Məhkəmə qərarları › İş №2-1(112)-9767/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9767/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9767/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1981-1986-cı illərdə X1 əyani təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona konstitusion hüququnun yarandığı 04.02.2016-cı il tarixindən (52 yaşdan) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı 04.02.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01.09.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1964-cü il tarixində anadan olmuşdur. 04 fevral 2016-cı il tarixində onun 52 yaşı tamam olmuşdur. Bu səbəbdən də onun həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Qanunvericiliyin ona vermiş olduğu bu hüququndan istifadə edərək güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciətlər etsə də, müraciətləri təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş eyni məsələ ilə bağlı üç fərqli cavabı – imtina tamamilə əsassız və qanunsuzdur. Çünki onun 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. Belə ki, o, 1981-1986-cı illərdə X1 əyani təhsil almışdır. 14.08.1986-cı ildən 21.08.1986-cı ilədək S.M.Kirov adına X8 X3 Elektron Sənayesi laboratoriyasında mühədis-laborant, 21.08.1986-cı ildən 29.10.1986-cı ilə qədər Baş energetik şöbəsində mühəndis, 29.10.1986-cı ildən 01.10.1987-ci ilə qədər Baş mexanik şöbəsində mühəndis, 01.10.1987-ci ildən 01.09.1988-ci ilə qədər iri qıfılların istehsalı sexində İ qrup usta, 01.09.1988-ci ildən 01.11.1989-cu ilə qədər iri qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə İİ qrup usta, 01.11.1989-cu ildən 01.01.1993-cü ilə qədər Termiki sahədə zərərli iş şəraiti ilə İİ qrup rəis, 01.01.1993-cü ildən 19.11.1998-ci ilə qədər İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi, 19.11.1998-ci ildən 13.01.2004-cü ilə qədər Qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə sahə rəisi, 13.01.2004-cü ildən 01.09.2005-ci ilə qədər Alət sexinin rəis müavini vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar onun müraciəti cavabdeh tərəfindən təmin olunmadığı üçün hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 04.02.2016-cı il tarixində onun 52 yaşı tamam olmuşdur və onun həmin tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Onun ümumi sığorta stajı (axırıncı iş yeri nəzərə alındıqda) 30 ildən artıqdır ki, onun 15 ili güzəştli şərtlərlə staj hesab edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın metal emalı bölməsinin (Xİ) termiki emal bəndinin (3) rəhbərlər və mütəxəssilər hissəsində qızdırıcı sobaların bərkidilmə, yandırma, sementləmə, aşılanma və termiki emalı sahə ustaları və böyük ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının "xxxx" ASC-də 01.11.1989-01.09.2005-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə rəisi vəzifəsi Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan 21.06.1986-cı il tarixdə verilmiş MV seriyalı 082323 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə X2 daxil olmuş, 1986-cı ildə maşınqayırmanın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26.08.2019-cu il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə gorə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-cı maddəsinə əsasən 1 yanvar 2006-cı il tarıxınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunverıcıiilklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarıxinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinin a bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il umumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10.04.2020-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın metal emalı bölməsinin (Xİ) termiki emal bəndinin (3) rəhbərlər və mütəxəssilər hissəsində qızdırıcı sobaların bərkidilmə, yandırma, sementləmə, aşılanma və termiki emalı sahə ustaları və böyük ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 21 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda "xxxx" ASC-də 01.11.1989-01.09.2005-cı il tarixləri arasındakı dövr ərzində sahə rəisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən Sizin güzəştli iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 07.07.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 29 mart 2021-ci il tarixli **********9 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 30 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesab n sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 21 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızın surətində qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (23 il 10 ay 12 gün (01.09.1981- 19.06.1986-cı il, 14.08.1986-24.03.2003-cü il, 19.04.2003-14.07.2003-cü il, 15.08.2003- 01.09.2005-ci il, 28.10.2005-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə hazırda 47000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 36682,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" ASC "xxxx" TASC-nin 13.06.2016-cı il tarixli KS/10-28 saylı arayışından görünür ki, İddiaçı 14.08.1986-cı il tarixdə S.M.Kirov adına X8 X3 Elektron sənayesi laboratoriyasına mühəndis-laborant peşəsinə işə qəbul edilmişdir (əmr № 450/k, 15.08.1986-cı il), 21.08.1986-cı il tarixdə Baş energetika şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir (əmr №458/k, 18.08.1986-cı il), 29.10.1986-ci il tarixdə Baş mexanik şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir (əmr № 611/k, 04.11.1986-cı il), 01.10.1987-ci il tarixdə İri qıfılların istehsalı sexinə İ qrup usta vəzifəsinə keçirilmişdir (əmr № 763/k, 01.10.1987-ci il), 01.09.1988-ci il tarixdə İri qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə İİ qrup usta vəzifəsinə keçirilmişdir (əmr № 712/k, 26.09.1988-ci il), 01.11.1989cu il tarixdə Termiki sahəyə İİ qrup rəis vəzifəsinə keçirilmişdir (əmr № 852/k, 25.11.1989cu il), 01.01.1993-cü il tarixdə İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi vəzifəsinə keçirilmişdir (əmr № 111/k, 08.02.1993-cü il), 19.11.1998-ci il tarixdə Qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsinə keçirilmişdir (əmr № 410/k, 24.11.1998-ci il), 13.01.2004-cü il tarixdə Alət sexinin rəis müavini vəzifəsinə keçirilmişdir (əmr № 05/k, 12.01.2004-cü il), 01.09.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir (əmr № 106/k, 25.07.2005-ci il), 24.03.2003-cü il tarixdən-18.04.2003-cü il tarixə qədər, 14.07.2003-ci il tarixdən-14.08.2003-cü il tarixə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında Termiki sahə üzrə usta və sahə rəisi Xİ bölmə Metal emalı 3-cü hissəsinin “b” bəndinə aiddir. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.04.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X8 X3 adı dəyişdirilərək "xxxx" adlandırılmışdır. 22.03.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən "xxxx" X10 Cəmiyyəti adlandırılmışdır. 05.01.2010-cu il tarixdən "xxxx" X10 Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X10 Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 12.11.2021ci il tarixli, 01-1/SA-42 saylı məktubda qeyd edilir: Sizin 03.11.2021-ci il tarixli, İş №2- 1(112)-9767/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən maşınqayırma zavodlarında öz fəaliyyət strukturlarına müvafiq olaraq daxili ştat vahidləri təsdiq edilmişdir. Həmin ştat vahidlərində istehsalat sexlərinin tərkibində fəaliyyət göstərən bir neçə istehsal sahələri olur ki, burada da ümumi rəhbərlik sex rəisi tərəfindən həyata keçirilir. İstehsalat tapşırıqlarının operativ yerinə yetirilməsi üçün həmin sexin sahələrinə sahə rəisləri təyin olunur. Sexin tərkibində fəaliyyət göstərən istehsal sahələrində, o cümlədən termiki emal sahəsində ştat cədvəlində əlavə olaraq baş (böyük) usta vəzifələrinin nəzərdə tutulmasına zərurət yaranmır. Bu zaman sahə rəisləri sahəyə rəhbərlik etməklə yanaşı faktiki olaraq baş (böyük) ustanın əmək funksiyalarını birbaşa istehsalat sahəsində fəaliyyət göstərərək yerinə yetirir. Buna görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 nömrəli siyahı üzrə Xİ metal emalı bölməsinin 3-cü termiki emal hissəsinin rəhbər və mütəxəssislər barəsində qeyd olunan termiki emal üzrə baş (böyük) usta vəzifələrinin funksiyalarını termiki emal üzrə sahə rəisləri tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15.11.2005-ci il tarixli 24-2 Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda qeyd edildiyi kimi sahə rəisi və baş (böyük) usta eyni vəzifələri yerinə yetirir. Yəni istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir. Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə operativ nəzarəti həyata keçirir və s. Müstəqil surətdə sex kimi fəaliyyət göstərən böyük istehsalat sahələrində, o cümlədən termiki emal sahələrində sahə rəisi ilə yanaşı baş (böyük) usta ştatı da nəzərdə tutula bilər. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1981- 1986-cı illərdə X1 təhsil almış, 14.08.1986-cı ildə S.M.Kirov adına X8 X3 sənaye elektronika laboratoriyasına mühəndis-laborant vəzifəsinə qəbul olunmuş, 21.08.1986-cı ildə baş energetika şöbəsinə mühəndis-istilik texniki vəzifəsinə keçirilmiş, 29.10.1986-ci ildə baş mexanika şöbəsinə mühəndis vəzifəsinə keçirilmiş, 01.10.1987-ci ildə İri qıfılların istehsalı sexinə İ qrup usta vəzifəsinə keçirilmiş, 01.09.1988-ci il tarixdə İri qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə İİ qrup usta vəzifəsinə keçirilmiş, 01.11.1989-cu ildə Termiki sahəyə İİ qrup rəisi vəzifəsinə keçirilmiş, 01.01.1993-cü ildə İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi vəzifəsinə keçirilmiş, 19.11.1998-ci ildə Qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsinə keçirilmiş, 13.01.2004-cü ildə Alət sexinin rəis müavini vəzifəsinə keçirilmiş, 01.09.2005-ci ildə işdən azad edilmiş, 28.10.2005-ci ildə Sabunçu rayon Əmək və Məşğulluq Mərkəzi işsizlik müavinəti təyin edilmiş, 28.04.2006-cı ildə işsizlik müavinətinin ödənilməsinə xitam verilmiş, 19.04.2006-cı ildə “Balaxanı maşınqayırma zavodu”na texniki inkişaf şöbəsinə şöbə rəisinin müavini vəzifəsinə qəbul edilmiş, 17.04.2008-ci ildə işdən azad edilmiş, 17.04.2008-ci ildə Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə nümayəndəliyin məsləhətçi, tikinti işləri üzrə mühəndisi vəzifəsinə qəbul edilmiş, 18.06.2013-cü ildə Sabunçu RİH “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə keçirilmiş, 18.03.2010-cu ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsi, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na əsasən inzibti vəzifələrin doqquzuncu təsnifatı üzrə kiçik dövlət quluqçusu ixtisas dərəcəsi verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İddiaçı 1981-1986-cı illərdə X1 təhsil almış, 14.08.1986-cı ildə S.M.Kirov adına X8 X3 sənaye elektronika laboratoriyasına mühəndis-laborant vəzifəsinə qəbul olunmuş, 21.08.1986-cı ildə baş energetika şöbəsinə mühəndis-istilik texniki vəzifəsinə keçirilmiş, 29.10.1986-ci ildə baş mexanika şöbəsinə mühəndis vəzifəsinə keçirilmiş, 01.10.1987-ci ildə İri qıfılların istehsalı sexinə İ qrup usta vəzifəsinə keçirilmiş, 01.09.1988-ci il tarixdə İri qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə İİ qrup usta vəzifəsinə keçirilmiş, 01.11.1989-cu ildə Termiki sahəyə İİ qrup rəisi vəzifəsinə keçirilmiş, 01.01.1993-cü ildə İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi vəzifəsinə keçirilmiş, 19.11.1998-ci ildə Qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsinə keçirilmiş, 13.01.2004-cü ildə Alət sexinin rəis müavini vəzifəsinə keçirilmiş, 01.09.2005-ci ildə işdən azad edilmiş, 28.10.2005-ci ildə Sabunçu rayon Əmək və Məşğulluq Mərkəzi işsizlik müavinəti təyin edilmiş, 28.04.2006-cı ildə işsizlik müavinətinin ödənilməsinə xitam verilmiş, 19.04.2006-cı ildə “Balaxanı maşınqayırma zavodu”na texniki inkişaf şöbəsinə şöbə rəisinin müavini vəzifəsinə qəbul edilmiş, 17.04.2008-ci ildə işdən azad edilmiş, 17.04.2008-ci ildə Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə nümayəndəliyin məsləhətçi, tikinti işləri üzrə mühəndisi vəzifəsinə qəbul edilmiş, 18.06.2013-cü ildə Sabunçu RİH “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə keçirilmiş, 18.03.2010-cu ildə ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsi, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na əsasən inzibti vəzifələrin doqquzuncu təsnifatı üzrə kiçik dövlət quluqçusu ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.04.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X8 X3 adı dəyişdirilərək "xxxx" adlandırılmış, 22.03.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən "xxxx" X10 Cəmiyyəti adlandırılmış, 05.01.2010-cu il tarixdən "xxxx" X10 Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X10 Cəmiyyəti adlandırılmışdır. İddiaçı ilkin olaraq 15.08.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, lakin 26.08.2019-cu il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçı 1981-1986-cı illərdə təhsil almış (5 il), 14.08.1986-cı ildən 01.09.2005-ci ilədək (19 il 18 gün) "xxxx" TASC-də işləmişdir (cəmi 24 il 18 gün). İddiaçının 24.03.2003-cü ildən 18.04.2003-cü ilədən 25 gün, 14.07.2003-ci ildən 14.08.2003-cü ilədək 31, cəmi 56 gün ödənişsiz məzuniyyətdə olması nəzərə alınmaqla, iddiaçı cəmi 23 il 10 ay 22 gün ümumi staja malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı müddət də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 23 il 10 ay 22 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 01.09.1988-ci ildən 01.11.1989-cu ilədən İri qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə İİ qrup usta, 01.11.1989-cu ildən 01.01.1993-cü ilədək Termiki sahədə İİ qrup rəis, 01.01.1993-cü ildən 19.11.1998-ci ilədək İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi, 19.11.1998-ci ildən 13.01.2004-cü ilədək Qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə sahə rəisi vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Xİ bölmə Metal emalı, 3-cü bənd Termiki emal, «b» yarımbəndi rəhbərlər və mütəxəssislər, kod 1110300b—23428 qızdırıcı sobaların bərkidilmə, yandırma, sementləmə, aşılanma və termiki emalı sahə ustaları və böyük ustalar peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 15 il, 04 ay, 13 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10.04.2020-ci il tarixli məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın metal emalı bölməsinin (Xİ) termiki emal bəndinin (3) rəhbərlər və mütəxəssilər hissəsində qızdırıcı sobaların bərkidilmə, yandırma, sementləmə, aşılanma və termiki emalı sahə ustaları və böyük ustalar vəzifəsinin nəzərdə tutulduğu, iddiaçının "xxxx" ASC-də 01.11.1989- 01.09.2005-cı il tarixləri arasındakı dövr ərzində sahə rəisi vəzifəsində işlədiyi və həmin vəzifənin Siyahıda qeyd olunan vəzifəyə uyğun olmadığı qeyd olunsa da, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 12.11.2021-ci il tarixli, 01-1/SA-42 saylı məktubda "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən maşınqayırma zavodlarında istehsalat sexlərinin tərkibində fəaliyyət göstərən bir neçə istehsal sahələrinin olması, burada ümumi rəhbərliyin sex rəisi tərəfindən həyata keçirilməsi, istehsalat tapşırıqlarının operativ yerinə yetirilməsi üçün həmin sexin sahələrinə sahə rəislərinin təyin olunması, sexin tərkibində fəaliyyət göstərən istehsal sahələrində, o cümlədən termiki emal sahəsində ştat cədvəlində əlavə olaraq baş (böyük) usta vəzifələrinin nəzərdə tutulmasına zərurət yaranmadığı, bu zaman sahə rəislərinin sahəyə rəhbərlik etməklə yanaşı faktiki olaraq baş (böyük) ustanın əmək funksiyalarını birbaşa istehsalat sahəsində fəaliyyət göstərərək yerinə yetirmələri, buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 nömrəli siyahı üzrə Xİ metal emalı bölməsinin 3-cü termiki emal hissəsinin rəhbər və mütəxəssislər barəsində qeyd olunan termiki emal üzrə baş (böyük) usta vəzifələrinin funksiyalarını termiki emal üzrə sahə rəisləri tərəfindən yerinə yetirilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15.11.2005-ci il tarixli 24-2 Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda qeyd edildiyi kimi sahə rəisi və baş (böyük) ustanın eyni vəzifələri yerinə yetirməsi, yəni istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etməsi, avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə operativ nəzarəti həyata keçirməsi və s. göstərilmişdir. Göründüyü kimi, termiki emal üzrə sahə rəisləri və termiki emal üzrə baş (böyük) usta eyni vəzifələri və funksiyaları yerinə yetirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, iddiaçının işlədiyi həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə uyğun hesab edilməlidir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıya uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 15 il, 04 ay, 13 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07.07.2021-ci il tarixli məktubda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Bundan başqa, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 04.02.2016-cı ildə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 10.03.2017-ci il tarixdə əlavə edilmişdir və 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir, eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə belə bir müddəa qüvvədə olmadığı üçün həmin şərtin tələb edilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 04.02.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01.09.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar