçinin X13 adlı şəxsi tanımadığını, obyekti bu şəxsə icarəyə vermədiklərini, həmin şəxsin obyekti icarəyə götürmək üçün heç vaxt onlara müraciət etmədiyini, qeyd edilən obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə zəruri olan avadanlıqların bəziləri, yəni qeydiyyat masası və çilçırağın obyektin sahibinə məxsus olduğunu, digər avadanlıqların icarəyə götürən şəxslər tərəfindən obyektdə quraşdırıldığını bildirmişdir. Fiziki şəxs X10 araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında İddiaçı qardaşı Fərid Xalıqovun sinif yoldaşı olduğunu, mühasibat işləri ilə bağlı anlayışı olduğu üçün İddiaçı onun vergi hesabatlarının təqdim edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsində tanış kimi köməklik edəcəyinə dair razılaşdıqlarını, bu səbəbdən də operativ vergi nəzarətinin həyata keçirildiyi xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarətinin sənədləşdirilməsində Fərhadın yaxını kimi iştirak etmək üçün obyektə gəldiyini, Fərhada kömək etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək xx.xx.2024-cü il tarixdən etibarən obyekti onun işlətdiyini bildirdiyini, əsl həqiqətdə həmin obyekti işlətmədiyini, obyekti onun sahibindən və ya İddiaçı icarəyə götürmədiyini, aralarında belə bir razılıq olmadığını, sadəcə olaraq Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın İddiaçı adına açıldığını bildiyi üçün Fərhada kömək etmək məqsədi ilə, yəni onun barəsində akt yazılmaması və maliyyə sanksiyasının tətbiq edilməməsi üçün xx.xx.2024-cü il tarixdə həmin obyektdə Fərhadın deyil, onun işlədiyi barədə izahat yazdığını, obyektdə olan fiziki şəxs Sahibə Çəbiyevanın İddiaçı tərəfindən işə götürüldüyünü və İddiaçı işçisi olduğunu bildirmişdir. Baş İdarənin əməkdaşları araşdırmaya təqdim etdikləri xx.xx.2024-cü il tarixli izahatlarında vergi ödəyicisi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 5 ünvanda yerləşən “Bufet №7” adlı kafedə xx.xx.2024-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı saat 15:45-də ictimai iaşə xidmətinə görə (nahar yeməyi) ödənilmiş 3,0 (üç) manat nağd pulun nəzarət - kassa aparatına mədaxil edilmədiyi və alıcıya çek təqdim edilmədiyini, bundan sonra xidməti vəsiqə, yoxlamanın həyata keçirilməsinə əsas olan qərar və çıxarışı obyektdə olan işçi Sahibə Cəbiyevaya təqdim etdiklərini, bu zaman ikinci mərtəbədə əyləşmiş bir nəfərin onlara yaxınlaşaraq Orxan Əsgərovun xalası oğlu olduğunu bildirdiyini, Orxan Əsgərovun obyekti yeni götürdüyünü söylədiyini, ondan Orxan Əsgərovu və İddiaçı obyektə çağırmasını xahiş etdiklərini, həmin şəxsin Orxan adlı şəxsə zəng edərək obyektə gəlməsini bildirdiyini, bir neçə dəqiqə sonra onlar Orxanın telefon nömrəsini işçi Sahibə Cəbiyevadan alaraq onunla telefonla əlaqə saxladıqlarını, Orxan telefon danışığı zamanı obyekti İddiaçı təhvil götürdüyünü onlara söylədiyini və qısa müddətdə obyektə gələcəyini söylədiyini, bundan sonra İddiaçıla telefon əlaqəsi saxlayaraq obyektdə operativ vergi nəzarəti tədbirinin keçirildiyini və bu səbəbdən obyektə gəlməsini ona bildirdiklərini, o telefon danışığı zamanı obyekti 2024-cü ilin yanvar ayının əvvəlindən O.Əsgərova təhvil verdiyini və qısa müddətə obyektə gələcəyini söylədiyini, bu danışıqdan təxminən 10-15 dəqiqə sonra İddiaçı, ondan təxminən 5 dəqiqə sonra isə O.Əsgərovun obyektə gəldiklərini, onlar obyektə gəldikdən sonra İddiaçı obyekti 2024-cü ilin yanvar ayının əvvəlindən Orxan Əsgərova təhvil verdiyini bildirdiyini, bundan əlavə o nəzarət-kassa aparatının onun adından qeydiyyatdan çıxarılması məqsədi ilə təxminən 1 saat bundan əvvəl servis texniki xidmət mərkəzində olduğunu, orada onun adına yoxlama qərarı olduğu üçün nəzarət-kassa aparatının onun adından qeydiyyatdan çıxarılmasının mümkün olmadığını ona bildirdiklərini söylədiyini, bu zaman ondan bildirdiklərini təsdiq edən sübutunun olub-olmadığını soruşduqlarını, o isə bunu təsdiq edən sübutun olmadığını, lakin bu barədə video çəkiliş edərək təqdim edə biləcəyini söylədiyini, bu zaman onlardan Orxan Əsgərovun obyektin mülkiyyətçisi ilə bağlanmış olan icarə müqaviləsinin təqdim edilməsini xahiş etdiklərini, lakin O.Əsgərov obyektin sahibi ilə onun arasında rəsmi icarə müqaviləsinin və ya digər rəsmi sənədlərin mövcud olmadığını bildirdiyini, bundan sonra araşdırma zamanı O.Əsgərovun onlara vergi orqanında qeydiyyata alındığını bildirsə də, araşdırma zamanı onun vergi uçotunun ləğv edildiyini, eyni zamanda bu obyektin onun adına qeydiyyata alınması ilə bağlı vergi orqanına müraciət edilmədiyini müəyyən etdiklərini bildirmişlər. İzahatlarında həmçinin rəsmi olaraq İddiaçı nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılmadığı, həmçinin sahibkarlıq fəaliyyətini dayandırmadığını nəzərə alaraq, bu səbəbdən O.Əsgərovdan, İddiaçı və S.Cəbiyevadan izahatlar alaraq operativ vergi nəzarəti tədbirinin nəticələri barədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 033341 və 000941 nömrəli aktları “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara müvafiq olaraq İddiaçı adına rəsmiləşdirdiklərini, həmçinin operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Aparılmış araşdırma zamanı İddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi xx.xx.2024-cü il tarixdən təxminən 2 (iki) ay sonra "xxxx" MMC-yə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılıması üçün yaxınlaşması barədə ona arayış verilməsini xahiş etmiş və Cəmiyyət tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda İddiaçı xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılıması üçün Cəmiyyətin İzmir küçəsi 23 ünvanda yerləşən ofisinə yaxınlaşdığını, lakin həmin tarixdə hesabında sərəncam olduğu üçün NKA və NMQ-nın qeydiyyatdan çıxarılmadan geri qaytarıldığını, yenidən xx.xx.2024-cü il tarixdə yaxınlaşarkən NMQ-nın ondan təhvil alındığını və xx.xx.2024-cü il tarixdə ofisə bir daha gəldiyikdən sonra xx.xx.2024-cü il tarixdə NKA və NMQ-nın qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Bundan əlavə araşdırmaya təqdim edilmiş SD diksdə (yaddaş diski) olan video görüntülərdə İddiaçı əlində olan mobil telefon vasitəsi ilə qarşı tərəflərin məlumatı olmadan gizli çəkiliş apardığı və həmin video çəkilişdə nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması məqsədi ilə bundan əvvəl "xxxx"MMC-nin ofisinə müraciət etməsini dəqiqləşdirməsinə dair görüntülər və səs yazılarının olduğu müşahidə edilmişdir. Yuxarıda qeyd olunan izahatlar da sübut edir ki, vergi orqanının qərarları tamamilə qanunvericiliyə uyğun olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələrinə əsasən pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə əhali ilə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı tətbiq edilmədən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydalan”nm 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Eləcə də, İddiaçı qeyd edilən obyektə xx.xx.2024-cü il tarixdə onun sahibkarlıq fəaliyyəti göstərmədiyini, obyekti obyekt sahibinin razılığı ilə xx.xx.2024-cü il tarixdə O.Əsgərova təhvil verdiyini bildirsə də, obyekt sahibinin bacısı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi E.Adıgözəlova izahat verərək İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirdiklərini təkzib etmiş, İddiaçı 2024-cü ilin yanvar, fevral və mart aylarında icarə haqqını vaxtında ödəmədiyi üçün onunla aralarında olan razılaşmanın pozulduğunu və aralarında bağlanmış icarə müqaviləsini 25 mart 2024-cü il tarixdə notarial qaydada ləğv etdiklərini, 2023-cü ilin yanvar ayından 2024-cü ilin mart ayınadək aylıq icarə haqqını İddiaçı aldığını, həmin obyekti xx.xx.2024- cü il tarixdə X17 icarəyə verdiklərini bildirmiş, həmçinin X13 adlı şəxsi tanımadığını, obyekti bu şəxsə icarəyə vermədiklərini, X13 adlı şəxsin obyekti icarəyə götürmək üçün heç vaxt onlara müraciət etmədiyini bildimişdir. Bundan əlavə İddiaçı obyektdə quraşdırılmış avadanlıqlar, o cümlədən yeməklərin hazırlanması üçün avadanlıqlar, stolllar, stullar və s. aksesuarların obyektin mülkiyyətçisinə məxsus olduğunu, sonuncunun həmin obyekti bütün əşyaları ilə birlikdə icarəyə götürdüyünü bildirsə də E.Adıgözəlovanın obyektdə bəzi avadanlıqların, yəni qeydiyyat masa (reseption stolu) və çilçırağın obyektin sahibinə məxsus olduğunu, digər avadanlıqların icarəyə götürən şəxslər tərəfindən obyektdə quraşdırıldığını bildirmişdir. Həmçinin, İddiaçı qeyd edilən obyektə xx.xx.2024-cü il tarixdə onun sahibkarlıq fəaliyyəti göstərmədiyini, obyekti obyekt sahibin razılığı ilə xx.xx.2024-cü il tarixdə O.Əsgərova təhvil verdiyini bildirsə də, O.Əsgərov izahatında fiziki şəxs İddiaçı oğlunun qardaşı Fərid Xalıqovun onun sinif yoldaşı olduğunu, xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarətinin sənədləşdirilməsində Fərhadın yaxını kimi iştirak etmək üçün obyektə gəldiyini, Fərhada kömək etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək xx.xx.2024-cü il tarixdən etibarən obyekti onun işlətdiyini bildirdiyini, əsl həqiqətdə həmin obyekti işlətmədiyini, obyekti onun sahibindən və ya İddiaçı icarəyə götürmədiyini və ya aralarında belə bir razılıq olmadığını, sadəcə olaraq Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın İddiaçı adına açıldığını bildiyi üçün Fərhada kömək etmək məqsədi ilə, yəni onun barəsində akt yazılmaması və maliyyə sanksiyasının tətbiq edilməməsi üçün xx.xx.2024-cü il tarixdə həmin obyektdə Fərhadın deyil onun işlədiyi barədə izahat yazdığını, obyektdə olan fiziki şəxs X19 Xalıqov tərəfindən işə götürüldüyünü və İddiaçı işçisi olduğunu bildirmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, İddiaçı artıq 2023-cü ilin dekabr ayının axırından obyekti işlətmədiyini bildirsə də, obyektlə əlaqədar icarə haqqının 2024-cü ilin mart ayına qədər onun tərəfindən ödənildiyi obyektin sahibinin səlahiyyətli nümayəndəsi tərəfindən verilən izahatda təsdiq edilmişdir. Eyni zamanda İddiaçı tanışı və mühasibatlıq işlərini həyata keçiriən O.Əsgərovun operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi izahat xx.xx.2024-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı sahibkarlıq fəaliyyətinin guya Orxan Əsgərov tərəfindən həyata keçirilməsi görüntüsü yaratmaq və bununla da vergi orqanını yanlış istiqamətə yönəltmək məqsədi daşımışdır. Eyni zamanda bildirirk ki, OVN tədbiri keçirilməmişdən əvvəl də xx.xx.2023- cü il tarixində vergi ödəyicisinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə xəbərdarlıq edilmiş və vergi ödəyicisi həmin xəbərdarlığı imzalayaraq, bir nüsxəsini qəbul etmişdir. Lakin qeyd olunanlara baxmayaraq, pozuntu halları aradan qaldırılmamışdır. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9762/2024 nömrəli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin xx.xx.2024-cü il tarixli, **********5110 saylı qərarın tam, xx.xx.2024-cü il tarixli, **********5096 saylı qərarının X5 münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahiləndirdiyi xx.xx.2023-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********5110 nömrəli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan Respublikası, Bakı şəhəri, xx.xx.1983-cü il, yaşayış yeri: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 160, fin: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubu ilə göndərilmiş “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5111 nömrəli Tələbnamə ilə büdcəyə ödənilməli olan 1000 manat vəsaitin xx.xx.2024-cü il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №li hesabına ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********5096 nömrəli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan Respublikası, Bakı şəhəri, xx.xx.1983-cü il, yaşayış yeri: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 160, fin: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğin maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, **********343700 nömrəli məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubu ilə göndərilmiş “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5097 nömrəli Tələbnamə ilə büdcəyə ödənilməli olan 4000 manat vəsaitin xx.xx.2024-cü il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №li hesabına ödənilməsi tələb olunmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7083 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə, ünvanı: AZ1001, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, 613-cü məhəllə, 185B, obyektin adı: Bufet №7 (**********-13001), fəaliyyət növü: yeməkxana fəaliyyəti, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən tiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il çap tarixli KY242070133 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2024 – xx.xx.2024, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 50.1.3), yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü 13001, Bufet №7, AZ1001, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 613-cü məhəllə, 185B, yeməkxanaların fəaliyyəti, yoxlamanın növü operativ vergi nəzarəti, yoxlamanın tipi plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2, yoxlayıcı şəxlər X26 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi), X15 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi) olmaqla yoxlama reyestrdən qeydiyyatdan keçmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X30 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X22 vergi ödəyicisi İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamda qeyd edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Bufet №7” Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 613-cü məhəllə, 185B İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X30 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı foto və video çəkilişlərin aparılmasına etiraz etmir. Yoxlamanın nəticələrinə dair Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı 033341 nömrəli xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********7128 nömrəli “Operativ vergi nəzarətinin keçiriliməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə İddiaçı (VÖEN:**********) operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 000941 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində İddiaçı məxsus (VÖEN:**********) Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, 613cü məhəllə, 185B ünvanında yerləşən Bufet №7 obyektində İddiaçı iştirakı ilə xx.xx.2024cü il tarixdə saat 16:10-da təqdim edilmiş şəxsiyyət vəsiqələrinə əsasən ictimai iaşə işləri üzrə yeməklərin bişirilməsi və yerində müştərilərə təqdim olunmasına cəlb olunmuş 2 (iki) nəfər fiziki şəxsdən 2 nəfəri (iki) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Aktda qeyd edilmişdir ki, bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə fərdi sahibkar İddiaçı (VÖEN:**********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə (rəhbərə) işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsi və ya xidməti müqavilə bağlaması tövsiyə olundu. Nəzarət kitabçası təqdim olunmadı. xx.xx.2024-cü il tarixli DVX seriyalı 000941 nömrəli akta əlavə edilmiş İddiaçı məxsus Bufet №7-də aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 02 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X11 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE15377287, qeydiyyat ünvanı: Xaçmaz rayonu, Qadaşoba kəndi;
2. X13 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA4104326, qeydiyyat ünvanı: Qubadlı rayonu, Xocahan ə/d, Xocahan kəndi. X11 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, noyabr 2023-cü il tarixdən İddiaçı tərəfindən aşbaz vəzifəsinə işə götürülmüşdür. İşəgötürənlə aralarında hələ əmək müqaviləsi bağlanmayıb. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti ona təqdim olunmayıb. Əmək haqqını gündəlik olaraq 25 manat nağd şəkildə İddiaçı tərəfindən ödənilir. İş vaxtı saat 10:00-18:00, nahar fasiləsi 13:00-da başlayır, həftəlik iş rejimi 35 saatdır. Məzuniyyətə çıxmasına zərurət yaranmamışdır, rəsmi əmək haqqı gündəlik 25 manatdır, Orxan Əskərovu tanıyıram. Vergi orqanında qeydiyyatı yoxdur, sabit qəbz almamışdır. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. İddiaçı (şəxsiyyət vəsiqəsi seriya/№ AA********) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərmişdir. Murtuza Muxtarova 185B ünvanında yerləşən “Bufet №7” kafesində xx.xx.2024-də obyekti biznes kimi X5 təhvil vermişdir. Ayın xx.xx.2024-cü il tarixində kassanı qeydiyyatdan çıxarmaq üçün AZ Smart servisə müraciət etmiş, lakin adına vergi yoxlaması olduğu üçün ləğv prosesini həyata keçirə bilməmişdir. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. X13 (şəxsiyyət vəsiqəsi seriya/№ AA4104326) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2023-cü ildən o, bu obyekti İddiaçı təhvil alıb işlətməyə başlamışdır. Hal-hazırda obyektdə bi işçi, X11 aşbaz olaraq işləyir. Özü həm rəhbər, həm də müştərilərə xidmət göstərir. Qısa zamanda obyekti vergi uçotunu təmin edib, kassa aparatının quraşdırılmasını və əmək müqaviləsinin bağlanmasını təmin edəcək. xx.xx.2023-cü ildən obyekti təhvil götürüb, onun tərəfindən fəaliyyətdədir. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********5096 nömrəli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan Respublikası, Bakı şəhəri, xx.xx.1983-cü il, yaşayış yeri: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 160, fin: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğin maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan: Dövlət Vergi Xidmətinə X4 (AZE ********) etbarnamə üzrə səlahiyyətli nümayəndəsi və bacısı X16 (AA3449173) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda qeyd edilmişdir ki, ünvan 12 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə X14 məxsus olan Bufet №7 adlı obyekti xx.xx.2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən bacısı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu X4 adından çıxış edərək İddiaçı aylıq icarə haqqı 300,0 manat təşkil etməklə icarəyə vermişdirlər. Son zamanlar, yəni 2024-cü ilin yanvar, fevral və mart aylarında icarə haqqını vaxtında ödəmədiyi üçün onunla aralarında olan razılaşmaları pozulmuş və xx.xx.2023-cü il tarixli icarə müqaviləsini 25 mart 2024-cü il tarixdə notarial qaydada ləğv etmişdirlər. Məlumat üçün bildirmişdir ki, 2023-cü ilin yanvar ayından 2024- cü ilin mart ayınadək aylıq icarə haqqını o, həmişə İddiaçı almışdır. İcarə müqaviləsinin ləğv edilməsi barədə notarial qeydin surətini izahatına əlavə etmişdir. Bundan sonra İddiaçı obyekti tərk etmiş və həmin obyekti xx.xx.2024-cü il tarixdə X17 aylıq icarə haqqı 300,0 manat olmaqla icarəyə vemişdirlər. X13 adlı şəxsi tanımır. Qeyd edilən obyekti bu şəxsə icarəyə verməmişdirlər. X13 adlı şəxs obyekti icarəyə götürmək üçün heç vaxt-onlara müraciət etməmişdir. Qeyd edilən obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə zəruri olan avadanlıqların bəziləri, yəni qeydiyyat masa (reseption stolu) və çilçıraq onlara məxsusdur. Digər avadanlıqlar icarəyə götürən şəxslər tərəfindən obyektdə quraşdırılır. Dövlət Vergi Xidmətinə X13 (AA4104326) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda qeyd etmişdir ki,İddiaçı qardaşı Fərid Xalıqov 54 nömrəli orta məktəbdə onunla sinif yoldaşı olmuşdur. O, özü mühasibat işləri ilə anlayışı olduğu üçün İddiaçı vergi hesabatlarının təqdim edilməsi və səndələşmə işlərinin həyata keçirilməsində tanış kimi köməklik edəcəyinə razılaşmışdır. Bu səbəbdən də operativ vergi nəzarətinin həyata keçirildiyi xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarətinin sənədləşdirilməsində Fərhadın yaxını kimi iştirak etmək üçün obyektə gəlmişdir. Fərhada kömək etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı o, izahat verərək xx.xx.2024-cü il tarixdən etibarən obyekti onun işlətdiyini bildirmişdir. Əsl həqiqətdə o həmin obyekti işlətməmiş, obyekti onun sahibindən və ya İddiaçı icarəyə götürməmiş və ya onların arasında belə bir razılıq olmamışdır. Sadəcə olaraq Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın İddiaçı adına açıldığını bildiyi üçün Fərhada kömək etmək məqsədi ilə, yəni onun barəsində akt yazılmaması və maliyyə sanksiyasının tətbiq edilməməsi üçün xx.xx.2024-cü il tarixdə həmin obyektdə Fərhad deyil onun işlədiyini yazmışdır. Xahiş etmişdir ki, nəzərə alınsın. Obyektdə olan işçi X32 Xalıqov tərəfindən işə götürülmüşdür və İddiaçı işçisi olmuşdur. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir; 16.1.9-cu maddəsinə görə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir; 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vəzifəsi daşıyırlar; 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1 -1 -ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1 -ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydalan”nın 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.10-cu bəndinə əsasən, operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13-cü bəndinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1-ci bəndinə əsasən, operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2-ci bəndinə görə, operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4-cü bəndinə əsasən, operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5-ci bəndinə görə, tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə KY242070133 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7-ci “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi” hissəsinin: 7.1-ci bəndinə görə, bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən, əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə, vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə əsasən, NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X35), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən, alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır... 7.9-cu bəndinə görə, nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır... 7.12-ci bəndinə əsasən, işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır... 7.15-ci bəndinə görə, əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır... 11.2.11-ci bəndinə əsasən obyektlərdə NKA-dan istifadə olunması müvəqqəti mümkün olmayan hallarda (elektrik enerjisinin kəsilməsi, NKA-nın nasaz olması və s.) nağd hesablaşmaların STXM tərəfindən möhürlənmiş “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na işlənilməsi yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarının 8.3-cü bəndinə əsasən (8.3.1.) NKA-nın qeydiyyatı və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək, (8.3.2.) məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək, (8.3.3.) nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək, (8.3.7.) vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunmalı və bununla əlaqədar təsərrüfat obyekti müvafiq nəzarət kassa aparatı ilə təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə vergi orqanının mövqeyi ilə razılaşaraq hesab edir ki, vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılmasına gətirib çıxarır. Bu hal isə Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinə müvafiq olaraq məsuliyyətə səbəb olur. İşin hallarından da göründüyü kimi OVN tədbirinin həyata keçirilməsi zamanı iaşə obyektində nəzarət kassa aparatı mövcud olmamamış, iddiaçı tərəfindən həmin NKA-nın obyektdə mövcud olmaması təkzib edilməmişdir. Lakin işin hallarından da müəyyən edilmişdir ki, NKA mövcud olmamasına baxmayaraq obyektdə fəaliyyət həyata keçirilməkdə davam etmiş, heç bir qanuni əsaslarla qeydiyyat və uçot aparılmadan satış həyata keçirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən O.Əsgərovun onun işçisi deyil biznes obyektinin yeni icarədarı olması iddia olunsa da, işin faktiki halları və iş materialları ilə bu hal təkzib olunmuş, əksinə O.Əsgərov izahatında iddiaçıya mühasibatlıq işlərinin görülməsində köməklik etdiyini bildirməklə, iddiaçı ilə faktiki əmək münasibətlərində olduğunu etiraf etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, fəaliyyət göstərən hər hansı müəssisəyə münasibətdə hər hansı şəxsin vergi yoxlaması və ya digər nəzarət tədbirinin həyata keçirilməsi zamanı dərhal müdaxilə edərək, heç bir hüquqi əsas olmadan məsuliyyəti öz üzərinə götürməyə cəhd etməsi və sonradan öz izahatında bunu təkzib edərək sadəcə olaraq tanış qismində köməklik göstərdiyini, həmin obyektə və ya sahibkara münasibətdə əmək münasibətlərində olmadığını bildirməsi işin halları baxımından iddianın təmin olunmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlə Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, **********5110 saylı qərarının tam, xx.xx.2024-cü il tarixli, **********5096 saylı qərarının X5 münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X28.