Məhkəmə qərarları › İş №2-1(112)-9788/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9788/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9788/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabadehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Nərimanov RİH Başçısının xx.xx.2020-ci il tarixli, 164 № li sərəncamı ilə İddiaçı şəxsi mülkiyyətinə verilmiş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 46.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov RİH Başçısının xx.xx.2020-ci il tarixli, 164 № li sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 46.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı adına sənədləşdirilmişdir. Həmçinin, sözügedən yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə almaqla İddiaçı xx.xx.2023- cü il tarixdə ********** № li ərizə ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 46.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini Dövlət Reyestrində Qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 46.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini Dövlət Reyestrində Qeydiyyata almamışdır. Cavabdeh 20.04.23-cü il tarixli, **********10 № li məktubu ilə mahiyyəti üzrə cavab verməmişdir. Cavabdehin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 46.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini Dövlət Reyestrində Qeydiyyata almaması tamamilə qanunsuz və əsassızdır. Belə ki, Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli, 589 saylı sərəncamı ilə ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X5 Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi, 1 saylı ünvanında yerləşən, ümumi sahəsi 46.5 kv.m olan 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmişdir. Bir müddətdən sonra X2 etibarnaməsi əsasında, ilkin alqı-satqı müqaviləsi ilə İddiaçı hazır fərdi yaşayış evini almış və Bakı şəhər Nərimanov RİH Başçısının xx.xx.2020-ci il tarixli, 164 № li sərəncamına əsasən öz adına rəsmiləşdirmişdir. İddiaçı bir abonent kimi bütün komunal (qaz, işıq, su) və o cümlədən telefon xərclərini vaxtlı vaxtında ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki sahəsi 28.1 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 589 nömrəli Fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında sərəncamı ilə Nürəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m. olmaqla 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdiq olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş K.R.Nemətullayevin adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamın ləğv edilməsi, fərdi yaşayış evinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi barədə Sərəncamında qeyd olunmuşdur ki, Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li Sərəncamı ilə N.Süleymanov küçəsi 1 №-lı ünvanda yerləşən ümumi sahəsi 46,5 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində X2 adına sənədləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi K.P Nemətullayevin etibarnaməli nümayəndəsi tərəfindən Bakı şəhəri, 54 №-li Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli “Fərd yaşayış evinin alqı-satqısına dair ilkin müqavilə” əsasında X1 və sonuncu tərəfindən daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Daşınmaz əmlakın ilkin sahibi K.R Nemətullayevin Bakı şəhəri 13 №-lı Notariat Kontorunun notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarili 7 E/230 r/№-li ərizəsi əsasında həmin fərdi yaşayış evi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamı ilə X12 adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın S Ə.Səfərova tərəfindən yüklü olması barədə notarial hərəkətlərdə müvafiq qeydiyyatların aparılmaması barədə RİH-də hər hansı məlumat olmamışdır. Daha sonra sözügedən daşınmaz əmlak onun sahibi, eləcə də K.R.Nemətullayevin etibarnaməli nümayəndəsi S.Ə Səfərova tərəfindən 54 №-li Notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli 3M-92 r/n-li “Fərdi yaşayış evinin alqısatqısına dair ilkin müqavilə” əsasında hazırkı müraciət sahibi İddiaçı satılmışdır. Daşınmaz əmlakın sahibi K.R.Nemətullayevin notarial qaydada verdiyi etibarnamələr və yaşayış evinin alqı-satqısına dair ilkin müqavilə mübahisəyə səbəb olmuş, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsı ilə əlaqədar cinayət əməlləri aşkarlandıqdan sonra mübahisə hüquq müstəvisinə çıxarılmış Xətai Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə (ış № 4(011 )-779/2019 №-li cinayət işi üzrə N.Ə.Rzayeva barəsində həbs qəti imkan tədbiri seçilmişdir. X12 AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ittiham Aktı AR DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinə göndərilmişdir. Bakı şəhəri 16 №-li notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, 29.11 2019-cu il tarixli 1S-6710 Reyestr №-li və 19 avqust 2020-ci il tarixli 1S-6711 Reyestr №-li etibarnamələrə əsasən K.R.Nemətullayev tərəfindən sözügedən əmlak üzrə bütün səlahiyyətlər: sərəncamın dəyişdirilməsi (xx.xx.2013-cü il tarixli 589 №-li) ilə əlaqədar onu təmsil etməyi, sərəncamdan imtina etməyi, sənədləşmə işlərini aparmağı, ərizə yazmağı və adından imza etməyi, eləcə də “ASAN xidmət” mərkəzlərində, Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrində təmsil etməyi, müxtəlif məzmunlu ərizələr verməyi, Çıxarış və digər sənədlərin alınması səlahiyyətləri İddiaçı vermişdir. Qeyd edilənlərlə əlaqədar İddiaçı ərizə ilə Nərimanov RİH-ə müraciət edərək, Nərimanov RİH-in 3101 2017-ci il tarixli 59 №-li Sərəncamına əsasən ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 46,5 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinə dair X9 adına verilmiş Sərəncamın ləğv edilməsini və ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 46,5 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin X8 adına təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsi üçün yeni Sərəncam verilməsini xahiş etmişdir. Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiya üzvləri təqdim edilmiş sənədlərə və araşdırılan faktlara əsaslanaraq, Nərimanov RİH başçısının sözügedən daşınmaz əmlakın N.Ə.Rzayevanın adma sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamın ləğv edilməsi, həmin daşınmaz əmlakın İddiaçı adına sənədləşdirilməsinə dair yeni Sərəncam verilməsi barədə müsbət Rəy vermişdir. Qeyd olunanlara, "İnzibati icraat haqqında" AR Qanununun 68-ci maddəsinin tələbləri qaydasında 1. Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 1 sentyabr 2020-ci il tarixli Rəyi təsdiq edilsin, Nərimanov rayonu, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda fərdi yaşayış evinin X9 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 31.07 2017-ci il tarixli 59 №-li Sərəncamı ləğv edilsin, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li Sərəncamı dəyişdirilsin, N.Süleymanov küçəsindəki 1 №li ünvanda yerləşən, ümumi sahəsi 46,5 kv.m. olan 1 (bir) mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsi, 2. Sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə ediməsi, 3. Sərəncamın surətlərinin aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətəri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********58 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********56 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən texniki göstəricilər: 1 otaqlı fərdi yaşayış evi 1 mərtəbəli, yaşayış sahəsi faktiki 19.4 kv.m, ümumi sahəs hüquqmüəyyənedici sənəd üzrə 46.5 kv.m, faktiki 28.1 kv.m, razılaşdırılmamış layihəyə əsasən ümumi sahə 28.4 kv.m. layihəsinə razılaşdırılmamışdır. Sərəncamda f/y-evinin ümumi sahəsi çox göstərilmişdir. Faktiki vəziyyətə uyğun tərtib edilmiş plan və koordinatlar akta əlavə edilir. Məhkəmənin sorğusuna cavab olaraq 37 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 46,5 kv olan fərdi yaşayış evi ilə bağlı ilkin hüquq müəyyənedici sənədlər 37 saylı MKİS-də aşağıdakılardır: şəxsi hesab vərəqəsi və sərəncam nömrəsi: 589.P.8.12.2013-cü il tarixli şəxsi hesab vərəqəsinin surəti məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-14/2- 1457/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısının xx.xx.2013-cü il tarixli, 589 №-li Sərəncamı ilə Nurəddin Süleymanov küçəsi 1 №-li ünvanda yerləşən, ümumi sahəsi 46,5 kv.m olmaqla 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş X4 adına sənədləşdirilməsinə icazə verilmişdir. Sərəncamın giriş və təsvir hissələrindən göründüyü kimi onun verilməsinə əsas olmuş sənədlər K.R.Nemətullayevin ərizəsi, ərazi aidiyyətli 37 №-li MKİS-in xx.xx.2013- cü il tarixli, 37/2746 №-li arayışı və tərtib etdiyi plan-sxemdən ibarət olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli, **********10 nömrəli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısfnda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və fərdi yaşayış evinə dair sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li sərəncamı ilə N.Süleymanov küçəsi 1 №-li ünvanda yerləşən ümumi sahəsi 46,5 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində X3 adına sənədləşdirilmiş, sözügedən mövcud evin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş K.R.Nemətullayevə tövsiyə olunmuşdur. Daha sonra K.R.Nemətullayevin xx.xx.2017-ci il tarixli 7 E/230 r/№-li ərizəsi əsasında həmin fərdi yaşayış evi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li sərəncamı ilə Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 589 №li sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, sözügedən fərdi yaşayış evinin X12 adına sənədləşdirilməsinə icazə verilmişdir. K.R.Nemətullayevin notarial qaydada verdiyi etibarnamələr və yaşayış evinin alqısatqısına dair ilkin müqavilələr mübahisəyə səbəb olmuş, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar cinayət əməlləri aşkarlandıqdan sonra N.Ə.Rzayeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi başlanılmışdır. Yekun olaraq Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020ci il tarixli, 164 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin X9 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li sərəncamı ləğv edilmiş, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li Sərəncamı dəyişdirilərək, fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı əsasında fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 29 iyun 2012-ci il tarixli 407-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinin redaksiyasında Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunurdu: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 8.0.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.4. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.5. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.6. qanunvericilikdə nəzərdə tutulan digər əsaslar. İş materiallarından müəyyən olunur ki, iddia edilən fərdi yaşayış evi barədə ilkin sənəd Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 589 nömrəli sərəncamıdır ki, həmin sərəncamla iddia olunan fərdi yaşayış evinin ən geci xx.xx.2013-cü il tarixədək tikildiyi müəyyən olunur. Qeyd edilən fərdi yaşayış evi tikildiyi zaman və eləcə də iddiaçı həmin fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi və hazırkı iddia ilə məhkəmədə iddia qaldırdığı zaman qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda adıçəkilən 8-ci maddəsində daşınmaz əmlakın qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı sadalanmışdır ki, iddiaçı mübahisələndirdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan həmin sənədlərin siyahısına uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27-ci bəndinə görə memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri sırasında: 1) qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələri (idarələri, şöbələri) yaratmaq və fəaliyyətini təşkil etmək; 2) öz səlahiyyətləri hüdudlarında mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək; 3) memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -4.11.11.5-ci bəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; -4.11.12-ci bəndinə görə müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində səlahiyyətlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”na əsasən yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla) İİ normal məsuliyyət səviyyəli bina və qurğulara, 12 metr hündürlüyədək fərdi yaşayış evləri İİİ aşağı məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. 01 yanvar 2013-cü ilədək qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələri aşağıdakılardır: şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə; yaşayış mühitini, şəhərsalma, memarlıq, tarix və mədəniyyət abidələrini, təbii-mədəni landşaftı, ətraf mühiti qorumaq və yaxşılaşdırmaq; torpaq sahələrindən, mühəndis və nəqliyyat şəbəkələri və sistemlərindən, digər daşınmaz əmlakdan, təbii ehtiyatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmək; mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçirmək; özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına məlumat vermək; şəhərsalma sənədlərinin bir nüsxəsini mütləq müvafiq icra hakimiyyəti orqanlarının arxivlərinə təhvil vermək. Həmin Qanunun 25-ci maddəsinə əsasən şəhərsalmanın əsasları haqqında qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən aşağıdakı hallarda pozulduqda onlar cinayət, inzibati və mülki məsuliyyət daşıyırlar: -xüsusi razılıq (lisenziya) olmadan İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda; -baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə; -mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə; -mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda; -tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda; -Baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xəbəri pozulmaqla, tikinti üçün torpaq sahələri ayrıldıqda; -təsdiq olunmuş digər şəhərsalma sənədlərinə əməl olunmadıqda; -torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə edildikdə; -qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına bina və qurğular tikildikdə (Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanındığı hallar istisna olmaqla), mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işləri aparıldıqda, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulma və dəyişikliklər edildikdə. Məhkəmə sadalanan normalara istinadən qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş qanunvericilikdə tikinti işlərinin aparılması ilə bağlı fərq (məlumatlandırma və icazə icaatı) müəyyən edilməmiş, tikinti işlərinin yerli icra hakimiyyəti orqanlarının müvafiq icazə qaydasında aparılması nəzərdə tutulmuşdur. İddia olunan fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə yerli icra hakimiyyətinin sərəncamı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. -180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, lazımi icazələr almadan tikilmiş tikili hüquqi statusuna görə özbaşına tikili hesab olunur. Eyni zamanda həmin dövr qanunvericiliyi ilə tikinti işləri başa çatdıqdan sonra tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12 m-dən artıq olan binalar üçün ekspertiza rəyi tələb olunduğu halda, tikilmiş fərdi yaşayış evi ilə bağlı qeyd edilən sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Beləliklə, sözügedən fərdi yaşayış evi lazımi icazə almadan tikilmiş, istismara qəbul edilməsi barədə yerli icra hakimiyyəti orqanının sərəncamı olmayan tikili olduğundan özbaşına tikili statusundadır. Özbaşına tikiliyə mülkiyyət hüququnu şəxs isə Mülki Məcəllənin adıçəkilən 180-ci maddəsinə əsasən yalnız o halda məhkəmə qaydasında tanıda bilər ki: 1. tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun; 2. tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasın, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın. 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və hazırkı məhkəmə icraatı dövründə qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin redakasiyasına əsasən: -8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Göründüyü kimi xx.xx.2013-cü il tarixədək tikilmiş yaşayış evlərinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra məlumatlandırma icraatı qaydasında tikilmiş fərdi yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsi və tikintinin başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən sənəd tələb olunur. Beləliklə, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərdən ilkini - ilk növbədə torpaq sahəsinin iddiaçının mülkiyyətində (və ya icarə və istifadəsində) olmasını təsdiq edən sənədin təqdim edilməsi istər özbaşına tikililər üçün Mülki Məcəllənin 180-ci maddəsinin tələbi, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin tələbi baxımından zəruridir. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair ilkin torpaqayırma barədə sənədlər təqdim edilməmişdir. İddiaçının əsaslandığı istər icra hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 589 nömrəli sərəncamı, istərsə də xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamı torpaq sahəsinin mülkiyyətə və ya istifadəyə ayrılmasını ehtiva etmir. Qeyd olunan sərəncamlarla özbaşına tikili müxtəlif şəxslər arasında faktiki alqı-satqının həyata keçirilməsində vasitə kimi çıxış etmişdir. Bu baxımdan adları çəkilən hər iki sərəncam Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənəd qismində qəbul edilmir. Həmin sərəncamlar yalnız mövcud olan özbaşına tikili statusunda fərdi yaşayış evinin “sənədləşdirilməsi” barədə olub, özündə nə torpağın ayrılması, nə tikintiyə icazə, nə də istismara qəbul aktı (tikildiyi dövr qanunvericiliyinə müvafiq olaraq) məzmunundadır. Sərəncamların məzmunundan da göründüyü kimi, müvafiq şəxslərə fərdi yaşayış evini sənədləşdirməyə icazə verilmiş və sənədləşdirmənin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. Həmin sərəncamlarda qeyd edilən “sənədləşdirilsin” ifadəsi isə hər hansı digər səlahiyyətli orqanlar, o cümlədən reyestr orqanı üçün hər hansı öhdəlik yaratmır. Fərdi yaşayış evinin sənədləşdirilməsi həmin daşınmaz əmlaka əşya hüququnun (mülkiyyət, istifadə və s.) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı deməkdir ki, yerli icra hakimiyyətinin sərəncamı ilə bilavasitə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana əmlakın qeydiyyatının aparılması ilə bağlı vəzifə və ya öhdəlik həvalə edilə və ya bununla bağlı göstəriş verilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqanın yalnız “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında əmlaka hüququnun qeydiyyatını aparmaq vəzifəsi vardır ki, qeyd edilən qanunla tələb olunan sənədlər sırasında yerli icra hakimiyyəti orqanının “sənədləşdirilmə” barədə sərəncamı öz yerini almamışdır. Sözügedən sərəncamlar yalnız faktiki mövcud olan fərdi yaşayış evinin etibarnamələr və ya alqı-satqısına dair müqavilələr əsasında bir şəxsin sahibliyindən digər şəxsin sahibliyinə verilməsini “təsdiq” edilməsini ehtiva etmişdir ki, bu cür sərəncamlar özlüyündə hüququn qeydiyyatı üçün tələb olunan, əmlaka hüququn yaranmasını ifadə edən sənəd qismində hüquqi əhəmiyyət kəsb etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, sözügedən fərdi yaşayış evinə dair tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə iddia olunan fərdi yaşayış evinin qeydiyyatı üçün hüquqmüəyyənedici sənədin olmaması əsası ilə cavabdehin imtinasının əsaslı olduğu qənaətinə gəldiyindən əlavə olaraq cavabdehin etirazda qeyd etdiyi fərdi yaşayış evinin faktiki sahəsi 28.1 kv.m təşkil etməsi barədə dəlilinə hüquqi qiymət verilməsinə zərurət görmür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar