Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9770/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin nümayəndəsi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı (üçüncü şəxs: "xxxx" MMC) “aparılmış ilkin qeydiyyatlarının və onun nəticəsində verilmiş reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin qanunsuz hesab edilərək ləğv edilməsi”tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi(vəkili) Vəkil, Üçüncü şəxsin nümayəndəsi(vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı (üçüncü şəxs: "xxxx" MMC) “aparılmış ilkin qeydiyyatlarının və onun nəticəsində verilmiş reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-yə məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 09 iyun 2010-cu il tarixli 10-1(102)-07/10 nömrəli qərardadı ilə tanınmış Rusiya Federasiyası Moskva Arbitraj Məhkəməsinin A 40-64509/08-61-537 nömrəli iş üzrə qəbul edilmiş qətnaməsi üzrə "xxxx" MMC-dən "xxxx" MMC- nin xeyrinə ******* publ 88 kopeyek pul məbləği tutulmalı idi. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış tələbin güzəşti barədə xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-nin xeyrinə "xxxx" MMCdən tutulmalı olan məbləğ "xxxx" MMC-yə tam həcmdə güzəştə gedilmiş və 10-01(102)- 07/10 saylı icra vərəqəsi üzrə icraatda tələbkar tərəf "xxxx" MMC "xxxx" MMC ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cii il tarixli 8(81 )- 490/2014 saylı qərardadına əsasən, "xxxx" MMC-yə məxus olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, rayonu, 2-ci Alatava yaşayış sahəsi, Müzəffər Həsənov küçəsi ЗА saylı ünvanda yerləşən əmlak kompleksinin qanunsuz olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Lakin cavabdeh sözügedən ərizəyə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab vermiş və işin yanlız məhkəmə yolu ilə həəll edilə biləcəyini qeyd etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Aşağıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 1 saylı Bakı- İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cii il tarixli 8(81 )-490/2014 saylı qərardadı "xxxx" MMC-nin olduğu ünvana ( ünvan 3rılmamışdır. Bununla da Məhkəmə tərəfindən prosessual pozuntu törədilmiş və şəxs qərardaddan şikayət verilməsi imkanından məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində keçirilən iclas barəsində “Milli Maşın Kompani" MMC-yə hər hansı bildiriş verilməmiş və bununla da məhkəmə tərəfindən növbəti prosessual pozuntu törədilərək, cavabdehin hətta dinlənilmək hüququ da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Maddənin 3-cü hissəsinə əsasən, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Lakin birinci insatnsiya məhkəməsi tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş təqdim etməməklə onun təməl konstitusion hüquqlardan olan məhkəmədə dinlənilmək hüququnu pozmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən qərardadla "xxxx" MMC-yə məxsus Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən əmlak kompleksi tələbkar "xxxx" MMC-nin adına rəsmiləşdirildikdən sonra məktubla icra sənədi üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli 8(81)-490/2014 saylı qərardad ilə iş üzrə icraata xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yuxarıda da qeyd olunduğu kimi, sözügedən qərardad "xxxx" MMC-nin olduğu ünvana ( ünvan 5tin verilməsi imkanından məhrum olmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddənin 1-ci bəndinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə ki, şəxsin məhkəmədə dinlənilmək hüququ pozulmaqla yanaşı, qərardadın ona rəsmi qaydada təqdim edilməməsi nəticəsində onun mülkiyyət hüquqları ilə əlaqədar olan konstitusion hüququ pozulmuşdur. Bütün qeyd olunanlardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhməsi sözügedən qərardadı qəbul edərkən prosessual pozuntuya yol vermişdir və qanunsuz qəbul edilmişdir. Bu səbəbdən də onun əsasında cavabdeh tərəfindən ’’Milli Maşın” MMC-nin adına aparılmış qeydiyyat da əssassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Sonradan ərizəçi "xxxx" MMC-nin nümayəndəsi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, müvəqqəti xarakterli müdafiə tədbiri olaraq Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulması, digər şəxslərin mübahisəli obyektdən istfadəsinə qadağa qoyulması və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9770/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsi 15(112)-255/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC-nin “müvəqqəti xarakterli müdafiə barədə” ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək ərizəyə baxılması üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə ərizənin mümkünlüyü məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinə İPM-in 13-cü maddəsinə əsasən təkrar hüquqi yardım göstərilmiş, hazırki ərizənin mümkünlük şərtlərinə cavab verməməsi və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizənin mümkün sayılaraq, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddianın mümkün sayılmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən ərizəyə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izhatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Hazırkı mübahisə dair iddia ərizəsindən müəyyən edilir ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi ilə bağlıdır. Həmin iddia tələbindən irəli gələrək iddiaçı sonradan məhkəməyə müvəqqəti xarakterli ərizə ilə müraciət edərək Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qadağa edilməsini xahiş etmişdir. Məhkəmə ərizədə göstərilənlərlə ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (qeyri-yaşayış sahəsi) xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin mülkiyyətində olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2010cu il tarixli məktub ilə Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə müraciət edilərək "xxxx" MMC-nin xeyrinə ******* rus rublunun tutulması barədə tələbin könüllü surətdə yerinə yetirilməsinə razılıq verilmiş, lakin MMC-nin tələbi pul ifadəsində yerinə yetirə bilməsi üçün pul vəsaiti olmadığından, MMC-yə məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsini xahiş etmişdir. İş matriallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinın xx.xx.2011-ci il tarixli 8(81)-938/2011 nömrəli qərardadına əsasən Yasamal Rayon Məhkəmə İcra Şöbəsinin təqdimatı təmin edilərək, ünvan 7 ünvanında yerləşən “A” 2296,8 kv.m, “B” 566,9 kv.m, “V” 36 kv.m və “Q” 10,4 kv.m olan qeyri yaşayış binasının üzərinə həbs qoyularaq və tələb həmin əmlaka yönəldilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında “Tələbin güzəşti” barədə müqavilə imzalanaraq, "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulmalı olan ******* publ 88 kopeyek borc tələbini "xxxx" MMCnə tam həcmdə güzəşt etmişdir. "xxxx" MMC isə "xxxx" MMC-nin "xxxx" MMC qarşısında olan borcunu tələbin güzəşt edilməsi ilə bağlı olaraq tam həcmdə qəbul etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinın xx.xx.2014-cü il tarixli 8(81)-490/2014 nömrəli qərardadına əsasən Yasamal Rayon Məhkəmə İcra Şöbəsinin təqdimatı təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.06.201-cu il tarixli 10-1(102)-07/10 saylı icra vərəqəsi əsasında başlamış icra icraatına xitam verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (qeyri-yaşayış sahəsi) xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Bu tələblə bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd olunan sənədlərdən də müəyyən edilir ki, mübahisə predmeti olan obyekt (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydiyyatı məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Məhkəmə qərarı isə inzibati akt deyil, hansı ki, iddiaçı həmin qərarı qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisələndirilməklə öz hüquqi marağına nail olmaq imkanı mövcuddur. Qeyd edilməlidir ki, mübahisəli obyekt olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində aparılmış qeydiyyatı və verilmiş çıxarışı inzibati akt hesab edilə bilməz, belə ki, adıçəkilən sənədlər inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyildir. Belə ki, çıxarışın verilməsi isə inzibati orqanın müvafiq qərarı, sərəncamı və ya digər növ hakimiyyət tədbirləri əsasında həyata keçirilir, yəni sözügedən məhkəmə qərardadından irəli gələrək cavabdeh təşkilat sadəcə olaraq icraçı rolunu həyata keçirmiş və məhkəmə tərəfindən qəbul edilmiş aktın icrasını təmin etmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanunun 2.1-ci və AR İPM-in 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərində irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının üçüncü şəxsin adına verilmiş çıxarışın məhkəmə qaydasında ləğvini tələb etməsi üçün onun subyektiv tələb hüququna malik olması zəruri mümkünlük şərtidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsə verilmiş çıxarışın ləğvinin başqa şəxslər tərəfindən tələb olunması istisna olunur. Belə tələb hüququnun yaranması üçün maraqlı şəxs ilkin olaraq həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada, o cümlədən məhkəmə qaydasında ləğv edilməsinə və ya dəyişdirilməsinə nail olmalıdır. Yəni əvvəlcə hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. Yalnız bundan sonra mübahisənin həllindən asılı olaraq maraqlı şəxsin hüquqlarının qeydiyyatının ləğvini tələb etmək hüququ yarana bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Milli Maşın MMC) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan qeydiyyat üzrə hərəkətləri etibarlı hüquqmüəyyənedici sənədlərə bağlıdır və qeydiyyat hərəkətlərini yalnız həmin sənədlərə əsasən aparmağa səlahiyyətlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxs "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın ləğvi qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədin (müvafiq məhkəmə aktının) qüvvədə olması səbəbindən istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (bənd 1.1) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (bənd 2.1) İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Yuxarıda qeyd olunan qanunun normalarının dispozisiyaları ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Manafovun şikayəti ilə əlaqədar 13 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında ozgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə revestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Konstitusiya Məhkəməsi Plenumunun daha sonra qeyd etdiyi kimi, “rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" X1 tərəfindən verilmiş iddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-9770/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9770/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver