Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9768/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç..56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə BŞLGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BŞLGBİ tərəfindən ona qarşı tətbiq edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi və eləcə də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması haqqında olan xx.xx.2022-ci il tarixli **********9752 nömrəli və eyni tarixli **********9754 nömrəli məsuliyyətə cəlb edilmə haqqında qərarların ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında “Şüvəlan Saray” adlı yeməkxana işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məşğul olduğu müddətdə yəni 20 may 2022-ci il tarixdə, yeməkxanaya işləmək üçün müraciət etmiş şəxslər onun tərəfindən işə qəbul edilmə və ya edilməmə tədbirləri aparılarkən, cavabdeh orqanın əməkdaşları tərəfindən əsassız olaraq, obyektə daxil olmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi və eləcə də əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması haqqında 20 may 2022-ci il tarixli akt tərtib edilmiş, həmin aktlar əsasında xx.xx.2022-ci il tarixli **********9752 nömrəli və eyni tarixli **********9754 nömrəli məsuliyyətə cəlb edilmə haqqında qərar çıxarılmışdır. Həmin qərarlar əsassızdır vergi orqanının əməkdaşları Vergi Məcəlləsində göstərilmiş tərəbləri pozmaqla operativ vergi nəzarəti həyata keçirmişlər. Vergi Məcəlləsi sahibkarlıqla məşğul olan vəzifəli şəxsin işçiləri işə cəlb edilməsi qaydasının nə cür aparılmalı olmasını tənzimləmir. Belə ki, işçi işə girmək üçün sahibkara vəzifəli şəxsə müraciət edərkən, həmin işçinin sənədlərinin qaydada olması və işləyəcəyi işin nədən ibarət olmasını bilməsi və həmin işin öhdəsindən gəlib-gələ bilməməsi sahibkar üçün vacib məsələdir və tədbir yoxlanılmalıdır. Həmin tədbirlərin yoxlanılması da təxminən 1-2 saat vaxt çəkə bilər. Cavabdeh orqanın əməkdaşları isə xx.xx.2022-ci il tarixdə, saat 13:50-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 015085 nömrəli akt tərtib etmişlər. Saat 14:10-da isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan 4 nəfər işçinin əmək müqaviləsinin olmaması barədə həmin tarixli 002651 nömrəli akt tərtib etmişlər. Cavabdeh orqan cəmi 20 dəqiqə ərzində apardıqları operativ vergi nəzarəti və iddiaçının barəsində çıxardıqları yuxarıda göstərilən məsuliyyətə cəlb etmə haqqında qərarlar əsassız və qanunsuz olmasına sübutdur. Cavabdeh orqan Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********104100 №-li, xx.xx.2022ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8348 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riaayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı xx.xx.2022-cı il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı ünvan 2 ünvanında yerləşən “Şüvəlan saray” ictimai iaşə (restoran) obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 002651 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9752 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 8000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində, işçinin işin öhdəsindən gəlib-gəlməməsini yoxlamaq məqsədi ilə 1-2 saat əvvəl işə götürüldüyünə dair cavab olaraq bildirilir ki, akt tərtib olunan xx.xx.2022-ci il tarixdə 4 nəfər, X7, X2, X6, X1 izahat verərək bildirmişlər ki, onlar İddiaçı sahibkarlıq məqsədi ilə fəaliyyət göstərdiyi obyektə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçi kimi xx.xx.2022-ci il tarixdən əvvəl çalışmışlar. Həmçinin, sahibkar İddiaçı izahatında 4 nəfər fiziki şəxslə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlamadan işə cəlb edildiyini təsdiqləmişdir. Bundan başqa cavabdehin xx.xx.2022-ci il tarixli, **********8348 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı ünvan 2 ünvanında yerləşən "Süvəlan saray” ictimai iaşə (restoran) obyektində saat 13:50 radələrində müştəri tərəfindən yeyilmiş nahar yeməyinə görə 17 manat ödənildiyi və NK-dan çekin verilmədiyi aşkar edilmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 saylı qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatının istismarı qaydaları”nın 8.3.6-cı bəndinin tələblərini pozması faktı ilə bağlı DVX seriyalı 015035 nömrəli akt tərtib edilmişdir. Həmçinin həmin fakt üzrə tərtib edilən aktın bir nüsxəsini iddiaçı imza edərək qəbul etmişdir. VM-nin 58.7-ci maddəsinin tələblərinin pozulduğuna görə cavabdehin 'Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********9754 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktları aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış maliyyə sanksiyası məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli qərarı 1) inzibati orqan (BŞLGBİ) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hüquqi şəxs olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (vergi ödəyicisi olan iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi) qərar formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2. inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki; BŞLGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı **********8348 №-li qərarı ilə İddiaçı məxsus obyektdə (ünvan 3 ünvanında yerləşən “Şüvəlan Saray”) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. BŞLGBİ-nin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********8369 №-li tələbnaməsi ilə İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23, 42 və 50-ci maddələrini əsas tutaraq - əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri, vergilərin hesablanması uçun zəruri olan digər mühasibat -maliyyə sənədlərinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb olunmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 015085 №-li xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli DVX seriyalı **********8348 №-li qərarına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ Sergey Yesenin 101 ünvanında yerləşən Şüvəlan Saray-da İddiaçı iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, “Şüvəlan Saray”da quraşdırılmış 110320A00101495 zavod №-li, TPS 320 Smart Pos markalı nəzarət-kassa aparatı Bakı şəhəri KSİBİ-də 18.06.021-ci il tarixli **********2 №-li qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. “Şüvəlan Saray”da əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. xx.xx.2022-ci il tarixində saat 13:50-də vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə tərəflərindən aparılan OVN tədbiri zamanı müştəri tərəfindən verilmiş nahar yeməyinə görə nağd qaydada 17.00 (on yeddi manat 00 qəpik) ödənildiyi, lakin həmin məbləğ NKA-ya vurulmadı və müştəriyə NKA çeki təqdim edilmədi. Tərəflərindən “X” hesabatı alınmaqla uçotdan yayındırılmış məbləğ 1921 nömrəli çeklə bərpa edilmiş və yenidən “X” hesabatı alınıb akta əlavə olunmuşdur. Gündəlik “Z” hesabatları alınıb. İddiaçı barəsində VM-nin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu. VM-nin 50.8-ci maddəsinin tələbləri izah olunmuşdur. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002651 №li xx.xx.2022-ci il tarixli aktdan və akta əlavədən görünür ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli, DVX seriyalı **********8348 №-li qərarına əsasən İddiaçı məxsus obyektdə (ünvan 3 ünvanında yerləşən “Şüvəlan Saray”) keçirilən operativ vergi nəzarəti nəticəsində 20 may 2022-ci il tarixdə saat 14:10da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən ictimai – iaşə obyektində cəlb olumuş 14 (on dörd) fiziki şəxsdən 4 (dörd) nəfər fiziki şəxsin (X7, X2, X8, X1) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuş və bununla bağlı İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd edilən aktlar İddiaçı tərəfindən imzalanaraq qəbul olunmuşdur. BŞLGBİ-nin əməkdaşları tərəfindən izahatları alınmış: - Ucar rayonu Mususlu kəndində doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında Xəzər rayonu, Mərdəkan ŞTQ Sergey Yeseni 101 ünvanında Şüvəlan Saray restoranına xx.xx.2022-ci il tarixdə Orxan adlı şəxs tərəfindən ofsiant vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində doğulmuş xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixli izahatında xx.xx.2022-ci ildə Xəzər rayonu, Mərdəkan ŞTQ Sergey Yeseni 101 ünvanında Şüvəlan Saray restoranına Orxan adlı şəxs tərəfindən ofisiant vəzifəsinə qəbul olunduğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, əmək haqqının 300 manat təşkil etdiyini, bildirmişdir. Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində doğulmuş xx.xx.1993-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında Xəzər rayonu, Mərdəkan ŞTQ Sergey Yeseni 101 ünvanında Şüvəlan Saray restoranına Orxan adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə işə qəbul olunduğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, əmək haqqının 300 manat təşkil etdiyini, bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonunda doğulmuş xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında Xəzər rayonu, Mərdəkan ŞTQ Sergey Yeseni 101 ünvanında Şüvəlan Saray restoranına Orxan adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə bir gündür ki işə götürüldüyünü, sınaq müddətin tamam olduqda əmək müqaviləsinin bağlanacağını, işəgötürənlə aralarında əmək haqqı bağlı heç bir razılaşma olmadığını və heç bir məbləğdə əmək haqqı almadığını bildirmişdir. BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9754 №-li Qərarı ilə İddiaçı VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9752 №-li Qərarı ilə İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti əsasən VM-nin tələblərinə uyğun olaraq həyata keçirilsə də, aşkar olunmuş faktlar qismən düzgün qiymətləndirilməmiş və bu hal da vergi ödəyicisinin törətdiyi vergi qanunvericiliyinin pozulması ilə yanaşı, törətmədiyi vergi qanunvericiliyinin pozulması əsası ilə də əlavə vergi öhdəliyinə (məsuliyyətə) cəlb olunması ilə nəticələnmişdir. Belə ki, VM-nin: 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1 -ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydasının: - 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. - 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Vergi münasibətlərini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından məlum olur ki, “nağd pul hesablaşmaları” dedikdə malların təqdim edilməsinin, işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin nağ pul ödəmələri hesabına aparılması başa düşülür. Qeyd olunmalıdır ki, VM-də bitmiş siyahısı müəyyən edilən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmaları yalnız nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və ya ciddi hesab blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, istismar zamanı nəzarət-kassa aparıtının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicilərinin əsas vəzifələrindən biri hesab edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericilikdə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmaların aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması başa düşülür. Göstərilən əməllər vergi nəzarətinin təşkili ilə bağlı qaydalara qəsd edir. Əməlin obyektiv cəhətini nağd pul hesablaşmalarının aparılması qaydalarının yuxarıda sadalanan pozuntularında özünü göstərir.Pozuntunun subyekti nağd pul hesablaşmaları aparan fiziki və hüquqi şəxslər, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında özünü göstərən təqsirdir. Bu cür pozuntulara görə VM-də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən xx.xx.2022-ci il tarixli, **********9754 №-li qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən çekin təqdim edilməməsi təşkil edir. Əlbəttə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. Lakin, həmin maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. İş materiallarında olan sənəndləri təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hal – ictimai-iaşə müəssisəsində xidmət göstərilmiş (nahar yeməyi verilmiş) müştəriyə nağd pul hesablaşması aparılan zaman çek verilməməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Belə ki, akta əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixində saat 13:50də vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə vergi orqanının əməkdaşları tərəfindən aparılan OVN tədbiri zamanı müştəri tərəfindən verilmiş nahar yeməyinə görə nağd qaydada 17.00 (on yeddi manat 00 qəpik) ödənildiyi, lakin həmin məbləğ NKA-ya vurulmadığı və müştəriyə NKA çekinin təqdim edilmədiyi müşahidə olunmuş, bununla bağlı “X” hesabatı alınmaqla uçotdan yayındırılmış məbləğ 1921 nömrəli çeklə bərpa edilmiş və yenidən “X” hesabatı alınıb akta əlavə olunmuşdur. Qeyd olunan halı təkzib edəcək heç bir hal iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də ki, məhkəmə araşdırması göstərilməmişdir. VM-nin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********9754 №-li Qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Mübahisələndirilən digər qərara gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3-cü maddəsinə əsasən işəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4-cü maddəsinə əsasən işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, 3 (üç) nəfər fiziki şəxsin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə "ofisiant” vəzifəsində işləyirlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "ofisiant” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bununla yanaşı məhkəmə araşdırması zamanı mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş aktda adı qeyd olunan xx.xx.1994-cü il təvəllüdlü X4 münasibətdə iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşın əmək funksiyalarının yerinə yetirilməsi və ya iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən olunmamışdır. Belə ki, adı çəkilən şəxs OVN zamanı verdiyi izahatında işəgötürənlə aralarında əmək haqqı bağlı heç bir razılaşma olmadığını və heç bir məbləğdə əmək haqqı almadığını bildirmiş, vergi orqanının əməkdaşlarının “kim tərəfindən işə götürüldüyü” sualına cavab olaraq isə Orxan adlı şəxsin adını qeyd etmişdir ki, adıçəkilən şəxsin belə bir səlahiyyətə malik olub-olmadığı vergi orqanının əməkdaşları tərəfindən aydınlaşdırılmamışdır. Qeyd olunan hallar da iddiaçı ilə onun arasında heç bir əmək münasibətlərinin yaranmadığını sübut edir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). VM-nin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9752 №-li qərarı qismən - idiaçıya VM-nin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi (X8) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9752 №-li qərarı qismən - idiaçı İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi (X8) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 (iki min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev