Məhkəmə qərarları › İş №2-1(112)-9788/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9788/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9788/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X5rşı (üçüncü şəxs X7) “əmək haqqı barədə məlumat verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X5rşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 aldığı əmək haqqı barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə 17 iyun 2006-cı ildə nikaha daxil olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. “D" y/s, 6 saylı evin, 1 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan 2006-cı ilin oktyabrın 18-də Nəzrin, 2009cu ilin 17 oktyabrında isə Mehri adında qızları dünyaya gəlmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-380l/2011 saylı 13 dekabr 2011-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, uşaqların himayəsinə verilməsi və onların saxlanması üçün cavabdehin hər ay qazancının üçdə bir hissəsinin tutulub ona verilməsi qərara alınmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-l031/2012 saylı 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə hər iki uşağın saxlanması üçün cavabdehdən 180 manat sabit pul məbləğinin tutulması qərara alınmışdır. İskəndərova Mehri və Nəzrin Emil qızlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün 150 manat olmaqla 300 manat sabit pul məbləğində alimentin tutulması məqsədilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-l738/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)- 4736/2015 saylı iş üzrə 11 avqııst 2015-ci il tarixli qətnamə qəbul edərək Suraxanı rayon Məhkəməsinin 2(010)-l738/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsini dəyişdirmiş, uşaqların yetkinlik yaşına çalanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin miqdarını artıraraq hər uşaq üçün 108 manat olmaqla cəmi 216 manat məbləğində müəyyən etmiş və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən cavabdehdən tutularaq hər ay ona ödənilməsini qət etmişdir. Sonradan həmin qətnamədən kassasiya şikayəti versə də, Ali Məhkəmə xx.xx.2016-cı il tarixli 2(102)- 4143/16 nömrəli qərar ilə həmin şikaxəli təmin etməmişdir. Vəkili TƏBİB-ə xx.xx.2022-ci il tarixli 1529 nömrəli sorğu ilə müraciət etmişdir. Lakin TƏBİB Əmək Məcəlləsinin 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq işçinin əmək fəaliyyəti barədə məlumatların müvafiq orqanlara yalnız işçinin razılığı ilə göndərilə biləcəyini və işçi X4 ona aid məlumatların digər yerlərə təqdim edilməsinə etiraz etməsinə əsaslanaraq sorğuya cavab verməmişdir. X2 əmək haqqısı ilə bağlı sorğu vermişlər. Hesab edir ki, qeyd edilən sorğu məhkəməyə verilməlidir. Digər tərəfdən X2 əmək fəaliyyəti ilə bağlı məlumat istəmirlər. X1 aldığı əmək haqqı barədə məlumat istəyirlər. Bunun üçün isə qanunvericilikdə hər hansı bir razılıq tələb olunmur. TƏBİB X3 ilə tanış edərək onun aldığı əmək haqqı barədə onlara məlumat təqdim etməli idi. Lakin TƏBİB isə sorğunu təmin etməyərək Əmək Məcəlləsinin 87-88-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Göstərilənlərə əsasən X4 aldığı əmək haqqı barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddia tələbindən görünür ki, iddiaçı digər bir şəxsin əmək haqqı barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırki halda iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək haqqı barədə məlumat məhkəmə qərarlarının icrası qaydasında icra məmurları tərəfindən və ya hər hansı ərizə və ya şikayətə baxılarkən məhkəmə tərəfindən sorğu verilməsi ilə əldə oluna bilər. İddiaçı icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə ərizə ilə müraciət edə bilər, habelə icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar