Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9780/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxslər X3 və qardaşı X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər X3 və qardaşı X5) qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 196 saylı fərdi yaşayış evinə pasport qeydiyyatına alınma məsələsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yaşayır. X1 və qardaşı X5 həmin ünvanda - ünvan 1q iddiaçı ailə üzvləri ilə sözügedən ünvanda yaşamağına baxmayaraq, evin hüquqi sənədləri (çıxarış) olmadığından qeydiyyata düşə bilmir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa əsasən, yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir və tələb olunan sənədləri təqdim edərək, qeydiyyata alınır. Lakin iddiaçının hal-hazırda yaşadığı Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 196 saylı evin qeydiyyat vəsiqəsi (çıxarış) olmadığına görə həmin ünvana qeydiyyata düşə bilmir. İddiaçı bununla əlaqədar olaraq Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim etmiş vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir”. İddiaçı tələb olunan sənədləri təqdim edə bilmədiyi üçün yaşadığı Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanına qeydiyyata almağımın qeyri-mümkün olduğunu bildirdilər. Eyni zamanda məktubda ’’Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü Maddəsinə əsasən, mülki qaydada, məhkəməyə müraciət etməyimiz tövsiyyə olundu. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında bu məsələ öz həllini tapa bilər. Eyni zamanda bildirilir ki, həmin ünvanda qeydiyyatda olan X1 və qardaşı X5 notarial qaydada təsdiq olunmuş razılıqları ilə iddiaçının yaşadığı Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanına qeydiyyata almağıma heç bir etirazlarının olmadığını bildirmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim etmiş vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sizin, yaşadığınız Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanına qeydiyyata alınmanız üçün tələb olunan sənədləri təqdim edə bilmədiyinizdən yaşayış yeri üzrə qeydiyyata alınmanız mümkün hesab edilmədi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü Maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət edilə bilər.
4. İş materiallarına əlavə edilmiş **********466 nömrəli Ərizəyə əsasən X5 qeydiyyatda olduğu X1na məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmir.
5. İş materiallarına əlavə edilmiş **********237 nömrəli Ərizəyə əsasən X6 qeydiyyatda olduğu X1na məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmir.
6. İş materiallarına əlavə edilmiş **********466 nömrəli Ərizəyə əsasən X2 Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmir.
7. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatlar göndərilmişdir: ...X5 (xx.xx.1987-ci il təvəllüdlü) ...X3 (xx.xx.1956-cı il təvəllüdlü)
8. 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 77 nömrəli Arayışa əsasən X3 Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsindəki 196 №-li 2 mərtəbəli evin 200 kv.m sahəsi olan 5 otaqlı mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar: Cəfərova Almaz (özü) – qeydiyyata alındığı vaxt: 2008 Cəfərov Rafael (oğlu) – qeydiyyata alındığı vaxt: 2008 Bayramova Şölə (qızı) – qeydiyyata alındığı vaxt: 2008 Cəfərov Renat (nəvə) – qeydiyyata alındığı vaxt: 2024 Cəfərova Ayşən (gəlin) – qeydiyyata alındığı vaxt: 2022 Cəfərov Çingizxan (nəvə) – qeydiyyata alındığı vaxt: 2024
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Yasamal Rayon Polis İdarəsinin xx.xx.2025-cü il tarixli məhkəməyə ünvanlanmış məktuba əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
11. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. Cavabdeh qurumun hərəkətləri iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İş materiallarına əlavə edilmiş **********466 nömrəli Ərizəyə əsasən X5 qeydiyyatda olduğu X1na məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmir. - İş materiallarına əlavə edilmiş **********237 nömrəli Ərizəyə əsasən X6 qeydiyyatda olduğu X1na məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmir. - İş materiallarına əlavə edilmiş **********466 nömrəli Ərizəyə əsasən X2 Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 196 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatlar göndərilmişdir: ...X5 (xx.xx.1987-ci il təvəllüdlü) ...X3 (xx.xx.1956cı il təvəllüdlü) - 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 77 nömrəli Arayışa əsasən X3 Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsindəki 196 №-li 2 mərtəbəli evin 200 kv.m sahəsi olan 5 otaqlı mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar: Cəfərova Almaz (özü) – qeydiyyata alındığı vaxt: 2008; Cəfərov Rafael (oğlu) – qeydiyyata alındığı vaxt: 2008; Bayramova Şölə (qızı) – qeydiyyata alındığı vaxt: 2008; Cəfərov Renat (nəvə) – qeydiyyata alındığı vaxt: 2024; Cəfərova Ayşən (gəlin) – qeydiyyata alındığı vaxt: 2022; Cəfərov Çingizxan (nəvə) – qeydiyyata alındığı vaxt: 2024
17. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.
18. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
19. Qeyd edilən yanaşma X11 məhkəməsinin təcrübəsinə də əsaslanır. X11 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X11 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, §36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§52-54 Komissiyanın xx.xx.1995-ci il hesabatı §63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А № 109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva