Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9787/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq pensiya haqqı məbləğinin, ona uyğun olaraq ödənilməmiş pensiya məbləğinin yenidən düzgün hesablanması və ödənilməmiş məbləğin birdəfəlik və ya daha qısa müddətə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialma həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1962-ci il tarixində doğulmuşdur. Diplomunun və əmək kitabçasının surətlərindən görünür ki, 01 sentyabr 1979-cu il tarixdən 01 iyul 1985-ci il tarixinədək (05 il 10 ay) Azərbaycan Dövlət Universitetində əyani təhsil almış, 26 avqust 1985-ci il tarixdən 13 yanvar 1986-cı il tarixinədək (04 ay 18 gün) Azəbaycan SSR Ədliyyə Nazirliyində kadrlar şöbəsinin inspektoru, 13 yanvar 1986-cı il tarixdən 02 aprel 1987-ci il tarixinədək (01 il 02 ay 16 gün) həmin şöbədə hüquq məsləhətçisi, 01 dekabr 1989-cu il tarixdən 29 avqust 1990-cı il tarixinədək (08 ay 28 gün) Azəbaycan SSR Ədliyyə Nazirliyində kadrlar şöbəsində İ dərəcəli mütəxəssis, 29 avqust 1990-cı il tarixdən 02 sentyabr 2000-ci il tarixinədək (10 il 0 ay 04 gün) Sumqayıt şəhər məhkəməsinin hakimi, 05 sentyabr 2000-ci il tarixdən 24 iyun 2002-ci il tarixinədək (01 il 09 ay 19 gün) Bakı şəhəri İcra Hakimiyyətinin 45 saylı MTK-də hüquq məsləhətçisi, 24 iyun 2002-ci il tarixdən 25 iyul 2006-cı il tarixinədək (04 il 01 ay 01 gün) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Məhkəmə Nəzarərtçiləri və Məhkəmə İcraçılan Şöbəsinin rəisi, 25 iyul 2006-cı il tarixdən 28 dekabr 2017-ci il tarixinədək (11 il 05 ay 03 gün) Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, 28 dekabr 2017-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixinədək (04 il 10 ay) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsində böyük icra məmuru vəzifələrində işləmişdir. Beləliklə, 18 fevral 2015-ci il tarixinə ədliyyə orqanlarmda qulluq stajı 25 il təşkil etdiyinə görə həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. 01 iyul 2017-ci il tarixənədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Reapublikasmm Qanununun 9.7.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarmda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Səbail rayon Şöbəsinə yanvar 2017-ci il tarixindən etibarən ayda 840,0 manat olmaqla əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiya 3 ay müddətində ödənildikdən sonra xəbərdarlıq olunmadan dayandırılmışdır. Bunun nə səbəbdən baş verdiyi və bununla bağlı inzibati orqan tərəfindən hər hansı qərarın qəbul edlib-edilməməsi barədə heç bir məlumat verilməmişdir. Ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və pensiya ödənişinin dayandırıldığı 01 aprel 2017-ci il tarixindən bugünə kimi ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək hüququnun bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1079/2024 saylı iş üzrə 09 fevral 2024-cü il tarixli qərarı ilə İddiaçı 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və Bakı İnzibati məhkəməsinin 2-1(112)-1079/2024 saylı 20 noyabr 2024-cü il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən qərar icra olunmuş, pensiya bərpa edilərək 849 manat məbləğində pensiya təyin edilmiş və ödənilməmiş pensiya haqqı məbləğinin 55 680 manat olduğu bildirilmişdir. Hesab edir ki, aylıq pensiya haqqı məbləği düzgün müəyyən edilməmiş və bu səbəbdən də ödənilməmiş məbləğin də miqdarı hesablanarkən yanlışlığa yol verilmişdir. Necə ola bilər ki, pensiyanın aylıq məbləği hələ 01 yanvar 2017-ci il tarixində 840 manat təşkil etdiyi halda 01 dekabr 2024cü il tarixinə 849 manat məbləğinə dəyişsin. Yəni ötən 7 il 8 ay ərzində (01 aprel 2017-ci il tarixdən 01 dekabr 2024-cü il tarixinədək) artım cəmi 9 manat təşkil etmişdir. Göründüyü kimi 01 yanvar 2017-ci il tarixindən bugünə kimi ötən dövr ərzində pensiya haqqındakı sonrakı artımlar, indeksasiyalar nəzərə alınmamış və bunun nəticəsində pensiya haqqı məbləği əsassız olaraq azaldılmışdır. Digər tərəfdən, ödənilməmiş pensiya məbləğinin gələn 7 il müddətində ayların sayına bölünərək, yəni 2032-ci ilədək ona ödənilməsi nəzərdə tutulmuşdur ki, bunu da, dövlət qulluqçusu olmuş bir şəxs kimi hüququnun pozulması kimi dəyərləndirir. 01 yanvar 2017-ci il tarixində ona təyin edilmiş pensiyanın ödənilməsinin dayandırılması onun deyil, cavabdehin səhvi, məsuliyyətsizliyi ucbatından baş vermişdir. Göstərilənləri nəzərə alaraq aylıq pensiya haqqı məbləğimin, ona uyğun olaraq ödənilməmiş pensiya məbləğinin yenidən düzgün hesablanması və ödənilməmiş məbləğin birdəfəlik və ya daha qısa müddətə ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən ödənilmiş və dayandırılmış əmək pensiyası müvafiq məhkəmə qərarına əsasən 17 dekabr 2024-cü il tarixində ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) 1 yanvar 2017-ci il tarixindən hesablanmaqla bərpa edilərək yenidən hesablanmış, nəticədə iddiaçıya ötən dövr üzrə ödənilməli olan 55836,16 manat pul vəsaiti müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış ümumilikdə 55836,16 manat pul vəsaitinin 1887,16 manat hissəsi 2024-cü ilin dekabr və cari ilin yanvar aylarında ona ödənilmişdir. Qalan ödənilməli olan vəsait 53949,00 manat təşkil etmişdir. Daha sonra iddiaçının əmək pensiyası 10 fevral 2025-ci il tarixində yenidən hesablanaraq: -1 yanvar 2017-ci il tarixindən 436,79 manat; -1 mart 2018-ci il tarixindən 467,90 manat; -1 sentyabr 2019-cu il tarixindən 608,17 manat; -1 yanvar 2023-cü il tarixindən 767,33 manat; -1 yanvar 2024-cü il tarixindən 853,27 manat; -1 yanvar 2025-ci il tarixindən isə 922,38 manat məbləğində müəyyən edilməklə iddiaçıya əlavə olaraq ötən dövr üzrə ödənilməli olan 314,91 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, ümumilikdə qalıq 54263,91 (53949,00+314,91) manat pul vəsaiti “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda göstərilən 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq, cari ilin fevral ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa xüsusilə vurğulayırıq ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən iddiaçıya vaxtilə Fondun Səbail rayon şöbəsi tərəfindən iddiaçının müraciətində və iddia ərizəsində göstərdiyi kimi pensiya məbləği 840,00 manat deyil, 2017-ci ilin yanvar, fevral və mart aylarında hər av 422,13 manat məbləğində ödənilib, həmçinin 2017-ci ilin yanvar və fevral avlarında pensiyasının üzərinə əlavə olaraq hər ay 423,12 manat ötən dövr üzrə pul vəsaiti köçürülüb. İddia tələbinin birdəfəlik ödəmə hissəsi ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-23009/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 849,89 manat hesablanmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-2524/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 849,89 manatdan 922,38 manata dəyişdirilmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyasının hesablanma qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən, yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsi və yığım hissəsinin məbləği ilə müəyyən edilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği isə sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının pensiya ödənişi müddətinin aylarının sayına bölünməsi ilə müəyəyn edilir. İddiaçının tələbi iki hissədən ibarətdir: 1. pensiya məbləğinin yenidən hesablanması;
2. ödənilməmiş məbləğin birdəfəlik verilməsi. Məhkəmə tələbin hər iki hissəsi üzrə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı pensiyasının düzgün hesablanmadığını qeyd edərkən ona istinad edir ki, 2017-ci ildə ona pensiya təyin edilərkən pensiya məbləği 840 manat olmuş, hazırkı dövrdə isə indeksasiya olunmasına baxmayaraq 849 manat hesablanmışdır, bu baxımdan illər ərzindəki dəyişikliyi cüzi hesab edir və yenidən hesablanmasını tələb edir. Lakin iddiaçının pensiya məbləği ilkin təyinat zamanı da qeyd edilən məbləğdə olmamışdır. 2017-ci ilin yanvar, fevral və mart aylarında hər ay 422,13 manat məbləğində ödənilib, həmçinin 2017-ci ilin yanvar və fevral aylarında pensiyasının üzərinə əlavə olaraq hər ay 423,12 manat ötən dövr üzrə pul vəsaiti köçürülüb. İddiaçı buna görə pensiya məbləğinin 840 manat olduğu qənaətinə gəlmişdir. Bundan sonra pensiya ödənişi ümumiyyətlə dayandırılmış və iddiaçının iddia tələbi əsasında mübahisəyə baxılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1079/2024 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş məbləğlərin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərar icra edilərək 17 dekabr 2024-cü il tarixində ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) 1 yanvar 2017-ci il tarixindən hesablanmaqla bərpa edilərək yenidən hesablanmış, nəticədə iddiaçıya ötən dövr üzrə ödənilməli olan 55836,16 manat pul vəsaiti müəyyən edilmişdir. İddiaçının əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış ümumilikdə 55836,16 manat pul vəsaitinin 1887,16 manat hissəsi 2024-cü ilin dekabr və cari ilin yanvar aylarında ona ödənilmişdir. Qalan ödənilməli olan vəsait 53949,00 manat təşkil etmişdir. Daha sonra iddiaçının əmək pensiyası 10 fevral 2025-ci il tarixində yenidən hesablanaraq: -1 yanvar 2017-ci il tarixindən 436,79 manat; -1 mart 2018-ci il tarixindən 467,90 manat; -1 sentyabr 2019-cu il tarixindən 608,17 manat; -1 yanvar 2023-cü il tarixindən 767,33 manat; -1 yanvar 2024-cü il tarixindən 853,27 manat; -1 yanvar 2025-ci il tarixindən isə 922,38 manat məbləğində müəyyən edilməklə iddiaçıya əlavə olaraq ötən dövr üzrə ödənilməli olan 314,91 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, ümumilikdə qalıq 54263,91 (53949,00+314,91) manat pul vəsaiti “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda göstərilən 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq, cari ilin fevral ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Bu baxımdan iddiaçının pensiyasının hesablanması zamanı yanlışlığa yol verilməmişdir. Tələbin məbləğin birdəfəlik ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilir ki, “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov